Month: October 2024

  • Bakının bir hissəsində təmir səbəbindən yolda sıxlıq yaranıb

    “Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən qısamüddətli təmir işləri aparılır”.

    Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müraciətində deyilir.

    Qeyd olunub ki, hazırda bu səbəbdən yolda sıxlıq müşahidə olunur.

  • Yevlaxda işçilərin əmək hüquqlarını pozan hüquqi şəxs cərimələnib

    “Lalə-Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciətləri əsasında Yevlax rayon prokurorluğunda araşdırma aparılıb.

    Yevlax rayon Prokurorluğundan  verilən xəbərə görə, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) bir neçə şəxsin tikiş fabrikində müvafiq olaraq dərzi və sürücü kimi işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

    Faktla bağlı Yevlax rayon prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

  • Növbəti iki gündə güclü külək əsəcək – XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında və bölgələrdə oktyabrın 8-9-da gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.

    Xidmətdən bildirilib ki, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək.

    Sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan, Culfa, Mingəçevir, Bərdə, Yevlax, Tərtər, Ağstafa, Goranboy, Samux, Gəncə, Qazax, Tovuz, Şəmkir, Qobustan, Naftalan, Şirvan, Salyan, Hacıqabul, Xızı, Siyəzən, Xaçmaz, Şabranda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • Bakıda güclü partlayış – Yaralıların sayı artdı

    Nizami rayonunda baş vermiş partlayışla bağlı araşdırma aparılır.

    Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, oktyabrın 7-də, saat 13 radələrində paytaxtın Nizami rayonu, 8-ci köndələn küçəsində yerləşən sexdə partlayış baş verməsi barədə Nizami rayon prokurorluğuna məlumat daxil olub.

    İlkin araşdırma zamanı qeyd olunan ünvanda yerləşən sexin ərazisində, ümumi sahəsi təxminən 40 m² olan qazanxanada yanğınla nəticələnməyən partlayışın baş verməsi nəticəsində 2 nəfər şəxsin xasarət alması müəyyən olunub.

    Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.

  • Захарова: Баку и Москва активно сотрудничают, исходя из важности решения региональных задач

    Россия и Азербайджан активно сотрудничают во всех отраслях, исходя из важности развития не только двухсторонних отношений, но и решения тех региональных задач, в которых наши страны взаимодействуют.

    Об этом Report заявила официальный представитель МИД РФ Мария Захарова в кулуарах заседания Совета министров иностранных дел СНГ в Москве.

  • Mariya Zaxarova: “Bakı və Moskva regional məsələlərin həllində fəal əməkdaşlıq edirlər”

    “Rusiya və Azərbaycan təkcə ikitərəfli münasibətlərin inkişafının deyil, həm də ölkələrimizin qarşılıqlı fəaliyyət göstərdiyi regional məsələlərin həllinin vacibliyindən çıxış edərək bütün sahələrdə fəal əməkdaşlıq edirlər”.

    Bu barədə “Report”a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclasının kuluarlarında bildirib.

  • Крысы, насекомые и кошка: в кафе в Баку выявлены новые нарушения – ФОТО

    Деятельность объекта общественного питания Zülfü Ustanın Dönəri, расположенного в Наримановском районе столицы, была ограничена после проверки Агентства продовольственной безопасности (АПБА). Поводом для внеплановой инспекции стало видео, распространившееся в соцсетях, на котором прохожие запечатлели крысу, поедающую пирожок.

    Как передает Median.Az со ссылкой на пресс-службу АПБА, в ходе проверки принадлежащего физическому лицу Зюльфю Рашид оглу Велиеву заведения, расположенного по адресу: ул. А.Гейдарова, 132, были выявлены многочисленные серьезные нарушения. Оказалось, что заведение не прошло регистрацию в системе контроля безопасности пищевых продуктов. Кроме того, инспекторы обнаружили на кухне насекомых и кошку.

    Среди других нарушений – отсутствие плотно закрывающихся мусорных баков, повреждения потолка в зоне готовки, непрохождение персоналом медосмотров, отсутствие у работников униформы. Также на объекте не было раковины для мытья продуктов и оборудования, отдельных помещений для хранения инвентаря и моющих средств, отсутствовала вентиляция, изоляция канализационных труб и т.д.

    Для лабораторных исследований были отобраны образцы готовой продукции – куриный донер и картофельные пирожки. По факту нарушений деятельность заведения приостановлена, в отношении его руководства составлен административный протокол.



