Month: October 2024

  • Ötən ay xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

    Sentyabr ayı üzrə 787 müraciətçinin 554-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 233 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

    Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən məlumata görə, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 209, təhsil forması səbəbilə 8, ekvivalenti olmayan ixtisas səbəbilə 6, dövlət nümunəli olmayan diplom səbəbilə 4, akkreditasiyasız filial səbəbilə 3, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə 2, bakalavr diplomu üzrə mənfi qərar verilməsi səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşmışdır.

    Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 265, Rusiya Federasiyasından 242, Ukraynadan 126, Gürcüstandan 40, Birləşmiş Krallıqdan 28, Belarus Respublikasından 21, Polşa Respublikasından 10, Macarıstandan 8, Litva Respublikasından 6, Almaniya Federativ Respublikasından 5, Amerika Birləşmiş Ştatlarından 5, İtaliya Respublikasından 4, Niderland Krallığından 4, Çin Xalq Respublikasından 3, İran İslam Respublikasından 3, Kipr Respublikasından 3, Latviya Respublikasından 3, Qazaxıstan Respublikasından 3, Bolqarıstan Respublikasından 1, Çex Respublikasından 1, Fransa Respublikasından 1, Kanadadan 1, Malayziyadan 1, Özbəkistan Respublikasından 1, Pakistan İslam Respublikasından 1, Qırğız Respublikasından 1 müraciətin olduğu müşahidə olunur.

    Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 57, biznesin idarə edilməsi üzrə 53, menecment üzrə 51, iqtisadiyyat üzrə 49, tibb üzrə 34 müraciət qeydə alınmışdır.

  • “Ford Mustang”la sürət yarışı keçirdi, “TikTok”a yayımladı – Həbs edildi

    Bakıda icarə götürdüyü “Ford Mustang” markalı avtomobillə sürət yarışı keçirən şəxs həbs edilib.

    Qaynarinfo-nun məlumatına görə, 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş S.M. Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində icarəyə götürdüyü “Ford Mustang” minik markalı avtomobillə sürət yarışı həyata keçirərək avtoxuliqanlıq edib.

    O, daha sonra avtoxuliqanlıq etdiyi görüntüləri özünün “TikTok” hesabında paylaşıb.

    Sürücü barəsində Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1 ə 510 maddələri ilə protokol tərtib olunub.

    Məhkəmənin qərarı ilə S.M. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 15 gün müddətə inzibati qaydada həbs edilib.

  • Azərbaycanda zeytun yağı niyə bahadır?

    “Nə vaxt ki, Azərbaycanda zeytun bolluğu yaranacaq, sahibkarlar baxacaqlar ki, ixrac edə bilmirlər, məhsul satılmır, o zaman qiymətin aşağı düşməsi haqqında fikirləşəcəklər. Yox, məhsul ixrac edilirsə, satılırsa, hansı sahibkar qiyməti endirər?”.
     
    Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Xalid Kərimli zeytun yağının bir litirinin qiymətinin 20 manata satılmasının səbəblərini izah edərkən deyib.

    Ekspert əvvəllər Azərbaycanda zeytun bağlarının olduğunu xatırladıb:

    “Amma sonradan bu bağlar dağıdılmışdı. Son 10 ildə bu istiqamətdə müəyyən kənd təsərrüfatı fermerləri məşğuldurlar. Bağlar salınıb, amma ağaclar əkilən kimi zeytun vermir. Müəyyən bir müddət keçməlidir ki, zeytun ağacları bar versin. İkincisi, əsas zeytun ağaclarının çox bar verməsidir. Bağlarımız hələ məhsuldar dövrdə deyil”.

    Xalid Kərimli hesab edir ki, məhsul bol olsa qiymət aşağı düşməlidir:

    “Ağacdan bir kiloqram zeytun yığsan qiymət fərqli, 20 kiloqram yığsan tam başqa cür olacaq. 20 kiloqram zeytun yığanda ağacların qulluq xərcləri və eyni zamanda bağın özünün də xərci aşağı düşür”.

    Xalid Kərimli bildirib ki, Azərbaycana İspaniya, Türkiyə, Yunanıstandan zeytun yağları gətirilir:

    “Bu yağlar Azərbaycana gətirilməsə, qiymətlər daha da baha olar. Xaricdən gətirilən zeytun yağları bazarda bir qiymət formalaşdırıb, yerli zeytun satıcıları da məhsulu həmin intervalda satırlar. Eyni zamanda məhsul bolluğu olmadığından daha baha satmaq istəyirlər”.

