Month: October 2024

  • Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

    Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Maliyyə Nazirliyinin məlumatında qeyd edilib.

    Sanksiya siyahısına xüsusilə Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillov, bölmənin özü, həmçinin Müdafiə Nazirliyinin 27-ci Mərkəzi Elmi-Tədqiqat İnstitutu daxildir.

  • По маршруту Баку-Агстафа-Баку назначены дополнительные ж/д рейсы

    ЗАО “Азербайджанские железные дороги” (АЖД) в связи с растущим пассажирским спросом назначило дополнительные рейсы по маршруту Баку-Агстафа-Баку.

    Об этом сообщили в АЖД.

    Согласно информации, поезда отправятся из Баку в Агстафу 12 октября в 09:15, а в обратном направлении – 13 октября в 15:00.

    Билеты можно приобрести в кассах железнодорожных вокзалов, на официальном сайте АЖД (www.ady.az) или онлайн через приложение ADY Mobile.

  • Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

    Median.Az bu barədə ADY-yə istinadən xəbər verir.

    Məlumata görə, əlavə təyin edilən qatarlar oktyabrın 12-də saat 09:15-də Bakıdan Ağstafaya, oktyabrın 13-də saat 15:00-da isə Ağstafadan Bakıya yola düşəcək.

    Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.

  • Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq

    Ölkə ərazisində sabah havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 11-16° isti olacaq.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlədə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 15-19° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

  • В Беларуси возбудили дела против 45 человек по делу о заговоре для захвата власти

    В Беларуси возбуждены уголовные дела против 45 человек, обвиняемых в попытке захвата власти, а также экстремизме.

    Как передает Median.Az со ссылкой на белорусские СМИ, об этом сообщил Следственный комитет (СК) страны.

    “Представители радикального сообщества анонсировали новую инициативу – “Платформа 2025″. Преступный замысел подразумевает консолидацию экстремистов для координации действий в период электоральной кампании в Беларуси”, – сказано в сообщении.

    Отмечается, что из 45 обвиняемых 22 лица присоединились к деятельности экс-кандидата в президенты страны, проживающей ныне за рубежом, Светланы Тихановской и ее сторонников по захвату власти в стране неконституционным путем.

    “Они признаны подозреваемыми. Действия квалифицированы по ч.1 ст. 357 Уголовного кодекса Беларуси. Еще 23 человека считаются участниками экстремистского формирования “Народные посольства” и его структурного подразделения “Беларусы зарубежья”, а также участниками уличных акций протеста. Правовая оценка их действиям дана в рамках ч.3 ст.361-1 УК”, – сказано в сообщении.

  • Belarusda hakimiyyəti ələ keçirməkdə şübhəli bilinən 45 nəfərə qarşı cinayət işi açılıb

    Belarusda hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olunan 45 nəfərə qarşı cinayət işi başlanıb.

    Median.Az Belarus KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi (İK) məlumat yayıb.

    “Radikal cəmiyyətin nümayəndələri yeni təşəbbüs – “Platforma 2025″ elan ediblər. Cinayət planı Belarusda seçki kampaniyası dövründə fəaliyyətlərin əlaqələndirilməsi üçün ekstremistlərin birgə fəaliyyətini nəzərdə tutur”, – məlumatda bildirilib.

  • Meksika mətbuatında növbəti dəfə erməni yalanları ifşa olunub

    Meksikanın geniş oxuyucu kütləsinə malik olan və ölkənin ən nüfuzlu “El Universal” qəzetində “Ermənistanla Azərbaycan arasında çoxdan gözlənilən sülh artıq yaxındırmı?” başlıqlı məqalə dərc olunub.

    Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

    Qəzetin fransız əsilli və əsasən Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən müxbiri Jean Meyer tərəfindən yazılmış böhtan xarakterli yazılara cavab olaraq hazırlanmış məqalədə J.Meyerə Ermənistanla Azərbaycan arasındakı keçmiş münaqişənin tarixini unutmamağa və erməniləri “qurban” kimi qələmə verməməyə çağırış edilir.

    Yazıda Azərbaycanın 30 il boyunca erməni təcavüzünə məruz qalması, ermənilər tərəfindən həm Ermənistan, həm də Azərbaycan ərazilərində etnik təmizləmə aparılması faktı göz önünə çəkilərək, Ermənistan ərazisində heç bir zaman münaqişənin olmadığı vurğulanır, bütün dünya tərəfindən ərazi bütövlüyünün tanınmasına və 1993-cü ildə BMT-nin Ermənistanı Azərbaycan torpaqlarını azad etməyə çağıran qətnamələrinə baxmayaraq, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini yalnız 30 ildən sonra bərpa etdiyi qeyd olunur. Eləcə də, işğal dövründə ermənilər tərəfindən bu qətnamələrə məhəl qoyulmadığı üçün daha öncə sülh yolu ilə həll oluna biləcək münaqişənin bu zamana qədər uzandığı vurğulanır.

    Yazıda J.Meyerin əsassız ittihamlarının böyük narahatlıq doğurduğu və onun şəxsi fikirləri ilə oxuyucuları yanıltmağa çalışdığı qeyd edilir. Həmçinin, Ermənistanın baş naziri və BMT-nin regiondakı iki missiyası tərəfindən Qarabağda hər hansı “etnik təmizləmə”nin aparılmadığının bəyan edildiyi, Azərbaycan tərəfindən orada yaşayan ermənilərə Azərbaycan vətəndaşlığı almaq üçün hər bir şəraitin yaradıldığı, lakin erməni icmasına aşılanan ifrat millətçilik ruhu səbəbindən Qarabağda yaşayan ermənilərin böyük bir hissəsinin “türk dövləti”ndə yaşamaq ideyasından imtina etdiyi vurğulanır.

