Month: October 2024

  • Bulvarda tanıdığı 14 yaşlı qızla cinsi əlaqədə oldu – Hadisənin DETALLARI

    Sumqayıt şəhərində 2003-cü il təvəllüdlü Camal yetkinlik yaşına çatmayan Əsmərlə (adlar şərti göstərilib – red.) cinsi əlaqədə olub.

    Teleqraf.com-un əldə etdiyi məlumata görə, Camal 2023-cü ilin noyabr ayının ortalarında, günorta saatlarında Sumqayıt şəhərinin Bulvar küçəsində yerləşən evin yataq otağındakı çarpayıda aralarında 6 yaş fərq olan, on dörd yaşlı Əsmərlə onun könüllü razılığı əsasında təbii yolla cinsi əlaqəyə girib. Bu əməli dekabrın 15-dək mütəmadi davam etdirib.

    İstintaq orqanı tərəfindən Camalın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Camal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Əsməri 2023-cü ildən tanıyır: “Sumqayıt şəhərinin Bulvar ərazisində gəzişərkən ilk dəfə Əsməri yanında rəfiqəsi ilə gördüm. Ona yaxınlaşaraq tanış olmaq istədiyimi bildirdim. Buna etiraz etmədi. Aramızda sevgi münasibətləri yarandı.

    Mən Əsmərin 14 yaşı olduğunu bilmişəm. Lakin ona qarşı fikrim ciddi olduğu üçün evlənmək niyyətində olmuşam. Biz Əsmərin 16-17 yaşına çatmağını gözləmək, daha sonra evlənmək barədə razılığa gəldik. Bu barədə mən öz valideyinlərimə də bildirdim”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, tanışlıqlarından təxminən 2 ay sonra Əsmər onu anası Xatirə ilə tanış edib: “Mən Xatirəyə qızı barədə niyyətimin ciddi olduğunu və gələcəkdə onunla ailə həyatı qurmaq istədiyimi bildirdim. Xatirə də mənim Əsmərlə münasibətlərimin davam etməsinə razılıq verdi”.

    Camalın sözlərinə görə, 29 oktyabr 2023-cü ildə Əsmərin 14 yaşı tamam olub: “Əsmərin ad gününə tort və üzərində “13” rəqəmi yazılmış kloun olan gümüş sep hədiyyə aldım. Sonra Əsmər və onun anası Xatirə ilə birlikdə bulvar ərazisində yerləşən restoranlardan birində ad gününü qeyd etdik. Həmin vaxta kimi Əsmərlə cinsi əlaqədə olmamışdım.

    Təxminən 2023-cü ilin noyabr ayının ortaları və ya axırında günortadan sonra Əsmərlə görüşdük, birlikdə evləri üçün marketdən alış-veriş etdik. Kömək məqsədilə onun aldığı əşyaları yaşadıqları mənzilə kimi apardım.

    Əsmər anası evdə olmadığı üçün məni içəri dəvət etdi. Söhbət edərkən özümü saxlaya bilmədim, onu öpdüm. O da məni öpdü. Hər ikimiz ehtiraslandıq. Yataq otağına keçərək soyunduq və ilk dəfə öz razılığı ilə onunla cinsi əlaqədə oldum. Əlaqə nəticəsində Əsmərin qızlıq bəkarəti pozuldu. Bu barədə o, anasına məlumat verməyəcəyini bildirdi.

    Bundan sonra biz təxminən dekabr ayının ortalarınadək həmin mənzildə daha 3-4 dəfə ayrı-ayrı tarixlərdə cinsi əlaqədə olduq. Mən Əsmərin 14 yaşı olduğunu və 16 yaşına çatmadığını bilmişəm. Buna baxmayaraq, öz ehtirasıma sahib çıxmayaraq, Əsmərin öz təklifi ilə onunla cinsi əlaqədə olmuşam”.