  • Meşədən nar yığdılar… – Cərimə edildilər

    Ağdaşda meşədən nar yığan şəxslər saxlanılıb.

    Qaynarinfo-nun məlumatına görə, 1996-cu ildə Ağdaş rayonunun Ağzıbir kəndində anadan olmuş C.B. və həmkənlisi N.V.-nin saxlanılmasına səbəb onların müvafiq qurumlardan icazə almadan meşədən nar yığmaları olub.

    Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə hər iki şəxs 150 manat məbləğində cərimə edilib.

  • Biri Bakıdakı, digəri Cəbrayıldakı evinə qayıtdı – VİDEO

    32 il əvvəl ermənilər yurd-yuvalarını əllərindən alarkən, onlar da məcbur qalıb başqa yerlərdə məskunlaşıblar.

    O, vaxt məcburi köçkünlərin məskunlaşdığı evlərdən biri Məmmədovlar ailəsinə məxsus olub.

    Bu gün Hüseynovlar ailəsi öz yuvalarına-Cəbrayıla qayıdarkən, Bakıda məskunlaşdıqları evi də öz sahiblərinə geri qaytarıblar.

    Ətraflı İTV-nin hazırladığı sujetdə:

  • Kredit kartları ilə bağlı yenilik: Verilmə qaydaları sərtləşdirilə bilər

    Son illər kredit kartlarına tələbat artıb.

    Bankların təklif etdiyi bu kartlar vasitəsilə vətəndaşlar nağd pul çıxarmaq, alış-veriş etməklə borcu hissə-hissə ödəmək imkanı qazanırlar.

    Amma bəzən elə olur ki, vətəndaşlar vəsaiti vaxtında ödəyə bilmir və böyük həcmdə borca düşürlər. Elə bu səbəbdən də kredit kartlarının verilmə qaydalarında sərtləşmə gözlənilir.

    Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, hazırda bununla bağlı iki məsələ gündəmdədir.

    Daha ətraflı ATV-nin “İqtisadi zona” verilişinin süjetində:

  • “Neftçi” Roman Qriqorçukla yollarını rəsmən ayırdı

    “Neftçi” Roman Qriqorçukla yollarını rəsmən ayırıb.

    Bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Neftçi” PFK və baş məşqçi Roman Qriqorçuk arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub təcrübəli mütəxəssisə əməkdaşlığa görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

    Qeyd edək ki, 59 yaşlı mütəxəssis cari mövsümün əvvəli paytaxt təmsilçisinin “sükanı arxasına” keçmişdi. O, Azərbaycan Premyer Liqasının arxada qalan 9 turu ərzində “Neftçi”nin baş məşqçisi kimi beş dəfə heç-heçəyə imza atıb, dörd görüşdə məğlub olub.

  • Коротченко: Азербайджан сегодня среди стран, определяющих глобальные тренды и международную повестку

    Предстоящий климатический саммит COP29 – это показатель авторитета Азербайджана.

    Как передает Report, об этом заявил генеральный директор Каспийского института стратегических исследований Игорь Коротченко журналистам в столице России Москве.

    “В целом, если мы посмотрим на Азербайджан, то под руководством Президента Ильхама Алиева страна сегодня формулирует глобальную международную повестку. Предстоящий климатический саммит COP29 – это тоже показатель авторитета Азербайджана. То, что он говорит, он реализует, слова не расходятся с делом, и это встречает огромный отклик у значительной части современного мира”,- сказал И.Коротченко.

    Эксперт добавил, что хотя Азербайджан по площади относительно небольшая страна, но благодаря победе во второй Карабахской войне и восстановлению своего суверенитета в ходе антитеррористической операции 2023 года, а также благодаря реализации масштабных глобальных энергетических проектов сегодня находится среди тех государств современного мира, которые определяют и глобальные тренды, и международную повестку дня.

  • Korotçenko: “Azərbaycan bu gün qlobal trendləri və beynəlxalq gündəmi müəyyən edən ölkələrdəndir”

    “Qarşıdan gələn COP29 iqlim sammiti Azərbaycanın nüfuzunun göstəricisidir”.

