Month: October 2024

  • “Telegram”da növbəti yeniliklər

    “Telegram”ın yaradıcısı Pavel Durov mesencerdə növbəti yeniliklər barədə anons verib.

    Bu barədə vedomosti.ru məlumat verib.

    Gələcək yeniliklərə hədiyyələrdə beş təkmilləşdirmə, üç heşteq, göndərildikdən sonra mesaja media əlavə etmək və mesajın redaktə edildiyi vaxta baxmaq imkanı daxildir.

    Hədiyyə alanlar onları öz profillərində göstərib-göstərməməyi seçə və ya ulduz müqabilində sata bilərlər.

  • Zaqatalada itlərin hücumuna məruz qalan 8-ci sinif şagirdinin vəziyyəti necədir? – VİDEO

    Zaqatalada sahibsiz itlər məktəbliyə hücum edib.

    Nəticədə, yaxınlıqdakı sakinlər uşağın köməyinə çatmasaydılar, vəziyyət daha acınacaqlı ola bilərdi.

    Məktəblinin anası da daxil olmaqla Zaqatala şəhər sakinləri sahibsiz itlərin şəhərin mərkəzində sürü halında gəzməsindən narahatdırlar. Onların dediyinə görə, Zaqtalanın mərkəzində səhər saatlarında və hava qaraldıqdan sonra sahibsiz itlər daha da aktivləşir.

    Sakinlər deyiblər ki, küçə itlərinin insanlara hücum çəkməsi Zaqatalada ilk hal deyil.

    Dərhal xəstəxanaya çatdırılan şagirdə ilkin tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurularaq ambulator müalicə üçün evə buraxılıb. Hazırda azyaşlının vəziyyəti nəzarətdə saxlanılır.

    Ətraflı “Xəzər xəbər”in süjetində:

  • İsrail İrana nə vaxt zərbə endirəcək?

    İsrailin İrana hücumunun vaxtı barədə növbəti məlumat yayılıb.

    Bu dəfə ABŞ-nin NBC telekanalı maraqlı iddia ilə çıxış edib.

    Məlumata görə, İsrail, ehtimal ki, bu ölkənin müdafiə naziri Yoav Qallantın Vaşinqtona səfəri ilə eyni vaxtda İrana hücum edəcək.

    Qeyd edək ki, nazirin ABŞ-yə səfəri 9 oktyabra planlaşdırılıb.

  • В Баку мужчина покончил с собой в съемной квартире

    В Ясамальском районе Баку произошло самоубийство.

    Как сообщает lent.az, случай зафиксирован на улице Бясти Багировой.

    Согласно информации, 37-летний Руслан Иманов был найден повешенным в ванной комнате съемной квартиры, где он проживал.

    Предполагается, что причиной суицида стали финансовые трудности.

    По данному факту проводится расследование.

  • Bakıda kirayədə yaşayan kişi canına QƏSD ETDİ

    Bakıda intihar hadisəsi olub.

    Lent.az-ın məlumatına görə, hadisə Yasamal rayonunun Bəsti Bağırova küçəsində baş verib.

    37 yaşlı Ruslan Ramiz oğlu İmanov kirayədə yaşadığı evin hamam otağında özünü asıb.

    Onun maddi duruma görə özünü öldürdüyü ehtimal edilir.

    Hazırda faktla bağlı araşdırma aparılır.

  • İstanbulda iki qızı parçalayaraq vəhşicəsinə öldürən qatilin qonşusu yeni detalları açıqladı

    Türkiyənin İstanbul şəhərində özü kimi 19 yaşında olan Ayşenur Halil və İkbal Uzuner adlı iki qızı vəhşicəsinə qətlə yetirdikdən sonra intihar edən Semih Çeliklə bağlı istintaqda yeni detallar üzə çıxıb.

    Median.Az “Turkiye gazetesi”nə istinadən xəbər verir ki, mətbuatda “Edirnekapı qatili” adını alan Çelikin qonşusu qətl günü baş verənləri ilk dəfə danışıb.

    “Hadisə baş verən gün bağırtı səsləri eşitdim. Sonra saat ikinin yarısında Çeliki qazanxananın qapısında gördüm. Odun kimi görünürdü. Titrəyirdi. Ağappaq idi.

