Month: October 2024

  • Avtomobil mühərrikinin yuyulmasının təhlükələri: Ekspert izah edir

    Bir çox avtomobil sahibləri avtomobillərini təkcə xaricdən deyil, həm də kapotun altını ideal vəziyyətdə saxlamağa çalışırlar. Bununla belə, mühərrikin müntəzəm yuyulması hətta onun dəyişdirilməsi zərurətinə qədər ciddi problemlərə səbəb ola bilər.

    Median.Az-ın “Ridus”a istinadən verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil eksperti Konstantin Liqaçyov xəbərdarlıq edib.

    “Adətən mühərriki avtomobili satmazdan əvvəl yuyurlar ki, kapotun altındakı hissə gözəl görünsün. Bu həmçinin müəyyən nasazlıqlar zamanı edilir: məsələn, yağ sızmasının səbəbini və yerini müəyyən etmək lazım olanda. Bütün digər hallarda avtomobilin mühərrikini yumağın heç bir mənası yoxdur”, – deyə Konstantin Liqaçyov bildirib.

    Onun sözlərinə görə, bu, bütöv bir texnoloji əməliyyatdır və onun hər hansı pozulması avtomobil üçün mənfi nəticələrə səbəb ola bilər.

    Mütəxəssis qeyd edib ki, çox vaxt mühərrikin yuyulması ilə avtomobillərdən kifayət qədər məlumatı olmayan ustalar məşğul olurlar.

    “Onlar mühərriki güclü təzyiqlə yuyurlar və vacib elementləri örtməyi unudurlar. Bu, suyun avtomobilin elektronikasına düşməsinə və qısaqapanmaya səbəb ola bilər”, – deyə ekspert vurğulayıb.

    Liqaçyovun sözlərinə görə, suyun avtomobilin hava filtrinə düşməsi xüsusilə təhlükəlidir.

    “Bu halda hidravlik zərbə ehtimalı böyükdür ki, bu da baha başa gəlir – mühərrikin dəyişdirilməsi tələb olunur”, – deyə mütəxəssis əlavə edib.

  • Xaçmazda yeniyetmə özünü körpüdən atdı

    Xaçmazda 17 yaşlı oğlan özünü Dəmiryolu Stansiyasının körpüsündən atıb.

    APA-nın məlumatına görə, ağır xəsarətlər alan 2007-ci il təvəllüdlü Amanşah Qafarov Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Ona müvafiq tibbi yardım göstərilir.

    Faktla bağlı araşdırma davam edir.

  • Бывший заключенный покончил с собой в Мингячевире

    В городе Мингячевире произошло самоубийство.

    Как сообщает lent.az, инцидент зафиксирован на улице А.Мамедова.

    Согласно информации, 34-летний местный житель Вюсал Мирзоев был найден повешенным в гостиной своего дома.

    Отмечается, что ранее он привлекался к уголовной ответственности за преступления, связанные с наркотиками и кражами.

    По данному факту проводится расследование.

  • Keçmiş məhkum özünü öldürdü

    Mingəçevirdə intihar hadisəsi baş verib.

    Lent.az-ın məlumatına görə, hadisə şəhərin A. Məmmədov küçəsində qeydə alınıb.

    Belə ki, şəhər sakini, 34 yaşlı Vüsal İlqar oğlu Mirzəyev yaşadığı evin qonaq otağında özünü asıb.

    Onun əvvəllər narkotik və oğurluq cinayətlərinə görə məhkum olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Премьер-лига Азербайджана: сегодня состоятся еще два матча IX тура

    Сегодня в рамках IX тура Премьер-лиги Азербайджана (ПЛА) по футболу состоятся еще два матча.

    Как сообщает Median.Az со ссылкой на официальный сайт ПЛА, в первом матче дня “Сабаил” примет “Шамахы”.

    Матч начнется в 17:00 на ASCO Arena.

    Затем в 19:30 “Сабах” примет “Араз-Нахчыван”. Игра состоится на Bank Respublika Arena.

    Отметим, что вчера в стартовом матче тура команда “Кяпаз” одержала победу над “Нефтчи” со счётом 4:3.