    “Report” xəbər verir ki, bu barədə Moskvada jurnalistlərə açıqlmasında Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko bildirib.

    “Bu gün Azərbaycana ümumi nəzər salsaq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə qlobal beynəlxalq gündəliyi formalaşdırır. Qarşıdan gələn COP29 iqlim sammiti də Azərbaycanın nüfuzunun göstəricisidir. Onun dedikləri və həyata keçirdikləri tam üst-üstə düşür və bu, müasir dünyanın böyük hissəsindən reaksiya görür”, – o deyib.

    Korotçenko əlavə edib ki, Azərbaycan ərazi baxımından nisbətən kiçik ölkə olsa da, İkinci Qarabağ müharibəsində qazanılan qələbə və 2023-cü ildəki lokal antiterror tədbirləri zamanı öz suverenliyinin bərpası, eləcə də genişmiqyaslı qlobal enerji layihələrinin həyata keçirilməsi sayəsində bu gün ölkə qlobal trendləri və beynəlxalq gündəmi müəyyən edən dövlətlər sırasındadır.

    “Azərbaycan Rusiyanın strateji tərəfdaşı səviyyəsinə yüksəlib. Birincisi, ölkə öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, inamla inkişaf edir, irəliləyir. Ən əsası isə iki ölkənin prezidentləri Vladimir Putin və İlham Əliyev arasında etimad, dürüstlük və etibarlılıq var. Prezidentlər, həm də dövlətlər bir-birinə güvənə bilərlər”, – o bildirib.

    Korotçenko qeyd edib ki, güclü dövlətlərin bəzən manipulyasiya etməyə, digər suveren dövlətlərə təzyiq göstərməyə və “ipləri əlinə almağa” çalışdığı müasir şəraitdə Azərbaycan və Rusiya öz maraqlarını qətiyyətlə müdafiə edir.

    “Rusiya və Azərbaycan o ölkələrdəndir ki, onlara təzyiq və manipulyasiya etmək mümkün deyil. Biz özümüzü təmin edirik və bu, ən vacib keyfiyyətdir. Özünü təmin etmək, ilk növbədə, siyasi sistemin, iqtisadiyyatın, maliyyənin sabitliyinə əsaslanır, amma ən əsası hər zaman və hər yerdə milli maraqların qorunmasıdır. Ona görə də prezidentlərimiz öz fəaliyyətlərində milli maraqların müdafiəsini ön planda tutan siyasətçilərdir. Bunun sayəsində hesab edirəm ki, Rusiya-Azərbaycan münasibətlərinin parlaq gələcəyi var. Biz bütün sahələrdə əməkdaşlığı inkişaf etdirəcək və gücləndirəcəyik”, – o vurğulayıb.

    Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru Azərbaycanın İkinci Dünya müharibəsində Qələbəyə böyük töhfə verdiyini qeyd edib.

    “Azərbaycan Böyük Vətən Müharibəsi veteranlarını və qəhrəmanlarını unutmur, onların xatirəsini yad edir, ehtiram bəsləyir. Bakıda mövcud olan, üzərinə əklillər və güllər düzülən abidələr buna misaldır. Azərbaycan İkinci Dünya Müharibəsində qələbəyə böyük töhfə verib. İlk növbədə, təbii ki, bu, neftdir, çünki neft müharibənin qanıdır. Eyni zamanda, Azərbaycan alimlərinin icad etdiyi “Molotov kokteyli”ni, Sovet ordusunda döyüşən, Berlinə çatan və bütün mühüm döyüşlərdə iştirak edən yüzminlərlə azərbaycanlı əsgər və zabiti də unutmaq olmaz”, – o deyib.

    Korotçenko xatırladıb ki, qələbənin 80 illiyi Rusiyada geniş şəkildə qeyd olunacaq.

    “Şadıq və minnətdarıq ki, Azərbaycan bu anım tədbirlərini bölüşür, xatırlayır və orada iştirak edəcək. Biz buna görə əlbəttə ki, ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirik. Unutmayaq ki, onun atası, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz peşəkarlığı ilə bu gün də Rusiyada xüsusi xidmət orqanlarının zabit və generalları arasında böyük hörmətə malikdir. Sovet İttifaqı dövründə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin kəşfiyyat və əks-kəşfiyyat sahəsində əldə etdiyi möhtəşəm nəticələri də xatırlayırıq”, – o əlavə edib.