    Mən Ölən qızı da görmüşdüm, gəlib gedirdi. O evdən əvvəllər də ara-bir qışqırıq səsləri gəlirdi. Ata qışqırır, söyürdü. Uşaq da atanın üstünə qışqırırdı. Nə ana, nə də ata bizə pislik edib. Amma hərdən qışqırırdılar”, – deyə qonşu bildirib.

    O, Çeliki “əməlli başlı dəli” deyə təsvir edib.

    Xatırladaq ki, oktyabrın 5-də Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda psixoloji problemləri olan 19 yaşlı Semih Çelik adlı şəxs İkbal Uzuner adlı qızın başını bıçaqla kəsərək Edirnekapı qala divarlarından aşağı atıb. Daha sonra Çelik boğazına ip keçirib və özünü qala divarlarından ataraq intihar edib. O, həmin gün daha əvvəl öz evində digər sevgilisi Ayşenur Halil adlı 19 yaşlı qızı da vəhşicəsinə qətlə yetirib.

    Qeyd edək ki, qatilin telefonuna baxış zamanı onun üzvü olduğu qrupda bir mesajlaşma tətbiqi üzərindən özlərini “incel” kateqoriyasına aid edən şəxslərlə əlaqə saxladığı ortaya çıxıb.

    Məlumata görə, ingiliscə “involuntary celibacy” (“məcburi subaylıq”) ifadəsinin qısaltması olan “incel” qadınlara və yaşadıqları cəmiyyətə düşmən münasibət bəsləyən, şiddətə və zorakılığa meyilli insanları ifadə edir.

    Həmçinin Semih Çelikin evində şeytani ünsürlərin və ayinlərin əks olunduğu şəkillər aşkarlanıb.

  • СМИ: В Сирии убит высокопоставленный офицер КСИР

    В результате авиаудара израильских ВВС по району Аль-Мезза в сирийском Дамаске был ликвидирован высокопоставленный офицер иранского Корпуса стражей исламской революции (КСИР).

    Об этом сообщает телеканал “Аль-Арабия” со ссылкой на израильские СМИ.

    Согласно информации, удар был нанесен по резиденции вблизи иранского посольства в столице Сирии.

    По предварительным данным, в результате атаки погибли не менее 7 мирных жителей, еще 11 человек получили ранения.

  • SEPAH komandiri Suriyada öldürüldü

    İsrailin Dəməşqin (Suriya) Ələmzeh bölgəsinə aviahücumu nəticəsində İran İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) yüksəkrütbəli zabiti öldürülüb.

    Bu barədə “Al-Arabiya” xəbər kanalı İsrail mediasına istinadən məlumat yayıb.

    Qeyd edək ki, İsrail döyüş təyyarələrinin Suriyanın paytaxtı Dəməşqdə İran səfirliyinin yaxınlığındakı iqamətgaha zərbə endirməsi nəticəsində ən azı 7 mülki şəxs həlak olub, daha 11 nəfər yaralanıb.

  • Скончался глава ЦИК Нахчыванской АР

    Скончался председатель Центральной избирательной комиссии (ЦИК) Нахчыванской Автономной Республики Экрем Гусейнзаде.

    Как сообщает информационное агентство Nuhçıxan, он умер 7 октября в результате тяжелой болезни.

    Отметим, что Э.Гусейнзаде родился в 1983 году в городе Нахчыване. Окончил Нахчыванский государственный университет по специальности “История-филология”, был доктором философии по филологии.

    На должность председателя ЦИК Нахчыванской АР он был назначен в июле 2024 года.

  • Yüksəkvəzifəli şəxs vəfat ETDİ

    Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri vəfat edib.

    Bu barədə “Nuhçıxan” İnformasiya Agentliyindən məlumat verilib.

    Bildirilib ki, Naxçıvan MSK-nın sədri Əkrəm Hüseynzadə ağır xəstəlikdən sonra bu gün vəfat edib.

    Qeyd edək, Əkrəm Hüseynzadə 1983-cü ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Universitetini tarix-filologiya ixtisası üzrə bitirmişdi. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri və filologiya üzrə fəlsəfə doktoru idi.