    İş üzrə zərərçəkmiş qismində ifadə verən Əsmərin sözlərinə görə, Sumqayıt şəhərində orta məktəbin 7-ci sinif şagirdi olsa da, 6-cı sinfi qurtardıqdan sonra öz təşəbbüsü ilə yeni təhsil ilindən məktəbə getməkdən imtina edib:

    “13 iyul 2023-cü ildə rəfiqəmlə birlikdə Sumqayıt şəhərində bulvar ərazisində gəzərkən mənə tanımadığım, özünü Camal kimi təqdim edən gənc oğlan yaxınlaşdı və tanış olmaq istədiyini bildirdi. İlk baxışdan mənim Camaldan xoşum gəldiyi üçün ona etiraz etmədim.

    Bundan sonra onunla mütəmadi olaraq görüşməyə, telefon vasitəsilə danışmağa başladıq. Bundan təxminən iki ay sonra Camalı anamla da tanış etdim”.

    Zərərçəkmiş qeyd edib ki, oktyabrın 29-da anası Xatirə ilə birlikdə Sumqayıt şəhərində bulvar ərazisində yerləşən restoranlardan birində 14 yaşını qeyd edib və Camal da həmin ad günündə iştirak edib:

    “Camal mənə tort, üzərində tanışlıq tariximiz olan “13” rəqəmini əks etdirən gümüş boyunbağı da hədiyyə etdi. Ad günümdən bir iki həftə sonra, yəni təxminən noyabr ayının ortalarında, günorta saatlarında yaşadığım evin yaxınlığındakı marketdə Camalla birlikdə bazarlıq etdik. Daha sonra Camal mağazadan alınan əşyaların mənim yaşadığım mənzilə daşınmasında köməklik etdi. Evə çatdıqda anam işdə olduğu üçün Camalı yaşadığım mənzilə dəvət etdim. Söhbət edərkən Camal məni öpdü. Mən də öpüşdən ehliraslandım, onu öpdüm. Bundan sonra hər ikimiz yataq otağına keçdik. Camal məni soyundurduqdan sonra öz razılığımla ilk dəfə onunla cinsi əlaqədə olduq. Qızlıq bəkarətimin pozulduğunu başa düşdüm”.

    Əsmərin ifadəsinə görə, daha sonra Camal onların evindən gedib: “Camalla cinsi əlaqədə olmağım barədə anama heç bir söz demədim. Bundan sonra Camalla ayrı-ayrı vaxtlarda yaşadığım mənzildə daha 3 dəfə cinsi əlaqədə oldum. Sonuncu dəfə bu cür görüşümüz 2023-cü ilin dekabrın 15-nə təsadüf etdi.

    2024-cü il yanvarın 8-də səhər saatlarında anamla evdə olarkən ona Camalla bir neçə dəfə cinsi əlaqədə olduğumu dedim. Anam da əsəbiləşərək mənimlə Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə gedərək şikayət ərizəsi yazdıq. Camal mənimlə cinsi əlaqədə olarkən heç vaxt zor tətbiq etməyib. Hər dəfə cinsi əlaqə öz istəyim və razılığımla olub”.

    İş üzrə zərərçəkmiş Əsmərin qanuni nümayəndəsi qismində dindirilən anası Xatirənin sözlərinə görə, 2023-cü ilin oktyabrında qızı Əsmər ona Camal adlı bir oğlanla tanış olduğunu və bir-birlərini sevdiklərini bildirib:

    “Məni də Camalla tanış etdi, aramızda mehriban münasibət yarandı. Hətta qızım Əsmərin ad gününü də Camalla birlikdə restoranda qeyd etdik. Bəzi hallarda Camal özü, bəzi hallarda Camalın anası da bizə gəlib-gediblər, Əsmərin 18 yaşına çatandan sonra el adəti ilə toy edərək onları evləndirmək barədə razılaşmışıq.

    Bu il yanvarın 8-də Əsmər evdə söhbət edərkən öz istəyi ilə Camalla 2023-cü ilin noyabr ayının ortalarında yaxın münasibətdə olduğunu, Camalın onun bakirəliyini pozduğunu bildirdi. Bu xəbəri eşitdikdə halım pisləşdi. Dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verdim. Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə dəvət olundum. Mən hadisə barədə ərizə ilə müraciət etdim.

