Month: October 2024

  • Üsamə bin Ladenin oğlunun Fransaya girişi qadağan edildi

    Fransa hakimiyyəti “Əl-Qaidə” beynəlxalq terror təşkilatının keçmiş lideri Usamə bin Ladenin oğlu Ömərin ölkəyə girişini rəsmən qadağan edib.

    Qaynarinfo xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Bruno Retaillo X sosial şəbəkəsində məlumat verib.

    Nazir qeyd edib ki, Ömər bin Laden indiyədək bir neçə il Fransanın şimalındakı Orn departamentində yaşayıb, Britaniya vətəndaşının əri olub. Lakin ötən il sosial şəbəkələrində terrorizmi təbliğ edən şərhlər yazdıqdan sonra Fransa hakimiyyəti onun deportasiyası barədə əmrin verilməsini tələb edib. Məhkəmələr bu tələbin qanuniliyini təsdiq etdikdən sonra hakimiyyət onun Fransadan getməsini təmin edib.

    Retayo bildirib ki, Fransaya girişə inzibati qadağa bin Ladenin hər hansı səbəbdən ölkəyə qayıda bilməyəcəyini təmin edir.

    Üsamə bin Laden 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda əkiz qüllələrin partladılması da daxil olmaqla, bir çox böyük terror aktlarına görə məsuliyyəti öz üzərinə götürmüş beynəlxalq terror təşkilatı “Əl-Qaidə”nin qurucusu və keçmiş lideridir. ABŞ hökumətinin rəsmi versiyasına görə, bin Laden 2011-ci il mayın 2-də Pakistanın şimal-qərbindəki Abbottabad şəhərindəki villada xüsusi əməliyyat nəticəsində məhv edilib. “Əl-Qaidə” bu məlumatı təsdiqləyib.

    Ötən ayın ortalarında 2019-cu ildə ABŞ ordusu tərəfdindən öldürüldüyü deyilən Usamə bin Ladenin oğlu, 34 yaşlı Həmzə bin Ladenin sağ olduğu açıqlanıb. Bu barədə həmin vaxt prezident olan Donald Tramp açıqlama vermişdi. Həmzə öldürüldüyü açıqlanan zaman “Əl-Qaidə” terror təşkilatının lideri hesab olunurdu.

    Bununla belə, yeni kəşfiyyat məlumatları Həmzə bin Ladenin hələ də sağ olduğunu göstərir. Britaniyanın “The Mirror” nəşri kəşfiyyat hesabatından sitat gətirir: “Həmzə bin Laden nəinki sağdır, həm də “Əl-Qaidə”nin dirçəlişində fəal iştirak edir. O, “Əl-Qaidə”nin zirvəsinə yüksəlib və onu İraq müharibəsindən bəri ən güclü dirçəlişinə doğru istiqamətləndirir”.

    Məlumata görə, bin Ladenin oğlu vaxtının çox hissəsini Əfqanıstanın paytaxtı Kabildən 150 kilometr aralıda yerləşən Cəlalabad şəhərində keçirir. Həmzənin qardaşı Abdullah bin Ladenlə birlikdə “Əl-Qaidə” terrorçuları üçün 10 təlim düşərgəsini idarə etdiyi deyilir.

    “Mövcud vəziyyətlə 11 sentyabr hücumlarının müqəddiməsi arasındakı paralellər həyəcan vericidir. Həmzə atasının irsini davam etdirmək əzmindədir. Onun komandanlığı altında “Əl-Qaidə” yenidən qruplaşır və Qərb hədəflərinə gələcək hücumlara hazırlaşır”, deyə “The Mirror” kəşfiyyat hesabatından sitat gətirir.

    Ehtimallara görə, Amerika qoşunlarının çıxarılmasından sonra Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban Həmzə bin Ladenlə müntəzəm görüşlər keçirir.

