Month: October 2024

  • Ceyhun Bayramovla Ararat Mirzoyanın Moskvada görüşü olacaq?

    Moskvada MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov arasında ayrıca görüş planlaşdırılmır.

    Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

    Xatırladaq ki, bu gün Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək. İclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edəcək. Səfər çərçivəsində nazir C.Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı, habelə yüksəksəviyyəli görüşlərdə iştirakı nəzərdə tutulur.

  • Bakıda restoranda saxta spirtli içkilər aşkarlanıb – FOTO

    Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 14/16 ünvanında fəaliyyət göstərən “The Crown” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, həmçinin aşkar saxtalaşdırma əlamətləri olan spirtli içkilər aşkarlanıb.

    Bu barədə AQTA məlumat yayıb.

    Bildirilib ki, iaşə obyektində idxal sağlamlıq aktı olmayan və saxtalaşdırma əlamətləri olan “Absolut Vodka” əmtəə nişanlı iki ədəd 0.5 litrlik və iki ədəd 0.7 litrlik, həmçinin idxal sağlamlıq aktı olmayan “Jack Daniels” əmtəə nişanlı bir ədəd 3.0 litrlik spirtli içki məhsullarının satışının həyata keçirildiyi müəyyən edilib.

    Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Normativ tələblərə uyğun olmayan saxta məhsulların satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq müsadirə edilib, obyektin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

  • Qəbələ sakini özünü güllələdi – QOLUNU KƏSDİLƏR

    Qəbələ rayonunda 54 yaşlı Araz Allahverdiyev odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

    APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

    Qeyd edilib ki, araşdırma zamanı həmin şəxsin ov tüfəngi ilə ehtiyatsız davranması zamanı xəsarət aldığı müəyyən edilib.

    Xəstəxanaya yerləşdirilən A.Allahverdiyevin qolu amputasiya olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • В Баку задержан подозреваемый в нанесении ножевых ранений соседу

    Около 10:00 6 октября в полицию поступила информация о госпитализации с колото-резаными ранениями Шахпура Джафарова (1980 г.р.) с территории поселка Бина Хазарского района Баку.

    Как сообщает АПА со ссылкой на пресс-службу Министерства внутренних дел, в результате мероприятий, проведенных правоохранителями, был установлен и задержан подозреваемый в совершении преступного деяния, житель того же поселка Низами Алиев (1969 г.р.).

    По данному факту проводится расследование.

    * * * * *

    В поселке Бина Хазарского района Баку произошла поножовщина.

    Как сообщает АПА, Шахпур Джафаров (1980 г.р.) во время драки получил ножевое ранение от неизвестного.

    Пострадавший был госпитализирован. По информации врачей, он перенес операцию и сейчас находится в тяжелом состоянии.

    По данному факту сотрудники Хазарского районного управления полиции проводят расследование.

  • Bakıda həmyerlisini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı

    Oktyabrın 6-da saat 10 radələrində paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisindən 1980-ci il təvəllüdlü Şahpur Cəfərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

    APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatında bildirilib.

    Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən onun həmyerlisi 1969-cu il təvəllüdlü Nizami Əliyev müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

    * * * * *

    Bakının Xəzər rayonunda 44 yaşlı kişi bıçaqlanıb.

    APA xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

    Belə ki, 1980-ci il təvəllüdlü Şahpur Yusif oğlu Cəfərov dava zamanı hələlik naməlum olan şəxs tərəfindən bıçaqlanıb.

    Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, o əməliyyat olunub və hazırda vəziyyəti ağır olaraq qalır.

    Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

  • СМИ: Израильские военные взяли штурмом Дженин

    Армия Израиля при поддержке военной техники взяла штурмом город Дженин на Западном берегу реки Иордан.

    Об этом сообщило палестинское информационное агентство WAFA.

    “Израильские оккупационные силы взяли штурмом город Дженин на рассвете в понедельник”, – указывает агентство.

    Военные в сопровождении военной техники и бульдозеров штурмовали восточную часть города в направлении кварталов Халима Аль-Саадия и Баядер, отмечает издание.

  • İsrail ordusu Cenini ələ keçirdi

    İsrail ordusu İordan çayının Qərb sahilində yerləşən Cenin şəhərini ələ keçirib.

    Bu barədə Fələstinin WAFA xəbər agentliyi xəbər yayıb.

    “İsrail işğal qüvvələri bazar ertəsi səhər tezdən Cenin şəhərinə hücum edərək ələ keçirib”, – deyə agentlikdən bildirilib.

    Qeyd olunub ki, hərbçilər hərbi texnika və buldozerlərin müşayiəti ilə şəhərin şərq hissəsinə, Halima əl-Saadiya və Bayader məhəllələrinə hücum ediblər.

  • В результате ДТП в Гахском районе пострадал один человек

    В результате дорожно-транспортного происшествия (ДТП) на участке дороги Гах – Гёраган, проходящем по территории Гахского района, один человек тяжело пострадал.

    Как сообщает АПА, после оказания первой медпомощи в Гахской центральной районной больнице (ЦРБ) житель села Шотавар Билал Мамедов (1995 г.р.) был переведен в Шекинскую ЦРБ из-за тяжелого состояния.

    По данному факту проводится расследование.

  • Qaxda qəza zamanı bir nəfər ağır xəsarət alıb

    Qaxda baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ağır xəsarət alıb.

    APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax-Qorağan avtomobil yolunda baş verib. Qəza zamanı bir nəfər – rayonun Şotavar kənd sakini 1995-ci il təvəllüdlü Bilal Paşa oğlu Məmmədov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

    B.Məmmədova Qax Rayon Mərkəzi Xəstəxanasında (RMX) ilkin yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün Şəki RMX-yə göndərilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Попытка самоубийства в Баку: женщину из петли вытащили родственники

    В поселке Нардаран Сабунчинского района Баку совершена попытка самоубийства.

    Как сообщает АПА, А.Ш. (1965 г.р.) повесилась в своем доме.

    Родственники обнаружили ее в тяжелом состоянии и доставили в больницу.

    Состояние женщины, помещенной в отделение реанимации, остается тяжелым.