Month: October 2024

  • 10 manat nizamnamə kapitalı olan şirkət Füzulidə 100 milyon manata kənd tikəcək

    Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

    Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 97 milyon 212 min 804 manat 98 qəpik olan tender müsabiqəsinin qalibi “TVM İnşaat” MMC (VÖEN- 1101408601) olub.

    Məlumat üçün bildirək ki, “TVM İnşaat” MMC Füzuli rayonu, Dövlətyarlı kəndi üzrə fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiyaları sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik və rabitə şəbəkəsi), daxili yol və səkilərin tikinti-quraşdırma işlərini həyata keçirəcək.

    Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan “TVM İnşaat” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad ŞTQ, Müşfiqabad qəsəbəsi, ev 3D, mənzil 8 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğludur.

  • Dövlət qurumu ilə iş adamının oğlu arasında nə baş verib?

    “Sədərək” Ticarət Mərkəzinin qanuni təmsilçisi Yunis Qədimbəylinin oğlu Elçin Qədimbəyli məhkəməyə verilib.

    Qaynarinfo-nun məlumatına görə, iddiaçı Əmlak Məsələləri üzrə Dövlət Komitəsidir.

    Tərəflər arasındakı mübahisə predmeti icarə müqaviləsidir. İddiaya Bakı Kommersiya Məhkəməsində baxılacaq. Günay Namazova iş üzrə hakim təyin edilib.

    Yunis Qədimbəyli “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin qardaşıdır.

  • Bitcoin”in yaradıcısı hesab olunan şəxs kimdir? – AÇIQLANDI (FOTO)

    HBO-nun Satoshi Nakamoto haqqındakı sənədli filmindən olduğu iddia edilən və sosial şəbəkələrdə yayılan bir videoda Peter Toddun Satoşi olduğu iddia edilib.

    Valyuta.az-ın xəbərinə görə, sözügedən videoda “Bitcoin”in ilk inkişaf etdiricilərindən olan Peter Toddun özünün Satoshi Nakamoto olduğunu iddia etdiyi görülür.

    Sözügedən video indi müəllif hüququ iddialarına görə “X”dən silinib və bu, həmin hissənin doğrudan da sənədli filmdən olduğunu sübut edə bilər.

    Sənədli filmi ərsəyə gətirən tanınmış rejissor Cullen Hoback, köhnə və yeni ipuclarını bir araya gətirərək həm Toddun, həm də Satoşi olduğundan şübhələnilən başqa bir vacib şəxs, Blockstream-in qurucusu Adam Backin adlarını ön plana çəkib.

    Yayılan parçada Todd ilə aparılan dialoq izlənilir. Hoback, Toddan “Görünür ki, o zamanlar Bitcoin haqqında dərin düşüncələriniz varmış?” deyə soruşduqda, Toddun “Bəli, mən Satoşi Nakamotoyam,” deyə cavab verdiyi görülür.

    Sənədli film yayımlanmamışdan əvvəl Toddun CoinDesk-ə göndərdiyi bir e-poçtda Bitcoin-in yaradıcısı olduğunu rədd etdiyi bildirilib. Todd açıqlamasında “Əlbəttə ki, mən Satoşi deyiləm” deyib.

    Bəs, Peter Todd kimdir?

    Peter Todd tanınmış “Bitcoin Core” tərtibatçısı və kriptoqrafiya məsləhətçisidir. O, ilk günlərindən “Bitcoin”in inkişafında fəal iştirak edir və protokola, xüsusilə də təhlükəsizlik və məxfiliklə bağlı sahələrdə əhəmiyyətli töhfələr verib. Todd bir neçə əsas “Bitcoin” təkmilləşdirmə təklifləri (BIPs) üzərindəki işi və “Bitcoin” şəbəkəsinin möhkəmliyini və dayanıqlığını artıran təhlükəsizlik tədbirlərini müdafiə etməsi ilə tanınır.

    Təhlükəsizliyə yönəlmiş tərtibatçı kimi şöhrət qazanan Todd tez-tez potensial zəiflikləri vurğulayır və riskləri azaltmaq üçün həllər üzərində işləyir. “Bitcoin” üzərindəki işinə əlavə olaraq, Todd digər blokçeyn və kriptoqrafiya layihələrinə, o cümlədən, “Bitcoin” blokçeynindən istifadə edərək müəyyən bir zamanda məlumatların mövcudluğunu yoxlamağa imkan verən “OpenTimestamps”a da öz töhfəsini verib.

    Ancaq buna qədər Toddun Satoşi olduğuna dair geniş yayılmış bir fikir formalaşmamışdı.

    “Castle Island Ventures” şirkətinin həmtəsisçisi Nic Carter, Toddu 2017-ci ildən tanıdığını bildirərək, “Texniki baxımdan ən vacib bitcoinçilərdən biridir. Ümumiyyətlə, insanlar onun bitcoin haqqındakı fikirlərinin çox vacib olduğunu düşünürlər” deyə qeyd edib.