    “Taliban liderləri onunla əlaqə saxlayır və müntəzəm görüşlər keçirirlər. Onlar onun və ailəsinin təhlükəsizliyini təmin edir, “Əl-Qaidə” ilə Taliban arasında olan bu dərin əlaqə Qərb hökumətləri tərəfindən araşdırılmalıdır”, deyə “The Mirror” kəşfiyyat hesabatına istinadən qeyd edir.

  • Azərbaycanda bu şirkətin “zapravka”larının 50 faizi bağlandı

    “MSDIS Holding”ə məxsus “MS Oil” yanacaqdoldurma məntəqələrinin (YDM) daha bir qismi bağlanıb.

    İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkətin fəaliyyətini dayandıran YDM-lərinin sayı 6-ya çatıb.

    Belə ki, “MS Oil”in fəaliyyətini dayandıran YDM-ləri aşağıdakılardır:

    – Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsi;

    – Xırdalan qəsəbəsi, Bakı-Sumqayıt yolunun 12-ci kilometrliyi;

    – Koroğlu Rəhimov küçəsi 65;

    – Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 8;

    – Bakı şəhəri, Salyan şosesi 13 km;

    – Abşeron rayonu, Müşviqabad qəsəbəsi, Bakı-Şamaxı yolu.

    Məlumata görə, şirkət qeyd olunan ünvanlarda yerləşən yanacaqdoldurma məntəqələrini “SOCAR”a icarəyə verib. Artıq həmin ünvanların bəzilərində “SOCAR” brendli YDM-lər fəaliyyətə başlayıb, digərlərində isə hazırda təmir-dizayn-quraşdırma işləri aparılır.

    Əvvəllər “MS Oil”in Bakı və regionlarda benzin, dizel və qaz yanacağının satışını həyata keçirən 12 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərib. “MS Oil” fəaliyyətini hazırda aşağıdakı ünvanlar üzrə cəmi altı filialda davam etdirir:

    – Xırdalan şəhəri;

    – Sabunçu rayonu, Zabrat qəsəbəsi;

    – Zirə qəsəbəsi, Zirə-Pirallahı yolunu qərb hissəsi;

    – Abşeron rayonu, Saray qəsəbəsi, Bakı-Quba avtomobil yolunun 22-ci kilometrliyi;

    – İsmayıllı rayonu, Nizami Gəncəvi;

    – Siyəzən rayonu, Bakı-Quba yolu.

    Xatırladaq ki, “MSDIS Holding” inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə fəaliyyət göstərir. Holding “MS Sement” sement istehsalı, “MS Kabel” kabel istehsalı, “MS Asfalt” asfalt istehsalı, daş və qum-çınqıl yatağı ilə məşğul olan “MS Karyer” müəssisələrinə, eləcə də “MS Laminat” şirkətinə və “MS Oil” yanacaq doldurma məntəqələrinə sahibdir. “MSDIS Holding” bir müddət əvvəl nizamnamə kapitalını kəskin azaldaraq 2 572 000 manatdan 500 manata endirib.

    “MSDIS Holding” MMC-nin qanuni təmsilçisi Nağıyev Mirfəyyaz Oktay oğludur.

  • Bu cərimələr 4000 manata qədər artırılır

    Avtomobildən bayıra hər hansı əşya, tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq.

    APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

    Qüvvədə olan qanuna görə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə otuz manat məbləğində cərimə edilir.

    Layihəyə əsasən, yollara və ya yol qurğularına tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə ediləcək.

    Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

  • Bakıda məktəb, bağça və universitetlər distant təhsilə keçir?

    Bakıda bəzi təhsil müəssisələrinin distant təhsilə keçəcəyi ilə bağlı iddialar yayılıb.

    Sosial şəbəkələrdə gedən müzakirələr zamanı bu müəəsisələrin əsasən şəhərin mərkəzindəki təhsil ocaqları olduğu bildirilir.

    Maraqlıdır ki, əgər belə bir qərar olacaqsa məktəb, bağça, yoxsa universitetlər onlayn təhsilə keçəcək? Distant təhsilin hansı təhsiq oacaqlarında tətbiqi məqsədəuyğun olardı?

