Month: October 2024

  • Объявлены лауреаты Нобелевской премии по химии

    Нобелевскую премию по химии в 2024 году получили трое ученых за изучение белков: Дэвид Бейкер, Демис Хассабис и Джон Джампер.

    Как передает Median.Az со ссылкой на зарубежные СМИ, об этом представители Нобелевского комитета объявили на церемонии, прошедшей в Стокгольме.

    Отмечается, что Бейкеру удалось совершить почти невозможное – создать совершенно новые виды белков. А Хассабис и Джампер разработали модель искусственного интеллекта для решения проблемы, над которой бились 50 лет: предсказание сложных структур белков.

    Лауреатами Нобелевской премии по химии в прошлом году стали американец франко-тунисского происхождения Мунги Бавенди, американец Луиc Брюс и россиянин Алексей Екимов за открытие и синтез квантовых точек.

  • Kimya üzrə Nobel mükafatı laureatları məlum olub

    2024-cü ildə zülalların öyrənilməsinə görə kimya üzrə Nobel mükafatını üç alim – Devid Bayker, Demis Hassabis və Con Camper alıb.

    Bu barədə Nobel Komitəsinin nümayəndələri Stokholmda keçirilən mərasimdə bildiriblər.

    Qeyd olunur ki, Devid Bayker demək olar ki, mümkün olmayanı etməyi bacarıb – tamamilə yeni zülal növləri yaradıb.

    D.Hassabis və C.Camper isə 50 ildir, mübarizə aparılan problemi həll etmək üçün mürəkkəb zülal strukturlarının proqnozlaşdırılması üzrə süni intellekt modeli hazırlayıblar.

  • Ukraynalı olimpiya çempionu diskvalifikasiya edilib

    Ukraynalı biatlonçu, olimpiya çempionu Vita Semerenko 2025-ci ilə qədər diskvalifikasiya edilib.

    Median.Az Ukrayna Milli Antidopinq Mərkəzinin mətbuat xidmətinə istinadən xəbər verir ki, buna idmançının antidopinq qaydalarını pozması səbəb olub.

    O, mövsüm ərzində üç dopinq testini buraxdığına görə cəzalandırılıb.

    Qeyd edək ki, V.Semerenko 2014-cü ildə Soçidə keçirilən Qış Olimpiya Oyunlarında estafet yarışında qızıl, sprintdə isə bürünc medal qazanıb. O, Ukrayna millisində çıxışını 3 il əvvəl başa vursa da, ölkə daxilində keçirilən çempionatlarda iştirak edir.

  • Завтра в Азербайджане воздух прогреется до 30 градусов

    10 октября в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Однако ночью и вечером в некоторых частях полуострова возможны кратковременные дожди и грозы. Будет преобладать северо-восточный ветер.

    Температура воздуха ночью составит 15-19°, днем – 22-26° тепла. Атмосферное давление – 759 мм ртутного столба. Относительная влажность воздуха ночью составит 70-80%, днем – 45-50%.

    В районах Азербайджана пройдет преимущественно без осадков. Ночью и утром местами ожидается туман. Будет преобладать умеренный восточный ветер.

    Температура воздуха ночью составит 13-18°, днем – 25-30° тепла, в горах ночью 5-10°, днем – 13-18° тепла.

  • Sabah Bakıda 26, rayonlarda 30 dərəcə isti olacaq

    Bakıda oktyabrın 10-da 26, rayonlarda 30 dərəcə isti olacaq.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 15-19° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 13-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.

  • İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

    İsmayıllıda polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı Babək Əzizovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin işıq cihazları nasaz olduğu üçün sürücüyə “saxla” işarəsi verilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki Regional Qrupundan məlumat verilib.

    Bildirilib ki, sənədləri yoxlanılarkən B.Əzizovun narkotik vasitə qəbul etdiyinə dair şübhələr yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin marixuana istifadə etdiyi müəyyənləşib.

    Məhkəmənin qərarı ilə B.Əzizovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

  • Türkiyədə əməliyyat keçirilib, PKK ilə əlaqədə şübhəli bilinən üç nəfər saxlanılıb

    Türkiyənin Adıyaman əyalətində keçirilən antiterror əməliyyatı nəticəsində PKK ilə əlaqədə şübhəli bilinən üç nəfər saxlanılıb.

    Median.Az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Adıyaman əyaləti Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi məlumat yayıb.

    Bildirilib ki, həmin şəxslər sözügedən qurumla Baş Prokurorluğun keçirdiyi birgə əməliiyyat nəticəsində aşkar olunub. Məlumata görə, bu istiqamətdə fəaliyyət davam etdirilir.

    İnformasiyaya əsasən, şübhəlilərin yaşadıqları ünvanlardan digital materiallar ələ keçirilib, iş üzrə istintaq aparılır.