    Korotçenko həmçinin qeyd edib ki, MDB formatında regional ittifaqlar gücləndirilir.

    “Bizi keçmişdə və bu gün birləşdirən cəhətlər insani əlaqələr, iqtisadiyyat və ən əsası, bir-birimizə necə və harada kömək edə biləcəyimizi, bir-birimizi necə gücləndirə biləcəyimizi anlamağımızdır. Bu mənada hesab edirəm ki, qarşıdakı sammit uğurlu olacaq və Azərbaycan, həmişə olduğu kimi, sammitə təkcə müsbət yox, həm də əsas töhfələrindən birini verəcək. Ona görə də, əlbəttə ki, Rusiyanın böyük dostu, zəmanəmizin görkəmli dövlət siyasi xadimi, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfərini alqışlayırıq və tam əminik ki, həm çoxtərəfli, həm də ikitərəfli formatda danışıqlar, şübhəsiz ki, uğurlu olacaq”, – deyə o fikrini tamamlayıb.

    Korotçenko vurğulayıb ki, Qərb Cənubi Qafqaz regionunda sülhün qarşısını almaq üçün Ermənistanı dəstəkləyir.

    “ABŞ və Fransanın Ermənistana hərbi və hərbi-texniki dəstəyinə gəlincə, onlar öz milli maraqlarını müdafiə edirlər. Vaşinqton, Paris və Brüsselə sakit, dinc vəziyyətdə, sülh şəraitində olan Cənubi Qafqaz lazım deyil. Onlar Azərbaycana təsir rıçaqlarına malik olmaq istərdilər. Buna görə də Paşinyan rejimi bu gün kəşfiyyat, maddi-texniki və hərbi dəstək alır. Ümumi götürsək, Ermənistan gücləndirilir və bu, yalnız bir məqsəd – Cənubi Qafqazda sülh və əmin-amanlığın yaranmasının qarşısını almaq üçün edilir”, – o bildirib.

    Politoloq vurğulayıb ki, bu regiondan mühüm nəqliyyat dəhlizləri keçir, üstəlik, bölgə enerji ehtiyatları ilə də zəngindir.

    “Əslində, Ermənistan qeyri-sabitlik mənbəyi olan bir növ Troya atı rolunu oynasa, Qərb üçün yaxşı olardı. Unutmayaq ki, Paşinyan ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkenlə və Avropa İttifaqının nümayəndələri ilə görüşəndə orada faktiki olaraq Qərbin Cənubi Qafqazın bütün digər dövlətlərinin zərərinə Ermənistanı dəstəkləyəcəyinə dair razılaşmalar əldə olunub”, – o qeyd edib.

    Korotçenkonun sözlərinə görə, İkinci Qarabağ müharibəsində məğlubiyyətdən sonra Ermənistanın demilitarizasiyası ilə bağlı tələblər ədalətlidir, lakin reallıqları da nəzərə almaq lazımdır.

    “Reallıqlar isə elədir ki, sülhün ən yaxşı təminatı sülh müqaviləsi olacaq. Lakin Ermənistan sülh müqaviləsi imzalamaq istəmir. Onlar tam razılaşdırılmamış bir sıra məqamları önə çəkərək bunun sülh müqaviləsini əvəz edəcəyini söyləməyə çalışırlar. Bundan əlavə, Ermənistan Azərbaycan ərazisinə birbaşa iddiaları özündə əks etdirən Konstitusiyasına dəyişiklik istəmir”, – Korotçenko bildirib.

  • В Бардинском районе подозреваемый в убийстве 15-летней девушки найден мертвым

    В Бардинском районе нашли тело подозреваемого по делу об убийстве несовершеннолетней.

    Как сообщает Report, сообщение о пропаже 15-летней Севиндж Аббаслы поступило в полицию 1 сентября. Спустя два дня было обнаружено ее тело со следами насильственной смерти.

    В ходе оперативно-разыскных мероприятий подозрение пало на 31-летнего Кянана Ахмедли. Однако 7 октября его труп был найден в Карабахском канале сотрудниками полиции.

    Правоохранительные органы продолжают расследование по данному факту.