    Hazırda Camal və onun ailə üzvləri mənə qızım nikah qurmağa hüquq verən yaş həddinə çatdıqda onunla evlənəcəyinə söz verib və el adəti ilə onları nişanlamışıq. Bu səbəbdən Camaldan hər hansı şikayətim yoxdur. Hazırda onunla barışmışıq. Gələcəkdə qızım ilə Camalı evləndirməyi planlaşdırırıq”.

    Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Camalın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 1 il şərti cəza verilib.

  • Начальник генштаба азербайджанской армии встретился с делегацией НАТО

    Первый заместитель министра обороны – начальник Генерального штаба азербайджанской армии генерал-полковник Керим Велиев встретился с генеральным директором Международного военного штаба НАТО генерал-лейтенантом Янушем Адамчаком, находящимся с визитом в Азербайджане.

    Об этом сообщает управление по связям со СМИ и общественностью Минобороны АР.

    Поприветствовав гостей, генерал-полковник К.Велиев высоко оценил нынешний уровень отношений с НАТО и подчеркнул важность развития взаимного сотрудничества.

    Рассказав об исторической значимости славной победы в Отечественной войне, одержанной под руководством Президента Азербайджанской Республики, Верховного главнокомандующего Вооруженными силами Ильхама Алиева, начальник генштаба особо подчеркнул, что в ходе военных операций азербайджанская армия неукоснительно придерживалась норм и принципов международного гуманитарного права, не беря под прицел гражданское население.

    “Наша страна стремительными темпами проводит созидательно-восстановительные работы на освобожденных территориях, а также деятельность по гуманитарному разминированию. Главным препятствием, стоящим перед нами, является минный террор, возникший в результате армянской оккупации”, – сказал генерал-полковник К.Велиев. Гости также были подробно проинформированы о текущей обстановке на условной азербайджано-армянской границе.

    Генерал-полковник К.Велиев отметил большой вклад в подготовку наших подразделений в рамках Концепции оперативных возможностей НАТО и подчеркнул необходимость дальнейшего продолжения сотрудничества.

    Начальник генштаба особо отметил, что размещение наблюдательной миссии Европейского союза на территории Армении на условной границе, а также вооружение Армении некоторыми странами, расположенными за пределами региона, в частности Францией, привели к активизации реваншистских сил в Армении, породили препятствия на пути нормализации отношений между Азербайджаном и Арменией и препятствуют мирному процессу, обостряя ситуацию на Южном Кавказе.

    Генерал-лейтенант Я.Адамчак выразил удовлетворение визитом в нашу страну, высоко оценил деятельность военнослужащих азербайджанской армии во всех сферах в рамках партнерства с НАТО, в том числе выразил благодарность за вклад в небоевую миссию “Решительная поддержка” в Афганистане и в другие миротворческие миссии.

    На встрече были обсуждены аспекты сотрудничества в военной, военно-образовательной областях, вопросы региональной безопасности и другие вопросы.

    В рамках визита делегация НАТО посетила Аллею шехидов, почтив память шехидов трагедии 20 Января и первой Карабахской войны, отдавших жизнь во имя независимости и территориальной целостности Азербайджана.

    Гости также побывали в Парке военных трофеев, осмотрели огнестрельное оружие, бронетанковую и специальную технику, артиллерийские установки, ракетные комплексы и другие средства военного назначения, захваченные в качестве трофеев у противника во время Отечественной войны.

    Во время пребывания в нашей стране делегация НАТО также посетила Военный институт имени Гейдара Алиева и воинскую часть ВМС.

  • Azərbaycan və NATO hərbi əməkdaşlığı müzakirə edilib

    Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yanuş Adamçak ilə görüşüb.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, general-polkovnik K.Vəliyev qonaqları salamlayaraq NATO ilə münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirib və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

    Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışan Baş Qərargah rəisi hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsiplərinə ciddi riayət edildiyini və mülki əhalinin hədəfə alınmadığını xüsusi qeyd edib.

