Month: October 2024

  • Yeni fırıldaqçılıq növü: İnsanları bu yolla aldadırlar – XƏBƏRDARLIQ

    Son zamanlar saxta investisiya və maliyyə təkliflərinin sayı xeyli artıb. Maliyyə fırıldaqçıları üçün əsas auditoriya isə sosial şəbəkələrdir.

    Fırıldaqçılar gənc istifadəçilər, yaşlı nəsil, daha az maliyyə biliyi olan vətəndaşlar və ya iş axtaranları bu platforma üzərindən cəlb edə bilirlər. Onlar bu cür insanları tapmaq üçün sosial şəbəkələrin data analitikasından yararlanırlar. Bəs görəsən, vətəndaşlar bu kimi təhlükələrlə qarşılaşmamaq üçün hansı nüanslara diqqət etməlidir?

    Median.Az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan informasiya və kommunikasiya texnologiyaları üzrə ekspert Vahid Qasımov bildirib ki, hazırki şəraitdə bu kimi problemlərin önləyəcək hansısa tətbiq və ya proqram yoxdur:

    “Bu kimi problemlərin qarşısını alacaq tətbiq və ya proqram mövcud deyil. Provayderlərin təhlükəsiz internetə qoşulması mövcuddur, orada isə trafik əvvəlcədən filtrasiya olunur. Amma təhlükəsizliyin əsas prinsipi odur ki, heç kim heç vaxt heç kəsə şəxsi məlumatlarını verməsin”.

    Ekspert qeyd edib ki, vətəndaşlar şəxsi məlumatlarını heç bir formada hansısa oyun saytında və ya mərc platformasında açıq şəkildə qeyd etməməlidir:

    “Əgər adam öz əli ilə kredit kartının məlumatlarını mərc, kazino və ya başqa bir saytda daxil etsə, dələduzluqdan danışmasın. Təqsir özündədir. Vətəndaşlar mütləq şəkildə belə nüanslara diqqət etməlidir”.

  • Bu tarixdən Bakıda hava kəskin pisləşəcək – Temperatur 5-6 dərəcə enəcək

    Oktyabrın 12-13-də Bakıda hava şəraiti kəskin pisləşəcək.

    Oktyabrın 12-dən etibarən paytaxta yağış yağacaq. Oktyabrın 13-dən etibarən isə havanın temperaturu digər günlərə nisbətən 5-6 dərəcə aşağı enəcək.

    Yağışla hava şəraitinin oktyabrın 14-dən etibarən bitəcəyi proqnozlaşdırılır.

  • Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verildi

    Prezident İlham Əliyev 2024-2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, 2024-2025-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdü verilir.

  • Президент Ильхам Алиев наградил Сабира Гаджиева орденом “Шохрат”

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о награждении Сабира Кямал оглу Гаджиева орденом “Шохрат”.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, С.Гаджиев получил соответствующую награду за плодотворную деятельность в общественно-политической жизни Азербайджанской Республики.

  • Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib

    Prezident İlham Əliyev Sabir Kamal oğlu Hacıyevin “Şöhrət” ordeni ilə təltif olunması haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncamla S.Hacıyev Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə ordenə layiq görülüb.

  • Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb

    Polis Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən iki nəfəri saxlayıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Belə ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 76 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 49 yaşlı A.Alıyev, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə şəhər sakini olan bir nəfərin 8 745 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 33 yaşlı İ.Məmmədli müəyyən olunaraq saxlanılıblar.

    Faktlarla bağlı araşdırma aparılır.

  • Спецслужбы США предупредили о возможных угрозах в стране 7 октября

    Американские Федеральное бюро расследований и министерство внутренней безопасности предупредили о возможных нападениях в стране 7 октября – в годовщину нападения палестинского движения ХАМАС на Израиль и начала масштабной эскалации в регионе.

    Об этом сообщает CNN.

    Ведомства нацелены на “привлечение внимания к потенциальным угрозам в США со стороны различных субъектов”. Также ФБР и министерство связали свое предупреждение с призывами зарубежных террористических организаций “к своим приспешникам с целью спровоцировать насилие на Западе”.

    В октябре прошлого года Израиль подвергся ракетной атаке из сектора Газа, после которой силы ХАМАС вошли в приграничные районы. На фоне этого израильские военные начали операцию в секторе Газа.

  • ABŞ HƏMAS-ın hücumunun ildönümü ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib

    ABŞ-nin Federal Təhqiqatlar Bürosu və Daxili Təhlükəsizlik Departamenti oktyabrın 7-si HƏMAS-ın İsrailə hücumunun ildönümü ilə əlaqədar ölkədə hücumların baş vermək ehtimalı ilə bağlı xəbərdarlıq edib.

    Bu barədə CNN məlumat yayıb.

    Qeyd olunur ki, hər iki qurumun xəbərdarlığı vətəndaşların diqqətini potensial təhlükələrə yönəltməyə hesablanıb.

    Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.

  • В Гахском районе автомобиль съехал в овраг, есть пострадавший

    В селе Гыпчаг Гахского района легковой автомобиль съехал в овраг на обочине дороги.

    Как сообщает АПА, житель села Ингилой Кётюклю Слава Берикашвили (1988 г.р.) потерял управление над автомобилем Nissan, в результате чего транспортное средство съехало в овраг на обочине дороги.

    С.Берикашвили получил травмы различной степени тяжести и был госпитализирован в Гахскую центральную районную больницу.

    По данному факту ведется расследование.

  • Qaxda avtomobil çökəkliyə düşüb, xəsarət alan var

    Qaxda minik avtomobili yol kənarındakı çökəkliyə düşüb, xəsarət alan var.

    APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında rayonun Qıpçaq kəndi ərazisində baş verib. 1988-ci il təvəllüdlü Qax rayon İngiloy Kötüklü kənd sakini Slava Maksimoviç Berikaşvili “Nissan” markalı avtomobillə hərəkətdə olarkən maşın idarəetmədən çıxaraq yolun kənarındakı çökəkliyə düşüb.

    Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan S.Berikaşvili Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

    Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.