    Təhsil eksperti Kamran Əsədov BAKU.WS-ə bildirib ki, Bakının mərkəzində yerləşən təhsil müəssisələrinin onlayn təhsilə keçməsi məsələsi son dövrlərdə geniş müzakirə olunan mövzulardan biridir:

    “Bu məsələ, xüsusilə böyük şəhərlərdəki nəqliyyat sıxlığı, hava çirklənməsi və pandemiya kimi fövqəladə vəziyyətlərdə aktual olur. Onlayn təhsilin tətbiqi ilə bağlı müzakirələrdə əsas sual, hansı təhsil müəssisələrinin və nə vaxt bu keçidi etməsinin məqsədəuyğun olmasıdır. Həmçinin, onlayn təhsilin neçə gün davam etməsi və onun uzunmüddətli təsirləri də diqqət mərkəzindədir.

    Onlayn təhsilə keçid ən çox universitetlər üçün məqsədəuyğun görünür. Universitet tələbələri yetkin yaşda olduqları üçün onlayn təhsil prosesinə daha tez uyğunlaşa və məsuliyyətli şəkildə öyrənə bilərlər. Universitetlərdə onlayn təhsil sistemi, həm də praktiki olaraq daha asan tətbiq edilə bilər. Mühazirə dərslərinin onlayn platformalar vasitəsilə keçirilməsi, tələbələrin zamandan və məkandan asılı olmayaraq təhsil almaq imkanını təmin edir. Əlavə olaraq, universitetlər üçün onlayn təhsil, tələbələrin praktiki təlimlər və laboratoriya dərsləri üçün daha çox vaxt ayıra bilməsi baxımından da faydalı ola bilər. Buna görə, Bakının mərkəzində yerləşən universitetlərdə dərslərin onlayn formata keçməsi, xüsusilə qış aylarında və ya şəhərdə hərəkətliliyin yüksək olduğu dövrlərdə effektiv ola bilər. Onlayn təhsil dövrünün isə iki-üç həftə kimi nisbətən qısa müddətli olması, tələbələrin motivasiyasını qorumaq və praktiki məşğələlərə davamlı olaraq qayıtmaları üçün vacibdir”.

    K.Əsədov əlavə edib ki, məktəblər üçün isə onlayn təhsil məsələsi daha mürəkkəbdir: “Orta təhsil müəssisələrində, xüsusilə ibtidai siniflərdə onlayn təhsil, şagirdlərin sosial bacarıqlarını və dərsə qarşı marağını azaltmaq riski daşıyır. İbtidai sinif şagirdləri üçün sosial mühitdə öyrənmə çox vacibdir, çünki bu yaşda şagirdlər yalnız bilik deyil, həm də sosial davranış qaydalarını, ünsiyyət bacarıqlarını və qrup işini öyrənirlər. Buna görə, ibtidai sinif şagirdlərinin onlayn təhsilə keçməsi məhdud çərçivədə və müvəqqəti tədbir olaraq görülməlidir. Məsələn, qışın ağır keçdiyi və ya şəhərdə ciddi nəqliyyat problemlərinin yaşandığı dövrlərdə iki həftəlik onlayn təhsil tətbiq oluna bilər. Bu müddət uşaqların sosial əlaqələrini tam itirmədən, valideynlər üçün də müvəqqəti rahatlıq təmin edəcək bir tədbir ola bilər.

    Orta və yuxarı siniflərdə isə onlayn təhsil daha geniş tətbiq edilə bilər. Bu yaş qruplarındakı şagirdlər, texnologiyadan istifadə edərək öyrənmə bacarıqlarını inkişaf etdirmişdir və onlayn təhsilə daha tez uyğunlaşa bilirlər. Mərkəzi Bakıda yerləşən məktəblərdə nəqliyyat sıxlığının azalması və təhlükəsizlik tədbirləri baxımından bu addım faydalı ola bilər. Ancaq bu daimi deyil, ehtiyac yarandıqda tətbiq olunmalıdır. Məsələn, şəhərdə hərəkət məhdudiyyətləri və ya hava şəraiti səbəbindən yaranan çətinliklərdə üç-dörd həftəlik onlayn təhsil dövrü nəzərdə tutula bilər. Bu həm müəllimlərin, həm də şagirdlərin onlayn təhsilin üstünlüklərindən yararlanmasına imkan verəcək, eyni zamanda məktəb mühitinə dönüşü çətinləşdirməyəcəkdir”.