    “Ölkəmiz azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini, eləcə də humanitar minatəmizləmə fəaliyyətini sürətlə davam etdirir. Qarşımızda duran əsas maneə Ermənistanın işğalı nəticəsində yaranmış mina terrorudur”, – deyə general-polkovnik K.Vəliyev bildirib.

    Qonaqlar, həmçinin Azərbaycan-Ermənistan şərti sərhədində cari vəziyyət barədə də ətraflı məlumatlandırılıb. General-polkovnik K.Vəliyev NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində bölmələrin hazırlığına böyük töhfə verildiyini bildirərək, əməkdaşlığımızın bundan sonra da davam etdirilməsinin zəruriliyini qeyd edib. Baş Qərargah rəisi şərti sərhədin Ermənistan ərazisində Avropa İttifaqının müşahidəçi missiyasının yerləşdirilməsi, habelə regiondan kənar bəzi ölkələrin, xüsusilə Fransanın Ermənistanı silahlandırmasının orada revanşist qüvvələrin baş qaldırmasına, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesinə əngəl yaratmaqla Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə səbəb olduğunu xüsusi vurğulayıb.

    General-leytenant Y.Adamçak Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO ilə tərəfdaşlıq çərçivəsində bütün sahələrdə fəaliyyətini yüksək qiymətləndirib, o cümlədən Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş və digər sülhməramlı missiyalarda verdiyi töhfəyə görə minnətdarlığını bildirib.

    Görüşdə hərbi, hərbi təhsil sahəsində birgə əməkdaşlıq, regional təhlükəsizlik və digər məsələlər müzakirə edilib.

    Səfər çərçivəsində NATO nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş 20 Yanvar və Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini dərin hörmət və ehtiramla yad edib. Qonaqlar, həmçinin Hərbi Qənimətlər Parkında olub, Vətən müharibəsi zamanı düşməndən qənimət götürülmüş atıcı silah, zirehli və xüsusi texnika, artilleriya qurğuları, raket kompleksləri və digər hərbi təyinatlı vasitələrə baxıblar. Daha sonra NATO nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu və Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsini də ziyarət edib.

  • В некоторых частях Хазарского района Баку нет света

    В некоторых частях Хазарского района города Баку ограничена подача электроэнергии.

    Об этом сообщает Median.Az со ссылкой на ОАО “Азеришыг”.

    В связи с ремонтными работами с 10:00 было частично приостановлено энергоснабжение поселка Шувелан.

    До 15:00 будет ограничена подача электроэнергии на участке по левую сторону от дороги Шувелан – Гала, на территории именуемой Чёль Шувелан.

  • Xəzər rayonunun bəzi ərazilərində işıq olmayacaq

    Bu gün Bakı şəhərinin Xəzər rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

    Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

    Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan Şüvəlan qəsəbəsinin bir hissəsində köhnə naqillərin yenilənməsi işləri ilə əlaqədar oktyabrın 9-da elektrik xətləri sifarişə əsasən açılacaq.

    Bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək Şüvəlan-Qala yolunun sol kənarında, Çöl Şüvəlan ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

  • Израиль назвал условие для прекращения огня в Ливане

    Израиль в качестве условия для введения режима прекращения огня на юге Ливана требует, чтобы движение “Хезболла” сложило оружие и отвело свои силы к северу от границы двух стран.

    Об этом сообщил телеканал Al Arabiya со ссылкой на французские дипломатические источники.

    “Израиль требует, чтобы “Хезболла” сложила оружие и отошла к северу от реки Литани в обмен на прекращение огня в Ливане”, – утверждает один из собеседников.

  • İsrail atəşkəs şərtini irəli sürüb

    İsrail Livanın cənubunda atəşkəs tətbiq etmək üçün şərt olaraq “Hizbullah” hərəkatının silahları yerə qoymasını və qüvvələrini iki ölkə sərhədinin şimalına çəkməsini tələb edib.

    Bu barədə “Əl-Ərəbiyyə” telekanalı diplomatik mənbələrə istinadən xəbər verib.

    Xatırladaq ki, İsrail ordusu sentyabrın 30-da Livanın cənubunda quru əməliyyatlara başladığını bəyan edib.