    Премьер-лига Азербайджана

    IX тур, 5 октября

    17:00 “Сабаил” – “Шамахы”

    Судьи: Алияр Агаев, Зейнал Зейналов, Акиф Амирали, Эльвин Байрамов;

    VAR: Ингилаб Мамедов;

    AVAR: Намик Гусейнов;

    Судья-инспектор: Иманхан Султани;

    Представитель АФФА: Кифаят Мустафаева;

    Стадион: ASCO Arena.

    19:30 “Сабах” – “Араз-Нахчыван”

    Судьи: Джавид Джалилов, Кямран Байрамов, Муслим Алиев, Рауф Аллахвердиев;

    VAR: Рауф Джабаров;

    AVAR: Рахман Имами;

    Судья-инспектор: Рахим Гасанов;

    Представитель АФФА: Зумруд Агаева;

    Стадион: Bank Respublika Arena.

  • Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

    Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında (APL) IX turun daha iki oyunu keçiriləcək.

    Median.Az-ın APL-in rəsmi saytına istinadən məlumatına görə, günün ilk matçında “Səbail” evdə “Şamaxı”nı qəbul edəcək.

    “ASCO Arena”da start götürəcək görüş saat 17:00-da başlayacaq.

    Ardınca saat 19:30-da “Sabah” klubu “Araz-Naxçıvan” kollektivini sınağa çəkəcək. Qarşılaşma “Bank Respublika Arena”da gerçəkləşəcək.

    Xatırladaq ki, dünən turun açılış matçında “Kəpəz” komandası “Neftçi” üzərində 4:3 hesablı qələbə qazanıb.

    Azərbaycan Premyer Liqası

    IX tur, 5 oktyabr

    17:00. “Səbail” – “Şamaxı”

    Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov;

    VAR: İnqilab Məmmədov;

    AVAR: Namik Hüseynov;

    Hakim-inspektor: İmanxan Sultani;

    AFFA nümayəndəsi: Kifayət Mustafayeva;

    Stadion: “ASCO Arena”.

    19:30. “Sabah” – “Araz-Naxçıvan”

    Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev;

    VAR: Rauf Cabarov;

    AVAR: Rəhman İmami;

    Hakim-inspektor: Rəhim Həsənov;

    AFFA nümayəndəsi: Zümrüd Ağayeva;

    Stadion: “Bank Respublika Arena”.

  • Дело обвиняемого в покушении на убийство Талеха Гарашова находится в суде

    Завершено предварительное расследование по уголовному делу Бахруза Аскерова, обвиняемого в планировании террористических актов в Азербайджане.

    Как сообщает Qafqazinfo, собранные по делу материалы переданы на рассмотрение в Бакинский суд по тяжким преступлениям.

    Потерпевшими по делу признаны глава Исполнительной власти (ИВ) города Лянкяран Талех Гарашов и иностранный гражданин. Дело будет рассматривать судейская коллегия под председательством Сабухи Гусейнова.

    Привлеченному к уголовной ответственности Службой государственной безопасности (СГБ) Б.Аскерову предъявлены обвинения по статьям 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (подготовка к повторному убийству группой лиц по предварительному сговору по мотиву национальной, расовой, религиозной ненависти или вражды), 28,214.2.1, 28,214.2.3 (подготовка к совершению террористического акта с применением огнестрельного оружия и предметов, используемых в качестве оружия), 28,214-3.1 (подготовка к прохождению обучения с целью терроризма), 28,277 (подготовка к покушению на жизнь государственного или общественного деятеля) и 28,278.1 (подготовительные действия, направленные на насильственное изменение конституционного строя государства) Уголовного кодекса Азербайджана.

    Установлено, что Бахруз Аскеров привлекал к тайной деятельности, проживающих в различных районах республики, и давал им поручения по организации покушения на жизнь главы ИВ Лянкярана.

    Также установлено, что Б.Аскеров поручил связанным с ним лицам совершить покушение на гражданина иностранного государства, работающего учителем английского языка.

    Однако в результате принятых СГБ мероприятий он не смог завершить преступные деяния.