  • В Билясуваре иностранные граждане задержаны за незаконную охоту

    На территории Билясуварского района задержаны иностранные граждане, нарушившие правила охоты.

    Об этом сообщили в Государственной службе экологической безопасности.

    В ходе расследования выяснилось, что это граждане Объединенных Арабских Эмиратов Заеиф Мусабах Хумуд Алькетби, Хамис Саиф Саид Бин Хумуд, Джауаан Мубарак Фадель Альмазруи и Мохаммед Абдулла Мохаммед Альмехрзи. У них было изъято в качестве вещественных доказательств 4 охотничьих ружья.

    По факту в отношении нарушителей закона составлен протокол и приняты соответствующие меры.

  • Biləsuvarda qanunsuz ov edən 4 əcnəbi saxlanılıb

    Biləsuvar rayonunun inzibati ərazisində ov qaydalarını pozan əcnəbi vətəndaşlar saxlanılıb.

    Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

    Bildirilib ki, araşdırma zamanı həmin şəxslərin Birləşmiş Ərəb Əmirliyi vətəndaşları Zaeif Musabah Humood Alketbi, Khamis Saif Saeed Bin Humood, Jauaan Mubarak Fadel Almazrouei və Mohammed Abdulla Mohammed Almehrzi olduğu müəyyən edilib, onlardan 4 ədəd ov silahı aşkar edilərək maddi sübut kimi götürülüb.

    Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

  • KİV: İranda həbslər, aclıq aksiyası və edamlar davam edir

    Güney Azərbaycan və İranın müxtəlif şəhərlərində sosial tələblərlə etiraz aksiyası keçirilir.

    Bu barədə “Azad İran” məlumat yayıb.

    Bildirilib ki, Güney Azərbaycanın Urmiya, Təbriz, Ərdəbil, Zəncan, Həmədan, eləcə də Tehran və Bicar şəhərlərində rabitə sahəsində çalışan təqaüdçülər etiraz aksiyası keçiriblər.

    Məlumata görə, onlar pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə, qanunla nəzərdə tutulan haqlarının pozulmasına, eləcə də müalicə xərclərinin verilməməsinə etiraz ediblər.

    Bildirilib ki, İranın Kermanşah əyalətində də təqaüdçülər etiraz aksiyası keçirir. Sosial Təminat Fondu binasının qarşısında toplaşan narazı təqaüdçülər müavinətlərinin yetərsiz olmasını bildirərək həm də həbsdə saxlanılan müəllimlərin və fəhlələrin sərbəst buraxılmasını tələb ediblər.

    Başqa bir məlumata əsasən, İranın Buşehr əyalətində qaz sənayesi işçilərinin etiraz aksiyası 10 həftədir davam edir. “Cənubi Pars” Qaz platformasının narazı fəhlələri işi dayandıraraq tətilə başlayıblar. Onlar gecikmiş əməkhaqlarının ödənilməsini tələb ediblər.

    Məlumata görə, Ərdəbil bölgəsində azərbaycanlı məhbus dar ağacından asılıb. Barəsində edam hökmü icra olunan məhbus Yunis Piruzi qəsdən adam öldürmə maddəsi ilə ittiham edilib.

    İnformasiyaya əsasən, İran təhlükəsizlik qüvvələri azərbaycanlı milli-mədəni fəalların evlərinə basqın ediblər. Ötən gün təhlükəsizlik qüvvələri səhər saatlarında Şərqi Azərbaycan əyalətinin Şəbüstər şəhərinin Nadarlı kəndində yaşayan gənc fəalların evlərinə heç bir hüquqi sənəd göstərmədən soxulublar.

    Repressiv qüvvələr Məhəmmədrza Əqdəsi, Hadi Əqdəsi, Vəhid Qaffari və Cəlal Nurməhəmmədinin şəxsi mənzilində axtarış aparıblar. Bildirilib ki, axtarış zamanı milli fəalların şəxsi əşyaları, o cümlədən mobil telefonları və kitabları da müsadirə edilib.

    Nadarlı kənd sakini milli-mədəni fəal Əli Rəzizadə hələ də Tehrandakı “Evin” zindanında həbsdədir.

    Həbsdə saxlanılan güneyli fəal aclıq aksiyası keçirir. Qərbi Azərbaycan əyalətinin Maku şəhər zindanında saxlanılan azərbaycanlı iş adamı və ictimai-siyasi fəal Həsən Oruczadə aclıq aksiyasına başlayıb.

    Məlumata görə, Həsən Oruczadə İran təhlükəsizlik orqanlarının (ETTELAAT) və Məhkəmə Sisteminin onun işinə ədalətsiz baxmasına etiraz olaraq aclıq aksiyasına əl atıb. Ona qarşı irəli sürülən ittihamlar hələ ki bəlli deyil.

    Bildirilib ki, Həsən Oruczadə sentyabrın 28-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.