  • Peşə təhsili üzrə ixtisasların təsnifatında dəyişiklik edilib

    Peşə təhsili üzrə ixtisasların təsnifatında dəyişiklik edilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərarla təsnifata aşağıdakı dəyişikliklər edilib:

    1. “I. “Sənətşünaslıq, mədəniyyət və incəsənət” peşə istiqaməti üzrə” hissənin “030102 Kargüzarlıq” ixtisas qrupuna “Kargüzar” ixtisasından sonra “Kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis” ixtisası əlavə edilsin.

    2. “II. “İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə istiqaməti üzrə” hissə üzrə:

    2.1. “030206 Qaz avadanlıqlarının təmiri və istismarı” ixtisas qrupuna “Yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə çilingər” ixtisasından sonra “Qaz təsərrüfatı qurğularının istismarı” ixtisası əlavə edilsin;

    2.2. “030208 İaşə xidməti” ixtisas qrupuna “Barista” ixtisasından sonra “Qida və içki üzrə nəzarətçi” ixtisası əlavə edilsin;

    2.3. “030213 Bələdçilik” ixtisas qrupuna “Turizm təşkilatçısı” ixtisasından sonra “Turizm bələdçiliyi” ixtisası əlavə edilsin;

    2.4. “030214 Avtomatlaşdırılmış texnologiyalar və istehsal” ixtisas qrupuna “Avtomatika üzrə usta” ixtisasından sonra “Robototexnika” ixtisası əlavə edilsin;

    2.5. “030219 İnformasiya-kommunikasiya texnologiyası və hesablama texnikasının təmiri və servis xidməti” ixtisas qrupuna “Kompüter ustası” ixtisasından sonra “Veb-proqram tərtibatçısı” ixtisası əlavə edilsin.

    3. “III. “Kənd təsərrüfatı, balıq və meşə təsərrüfatı” peşə istiqaməti üzrə” hissə üzrə:

    3.1. “030301 Bitkiçilik” ixtisas qrupuna “Meyvə ustası” ixtisasından sonra “Bağçılıq və tərəvəzçilik” və “Aqronomluq” ixtisasları əlavə edilsin;

    3.2. “030302 Kənd təsərrüfatı nəqliyyatı və elektrik avadanlığına xidmət” ixtisas qrupuna “Kənd təsərrüfatı və inşaat texnikasının (maşınlarının) istismarı” ixtisasından sonra “Aqrar (fermer) təsərrüfatının təşkili” ixtisası əlavə edilsin;

    3.3. “030307 Meliorasiya və və çilingər işləri” ixtisas qrupuna “Suvarma sistemlərinin operatoru” ixtisasından sonra “Su təsərrüfatı qurğularının istismarı” ixtisası əlavə edilsin;

    3.4. “030321 Ağac emalı qurğuları, mebel sənayesi, ağac məmulatları və yarımfabrikatların hazırlanması” ixtisas qrupuna “Üzlükçü dizayner” ixtisasından sonra “Mebel dizayneri” ixtisası əlavə edilsin.

    4. “IV. “Energetika, elektrotexnika, cihazqayırma və optik texnika, radiotexnika, rabitə və informasiya texnologiyaları” peşə istiqaməti üzrə” hissəyə aşağıdakı məzmunda “030433 Geomatika” ixtisas qrupu əlavə edilsin:

    5. “VI. “Aviasiya, kosmik raket, dəniz texnikası və nəqliyyat vasitələri” peşə istiqaməti üzrə” hissə üzrə:

    5.1. “030601 Uçan aparatların planer və sistemlərinin təmiri və istismarı” ixtisas qrupuna “Aviasiya yanacaq-sürtkü materiallarının texnoloji avadanlıqları üzrə mexanik” ixtisasından sonra “Dronların texniki xidməti və təmiri üzrə texnik” ixtisası əlavə edilsin;

    5.2. “030616 Hərəkət tərkibinin təmiri və xidməti” ixtisas qrupuna “Dəmiryol stansiyası və keçidi növbətçisi” ixtisasından sonra “Qatar elektromexaniki” ixtisası əlavə edilsin;