    Məqalədə Azərbaycanın separatizmə və öz torpaqlarının işğalına son qoyduğu, nəticədə həm Azərbaycan, həm də Ermənistan xalqı üçün münasibətlərin normallaşdırılması, sülh və yaxşı qonşuluq münasibətlərində yaşamaları üçün imkanın yaradıldığı qeyd olunur və hazırda iki ölkə arasında davamlı sülh sazişi, eləcə də regionda bütün kommunikasiyaların bərpası barədə razılaşma üzrə danışıqların aparıldığı bildirilir.

    Yazıda həmçinin Qarabağın tarix boyu, istər Qarabağ Xanlığı, istər Azərbaycan Demokratik Respublikası, istərsə də Azərbaycan Sovet Respublikası dövründə Azərbaycanın bir hissəsi olduğu, lakin bəzən bu reallığın nəzərdən qaçırıldığı qeyd olunur. Eləcə də, 2020-ci il müharibəsinin ədalətsizlik və ikili standartların nəticəsi, həmçinin Azərbaycanın qanuni torpaqlarını azad edə bilməsi üçün son şans olduğu bildirilir.

    Məqalədə bu günə qədər erməni narrativləri üzərində qurulan müzakirələrin Ermənistanı bu münaqişənin yeganə qurbanı kimi təqdim etməyə meylli olduğunu qeyd edilir, 30 ildən artıq müddət ərzində əzab-əziyyət çəkmiş yüz minlərlə azərbaycanlı məcburi köçkünün faciəsinin, 1990-cı illərdən başlayaraq ermənilərin nəzarəti altında əhalisinin əksər hissəsinin azərbaycanlı olan Şuşa kimi şəhərlərin boşaldılmasının, eləcə də, məscidlərin, qəbiristanlıqların və Azərbaycan mədəni irsinin digər nümunələrinin dağıdılmasının münaqişənin tarixi kontekstində bir reallıq olduğu vurğulanır.

    Məqalənin sonunda mövcud səylərin regionda davamlı sülhə nail olmağa yönəldiyi halda bəzi analitiklərin bu cür ayrı-seçkilik nümayiş etdirən yazılarının təəssüf doğurduğunu bildirir.

  • Ukraynada 25 yaşa qədər səfərbərlik mübahisə yaradıb

    Ukrayna Ali Radasının bu gün keçirilən iclasında 18-25 yaş arası kişilərin səfərbərliyə alınması ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı mübahisə yaranıb.

    “Report”un Şərqi Avropa bürosunun iclasda iştirak edən əməkdaşının verdiyi məlumata görə, spiker Ruslan Stefançuk bildirib ki, qanun layihəsinə bu gün axşam müvafiq komitədə baxılacaq.

    O qeyd edib ki, hazırda önəmli məsələ cəbhədə geriləmənin qarşısını almaq üçün səfərbərlikdə yaranan boşluğun doldurulmasıdır.

    Deputat Oleksiy Qonçarenko isə etiraz edərək bildirib ki, hazırda hüquqi qarışıqlıq ucbatından 18-25 yaş arası sağlamlıq imkanları məhdud minlərlə gənc döyüşlərə səfərbər olunublar:

    “Onlar qanunda yaranan boşluq ucbatından oradadırlar. Komandirlər də tələb edirlər ki, orduya sağlam çağırışçılar lazımdır. Amma biz onları artıq geri çağıra bilmərik. Bunun qarşısını almaq qanunda nəzərdə tutulmalıdır”.

    Spiker isə cavabında bildirib ki, buna bu gün komitədə, sabah isə plenar iclasda deputatlar qərar verəcək.

    Hazırda Ukraynada səfərbərlik 27 yaşdan 60 yaşa qədər nəzərdə tutulsa da, 18-25 yaş arası gənclər də orduya səfərbər olunurlar. Buna səbəb müvafiq qanunda boşluğun hələ də aradan qaldırılmamasıdır. Hazırda ölkə ictimaiyyətində isə 25 yaşdan aşağı 18 yaşa qədər insanların döyüşlərə cəlb olunması ətrafında ikitirəlik yaranıb. Bir qisim genefond üçün yaranan təhlükə səbəbindən bunun əleyhinədir.

    Qeyd edək ki, Ukraynada müharibə müddətində səfərbərlik yaş həddi 25-60 yaş arasıdır.

  • Fransa yeni nəsil hava hücumundan müdafiə sisteminin ilk sınağını keçirəcək

    Fransa Silahlı Qüvvələri bu gün SAMP-T/NG (Next Generation) hava hücumundan müdafiə sistemi üçün yeni “Aster” raketinin ilk sınağını keçirəcək.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu “X” sosial şəbəkəsindəki hesabında yazıb.

    “Bu gün səhər Biskarossedə SAMP-T/NG sisteminin təchiz olunacağı “Aster” raketinin ilk sınaq buraxılışını həyata keçiririk”, – o bildirib.

    Nazir qeyd edib ki, Ukrayna və Yaxın Şərqdə mövcud münaqişələr hava hücumundan müdafiə sistemlərinin əsas rolunu nümayiş etdirir. Onun sözlərinə görə, “Thal s” və MBDA şirkətləri tərəfindən hazırlanmış yeni hava hücumundan müdafiə sistemi hipersəs raketlərini ələ keçirməyə qadir olacaq. S.Lekornu bu sistemin Fransa silahları arasında ən çox ixrac olunan məhsullardan birinə çevriləcəyinə ümidvar olduğunu deyib.

  • Moskvada MDB dövlət və hökumət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub

    Oktyabrın 8-də Moskvada MDB dövlət və hökumət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.