    Ekspert sonda qeyd edib ki, bağçalar üçün isə onlayn təhsil məsələsi olduqca çətindir və effektiv sayıla bilməz: “Bağça yaşında olan uşaqların öyrənmə prosesi tamamilə sosial mühitə, oyunlara və təcrübələrə əsaslanır. Onlayn təhsil bu yaş qrupu üçün ənənəvi tədrisin əvəzini verməz. Bağça yaşında olan uşaqlar üçün onlayn təhsil yalnız məhdud çərçivədə, məsələn, valideynlər üçün evdə məşğələlər təqdim etmək, kiçik qruplarla qısa müddətli virtual görüşlər təşkil etmək üçün istifadə oluna bilər. Lakin bağçaların ümumi olaraq onlayn formata keçməsi uşaq inkişafı baxımından uyğun deyil.

    Nəticə olaraq, Bakının mərkəzində yerləşən təhsil müəssisələrinin onlayn təhsilə keçməsi məsələsi müxtəlif yaş qruplarına və təhsil səviyyələrinə görə fərqli yanaşmalar tələb edir. Universitetlər və yuxarı siniflər üçün bu addım qış aylarında və ya xüsusi vəziyyətlərdə iki-üç həftəlik dövrlərlə tətbiq oluna bilər. Orta və ibtidai siniflərdə isə qısa müddətli onlayn təhsil ehtiyac yarandıqda nəzərdə tutula bilər. Bağçalar üçün isə bu yanaşma yalnız əlavə dəstək kimi görülməlidir. Onlayn təhsilin tətbiqi zamanı balanslı yanaşma və hər bir yaş qrupunun ehtiyaclarının nəzərə alınması, bu prosesin uğurla həyata keçirilməsində əsas rol oynayacaq”.

  • Salyanda avtomobil kanala aşıb, ölən var

    Salyanda avtomobil kanala aşıb, ölən var.

    Hadisə köhnə ələt-Astara magistralının rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan “VAZ-21015” markalı avtomobil anidən idarətmədən çıxaraq kanala aşıb.

    Qəza nəticəsində rayonun Şəkərli kənd sakini, 1986-cı il təvəllüdlü Nəcəfov Ruslan Əlsəməd oğlu hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • 36 yaşlı idmançı gənə dişləməsi nəticəsində dünyasını dəyişib

    Buzadırmanma üzrə Rusiya çempionu Alyona Vlasova gənə dişləməsi nəticəsində 36 yaşında dünyasını dəyişib.

    Bu barədə Rusiya Alpinizm Federasiyasının mətbuat xidməti məlumat yayıb.

    Həşərat idmançını 3 ay əvvəl dişləyib və buna görə onun ağciyərlərinin 70 faizi zədələnib.

    Qeyd edək ki, A.Vlasova son olaraq fevralda Rusiyanın Tomsk şəhərində keçirilən ölkə çempionatının qalibi olub.

  • Azərbaycan hotellərində orta qiymətlər İstanbula və Gürcüstana nisbətən azdır

    Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət Türkiyənin İstanbul şəhəri ilə və Gürcüntanla müqayisədə az olub.

    “Report” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, Azərbaycan hotellərində orta qiymət yanvarda 87,5 manat (ötən ilin eyni dövrünə nisbətən 7,3 % çox), fevralda 102,6 manat (29,3 % çox), martda 134,3 manat (43,3 % çox), apreldə 131,7 manat (37,7 % çox), mayda 131,75 manat (dinamika elan edilməyib), iyunda 138,75 manat (4,5 % az), iyulda 136,75 manat (8,4 % az), avqustda 118 manat (48,5 % az), sentyabrda 126,8 manat ( -1,2 %), oktyabrda isə 140,9 manat (+9,8 %) təşkil edib.

