Month: October 2024

  • Alimlər: Elektron siqaretlər damarların qocalmasını sürətləndirir

    Kaliforniya Universitetinin alimləri ənənəvi siqaretlərin ürəyin fəaliyyətinə mənfi təsir göstərdiyini, elektron buxarlandırıcıların isə qan damarlarına daha çox zərər verdiyini müəyyən ediblər.

    Tədqiqatın nəticələri “Journal of American Heart Association” (JAHA) jurnalında dərc olunub.

    Təcrübənin bir hissəsi olaraq, alimlər 117 sağlam yetkin dişi və erkək siçovulları təmizlənmiş havaya, nikotinsiz elektron siqaret buxarına, ənənəvi tütün tüstüsünə və nikotin buxarına məruz qoyublar. Sonra tədqiqatçılar sol mədəciyin (ürəyin kameralarından biri) funksiyasını və hər bir heyvanın damarlarının vəziyyətini qiymətləndiriblər.

    Nəticələr göstərib ki, tərkibində nikotin olan elektron siqaretlər damar sağlamlığına və sol mədəciyin arterial sistemlə qarşılıqlı əlaqəsinə mənfi təsir göstərir. Həmçinin ənənəvi siqaretlərin sol mədəciyin daralma qabiliyyətini daha çox pisləşdirdiyi də aşkarlanıb.

    Ürəyin sol mədəciyi oksigenlə zəngin qanı sistem dövranına vurur. Qan vurmanın səmərəliliyinin itirilməsi bədən hüceyrələrinin oksigen çatışmazlığına səbəb olur. Bu xüsusilə beyin hüceyrələri üçün təhlükəlidir.

    Alimlərin fikrincə, nikotin buxarının inhalyasiyası birbaşa damar sisteminin sürətlə qocalmasına səbəb olur. Tədqiqatçılar qeyd ediblər ki, oxşar təhlükəyə təkcə heyvanlar deyil, insanlar da məruz qala bilər.

  • Sakinlərin DİQQƏTİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

    Sabah saat 10:00-dan etibarən Səbail rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq.

    Bu barədə “Azəriqaz” İstehsalat Birliyi (İB) məlumat yayıb.

    Bildirilib ki, qaz təchizatı rayonda yerləşən çoxmərtəbəli yaşayış binasına məxsus qaz xəttinin şəbəkəyə qoşulması və tıxaclanması, həmçinin Badamdar qəsəbəsi, 54-cü küçədə yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması və üzərinə sayğacların köçürülməsi səbəbi ilə dayandırılacaq.

    Bu müddətdə Səbail rayonu, 1-ci və 2-ci massivlərin, Badamdar şosesinin, G.Qarayev, Z.Yusifzadə, S.Qədimova, Q.Abbasov, A.Əliyev, Ə.Nəzmi, L.Babayev, A.Məmmədov, M.Hüseynov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Rusiyada nikah yolu ilə yaşamaq icazəsi almaq çətinləşdirilib

    Rusiyada miqrantların saxta nikahlarına, atalıq və analığa qarşı mübarizəni nəzərdə tutan qanun qəbul edilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Dövlət Duması sadələşdirilmiş qaydada müvəqqəti yaşamaq icazəsi almaq üçün Rusiya Federasiyası vətəndaşı ilə evliliyin minimum üç illik müddətini müəyyən edən qanun qəbul edib.

    Yeni qanuna görə, müvəqqəti yaşamaq icazəsi Rusiyada daimi yaşayan Rusiya Federasiyasının vətəndaşı ilə ən azı üç il evli olan və ya ümumi övladı olan Rusiya vətəndaşı ilə evli olan əcnəbiyə verilə bilər.

    Beləliklə, bundan sonra kvotadan kənar Rusiyada müvəqqəti yaşamaq icazəsini və “Vid na Jitelstvo”nu nikah və ya övladlığa götürmə tarixindən 3 ildən gec olmayaraq, almaq mümkün olacaq.

  • Ağdaşda kanalda batan şəxsin meyiti tapılıb

    “Yuxarı Şirvan” kanalının Ağdaş rayonunun Ərəbocağı kəndi ərazisindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Ermənistanda 47 polis əməkdaşı narkotik istifadəsinə görə işdən çıxarılıb

    2024-cü ilin 10 ayı ərzində Ermənistanda 47 nəfər polis əməkdaşı narkotik vasitələrdən istifadə etdiyinə görə xidmətdən xaric edilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Vahe Kazaryan açıqlayıb.

    O deyib ki, hazırda polis əməkdaşlarının attestasiyası prosesində iştirak edənlər analoji halların müəyyən edilməsi məqsədilə testlərə cəlb edilirlər.

  • Azərbaycanda zəlzələ oldu

    Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.

    Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, oktyabrın 15-də yerli vaxtla saat 19:03-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.6-ya bərabər olub.

    Zəlzələnin ocağı 36 kilometr dərinlikdə yerləşib.

  • Əlilliyi olan şəxslər və uşaqlarla bağlı monitorinq qrupları yaradılıb

    Ombudsman Aparatında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın və “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsi, Bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması üzrə monitorinq qrupları yaradılıb..

    Bu barədə Ombudsman Aparatından məlumat verilib.

    Monitorinq qruplarının yaradılmasında əsas məqsəd Müvəkkilin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Uşaq hüquqları haqqında” konvensiyaların implementasiyasının təşviqi, eyni zamanda, bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması sahəsində müstəqil monitorinq mexanizmi funksiyalarını həyata keçirməkdən ibarətdir.

  • KİV: İsrail İranın hücumuna tezliklə cavab verəcək

    İsrail İranın oktyabrın 1-də həyata keçirdiyi raket hücumuna tezliklə cavab verəcək.

    “Report” “The Times of Israel”ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant Qəzza zolağında saxlanılan girovların yaxınları ilə görüşündə deyib.

    Məlumata görə, nazir İsrailin İranın hücumuna tezliklə cavab verəcəyini bildirib.

    “Bu, dəqiq və ölümcül cavab olacaq”, – Y.Qalant əlavə edib.

    “Kan” dövlət televiziya və radio şirkətinin yaydığı məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu Y.Qalant və digər əsas nazirlərlə İrana hücumun parametrləri və vaxtını razılaşdırıb.

  • Polkovnik Vüqar İbrahimli vəzifəsindən AZAD EDİLDİ

    Dövlət Gömrük Komitəsinin (DGK) Audit İdarəsinin rəisi vəzifəsindən azad edilib.

    “Qaynarinfo”nun məlumatına görə, gömrük xidməti polkovniki Vüqar Səfər oğlu İbrahimli vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.

    Bununla bağlı komitənin sədri general-leytenant Şahin Bağırov müvafiq əmr imzalayıb.

  • “Bavariya”nın iki futbolçusu “Mançester Yunayted”in maraq dairəsinə düşüb

    Almaniya təmsilçisi “Bavariya”nın iki futbolçusu İngiltərənin “Mançester Yunayted” klubunun maraq dairəsinə düşüb.

    “Qırmızı şeytanlar” münhenlilərin heyətində Leroy Sane və Leon Qoretska ilə maraqlanır.

    Qoretskanın komandası ilə müqavilə müddəti mövsümün sonunda, Sanenin isə sözləşməsi gələn il başa çatacaq.

    Qeyd edək ki, Sane cari mövsüm “Bavariya” forması ilə 4 oyunda 1 qol, Qoretska isə 6 matçda 2 qola imza atıb.