Month: October 2024

  • Дуров анонсировал 10 новых функций в Telegram

    В Telegram вскоре появится 10 новых функций, затрагивающих подарки и хештеги, а также новые возможности при редактировании сообщений.

    Об этом сообщил сооснователь мессенджера Павел Дуров.

    “Эти обновления включают в себя пять улучшений в подарках, три в хештегах, возможность добавлять мультимедийные материалы к сообщению после его отправки и возможность просматривать время редактирования сообщения”, – написал он в своем блоге.

    Дуров также отметил оперативность работы своей команды, которая за день смогла подготовить макеты предложенных им обновлений.

    “Неудивительно, что команда Telegram сформировала то, как сегодня работает большинство приложений для обмена сообщениями, внося свой вклад практически во все инновации в области коммуникации”, – заключил он.

  • Durov “Telegram”da 10 yeni funksiyanın işə salınacağını açıqlayıb

    “Telegram”da tezliklə hədiyyələr və heşteqlərə aid olan, həmçinin mesajların redaktəsi zamanı yeni imkanlar yaradan 10 yeni funksiya əlavə olunacaq.

    Bu barədə mesencerin həmtəsisçisi Pavel Durov öz kanalında bildirib.

    “Bu yenilənmələrə hədiyyələrdə beş təkmilləşdirmə, heşteqlərdə üç yenilik, mesaj göndərildikdən sonra ona multimedia materialları əlavə etmək imkanı və mesajın redaktə vaxtını görmək imkanı daxildir”, – o, öz bloqunda yazıb.

    Durov həmçinin öz komandasının operativliyini qeyd edib ki, onlar bir gün ərzində onun təklif etdiyi yenilənmələrin maketlərini hazırlaya biliblər.

    “Təəccüblü deyil ki, “Telegram” komandası bu gün əksər mesajlaşma tətbiqlərinin necə işlədiyini formalaşdırıb və demək olar ki, kommunikasiya sahəsindəki bütün innovasiyalara öz töhfəsini verib”, – o vurğulayıb.

  • Bakıda intihar edən şəxs müəllim imiş

    Oktyabrın 8-də paytaxtın Yasamal rayonu ərazisindəki evlərdən birində intihar hadisəsi olub.

    “Unikal”ın məlumatına görə, 37 yaşlı Ruslan İmanov kirayədə yaşadığı evdə özünü asıb.

    Məlum olub ki, R.İmanov riyaziyyat müəllimi imiş. Onun maddi durumunun pis olmasına görə canına qəsd etdiyi deyilir.

  • Захарова: РФ не знает, почему Армения отказалась подписывать один из документов на СМИД СНГ – ВИДЕО

    Армения участвовала в разработке, но потом не подписала проект заявления “О принципах обеспечения безопасности в Евразии”, принятый на заседании СМИД СНГ 7 октября в Москве.

    Об этом отвечая на вопрос News.ru заявила официальный представитель МИД РФ Мария Захарова.

    Она сказала что хотя Ереван и вносил предложения по тексту, глава МИД Армении Арарат Мирзоян итоговый документ не подписал.

    “Почему он так сделал, мне кажется, лучше он вам сам расскажет”, – отметила Захарова.

  • Zaxarova: Ermənistanın MDB XİNŞ-də sənədlərdən birini imzalamaqdan imtina etməsinin səbəbini bilmirik – VİDEO

    Ermənistan oktyabrın 7-də Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında qəbul edilmiş “Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri haqqında” bəyanatın layihəsinin hazırlanmasında iştirak etsə də, sonradan sənədi imzalamayıb.

    Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “News.ru”nun sualını cavablandırarkən deyib.

    Onun sözlərinə görə, İrəvan mətnlə bağlı təkliflər versə də, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yekun sənədi imzalamayıb.

    “Mənə elə gəlir ki, o, niyə belə etdiyini sizə özü desə, daha yaxşı olar”, – M.Zaxarova qeyd edib.
    //report

  • İki yaşlı uşağın masaj zamanı ölməsi ilə bağlı ittiham olunan sınıqçı barəsində QƏRAR

    Biləsuvar rayonunda azyaşlının ölməsi faktı ilə bağlı ittiham olunan şəxsin barəsində istintaq orqanının təqdimatına baxılıb.

    APA-nın məlumatına görə, Biləsuvar Rayon Məhkəməsində rayonda sınıqçı kimi tanınan Nərgiz İmanova barəsində 2 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

    Azyaşlının ailə üzvləri qərardan yuxarı instansiyaya şikayət edəcəklərini bildiriblər.

    Qeyd edək ki, sentyabrın 7-də Biləsuvar rayon sakini, 2022-ci il təvəllüdlü Nəzrin Emin qızı Qubadlının xalq təbabəti ilə məşğul olan şəxs tərəfindən sümüklərinin manipulyasiyası zamanı ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

    Araşdırmalarla N.Qubadlının bədən səthinə göstərilən təzyiqlər nəticəsində yaranmış ağrı şokundan ehtiyatsızlıqdan ölməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

  • Anar Rzayev: “Bakıda 5 mindən çox taksi sürücüsü daşımadan kənarlaşdırılıb”

    Bakıda qaydalara riayət etməyən 5 mindən çox taksi sürücüsü daşımadan kənarlaşdırılıb.

    Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev yol hərəkətinin təşkili istiqamətində yeni layihə ilə bağlı ictimai dinləmədə bildirib.

    Onun sözlərinə görə, sərnişinlər taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və yaxud sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.

    Bundan başqa, A.Rzayev deyib ki, Bakının bir sıra küçə və prospektlərində 130-dan çox taksi duracağı var, amma onların əksəriyyəti cəlbetmə məntəqələrində təşkil edilmədiyindən bəzən nəqliyyatın hərəkətinə maneə yaradır: “Buna görə də hazırda məsələyə kompleks yanaşma tətbiq olunur. Nəqliyyatın hərəkətinə maneə yaradan məntəqələrin ləğv edilməsi, eyni zamanda, yeni cəlbetmə məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Hazırda digər istiqamətlər üzrə də taksi duracaqlarının təşkili ilə bağlı müvafiq təhlillər aparılır”.

    ///Report

  • Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

    Median.Az bu barədə ADY-yə istinadən xəbər verir.

    Məlumata görə, əlavə təyin edilən qatarlar oktyabrın 12-də saat 09:15-də Bakıdan Ağstafaya, oktyabrın 13-də saat 15:00-da isə Ağstafadan Bakıya yola düşəcək.

    Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.

  • Audiovizual Şura “ATV Plus”u cəzalandırdı

    Azərbaycan Respublikası Audiovizual Şurası multipleks və platforma operatorlarının retranslyasiya paketlərinin monitorinqinə başlayıb.

    Bu barədə Şuradan məlumat verilib.

    Bildirilib ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasında lisenziya alaraq fəaliyyət göstərən multipleks və platforma operatorları retranslyasiya etdikləri xarici televiziya kanallarını yalnız buna hüquq verən sənədləri (müqavilə, razılaşma, icazə, lisenziya və s.) Audiovizual Şuraya təqdim etmək şərtilə retranslyasiya edə bilərlər. Qanunvericiliyin bu tələbi və bununla bağlı Audiovizual Şuranın aparacağı monitorinqlər barədə sentyabr ayında bütün operatorlara müvafiq məktublar ünvanlanıb. Hazırda Audiovizual Şuranın mütəxəssisləri bir sıra operatorlar tərəfindən təqdim olunan sənədlərə və onların retranslyasiya paketlərinə baxışı həyata keçirir, müvafiq monitorinq işləri aparırlar.

    Aparılan ilkin monitoriqlər nəticəsində multipleks operatoru olan “ATV Plus” MMC-nin retranslyasiya paketində buna hüquq verən sənəd olmadan xarici televiziya kanalının retranslyasiya olunması faktı aşkarlanmışdır. Bununla bağlı Audiovizual Şura tərəfindən 4 oktyabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəməyə göndərilmişdir.

    Audiovizual Şura bir daha operatorların nəzərinə çatdırır ki, onların əhaliyə təqdim etdikləri retranslyasiya paketlərinə daxil edilən xarici televiziya kanalları yalnız buna hüquq verən sənədin mövcudluğu halında retranslyasiya oluna bilər. Bu istiqamətdə davamlı monitorinqlər həyata keçirilir və mütəmadi olaraq nəticələr barədə ictimaiyyətə açıqlamalar veriləcəkdir.

  • Ədalət Şükürov: “AYNA-dan narazıyam, bacarmırlarsa, məni çağırsınlar, başa salım” (VİDEO)

    “Bizim yollardan çox narazıyam. Həddindən artıq. Avtobus zolağı bir, velosiped zolağı iki, balaca yolu bölürlər. Tıxaclar da artdıqca artır. Buna da səbəb həmin balaca yolu zolaqlara ayırmalarıdır. Ola bilsin, o da lazımdır. Amma onu böyük yolda edərlər. Yol salanda bütün bunları nəzərə alıb enli etmək lazımdır. Yoxsa ki, hazır balaca yoldan kəsib nəsə edib tıxac yaradırlar. Tıxacların 80 faizi elə həmin zolaqlara görə yolların balacalaşmasından yaranıb”.

    Bu sözləri Əməkdar artist Ədalət Şükürov APA TV-nin “Ekstra müsahibə” layihəsində qonaq olarkən deyib.

    O, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətindən narazı olduğunu bildirib:

    “AYNA-dan çox narazıyam. Orada peşəkarlar işləməlidirlər. Peşəkarlar dəvət etmək lazımdır. Yoxsa ki, biri maşını qoydu, tez onu çəkdilər, cərimə etdilər. Bu nə qədər düzgündür? Yaxşı qazanc yeri tapıblar. Narazıyam, buradan da deyirəm, əgər bu işi bacarmırlarsa, xarici ölkələrdə şirkətlər var, onları dəvət etsinlər. Amerikada, İngiltərədə yolları idarəetmə şirkətləri mövcuddur. Gəlib yarım il ölkədə yaşayıb yolun səmtini dəyişirlər. Bacarmırlarsa, məni çağırsınlar, başa salım. Bizdə bir çox yollar dalandır, onları açın da. Bir-ikisi açılıb, hərəkət var. Niyə o yolları açmırlar? İmkan da var. Nəinki mən, 99 faiz avtomobil idarə edənlər narazıdırlar”.