Month: October 2024

  • Sumqayıtda küçədə naməlum kişi meyiti aşkarlanıb

    Sumqayıtda küçədə 40-45 yaşlı kişi (şəxsiyyəti dəqiqləşdirilir-red) meyiti aşkarlanıb.

    Report-un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Sülh prospektində yerləşən parkların birində qeydə alınıb.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

    Meyit aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Emin “Sea Breeze”dən ev qazanan qazi ailəsindən görüntülər paylaşdı – VİDEO

    Xalq artisti, biznesmen Emin Ağalarov bir müddət öncə instaqram üzərində keçirdiyi yarışda “Sea Breeze”də ev qazanan qazi ailəsi ilə bağlı paylaşım edib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, paylaşımda həmin qazinin ailə üzvləri, onların yaşadığı şərait öz əksini tapıb.

    “Mən fəxr edirəm ki, belə insanlar “Sea Breeze” sakinləri olacaqlar. Sizi gözləyirik!” – paylaşımda qeyd olunub.

    Qeyd edək ki, yarışın qalibi Vətən müharibəsi qazisi Rauf Qasımovun həyat yoldaşı Türkan Qasımovadır.

    Onu da əlavə edək ki, qazi Rauf Qasımov Vətən müharibəsində bir gözünü itirib, digər gözünün görmə qabiliyyəti isə 30 faizdir.

  • Sürücülərin nəzərinə!

    Hava şəraiti ilə əlaqədar avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

    Median.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, sabah bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq. Bununla əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.

  • ABŞ-dan çağırış: Dərhal bu ölkəni tərk edin!

    ABŞ-ın Livandakı səfirliyi buradakı amerikalıları dərhal ölkəni tərk etməyə çağırıb.
     
    Median.Az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb

    Açıqlamada səfirliyin Beyrutu tərk edən ABŞ vətəndaşları üçün təşkil etdiyi əlavə uçuşların sonsuza qədər davam etməyəcəyi bildirilib.

  • Bu ölkədə də meymunçiçəyinə yoluxma halları qeydə alındı

    Zimbabvedə meymun çiçəyinə iki yoluxma halı qeydə alınıb.

    Median.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Zimbabvenin Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir.

    Qeyd olunur ki, virusa yoluxan bir yaşlı körpə və 24 yaşlı kişidir. Xəstələrin hər ikisi karantinə götürülüb.

  • UEFA Millətlər Liqası: Azərbaycan millisi Slovakiya yığmasına məğlub oldu

    Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyuna çıxıb.

    Apasport.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv Bakıda Slovakiya yığmasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşə saat 20:00-da start verilib.

    Azərbaycan millisi C Liqasının 1-ci qrupunda 3 oyundan sonra xalsızdır və 4 komanda arasında sonuncu pillədə qərarlaşıb.

    UEFA Millətlər Liqası

    C Liqası, 1-ci qrup

    14 oktyabr

    20:00 Azərbaycan – Slovakiya 1:3

    Qollar: T. Bayramov, 38 – R. Məmmədov, 16-öz qapısına, L. Haraslin, 75, D. Duriç, 85

    Qırmızı vərəqə: M. Emreli, 70

    Azərbaycan: Mehdi Cənnətov, Qismət Alıyev, Rahil Məmmədov, Bədavi Hüseynov, Anton Krivotsyuk, Aleksey İsaev, Ceyhun Nuriyev, Elvin Cəfərquliyev, Toral Bayramov, Mahir Emreli, Ramil Şeydayev

    Slovakiya : Marek Rodak, David Hançko, Lubomir Satka, Milan Şkrinyar, Peter Pekarik, Ondrey Duda, Stanislav Lobotka, Laslo Beneş, Tomas Suslov, David Strelets, Lukas Qaratslin.

    Baş hakim: Rohit Saqqi (Norveç)

    Tofiq Bəhramov adına Respublika stadionu

  • Эрдоган: Мы не забудем братские страны, оказавшие нам помощь после землетрясения 6 февраля

    Мы не забыли и не забудем братские страны, которые оказали помощь Турции после землетрясения 6 февраля, в первую очередь Азербайджан.