    İstanbulda orta qiymət yanvarda 159,5 manat (2,8 % az), fevralda 130,6 manat (14,5 % çox), martda 138,2 manat (15,7 % az), apreldə 180,8 manat (0,5 % çox), mayda 193,2 manat (dinamika elan edilməyib), iyunda 167,2 manat (18,6 % az), iyulda 160,2 manat, avqustda 164,2 manat (10,3 % az), sentyabrda 163 manat (- 6,9 %), oktyabrda isə 176,2 manat ( – 11,9 %) olub.

    Gürcüstanda isə orta qiymət yanvarda 159 manat (34,7 % çox), fevralda 126 manat (21,5 % çox), martda 111 manat (0,1 % az), apreldə 141 manat (9,2 % az), mayda 132,2 manat (ötən ilin may aylarının göstəriciləri açıqlanmayıb), iyunda 121,4 manat (46,7 % az), iyulda 120,4 manat (50 % az), avqustda 134 manat (26,2 % az), sentyabrda 131,7 manat (- 10,8 %), oktyabrda isə 146 manat (+ 4,1 %) təşkil edib.

  • В Иране за два дня казнили 30 человек

    В Иране за два дня (2-3 октября) в различных тюрьмах казнены 30 приговоренных, включая трех женщин.

    Как сообщает Median.Az со ссылкой на местные СМИ, на 37-й неделе кампании “Вторник без казни” в 22 тюрьмах Ирана проходит акция голодовки.

    Приговоренный к смертной казни Махмуд Дехмарде умер от сердечного приступа в тюрьме Забул.

    За 6 месяцев текущего года по иранскому календарю (апрель-сентябрь) в Иране казнены около 450 заключенных.

  • Son iki gündə İranda 30 nəfər edam olunub

    İranda son iki gündə 30 nəfər barəsində çıxarılan edam hökmü icra olunub.

    Məlumatı “ir.voanews.com” yayıb.

    Məlumata görə, “Edamsız çərşənbə axşamı” kampaniyasının 37-ci həftəsində İranın 22 həbsxanasında aclıq aksiyası keçirilir.

    İnformasiyaya əsasən, aclıq aksiyası aşağıdakı həbsxanalarda keçirilib: Evin (qadınlar bölməsi və 4 və 8-ci bölmələr), Qızılhisar (3 və 4-cü məhəllə), Kərəc, Tehran, Xürrəmabad, Ərak, Əsədabad, İsfahan, Nizam Şiraz, Bəm, Məşhəd, Ləkən Rəşt (qadın və kişi həbsxanası), Qaimşəhr, Ərdəbil, Təbriz, Urmiya, Səlmas, Xoy, Nəğədə, Saqqız, Bane, Mərivan və Kamiyaran.

    Bildirilib ki, oktyabrın 2-si və 3-ündə müxtəlif həbsxanalarda üçü qadın olmaqla azı 30 nəfər edam olunub. Barəsində ölüm hökmü çıxarılmış Mahmud Dehmərde adlı məhbus Zabul həbsxanasında ürək tutmasından ölüb.

    İran təqvimi ilə bu ilin 6 ayı ərzində (aprel-sentyabr) İranda 450-yə yaxın məhbus edam edilib.

  • Великобритания в очередной раз расширила санкции в отношении России

    Великобритания расширила санкции в отношении России.

    Как передает Median.Az со ссылкой на зарубежные СМИ, об этом говорится в сообщении британского Минфина.

    В санкционный список в частности включен начальник войск радиационной, химической и биологической защиты ВС РФ генерал-лейтенант Игорь Кириллов, само подразделение, а также 27-й Центральный научно-исследовательский институт Министерства обороны.