Month: October 2024

  • В Баку изменена схема движения пяти автобусных маршрутов

    На улице Кёвкяб Сафаралиевой (на отрезке от улицы 28 Мая до улицы Узеира Гаджибейли) в Насиминском районе Баку в связи с ремонтными работами с сегодняшнего дня полностью ограничено движение транспорта.

    Об этом Median.Az сообщает со ссылкой на Государственное агентство автомобильных дорог Азербайджана.

    В связи с введенным ограничением движение автобусов по регулярным маршрутам №21, 30, 32, 49 и 120 будет организовано через улицу Пушкина.

    “Водителей просят с пониманием отнестись к проводимым работам и использовать альтернативные маршруты”, – говорится в сообщении.

  • Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdirilib

    Bu gündən etibarən Bakının Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində (28 May küçəsindən Üzeyir Hacıbəyli küçəsinə qədər) təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    Median.Az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

    Məhdudiyyətlə bağlı 21, 30, 32, 49 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Puşkin küçəsi ilə təşkil ediləcək.

    “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.

  • Azərbaycan idmançısı beynəlxalq fiqurlu konkisürmə turnirində gümüş medal qazanıb

    Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə yarışında təmsil edən Vladimir Litvintsev Qazaxıstanın paytaxtı Astanada keçirilən Denis Ten Memorialında gümüş medal qazanıb.

    Bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyası (AQİNF) məlumat yayıb.

    İdmançımız qısa və sərbəst proqramda çıxış edib. O, 12 idmançı arasında 246.00 xal taplayaraq yekun nəticədə 2-ci yeri tutub.

  • В регионах Азербайджана ожидается сильный ветер

    В регионах Азербайджана объявлен желтый уровень погодной опасности в связи с ожидаемой 6-7 октября ветреной погодой.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    В соответствии с желтым уровнем погодной опасности в Шабране, Хызы, Сиязане, Хачмазе, Алтыагадже, Гобустане, Нефтчале, Джалилабаде порывы юго-восточного ветра будут достигать 13.9-20.7 м/с.

  • Rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

    Oktyabrın 6-7-də bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Sarı xəbərdarlığa uyğun olaraq Şabran, Xızı, Siyəzən, Xaçmaz, Altıağac, Qobustan, Neftçala, Cəlilabadda fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • Dəmir yolundan kabel oğurlayan şəxslər saxlanıldı

    Polis əməkdaşlarının sayıqlığı nəticəsində dəmir yolu stansiyasından oğurluğa cəhd edən şəxs saxlanılıb.

    Oktyabrın 3-də axşam saatlarında Biləcəri dəmir yolu stansiyası ərazisindən rabitə kabeli oğurlamağa cəhd göstərən şəxs Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Onun 42 yaşlı İ.Əliyev olması və Keşlə dəmir yolu stansiyası ərazisindən oğurluq etməsi də müəyyən olunub.

    Araşdırma aparılır.

  • İçərişəhərə maşınla girmək olmaz: Yeni qayda sakinlərə nə vəd edir? – AÇIQLAMA

    Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində şəhər sakinləri və qonaqların hərəkətinin təhlükəsizliyini və rahatlığını artırmaq məqsədilə İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı mühüm dəyişikliklər təklif edilib. İslahatlar İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkətinin məhdudlaşdırılmasını, Qoşa Qala Qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılmasını, Əziz Əliyev küçəsində avtomobillərin hərəkətinin məhdudlaşdırılmasını, burada piyada zonası və mikromobillik zolaqlarının yaradılmasını, eləcə də İçərişəhər ərazisinin sakinlərin və ərazidəki diplomatik nümayəndəliklərin avtomobilləri istisna olmaqla, bütün maşınların hərəkəti üçün bağlanmasını nəzərdə tutur.

    Maraqlıdır, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən irəli sürülən təkliflər sözügedən ərazidə hansı müsbət dəyişikliklərə səbəb olacaq?

    Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı məsələ ilə bağlı danışarkən bildirib ki, turistik zonada, belə avtombil sıxlığının baş verməsi məqbul hesab olunmur:

    “İçərişəhər turizm və tarixi baxımından çox əhəmiyyətli yerdir. Ancaq biz onu qoruyub saxlaya bilmirik. Bu gün oradakı vəziyyət heç də ürəkaçan deyil. Fikirləşirəm ki, AYNA tərəfindən irəli sürülən təkliflər dəstəklənməlidir. Həmin ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılmalıdır. Yanlız orada yaşayan və digər kateqoriyadan olan şəxslərə hərəkət imkanı yaradılmalıdır. Ən optimal variant budur”.

    Ekspert hesab edir ki, artıq ölkəmizdə nəqliyyatın hərəkətini tənzimləyən və özünü təsdiqləyən müəyyən modellər var. Məsələn, Xəqani bağının ətrafında tətbiq olunan qayda “Xaqani bağının (avtomobillər üçün daim bağlanması) mikromobillik baxımından mütərəqqi addım olub. 28 May metrosunun qarşısı nəqliyyat üçün qapadılıb, bura mikromobillik üçün əhəmiyyətli məkana çevrilib. İrəli sürülən təkliflər belə məkanların sayını daha da artıracaq.
    (today.press)

  • Ağadadaş Ağayev ölkədən çıxıb? – VİDEO

    Xuliqanlıqda ittiham olunan Xalq artisti Ağadadaş Ağayevin xarici ölkəyə getməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

    Median.Az qafqazinfo-ya istinadla xəbər verir ki, müğənninin Qırğızıstanda çəkildiyi deyilən videosu onun istintaqı davam etdiyi halda ölkədən necə çıxması barədə müzakirələrə səbəb olub.

    Müğənninin vəkili Asim Abbasov saytımıza açıqlamasında iddialara aydınlıq gətirib. Vəkilin dediyinə görə, yayılmış görüntülər köhnə kadrlardır: “Ağadadaş Ağayev ölkəni tərk etməyib, Bakıdakı evindədir. Öz sənəti ilə məşğuldur”, – vəkil bildirib.

    Qeyd edək ki, hadisə bu ilin iyul ayında baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Balta isə klinikada çalışan qadın N.Paşayevaya dəyərək xəsarət yetirib.

    Hadisəyə görə Ağadadaş Ağayev və mühafizəçi barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

    Hazırda ibtidai istintaq davam edir.

  • Xaçmazda yeniyetmə özünü körpüdən atdı

    Xaçmazda yeniyetmə özünü “Dəmir Yol” körpüsündən atıb.

    Median.Az unikal-a istinadən xəbər verir ki, hadisə şəhərin Dəmir Yolu stansiyasında yerləşən piyada körpüsünün üzərində qeydə alınıb.

    Belə ki, körpünün üzərinə çıxan şəxs özünü oradan atıb.

    Yaralı Təcili Tibbi Yardım briqadalarının köməkliyi ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Özünü dəmir yolu körpüsündən atan şəxsin rayon sakini 2007-ci il təvəllüdlü Qafarov Amanşah olduğu məlum olub.

    Hadisə ilə bağlı araşdırma aparılır.

  • Bu yerlərdə mal-qara otaranları cərimə gözləyir

    Avtomobil yollarında mal-qara otaranlar 2 min manatadək məbləğdə cərimə olunacaqlar.

    Bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkətinin təhlükəsizliyinin pozulmasına, avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılmasına, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qara aparılmasına, habelə avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən edilən yerlərdən kənar avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsinə görə, fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadəkməbləğdə cərimə edilir.