  • Taleh Qaraşovu öldürmək istəyənin işi məhkəmədə

    Azərbaycanda terror aktları planlaşdırmaqda ittiham olunan Bəhruz Əskərovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

    “Qafqazinfo”nun məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

    İş üzrə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və xarici ölkə vətəndaşı zərərçəkmiş qismində tanınıb. İşə Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.

    Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb olunan B.Əskərova qarşı Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui-qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.

    Müəyyən edilib ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək onlara Lənkəranın icra başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib.

    Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib.

    Lakin o, DTX tərəfindən görülən tədbirlər nəticəsində cinayət əməllərini yekunlaşdıra bilməyib.

  • DİQQƏT! Azərbaycanda işsizlər dövlətdən PUL ALACAQ

    Azərbaycanda işsizliyə görə kimlər müavinət ala bilər? Bunun üçün vətəndaş hara müraciət etməlidir? Ölkəmizdə bununla bağlı sosial yardımı kimlər və necə ala bilər? Bu və ya digər suallar ətrafında Dövlət Məşğulluq Agentliyinə müraciət etdik.

    Agentliyin sözçüsü Mayis Musayev Referans.az-ın sorğusuna cavab olaraq bildirdi ki, “Məşğulluq haqqında” Qanuna əsasən məşğulluq sistemində işsiz kimi qeydiyyatda olan şəxslər üçün işsizlik müavinəti adlı bir ödəniş növü mövcud deyil. Yalnız işsizlikən sığorta ödənişi adlı sosial təminat növü var ki, bu ödəniş də yalnız Qanunla nəzərdə tutulan hallarda ödənilir.

    Həmçinin o da qeyd olundu ki, əgər vətəndaşın əmək müqaviləsinə dövlət orqanının və ya hüquqi şəxsin ləğvi, işçilərin və ya dövlət qulluqçularının say, ştatların ixtisar edilməsi, müddətli əmək müqaviləsinin müddətinin bitməsi, müəssisənin mülkiyyətçisi dəyişdikdə,əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsina) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda və əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə maddəsi ilə əlaqədar xitam verilibsə onun işsizlikdən sığorta ödənişi üçün hüququ yarana bilər.

    “Bu hallardan biri baş verdikdə vətəndaş DOST Mərkəzləri və ya Dövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq filiallarına müraciat edərək qeydiyyata düşə bilər. Dövlət Məşğulluq Agentliyinin yerli qurumları şəxsin müraciətinə 10 gün ərzində baxaraq, sığorta ödənişinin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsi barədə qarar çıxarır və bu baradə müraciət etmiş şəxsə məlumat verirlər”,- deyə Agentlik rəsmisi əlavə edib.

  • Durov ilk dəfə övladını göstərdi – FOTO

    Telegram messencerinin təsisçisi Pavel Durov ilk dəfə övladlarından biri ilə fotosunu dərc edib.
     
    Median.Az xəbər verir ki, foto onun şəxsi Telegram kanalında yayılıb.
     
    “Google-un ən son Telegram yeniləməsini təsdiqləməsini səbirlə gözləsək də, gəlin bir az nostalji yaşayaq”,- deyə sahibkar yazıb.
     
    Biznesmen aydınlaşdırıb ki, fotoda böyük qızı onun yanında oturub. Şəkil 2013-cü ildə bir uşaq Durova “messenceri necə işə salmağı” göstərən zaman çəkilib.

    Forbes jurnalına görə, Pavel Durovun keçmiş həyat yoldaşı Daria Bondarenkodan iki övladı var. 2009-cu ildə böyük qızı Alina, gələn il isə oğulları Mixail dünyaya gəlib.

    Bu yay İsveçrədə yaşayan İrina Bolqar Forbes-ə bildirib ki, o, Telegram-ın qurucusunun daha üç övladının anasıdır. Jurnalistlərin xahişi ilə o, Durovun uşaqların atası kimi göstərildiyi doğum haqqında şəhadətnamələrin surətlərini təqdim edib. Nəticədə müxbirlər sənədlərin həqiqiliyinin təsdiqini aldıqlarını bildiriblər.