Month: October 2024

  • İki yaşlı Nəzrin masaj zamanı ağrının şokundan ÖLÜBMÜŞ

    Biləsuvar rayonunda azyaşlının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sentyabrın 7-də Biləsuvar rayon sakini, 2022-ci il təvəllüdlü Nəzrin Emin qızı Qubadlının xalq təbabəti ilə məşğul olan şəxs tərəfindən sümüklərinin manipulyasiyası zamanı ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

    Araşdırmalarla N.Qubadlının bədən səthinə göstərilən təzyiqlər nəticəsində yaranmış ağrı şokundan ehtiyatsızlıqdan ölməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

  • Paşinyan: “Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”

    “Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”.

    Median.Az Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında deyib.

    O bildirib ki, bu, Ermənistanın rəsmi mövqeyidir.

    Paşinyan, həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sülh müqaviləsi layihəsinin təsdiqini başa çatdırmaq üçün işi gücləndirmək barədə razılığa gəliblər. O, təfərrüatı açıqlamayıb.

  • Президент: Опыт Беларуси будет очень полезен для Азербайджана

    Опыт Беларуси будет очень полезен для Азербайджана в деле подготовки и проведения III Игр СНГ.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Азербайджана Ильхам Алиев на заседании Совета глав государств СНГ в узком составе.

    “В следующем году в Азербайджане будут проведены III Игры СНГ. Спортивной столицей станет город Гянджа. Соревнования также пройдут более чем в 10 городах Азербайджана. Хотел бы, пользуясь случаем, поздравить Беларусь с успешным проведением II Игр СНГ. Опыт наших белорусских друзей и братьев будет очень полезен для нас в деле подготовки и проведения этого важного спортивного события”, – сказал глава государства.

  • Prezident: “Belarusun təcrübəsi III MDB Oyunlarının keçirilməsində bizim üçün çox faydalı olacaq”

    “Belarusun təcrübəsi III MDB Oyunlarının keçirilməsində bizim üçün çox faydalı olacaq”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında deyib.

    “Növbəti ildə Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində olacaq. Fürsətdən istifadə edərək, Belarusun II MDB Oyunlarının uğurla keçirilməsi münasibətilə təbrik etmək istərdim. Belaruslu dostlarımızın və qardaşlarımızın təcrübəsi bu mühüm idman tədbirinə hazırlıq və onun keçirilməsində bizim üçün çox faydalı olacaq”, – deyə dövlətimizin başçısı vurğulayıb.

  • Азербайджан и Россия обсудили двустороннюю повестку и региональные процессы

    Помощник Президента Азербайджана – заведующий отделом по вопросам внешней политики Администрации главы государства Хикмет Гаджиев и заместитель министра иностранных дел России Андрей Руденко обсудили вопросы двухстороннего союзнического взаимодействия между Азербайджаном и Россией, а также актуальные региональные вопросы.

    Как сообщает Report со ссылкой на пресс-службу посольства АР в РФ, рабочая встреча состоялась 8 октября в Москве в рамках участия азербайджанской делегации в заседании Совета глав государств СНГ.

    Согласно информации, стороны уделили особое внимание вопросам сотрудничества в форматах “3+3”, Азербайджан-Россия-Иран, развития транспортного коридора “Север-Юг”, взаимодействия Азербайджана с ШОС и БРИКС и др.

    Помощник Президента проинформировал российского замминистра о ходе переговорного процесса по армяно-азербайджанской нормализации, акцентируя внимание на необходимости изменения законодательства Армении с целью устранения из него положений, связанных с территориальными претензиями РА к АР.

    На встрече также принял участие посол Азербайджана в России Рахман Мустафаев.

  • Azərbaycan və Rusiya ikitərəfli gündəmi və regional prosesləri müzakirə ediblər

    Azərbaycan Prezidenti Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev və Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Azərbaycan ilə Rusiya arasında ikitərəfli müttəfiqlik münasibətləri məsələlərini, eləcə də aktual regional məsələləri müzakirə ediblər.

    “Report”un Azərbaycanın Rusiyadakı səfirliyinin Mətbuat Xidmətinə istinadən xəbərinə görə, oktyabrın 8-də Moskvada Azərbaycan nümayəndə heyətinin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı çərçivəsində işgüzar görüşü baş tutub.

    Məlumata görə, tərəflər “3+3”, Azərbaycan-Rusiya-İran formatında əməkdaşlıq, “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı, Azərbaycanın ŞƏT və BRICS ilə qarşılıqlı fəaliyyəti və s. məsələlərə xüsusi diqqət yetiriblər.

    Prezidentin köməkçisi A.Rudenkoya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə danışıqlar prosesinin gedişatı barədə məlumat verib, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların aradan qaldırılması üçün Ermənistan qanunvericiliyində dəyişiklik edilməsinin zəruriliyinə diqqət çəkib.

    Görüşdə, həmçinin, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev də iştirak edib.

  • Владимир Путин мог обсудить с Ильхамом Алиевым и Николом Пашиняном тему Зангезурского коридора

    Тема Зангезурского коридора наверняка затрагивалась в ходе переговоров президента РФ Владимира Путина со своим коллегой из Азербайджана Ильхамом Алиевым и премьер-министром Армении Николом Пашиняном.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявил пресс-секретарь главы российского государства Дмитрий Песков.

    “Путин же по отдельности переговорил с глазу на глаз с каждым из них. Причем президент, наверное, по полчаса просидел, поэтому там наверняка был обмен мнениями. Ну и тема Зангезурского коридора тоже затрагивалась”, – сказал Песков журналистам во вторник.

    Так он ответил на вопрос, обсуждалась ли тема Зангезурского коридора в ходе встреч российского лидера со своими коллегами из Азербайджана и Армении.

  • Putin, Əliyev və Paşinyan görüşündə Zəngəzur dəhlizi mövzusu müzakirə edilib?

    “Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistandan olan həmkarları İlham Əliyev və Nikol Paşinyanla danışıqları zamanı Zəngəzur dəhlizi mövzusuna, yəqin ki, toxunulub”.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

    Peskov Rusiya liderinin Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüşlərində Zəngəzur dəhlizi mövzusunun müzakirə olunub-olunmadığına dair sualı cavablayıb.

    “Putin onların hər biri ilə ayrı-ayrılıqda üz-üzə danışıb. Üstəlik, prezident yarım saat oturub, ona görə də, mütləq ki, fikir mübadiləsi aparılıb. Həmçinin Zəngəzur dəhlizi mövzusuna da toxunulub”, – deyə Peskov bildirib.

  • Президент: Объявление Лачына культурной столицей СНГ воспринято нашим народом с благодарностью

    Объявление Лачына культурной столицей СНГ воспринято с большой благодарностью как лачинцами, так и всем азербайджанским народом.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Азербайджана Ильхам Алиев на заседании Совета глав государств СНГ в узком составе.

    “Согласно решению Совета по гуманитарному сотрудничеству СНГ город Лачын Восточно-Зангезурского региона Азербайджана объявлен культурной столицей СНГ в 2025 году. Лачын – один из городов Азербайджана, который на протяжении почти 30 лет находился под оккупацией Армении и был почти полностью разрушен. Сегодня город Лачын уже восстановлен. Здесь началась новая жизнь, вернулись бывшие вынужденные переселенцы. Объявление Лачына культурной столицей СНГ воспринято с большой благодарностью как лачынцами, так и всем азербайджанским народом”, – сказал глава государства.

  • Prezident: “Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi minnətdarlıqla qarşılanıb”

    “Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında söyləyib.

    “MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib. Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar”, – deyə dövlətimizin başçısı vurğulayıb.