Month: October 2024

  • Pensiyalar bu tarixdə ödəniləcək

    Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyalarının sabah ödənilməsi nəzərdə tutulub.

    Bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

    Qeyd olunub ki, yaxın günlərdə digər bölgələr üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

  • Новым главным тренером клуба “Ханкенди” станет турецкий специалист

    Новым главным тренером клуба “Ханкенди”, который будет выступать в Региональной лиге АФФА, назначен турецкий специалист Ибрагим Узунджа.

    Как сообщает Report, об этом сообщил исполнительный директор недавно созданной команды Васиф Исмайылов.

    Он отметил, что “Ханкенди” серьезно готовится к сезону 2024/2025: “Мы достигли согласия с новым главным тренером по многим вопросам. После их окончательного урегулирования его переход будет оформлен официально. Ранее мы работали вместе с Ибрагимом Узунджа в команде “Физули”. Также мы привлекли игроков, выступающих за сборную Азербайджана по мини-футболу, и воспитанника академии “Габалы” Камиля Назарли. Наша цель – завершить турнир на первом месте и выступать во II Лиге”.

    Отметим, начало сезона 2024/2025 Региональной лиги АФФА запланировано на октябрь.

  • Yeni yaradılan “Xankəndi” klubunu türkiyəli baş məşqçi çalışdıracaq

    AFFA Region Liqasında çıxış edəcək “Xankəndi” klubunun yeni baş məşqçisi türkiyəli mütəxəssis İbrahim Uzunca olacaq.

    Bu barədə “Report”a yeni yaradılan komandanın icraçı direktoru Vasif İsmayılov məlumat verib.

    O, “Xankəndi”nin 2024/2025 mövsümünə ciddi hazırlaşdığını bildirib:

    “Yeni baş məşqçi ilə bir çox məsələlərdə razılıq əldə etmişik. Xırda detallar həllini tapdıqdan sonra onun keçidi rəsmiləşəcək. İbrahim Uzunca ilə daha əvvəl “Füzuli” komandasında bərabər çalışmışıq. Azərbaycan minifutbol yığmasının heyətində çıxış edən oyunçuları heyətimizə cəlb etmişik. Bundan başqa, “Qəbələ” akademiyasının yetirməsi olan Kamil Nəzərli də artıq bizimlə olacaq. Hədəfimiz mövsümü qalib kimi başa vurmaq və II Liqada çıxış etməkdir”.

    Qeyd edək ki, AFFA Region Liqasının 2024/2025 mövsümünün oktyabr ayı ərzində başlaması nəzərdə tutulub.

  • Мужчина разбил стекло железнодорожного вокзала: Я выпил 10 бокалов пива…

    Арестован мужчина, разбивший стекло в зале ожидания железнодорожного вокзала города Гянджа ЗАО “Азербайджанские железные дороги” (AЖД).

    Как сообщает Qaynarinfo, в связи с инцидентом был задержан Мехман Дж. (1998 г.р.), в его отношении составлен протокол по статьям 510 и 535.1 Кодекса об административных проступках АР, дело направлено в суд.

    Выяснилось, что Мехман, выпив 10 бокалов пива, отправился на железнодорожный вокзал и вошел в зал ожидания с сигаретой. Когда дежурный сделал ему замечание, обвиняемый в гневе ударил ногой и разбил стекло зала ожидания. Он заявил, что сожалеет о совершенном поступке.

    Решением суда Мехман Дж. арестован на 20 суток.

  • Dəmiryol vağzalının şüşəsini sındırdı: “10 bakal pivə içmişdim…”

    “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Gəncə Dəmiryol Vağzalının gözləmə zalının şüşəsini sındıran şəxs həbs edilib.

    “Qaynarinfo”nun məlumatına görə, hadisə ilə bağlı 1998-ci il təvəllüdlü Mehman C. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.

    Məlum olub ki, Mehman 10 bakal pivə içərək, dəmiryol vağzalına gedib və siqaretlə gözləmə zalına daxil olub. Vağzalda zal gözətçisi işləyən şəxs ona öz iradını bildirdiyinə görə təqsirləndirilən şəxs əsəbi halda gözləmə zalının şüşəsini təpiklə vuraraq sındırıb. O, hadisəni törətdiyinə görə peşman olduğunu bildirib.

    Məhkəmənin qərarı ilə Mehman C. 20 gün müddətinə həbs edilib.

  • Bakıda 34 yaşlı müəllim direktor təyin edildi

    Azərbaycanın Milli Qəhrəmanı Aytəkin Məmmədov adına 38 nömrəli tam orta məktəbə direktor təyin edilib.

    Modern.az-ın məlumatına görə, bu vəzifə Gülnarə Bəkirovaya həvalə edilib.

    O bu vəzifəyə qədər məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 34 yaşlı gənc təhsil işçisi STEAM fənnini tədris edir.

    Xatırladaq ki, məktəbin keçmiş direktoru Yaqut Əfəndiyeva ötən ay çalışmanın yaş həddinə çatma səbəbi ilə əmək fəaliyyətini başa vurub.

  • Мухтар Бабаев встретился с заместителем генсека ООН

    Президент СОР29 Мухтар Бабаев встретился с заместителем генерального секретаря ООН Аминой Мохаммед.

    Об этом говорится на официальной странице СОР29 в социальной сети Х.

    “Председательство СОР29 провело плодотворные дискуссии с Аминой Мохаммед в рамках диалога высокого уровня, проходящего в Баку”, – говорится в публикации.

  • COP29-un prezidenti BMT baş katibinin müavini ilə görüşüb

    COP29-un prezidenti Muxtar Babayev BMT baş katibinin müavini Amina Mohammedlə görüşüb.

    Bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.

    “COP29 sədrliyi Bakıda keçirilən yüksəksəviyyəli dialoq çərçivəsində Amina Mohammedlə səmərəli müzakirələr aparıb”, – paylaşımda bildirilib.

  • В Лачыне и Шуше будут организованы ярмарки труда

    Государственное агентство занятости при Министерстве труда и социальной защиты населения организует ярмарки труда в Лачынском и Шушинском районах.

    Об этом сообщили в ведомстве.

    Ярмарки пройдут при поддержке специальных представительств президента Азербайджана. В Лачыне ярмарка будет организована 15 октября в 10:30 на территории под названием Сейрангях, а в Шуше – 16 октября в 11:00 в отеле “Шуша”.

    На мероприятиях более 42 предприятий представят более 400 вакансий. Также будет предоставлена подробная информация о реализуемых агентством проектах и программах активного трудоустройства.

  • Laçın və Şuşada əmək yarmarkaları təşkil ediləcək

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Laçın və Şuşa rayonlarında əmək yarmarkaları təşkil ediləcək.

    Bu barədə ƏƏSMN məlumat yayıb.

    Qeyd olunub ki, Azərbaycan Prezidentinin xüsusi nümayəndəliklərinin dəstəyi ilə keçiriləcək yarmarkalar oktyabrın 15-də saat 10:30-da Laçın şəhərindəki “Seyrangah” adlanan ərazidə, oktyabrın 16-da 11:00-da isə Şuşa şəhərindəki “Şuşa” hotelində keçiriləcək.

    Tədbirlərdə işsiz və işaxtaran şəxslərə 42-dən çox müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 400-dən çox vakansiya təqdim ediləcək, onlara agentliyin aktiv məşğulluq proqramları barədə ətraflı məlumatlar da veriləcək.