    5.3. “030624 Avtomobillərin təmiri – sürücülük” ixtisas qrupuna “Avtomobil mexatronikası üzrə texnik” ixtisasından sonra “Elektrik və hibrid avtomobillərin texniki qulluğu və təmiri üzrə texnik” ixtisası əlavə edilsin;

    5.4. aşağıdakı məzmunda “030635 Hava nəqliyyatı vasitələrinin texniki vəziyyəti” ixtisas qrupu əlavə edilsin:

    6. “VIII. “İlkin tələbat və qida məhsullarının texnologiyası” peşə istiqaməti üzrə” hissənin “030802 Çörək məmulatlarının hazırlanması” ixtisas qrupuna “Xəmir qəlibçisi” ixtisasından sonra “Çörək və unlu qənnadı məmulatlarının texnologiyası” ixtisası əlavə edilsin.

  • Kibercinayətkarlar Avropadakı dövlət qurumlarına necə hücum edir? – Ekspertlər açıqladı

    İnformasiya təhlükəsizliyi sahəsində lider olan ESET şirkətinin mütəxəssisləri 2022-ci ilin mayından 2024-cü ilin martına qədər Avropada baş vermiş silsilə hücumlar aşkar ediblər, bu zaman təcavüzkarlar Avropa İttifaqı ölkələrində dövlət qurumlarında təcrid olunmuş sistemlərə hücum etmək üçün bir sıra alətlərdən yararlanıblar.

    Qaynarinfo xəbər verir ki, ESET tədqiqatçıları bu hücumları xüsusən də Avropa, Yaxın Şərq və Cənubi Asiyada hökumət və diplomatik qurumları hədəf alan “GoldenJackal” kibercasus APT qrupu ilə əlaqələndirirlər.

    Əvvəllər, 2019-cu ilin avqust və sentyabr aylarında və yenidən 2021-ci ilin iyulunda ESET mütəxəssisləri Cənubi Asiya ölkələrindən birinin Belarusdakı səfirliyində təcrid olunmuş sistemləri hədəf alan “GoldenJackal” alətlərini aşkar edob. “GoldenJackal”ın son məqsədi çox güman ki, həssas məlumatları, xüsusən də internetə qoşulmayan cihazlardan oğurlamaqdır.

    İzolyasiya edilmiş sistemlər nədir və onlar niyə təcavüzkarları maraqlandırır?

    Çox vaxt vacib şəbəkələr sındırılma riskini azaltmaq üçün digərlərindən fiziki olaraq təcrid olunur. Təşkilatlar adətən səsvermə sistemləri və ya elektrik şəbəkələrində işləyən sənaye nəzarət sistemləri kimi ən qiymətli resurslarını təcrid edirlər. Ona görə də bu şəbəkələr cinayətkarların marağına səbəb olur. İzolyasiya edilmiş şəbəkəni pozmaq internetə qoşulmuş sistemi sındırmaqdan daha çox resurs tələb edir, yəni bu cür şəbəkələrə hücum üçün çərçivələr indiyədək yalnız APT qrupları tərəfindən işlənib hazırlanıb. Bu cür kiberhücumların məqsədi həmişə casusluqdur.

    Kibercinayətkarların alətlərinin özəlliyi nədir?

    Tələb olunan mürəkkəblik səviyyəsini nəzərə alsaq, beş il ərzində “GoldenJackal”ın təcrid olunmuş sistemləri pozmaq üçün nəzərdə tutulmuş bir deyil, iki ayrı alət dəstini yerləşdirməyi bacarması olduqca qeyri-adi haldır. Cənubi Asiya ölkəsinin Belarusdakı səfirliyinə hücum zamanı ESET mütəxəssisləri yalnız bu konkret halda aşkar etdikləri qeyri-standart alətlərdən istifadə edilib.

    Kibercinayətkarlar üç əsas komponentdən istifadə edirdilər: icra edilə bilən faylları USB cihaz monitorinqi vasitəsilə təcrid olunmuş sistemə çatdırmaq üçün “GoldenDealer”, müxtəlif funksiyaları olan modul arxa qapı kimi “GoldenHowl” və faylları toplamaq və ələ keçirmək üçün “GoldenRobo”.

