Month: October 2024

  • Суд принял решение в отношении убившего 26 лет назад мастера и спрятавшего труп в холодильнике

    В Баку состоялся судебный процесс по кассационной жалобе на приговор в отношении Эльнура Аббасова, обвиняемого в совершении убийства 26 лет назад.

    Как сообщает АПА, сегодня в Верховном суде на процессе под председательством судьи Назима Мовсумова было принято решение.

    Верховный суд оставил в силе приговор в отношении Эльнура Аббасова.

    Отметим, что убийство было совершено 26 апреля 1998 года на Бакинском рыбокоптильном заводе. Эльнур Аббасов, работавший неофициально охранником на этом заводе, 26 апреля 1998 года во время ссоры между ними убил мастера Мубариза Расулова, нанеся ему множественные ножевые ранения в цехе, а затем, чтобы скрыть следы преступления, убрал труп с места происшествия и спрятал его в холодильнике в цехе.

    Несмотря на наличие оснований для подозрения в том, что преступление совершил Эльнур Аббасов, в связи с тем, что он покинул территорию страны, привлечь его к уголовной ответственности не удалось, и он был объявлен в розыск.

    1 июля 2022 года Эльнуру Аббасову было предъявлено повторное обвинение по части 6 статьи 94 Уголовного кодекса, действовавшего в 1998 году. Он был задержан. Решением суда он был приговорен к 13 годам лишения свободы.

  • Məhkəmə 26 il əvvəl ustanı qətlə yetirib meyiti soyuducuda gizlədən şəxslə bağlı qərar verib

    Bakıda 26 il əvvəl qətl törətməkdə təqsirləndirilən Elnur Abbasov barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

    APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

    Qərara əsasən, Ali Məhkəmə Elnur Abbasov barəsində çıxarılan hökmü qüvvədə saxlayıb.

    Qeyd edək ki, qətl hadisəsi 1998-ci il aprelin 26-da paytaxt ərazisində yerləşən balıq hisləmə zavodunda qeydə alınıb. Zavodda qeyri-rəsmi mühafizəçi işləmiş Elnur Abbasov həmin zavodun 2 saylı sexində usta kimi çalışmış Mübariz Rəsulova aralarında yaranmış mübahisə zamanı çoxsaylı bıçaq zərbəsi yetirərək xüsusi amansızlıqla öldürüb. O, sonra törətdiyi cinayətin izlərini gizlətmək məqsədilə hadisə yerini təmizləyərək meyiti sexdəki soyuducuya qoyub.

    Aparılan istintaqla cinayətin Elnur Abbasov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilməsinə baxmayaraq, onun ölkə ərazisini tərk etməsi səbəbindən cinayət məsuliyyətinə cəlb olunması mümkün olmayıb və barəsində axtarış elan edilib.

    2022-ci il iyulun 1-də Elnur Abbasova 1998-ci ildə qüvvədə olan Cinayət Məcəlləsi ilə yenidən ittiham elan edilib və saxlanılıb. O, məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.

  • Bakıda kababçını öldürməkdə təqsirləndirilən şəxsə 17 il həbs cəzası verilib

    Bakıda kababçını qətlə yetirməkdə təqsirləndirilən Rəhman Qəhrəmanova hökm oxunub.

    “Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesin yekununda R. Qəhrəmanov 17 il müddətində azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə bu ilin aprelində paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Rəhman Qəhrəmanov aralarında yaranmış mübahisə zamanı tanışı Anar Quliyevə bıçaqla xəsarət yetirib. Yaralı müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Məlumata görə, A.Quliyev Keşlə qəsəbəsində kababçı işləyib. R.Qəhrəmanov kabab alarkən ona irad bildirib və tərəflər arasında mübahisə yaşanıb. Daha sonra küçədə rastlaşan şəxslər arasında yenidən mübahisə yaşanıb və məlum hadisə baş verib.

    Xatırladaq ki, Rəhman Qəhrəmanova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci( xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülmüşdü.

  • Gəncədə taksi sürücüsü bıçaqlanıb

    Gəncədə bıçaqlanma hadisəsi baş verib.

    APA-nın məlumatına görə, şəhər ərazisində 1993-cü il təvəllüdlü İ.Həsənov bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

    Söyüşə görə baş verən davanın bıçaqlanma ilə nəticələndiyi bildirilir. Bıçaqlanan və hadisəni törədən şəxslər taksi fəaliyyəti ilə məşğul olurlar.

    Faktla bağlı araşdırma aparılır.

  • Принадлежащая семье Рамиза Мехтиева компания задолжала государству 74 000 манатов

    Одна из ведущих компаний в сфере информационно-телекоммуникационных технологий (ИКТ) в Азербайджане – ООО Kaspian Telekom (VÖEN – 1500545191) имеет крупную налоговую задолженность, которая не была своевременно оплачена, сообщает yeniavaz.com.

    По данным на 8 октября 2024 года, налоговая задолженность ООО Kaspian Telekom составила 74 069 манатов 42 гяпика.

    ООО Kaspian Telekom уже много лет предоставляет различные ИКТ-услуги частным и государственным структурам, банковскому сектору на базе волоконно-оптических технологий. Компания также владеет кабельным телевидением Ailə TV и интернет-провайдером Ailə NET.

    По информации, раскрытой самой компанией, ООО Kaspian Telekom обладает самой широкомасштабной волоконно-оптической инфраструктурой в Азербайджане и является крупнейшим провайдером услуг SWIFT.

