Month: October 2024

  • 15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub (Yenilənib)

    Bərdədə itkin düşən qızın ölümü ilə bağlı bəzi detallar məlum olub.

    Kənan Əhmədli Sevinc Abbaslıya təcavüz edib. S.Abbaslının hamilə olduğunu öyrənən K.Əhmədli onu qətlə yetirib.

    Daha sonra məktub yazaraq intihar edib.

    * * * * *

    Bərdədə itkin düşən qızı qətlə yetirməkdə şübhəli bilinən şəxsin meyiti aşkarlanıb.

    “Report” xəbər verir ki, sentyabrın 1-də 2009-cu il təvəllüdlü Sevinc Rəşad qızı Abbaslının itkin düşməsi barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

    Sentyabrın 3-də S.Abbaslının üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət əməlini 1993-cü il təvəllüdlü Kənan İlyas oğlu Əhmədli tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

    Onun meyiti oktyabrın 7-də Qarabağ kanalından polis əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Rusiya Prezidentinin köməkçisi: “ABŞ və Qərb Cənubi Qafqaza nüfuz etməyə çalışır”

    “ABŞ və bir sıra Qərb dövlətləri Rusiya Federasiyasının fəal iştirakı ilə hazırlanmış nizamlanma prosesində iştirak etmək bəhanəsi ilə Cənubi Qafqazın işlərinə qarışmağa çalışırlar”.

    Bunu brifinqdə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

    “Birləşmiş Ştatlar və bir sıra digər Qərb ölkələri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzərindəki iş prosesinə nüfuz etməyə çalışırlar. Biz hesab edirik ki, bütün ilkin işlər artıq Moskvada görülüb. Ermənistan və Azərbaycan arasında hətta ikitərəfli danışıqların iştirakçıları belə bütünlüklə Qərbin bu rolunu və danışıqlar prosesinə daxil olmaq cəhdlərini alqışlamırlar”, – diplomat deyib.

    “Aİ-nin Ermənistandakı missiyasının fəaliyyəti də birmənalı qarşılanmır və təəssüf ki, bu missiya genişlənir”, – deyə Uşakov bildirib.

  • Ərdoğan Putini ad günü münasibətilə təbrik etdi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün baş tutan telefon danışığı zamanı Rusiya lideri Vladimir Putini 72 illik yubileyi münasibətilə təbrik edib.

    Bu barədə TASS məlumat yayıb.

    Liderlər həmçinin Rusiya-Türkiyə münasibətlərinin konstruktiv xarakterindən məmnun olduqlarını və gələcəkdə sıx qarşılıqlı fəaliyyətə hazır olduqlarını bildiriblər. Bəzi aktual ikitərəfli və beynəlxalq mövzular, o cümlədən Yaxın Şərqdəki vəziyyətin təhlükəli inkişafı müzakirə edilib.

    İki ölkə liderləri BRICS-in Kazanda keçiriləcək sammitinin tədbirləri zamanı ayrıca görüşün keçirilməsi ilə bağlı əldə olunmuş razılaşmanı təsdiqləyiblər.

  • Namazdan sonra yoxa çıxan dördüncü kurs tələbəsinin meyiti TAPILDI

    Sentyabrın 30-da Samur-Abşeron kanalının Xızı rayonu ərazisindən keçən hissəsində meyiti tapılan şəxsin kimliyi müəyyənləşib.

    Lent.az-ın məlumatına görə, meyit sudan çıxarılarkən tanınmaz halda olduğundan DNT analizi götürülüb.

    Meyiti tapılan şəxsin sentyabrın 6-da itkin düşən Siyəzən şəhər sakini, 22 yaşlı Mahmud Məlikov olduğu təsdiqlənib.

    Bu barədə M.Məlikovun yaxınları məlumat veriblər. Bildirilib ki, meyit dəfn üçün sabah ailəsinə təhvil veriləcək.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    Qeyd edək ki, 22 yaşlı Mahmud Məlikov namaz qılmaq üçün məscidə gedib və geri qayıtmayıb.

  • Laçın 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq

    Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı statusunu alacaq.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə danışıb.

    “Humanitar məsələlər bloku çərçivəsində Moskva sammitində MDB liderləri Laçın şəhərinə 2025-ci ildə birliyin mədəniyyət paytaxtı statusunun verilməsi ilə bağlı qərar layihələrini nəzərdən keçirəcəklər” – deyə Rusiya Federasiyası Prezidentinin köməkçisi bildirib.

    Xatırladaq ki, 2024-cü ildə Özbəkistanın Səmərqənd şəhəri MDB-nin mədəniyyət paytaxtı statusuna layiq görülüb.

  • Vladimir Putin İlham Əliyev və Nikol Paşinyanla ikitərəfli görüşlər keçirəcək

    Rusiya Prezidenti Vladimir Putin oktyabrın 8-də, MDB sammitindən əvvəl Kremldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşlər keçirəcək.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə məlumat verib.

    “Görüşlərdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələləri müzakirə olunacaq”, – o vurğulayıb.

  • Qəzza zolağında ölənlərin sayı 42 min nəfərə çatıb

    Qəzza zolağında münaqişənin gərginləşdiyi bir il ərzində 41,9 mindən çox insan ölüb.

    Bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

    Ölənlərin 60 faizdən çoxu qadın və uşaqlardır.

    “Həlak olanların sayı 41 909 nəfərə çatıb, onların 60 faizdən çoxu uşaq və qadınlardır. 97 303 nəfər isə yaralanıb”, – məlumatda bildirilib.

  • Azərbaycan Hərbi Hava Qüvvələrinə komandan təyin olunub

    General-leytenant Namiq İslamzadə müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı təyin olunub.

    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    Təyinatla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

  • Gənc qız özünü binanın damından atdı

    Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib.

    “Qafqazinfo”nun hadisə yerində olan əməkdaşı xəbər verir ki, bu gün saat 17:30-da Əlövsət Quliyev küçəsində 22-25 yaşlı qız özünü ikimərtəbəli binanın damından atıb.

    O, hadisə yerində ölüb.

    Ərazi polis tərəfindən nəzarətə götürülüb.

  • Gənc qız özünü binanın damından atdı

    Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib.

    “Qafqazinfo”nun hadisə yerində olan əməkdaşı xəbər verir ki, bu gün saat 17:30-da Əlövsət Quliyev küçəsində 22-25 yaşlı qız özünü ikimərtəbəli binanın damından atıb.

    O, hadisə yerində ölüb.

    Ərazi polis tərəfindən nəzarətə götürülüb.