    “Qurban təcrid olunmuş sistemə təhlükəsi olan USB diskini daxil etdikdə və əslində zərərli proqram olan qovluq kimi maskalanan komponentə kliklədikdə, “GoldenDealer” təhlükəsi məlumat toplamaq və onu USB diskdə saxlamaq üçün quraşdırır və işləyir. Sürücü kompüterə yenidən daxil edilir, internetə qoşulursa, “GoldenDealer” təcrid olunmuş kompüter haqqında məlumat alır və onu komanda serverinə göndərir disk təcrid olunmuş kompüterə daxil edilirsə, “GoldenDealer” diskdən icra edilə bilən faylları götürür və onları işə salır, çünki “GoldenDealer” artıq işlək vəziyyətdədir”, deyə ESET tədqiqatçısı Matias Porolli izah edib.

    Mürəkkəb hücumların qarşısını almaq və hər hansı bir zərərli fəaliyyəti vaxtında aşkar etmək üçün təşkilatları güclü kibermüdafiə ilə, məsələn, təhlükənin qarşısının alınması, aşkarlanması və sürətli reaksiya (XDR) üçün ESET PROTECT Elite kompleks həlli ilə təmin etməyə dəyər.

    Qeyd edək ki, ESET kibercinayətkarlıq və rəqəmsal təhdidlərdən müdafiə sahəsində ekspert, İT təhlükəsizlik həllərinin beynəlxalq inkişaf etdiricisi, təhlükənin aşkarlanması texnologiyalarının aparıcı təchizatçısıdır. 1992-ci ildə əsası qoyulan ESET bu gün dünyanın 180-dən çox ölkəsində geniş tərəfdaş şəbəkəsinə və nümayəndəliklərə malikdir. Şirkətin baş ofisi Slovakiyanın Bratislava şəhərində yerləşir.

  • Almaniyada 3 milyard avroluq dələduzluq: Olmayan konteynerləri müştərilərə satıblar

    Almaniyada 3 milyard avro dəyərində dəniz konteynerləri ilə bağlı ən böyük dələduzluq aşkarlanıb.

    Qaynarinfo bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

    Münhen ətrafında yerləşən “P&R Containers” şirkəti özünü konteynerlərin daşınması brokeri kimi göstərib və uzun illər investorları aldadıb. Nəşrin yazdığına görə, şirkət mövcud olmayan konteynerləri müştərilərə satıb və guya gəmiçilik şirkətlərinə icarəyə verib.

    2018-ci ildə fəaliyyətinin zirvəsində “P&R Containers” 1,6 milyon konteynerə sahib olduğunu iddia edib, baxmayaraq ki, əslində yalnız 600 minə sahib olu, qalan 1 milyon isə nəticədə on minlərlə investoru şoka salıb.

    “Dəbdəbəli idman avtomobilləri, yaxtalar, şəxsi təyyarələr, dəbdəbəli şənliklər və bildiyimizə görə narkotiklər yox idi. Bu, bizim etibarlı, hörmətli iş adamları ilə iş apardığımızı təsəvvür etməyə kömək etdi. Heç bir şey şübhəli deyildi”, deyə yüzlərlə investoru təmsil edən Münhen hüquqşünası Volfqanq Şkirp bildirib.

    2018-ci ilin mart ayında “P&R Containers” 3 milyard avrodan çox borcu olan Ponzi sxemini davam etdirə bilməyib və müflis olmaq üçün müraciət edib. Agentliyin məlumatına görə, iflas üzrə qəyyum Maykl Jaff artıq kreditorlara 544 milyon avro paylayıb ki, bu da yatırılan hər avroya görə 17,5 sentə bərabərdir.

    “P&R Containers”2024-cü ilin sentyabrına qədər demək olar ki, 350 min konteynerə sahib olmaqla bazarda əsas oyunçu olaraq qalır ki, bu da ona investorları kompensasiya etməyə imkan verir, çünki dünyada hər yüzüncü konteyner bu şirkətə məxsusdur.