    Отметим, что уставный капитал компании, зарегистрированной 28 июля 2005 года, составляет 1 020 манатов. Примечательно, что юридический адрес компании – улица Истиглалият, дом 11, квартира 17 – совпадает с адресом регистрации дочери и внучки бывшего главы Администрации Президента, экс-президента Национальной академии наук (НАНА) Рамиза Мехтиева – Камилы Алиевой и Фидан Алиевой.

    Законным представителем ООО Kaspian Telekom является Орхан Алиев. Сообщается, что Орхан Алиев приходится сыном Фикрету Алиеву – брату бывшего депутата Ильхама Алиева и зятю Рамиза Мехтиева.

    Фикрет Алиев, носящий звание полковника, ранее работал в бывшем Министерстве национальной безопасности. Вскоре после избрания Рамиза Мехтиева президентом НАНА, Фикрет Алиев был назначен заместителем начальника Управления делами НАНА.

  • Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus şirkətin 75 min vergi borcu var

    Azərbaycanda informasiya-telekommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən biri olan “Kaspian Telekom” MMC-nin (VÖEN – 1500545191) dövlət büdcəsinə vaxtında ödənilməyən böyük miqdarda vergi borcu var.

    Yeniavaz.com xəbər verir ki, 8 oktyabr 2024-cü il tarixinə olan məlumata görə “Kaspian Telekom” MMC-nin vergi borcu 74 min 69 manat 42 qəpik təşkil edib.

    Məlumat üçün bildirək ki, “Kaspian Telekom” MMC uzun illərdir ki, özəl və dövlət qurumlarına, bank sektoruna, fiber-optik texnologiya bazasında ən müxtəlif İKT xidmətləri göstərir. “Kaspian Telekom” MMC eyni zamanda “Ailə TV” kabel televiziyası və “Ailə NET” internet provayderi tərəfindən göstərilən xidmətlərə də sahibdir.

    Şirkət tərəfindən açıqlanan məlumatda göstərilir ki, “Kaspian Telekom” MMC Azərbaycan ərazisində fəaliyyət göstərən ən geniş miqyaslı fiber-optik infrastruktura malik olan və SWIFT xidmətini göstərən ən böyük şirkətdir.

    Qeyd edək ki, 28 iyul 2005-ci il tarixində dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 1020 manat təşkil edir. MMC-nin hüquqi ünvanı “İstiqlaliyyət küçəsi, ev 11, mənzil 17″də yerləşir.

    “İstiqlaliyyət küçəsi, ev 11” ünvanı, eyni zamanda, Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın və nəvəsi Fidan Əliyevanın qeydiyyatda olduğu ünvandır.

    “Kaspian Telekom” MMC-nin qanuni təmsilçisi isə Orxan Fikrət oğlu Əliyevdir. Orxan Əliyevin Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyevin qardaşı Fikrət Əliyevin oğlu olduğu bildirilir.

    Onu da bildirək ki, polkovnik rütbəsi daşıyan Fikrət Əlisəftər oğlu Əliyevin vaxtilə keçmiş Milli Təhlükəsizlik Nazirliyində işlədiyi bildirilir. Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildikdən qısa müddət sonra Fikrət Əliyev AMEA İşlər idarəsinin müdir müavini təyin olunub.

  • На одной из центральных улиц Баку будет проложена новая автобусная полоса

    На улице Зарифы Алиевой в Баку будет проложена новая автобусная полоса.

    Об этом сказал председатель Агентства наземного транспорта Азербайджана Анар Рзаев на мероприятии на тему трансформации пассажирской мобильности в Азербайджане.

    “Соответствующий проект уже подготовлен”, – сказал он.

  • Bakının daha bir küçəsində yeni avtobus zolağı çəkiləcək

    Bakının Zərifə Əliyeva küçəsində yeni avtobus zolağı çəkiləcək.

    Bizim.media xəbər verir ki, bunu Azərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev deyib.

    “Bununla bağlı layihə artıq hazırdır”, – deyə o əlavə edib.

    Qeyd edək ki, indiyədək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının 29 küçə və prospektində uzunluğu 85 km-dən çox olan xüsusi hərəkət zolağı təşkil edib.

  • В Азербайджане изменены правила приостановки выплаты трудовых пенсий

    Кабинет министров Азербайджана внес изменения в “Правила назначения, расчета, перерасчета, перевода из одного вида в другой и выплаты трудовых пенсий”.

    Согласно изменению, выплата трудовой пенсии будет автоматически приостановлена подсистемой “Пенсия” при наличии копии вступившего в законную силу решения суда о лишении женщины родительских прав и передаче ребенка (детей) под опеку мужчины в связи с расторжением брака, а также о признании женщины безвестно отсутствующей или умершей, или копии свидетельства о смерти женщины.

    Отметим, что согласно действующему решению, до сих пор это распространялось только на случаи предоставления свидетельства о смерти матери или копии судебного решения о лишении материнских прав.

  • Uşaqlar kişinin himayəsinə verildiyi halda qadının pensiyası avtomatik dayandırılacaq

    Nazirlər Kabineti “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib.

    Qərara əsasən, qadın valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi, habelə qadının xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surəti və qadının ölüm haqqında şəhadətnaməsinin surəti olduqda “Pensiya” altsistemi tərəfindən əmək pensiyasının ödənilməsi avtomatik olaraq dayandırılacaq.

    Qeyd edək ki, qüvvədə olan qərara əsasən, indiyə qədər bu, ananın ölüm haqqında şəhadətnaməsinin və ya analıq hüququndan məhrum edilməsi barədə məhkəmə qərarının surəti təqdim edildiyi hallara şamil olunub.