  • Bakıda siçovulla gündəmə gələn iaşə obyektində pişik və həşəratlar da aşkarlandı – FOTO

    Bakının Nərimanov rayonunda yerləşən dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Qeyd olunub ki, mediada yayılan videogörüntülər əsasında Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 132 ünvanında yerləşən, fiziki şəxs Zülfü Rəşid oğlu Vəliyevə məxsus “Zülfü Ustanın Dönəri” ictimai iaşə obyektində AQTA əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi və bir sıra ciddi nöqsanlar aşkarlanıb.

    Həmçinin, qida obyektində müxtəlif həşəratlar və ev heyvanı (pişik) müşahidə edilib.

    Baxış zamanı obyektdə tullantılar üçün ağzı kip bağlanan və qoxu yaymayan qablardan istifadə edilmədiyi, emal sahəsində tavanın tamlığının pozulduğu, divarların gigiyenik materialla üzlənmədiyi, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi, müvafiq geyim forması və fərdi mühafizə vasitələri ilə təmin olunmadığı, qida məhsullarının və avadanlıqların yuyulması üçün yuma çanağının mövcud olmadığı, təmizlik inventarlarının və yuyucu maddələrin saxlanılması, eləcə də işçilər üçün ayrıca sahənin təşkil edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, kanalizasiya xətlərinin izolyasiya edilmədiyi və digər nöqsanlar müəyyən olunub. Müayinələrin aparılması məqsədilə istehlaka hazır qidalardan (toyuq dönəri, kartoflu pirojki) nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

    Faktla bağlı, qanunvericiliyə uyğun olaraq, müəssisədə işlərin görülməsinin və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul olunub, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

    Xatırladaq ki, oktyabrın 3-də həmin müəssisədə vətəndaşlar ticarət obyektinə daxil olan siçovulu pirojkini yeyərkən görüntüləyib sosial şəbəkədə paylaşmışdılar.



  • Azərbaycanda vəzifəli şəxsin 160 minlik əmlakına həbs qoyuldu – RƏSMİ

    Ağdaş rayon prokurorluğunda Kotavan bələdiyyəsinin sədri, «Abadlıq-2012» MMC-nin direktoru və mühasibinin qanunsuz əməllərinə dair istintaqı aparılan cinayət işi yekunlaşıb.

    Ağdaş rayon prokurorluğundan Median.Az-a daxil olan xəbər görə, istintaqla, sədr Rəşad Səmədovun bələdiyyəyə ayrılmış pul vəsaitinin 207 min manat hissəsini MMC-nin direktoru Əli Cəbiyev və mühasibi İsmət Abdulkərimovla qabaqcadan əlbir olan bir qrup şəxs halında mənimsəmə və israf etmə yolu ilə talamasına, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə, qulluq mövqeyindən istifadə edərək kənd ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmasına, bələdiyyənin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

    Eyni zamanda, istintaqla MMC-nin direktoru Əli Cəbiyevin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən vahid niyyətlə xeyli sayda işçiləri işlərin yerinə yetirilməsinə cəlb etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Rəşad Səmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 188.4.2 (öz qulluq mövqeyindən istifadə etməklə torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri, Əli Cəbiyev 162-1.1 (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 179.3.2, 188.4.2 və 313-cü maddələri, İsmət Abdulkərimov isə 179.3.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

    Həmçinin, Əli Cəbiyevin rəhbəri olduğu hüquqi şəxsin xeyrinə vəzifə saxtakarlığı cinayətini törətməsi müəyyən edildiyindən MMC barəsində Cinayət Məcəlləsinin 313-cü maddəsinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair icraat başlanıb.

    Cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxslər tərəfindən vurulmuş maddi ziyanın 65 min manatı ödənilib, eləcə də, maddi ziyanın qalan hissəsinin ödənilməsini təmin etmək məqsədilə təqsirləndirilən şəxslərə məxsus 160 min manatdan artıq dəyərdə əmlaklar üzərinə həbs qoyulub.

    İş üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Встретятся ли Джейхун Байрамов и Арарат Мирзоян в Москве?

    Министр иностранных дел Армении Арарат Мирзоян примет участие в заседании Совета министров иностранных дел стран (СМИД) СНГ, которое состоится в Москве.

    Об этом сообщает пресс-служба армянского внешнеполитического ведомства.

    “7 октября Арарат Мирзоян отправится с рабочим визитом в Москву для участия в заседании СМИД стран СНГ. Мероприятие состоится в преддверии заседания Совета глав государств СНГ”, – говорится в информации.

    Позже пресс-секретарь ведомства Ани Бадалян сообщила СМИ, что встречи Мирзояна с азербайджанским коллегой Джейхуном Байрамовым не планируется.

    Прошлое заседание СМИД СНГ состоялось 12 апреля в Минске. Армению тогда представлял замминистра Мнацакан Сафарян.