    Toronto Ontario İncəsənət və Dizayn Kollecindən məzun olan Todd, mərkəzsiz pul sisteminin vizyonunu ortaya qoyan məşhur “Bitcoin white paper”-i tamamlayanda 23 yaşında idi.

    Todd daha əvvəl bir podkastda verdiyi açıqlamada, “cypherpunk” kimi tanınan vacib kripto təsir ediciləri ilə ilk dəfə əlaqə qurmağa başladığında təxminən 15 yaşında olduğunu söyləmişdi.

  • Türkiyə ordusu Suriyanın şimalında iki terrorçu zərərsizləşdirib

    Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalındakı “Fərat qalxanı” antiterror əməliyyat ərazisində PKK/YPG terror təşkilatının iki üzvünü zərərsizləşdirib.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Suriyanın şimalında PKK/YPG terrorçularına qarşı əməliyyatlar fasiləsiz olaraq davam etdirilir.

  • Румыния закрывает свое генконсульство в Ростове-на-Дону

    Генконсульство Румынии в Ростове-на-Дону прекращает свою работу с 14 октября.

    Как передает Median.Az со ссылкой на российские СМИ, об этом заявила официальный представитель МИД России Мария Захарова.

    По ее словам, от румынской стороны уже получено официальное уведомление.

  • Rumıniya Rostovdakı Baş Konsulluğunu bağlayır

    Rumıniyanın Rostovdakı Baş Konsulluğu oktyabrın 14-dən fəaliyyətini dayandırır.

    Median.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

    Onun sözlərinə görə, Rumıniya tərəfdən rəsmi bildiriş artıq alınıb.

  • Затраты на ремонт и восстановление заповедника “Хыналыг и кочевой путь” превысили прогноз на 50%

    Затраты на ремонтно-восстановительные работы в Государственном историко-культурном и этнографическом заповеднике “Хыналыг и кочевой путь” составили 6,6 млн манатов, что на 50% больше изначально запланированной суммы.

    Об этом сказал Report председатель Государственного агентства по туризму Фуад Нагиев в ходе медиатура, посвященного годовщине внесения Хыналыга в список всемирного наследия ЮНЕСКО.

    “Изначально на ремонт 44 домов было выделено 4,4 млн манатов. На ремонт одного дома было запланировано 100 тыс. манатов с учетом НДС. Однако по объективным причинам затраты оказались выше. Сложности в частности были связаны с логистикой”, – сказал он.

    С 2020 года в селе Хыналыг Губинского района проведены проектные работы по восстановлению 60 аварийных домов.

  • “Xınalıq və Köç Yolu” qoruğunun təmir-bərpa xərcləri 50 % artıb

    “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun təmir-bərpası ilə bağlı işlərin dəyəri 50 % artımla 6,6 milyon manatdır.

    Bu barədə “Report”a Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev məlumat verib.

    “Əvvəlcə 44 evin təmiri üçün 4,4 milyon manat ayrılmışdı. Bir evin təmiri üçün ƏDV daxil olmaqla 100 min manat nəzərdə tutulurdu. Lakin söküntü zamanı daha çox dağıntıya yol verilir. Dağıntıların bir hissəsi bir yerdən başqa yerə daşınır. Digər bir problem taxta konstruksiyalarla bağlıdır. Bakıdakı evlərdə olduğu kimi kəsilmiş halda deyil, bütöv bruslar və ya meşə materialları tələb olunur. Bu materialları tapmaq çətindir və Rusiyadan gətirilir. Bu da əlavə xərc yaradır. Başqa bir çətinlik isə logistikadır. Məsələn, Qubada 20 manata alınan bir kub atsep və yaxud çınqıl Xınalığa 95-105 manata çatdırılır”, – deyə o qeyd edib.

    2020-ci ildən etibarən Quba rayonunun Xınalıq kəndində qəzalı vəziyyətdə olan 60 evin bərpası üçün layihələndirmə işləri aparılıb.

  • Pol Poqba karyerasını ölkəsində davam etdirə bilər

    Fransa millisinin heyətində dünya çempionu olan Pol Poqba dopinq üzündən diskvalifikasiya müddəti bitdikdən sonra karyerasını vətənində davam etdirə bilər.

    Hazırda “Yuventus”a məxsus olan yarımmüdafiəçi qış “transfer pəncərəsi”ndə “Marsel” klubuna keçə bilər.

    Tərəflər arasında danışıqlar müsbət yöndə davam edir.

    Qeyd edək ki, fransalı futbolçunun dopinqə görə diskvalifikasiya müddəti 4 ildən 18 aya qədər azaldılıb. Artıq yanvar ayında 31 yaşlı futbolçu “Yuventus”la məşqlərə başlaya, martda isə rəsmi oyunlarda iştirak etmək üçün icazə ala biləcək.
    //report

  • Kəmaləddin Heydərovun Siyəzəndə vətəndaş qəbulunun vaxtı dəyişib

    Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oktyabrın 11-də Siyəzəndə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

    Nazirlikdən vətəndaş qəbulunun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcəyi bildirilib.