    Как передает report, об этом заявил президент Турции Реджеп Тайип Эрдоган в своем обращении к прессе после заседания Кабинета министров.
    По его словам, отношения в рамках Организации тюркских государств становятся все глубже.
    “Мы в свою очередь не пожалеем сил для оказания помощи нашим братьям, если это потребуется, мобилизуем все наши возможности без ожидания взаимности и будем рядом с ними. Мы будем работать сообща, чтобы воплотить в жизнь мечту покойного Исмаила Гаспринского, который говорил о единстве языка, мысли и дела”, – сказал Эрдоган.

  • Ərdoğan: Başda Azərbaycan olmaqla, zəlzələdən sonra Türkiyəyə yardım göstərən ölkələri unutmadıq

    Başda can Azərbaycan olmaqla, 6 fevral zəlzələsindən sonra Türkiyəyə yardım göstərən qardaş ölkələri unutmadıq və unutmayacağıq.

    Report xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata bəyanatında bildirib.

    Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlər daha da dərinləşir.
    “Biz də lazım olduğu təqdirdə qardaşlarımızdan köməyi əsirgəməyəcəyik, qarşlılıq gözləmədən bütün imkanlarımızı səfərbər edəcəyik, yanlarında olacağıq.

    Dildə, fikirdə, işdə birlik deyən mərhum Qaspıralı İsmail bəyin xəyalını gerçəkləşdirmək üçün birlikdə çalışacağıq”, – Ərdoğan deyib.

  • Bakıda yol polisi bu nəqliyyat vasitələrini toplayır, səbəbi bilindi – VİDEO

    Paytaxtda polis əməkdşları tərəfndən motosikletlər toplanır.

    Median.Az bildirir ki, bu barədə Ölkə.az-ın redaksiyasına video göndərilib.

    Motosiklet sahibləri iddia edib ki, nəqliyytat vasitələrinin toplanmasına səbəb kimi isə COP 29 göstərilib.

    Həmçinin qeyd edilib ki, digər səbəb yaxın günlərdə baş verən motosiklet qəzaları nəticəsində 2 nəfərin ölməsidir.

    Sözügedən videoda həm Post Patrul Xidməti əməkdaşları, həm də yol polisinin olduğu görünür.

    Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli videogörüntü ilə əlaqədar Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin nəqliyyat vasitələrini idarə edən şəxslərin idarəetmə hüququ olmadığı üçün evakasiya edilib:

    “Bir daha nəqliyyat vasitəsi sürücülərindən tələb edirik ki, idarəetmə hüququ olmadan sükan arxasına əyləşməsinlər. Əks halda barələrində qanunamüvafiq tədbirlər görüləcək”.

    BDYPİ rəsmisinin sözlərinə görə, toplanan motosikletlərin əksəriyyəti çatdırılma xidməti göstərən şəxslərə aiddir.

  • Azərbaycanlılar Gürcüstan avtomobil bazarını Çinə niyə dəyişdilər? – VİDEO

    Bir neçə il öncəyə qədər ölkəmizə avtomobillər daha çox Gürcüstan və bir çox Avropa ölkələrindən gətirilirdi. Lakin hazırda həmin ölkələrin siyahısı və bazarda vəziyyət tamamilə dəyişib.

    Median.Az bildirir ki, avtomobil satışı üzrə mütəxəssislər bildiriblər ki, indi ölkəmizə satış üçün avtomobillər daha çox Çin, Cənubi Koreya və Yaponiyadan gətirilir.

    Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, bunun başlıca səbəblərindən biri Azərbaycana idxal edilən avtomobillərlə bağlı tətbiq edilən məhdudiyyətdir.

    Ekspert qeyb edib ki, digər səbəblərdən biri də artıq xarici ölkələrdən birbaşa avtomobil gətirməyin daha əlverişli olmasıdır. Birbaşa Transxəzər marşrutu ilə daşınan avtomobillər nisbətən daha ucuz başa gəlir.

    Ətraflı “Xəzər xəbər”in süjetində: