Month: October 2024

  • Bakıda içməli su 2 aydır yola axırmış? – Rəsmi qurum hərəkətə keçdi (VİDEO)

    Sabunçu rayonu, Qəzənfər Musabəyov küçəsində içməli su iki aya yaxındır ki küçəyə axır.

    Bu barədə iddia Baku.ws-in “qaynar xətti”nə daxil olub.

    Bildirilib ki, ərazidə yerləşən 68 saylı məktəb bir neçə il əvvəl baş verən yanğın nəticəsində yararsız hala düşərək sökülüb.

    Yanğından sonra məktəbin yerindəki su borusu zədələnib və bu səbəbdən icməli su ətrafa axmağa başlayıb.

    Sakinlərin sözlərinə görə, səhər saatlarında suyun təzyiqi yüksək olduğu üçün su güclü axır və yola ciddi ziyan vurur. Bu da həm maddi itkilərə, həm də ekoloji problemlərə səbəbiyyət verir.

    Məsələ ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq.

    Qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, qeyd olunan ünvanda qəza briqadası tərəfindən hazırda axıntının qarşısı alınıb. Ərazidəki boru istimara yararsız halda olduğundan yaxın günlərdə borunun dəyişdirilməsi həyata keçiriləcək.

  • Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlandı

    Dövlət qulluğuna qəbul olmaq üçün oktyabrın 6-da keçirilən test imtahanının nəticəsi elan olunub.

    Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

    Qeyd edilib ki, Dövlət İmtahan Mərkəzi 2024-cü il oktyabrın 6-da inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul imtahanı keçirib. Bakı və Naxçıvan şəhərlərində kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri DİM-in saytındayerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 2242 namizəddən 54 nəfər imtahana gəlməyib.

    İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 3 nəfər, BA2 altqrupu üzrə 10 nəfər, BA3 altqrupu üzrə 28 nəfər, BA4 altqrupu üzrə 48 nəfər, BB1 altqrupu üzrə 102 nəfər, BB2 altqrupu üzrə 108 nəfər, BB3 altqrupu üzrə 177 nəfər, BB4 altqrupu üzrə 263 nəfər olmaqla, ümumilikdə 739 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

    Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

    Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün 2024-cü il oktyabrın 8-dən 21-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir:

    · ali təhsil haqqında sənədin surəti;

    · əmək kitabçasının surəti (olduğu halda).

    İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 8 oktyabr saat 10:00-dan 10 oktyabr saat 17:00-dək DİM-in saytında yerləşdiriləcəkelektron ərizənidoldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

    Namizədlərlə telefon vasitəsilə əlaqə saxlanılacaq. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

  • MDB ölkələrinin diplomatik missiyalarının rəhbərləri Bakıda görüşüb

    Bu gün Rusiyanın Bakıdakı səfirliyində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik missiya rəhbərlərinin görüşü keçirilib.

    Report bu barədə Rusiyanın Bakıdakı diplomatik missiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

    Tədbirdə Rusiyanın səfiri Mixail Yevdokimov, Belarus səfiri Andrey Ravkov, Qazaxıstan səfiri Alim Bayel, Qırğızıstan səfiri Maksat Mamıtkanov, Tacikistan səfiri İlhom Abdurahmon, Türkmənistan səfiri Qurbanməmmet Elyasov və Özbəkistan səfiri Bahrom Aşrafxanov iştirak ediblər.

    “Görüşdə MDB formatında çoxşaxəli əməkdaşlığın inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran mövzular müzakirə edilib”, – diplomatik missiyadan vurğulayıb.

  • Президент Ильхам Алиев прибыл с визитом в Россию

    7 октября Президент Азербайджанской Республики Ильхам Алиев прибыл с визитом в Российскую Федерацию для участия в заседании Совета глав государств СНГ.

    Как сообщает АЗЕРТАДЖ, в международном аэропорту Внуково-2 города Москва Президента Азербайджана встречали заместитель министра иностранных дел России Михаил Галузин и другие официальные лица.

  • Azərbaycan Prezidenti İlham Əliyev Rusiyada səfərdədir

    Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-də Rusiya Federasiyasına səfəri başlayıb.

    Moskva şəhərinin Vnukovo-2 Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentini Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.

  • “Уральские авиалинии” с конца октября начнут летать из Сочи в Баку

    Авиакомпания “Уральские авиалинии” с 28 октября запускает новый рейс из Сочи в Баку.

    Как передает Median.Az со ссылкой на российские СМИ, об этом сообщила пресс-служба авиакомпании.

    Полеты будут выполняться два раза в неделю: из Сочи – по понедельникам и четвергам, обратные рейсы – по вторникам и пятницам.

    Время в пути составит порядка 2 часов.
    В настоящее время авиакомпания выполняет рейсы в столицу Азербайджана из Екатеринбурга и подмосковного Жуковского.
    Согласно расписанию аэропорта Сочи, в октябре по данному маршруту будут летать также авиакомпании “Азимут” и “Азербайджанские авиалинии”.

  • “Ural Hava Yolları” Soçidən Bakıya birbaşa uçuşlara başlayır

    Rusiyanın “Ural Hava Yolları” şirkəti oktyabrın 28-dən Soçidən Bakıya birbaşa üçüşlara başlamağı planlaşdırır.

    Median.Az bu barədə aviaşirkətin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir.
    Uçuşlar həftədə iki dəfə həyata keçiriləcək. Soçidən bazar ertəsi və cümə axşamı, Bakıdan isə reyslər çərşənbə axşamı və cümə günləri baş tutacaq.

    Məlumata görə, uçuş vaxtı təxminən 2 saat olacaq.

    Hazırda aviaşirkət Yekaterinburqdan və Moskva yaxınlığındakı Jukovski şəhərindən Azərbaycan paytaxtına uçuşlar həyata keçirir.

    Soçi Hava Limanının cədvəlinə əsasən, oktyabr ayında “Azimut” və “Azərbaycan Hava Yolları” (AZAL) da bu marşrut üzrə uçuşlar həyata keçirəcək.

  • Армения и миссия ЕС совершили провокацию против Азербайджана – ВИДЕО

    Армения и миссия Европейского союза (ЕС) в Армении совершили провокацию против Азербайджана.

    Как сообщает Trend, 8 членов миссии ЕС и армянские военнослужащие, вплотную приблизившись к государственной границе Азербайджана, следили за территориями страны посредством приборов для наблюдения.

    Инцидент произошел на горусском направлении.

  • Ermənistan və Aİ missiyasından Azərbaycana qarşı növbəti təxribat – VİDEO

    Ermənistan və Avropa İttifaqının bu ölkədəki missiyası növbəti dəfə Azərbaycana qarşı təxribat törədiblər.

    “Trend” xəbər verir ki, dövlət sərhədimizin yaxınlığına gələn səkkiz nəfər Aİ missiyasının üzvü və erməni hərbçilər müşahidə cihazları ilə ərazilərimizi müşahidə ediblər.

    İnsident Gorus istiqamətində baş verib.

  • Sabahdan bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək

    Sabah axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 9-u gündüzədək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.