Month: October 2024

  • Generala məxsus olduğu iddia edilən hospital MƏHKƏMƏYƏ VERİLDİ

    “Medistyle” (MediStyle Hospital) Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində məhkəməyə şikayət edilib.

    “Qaynarinfo”nun məlumatına görə, tanınmış anestezioloq-reanimatoloq Hacı-Həsənli Zəfər İsmayıl oğlu “MediStyle Hospital”dan əmək haqqını ala bilmədiyi üçün Nərimanov Rayon Məhkəməsində “Əmək haqqı tələbi” üzrə iddia qaldırıb.

    İşə hakim Səbinə Nuriyevanın sədrliyi ilə baxılacaq.
    Qeyd edək ki, Zəfər Hacı-Həsənli 2010-2014-cü illərdə Mərkəzi Gömrük Hospitalında, 2014-cü ildən isə “MediStyle Hospital”da anestezioloq-reanimatoloq işləyib.

    Xatırladaq ki, fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadəyə məxsus olduğu deyilən “MediStyle Hospital”a uzun müddət onun bacısı oğlu İmran Ağayev rəhbərlik edib. O, həmçinin klinikanın təsisçisidir. Hazırda “MediStyle” MMC-nin qanuni təmsilçisi klinikada uroloq-androloq vəzifəsində işləyən Ramil Əhmədov Famil oğludur.

  • В Ливане сообщили об ударе Израиля по дороге, которой пользовались беженцы

    Израильские военные (ЦАХАЛ) нанесли удар по трассе возле ливанского пункта пропуска “Маснаа” на границе с Сирией, через который беженцы спасались от бомбардировок.

    Как передает Median.Az, об этом пишет Reuters.
    По словам министра транспорта Ливана Али Хамие, за последние 10 дней дорогой воспользовались порядка 300 000 человек, большинство из которых – сирийцы. Он также отметил, что удар по территории возле погранперехода оставил после себя воронку шириной 4 м.

    Обстрел зоны возле КПП в Израиле объясняют тем, что шиитская организация “Хезболла” якобы использует погранпереход для транспортировки в Ливан военной техники. Представитель израильской армии Авичай Адраи написал на своей странице в соцсети X, что ЦАХАЛ не допустит “контрабанды оружия”.

  • İsrail Livanla Suriyanın yolunu bağladı

    İsrail hərbçiləri (SAXAL) Livanda Suriya ilə sərhəddə yerləşən Məsnaa keçid məntəqəsi yaxınlığında qaçqınların bombardmanlardan qaçdığı trasa zərbə endirib.
    Median.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
    Livanın nəqliyyat naziri Əli Hamiyenin sözlərinə görə, son 10 gün ərzində əksəriyyəti suriyalı olmaqla, 300 minə yaxın insan bu yoldan istifadə edib. O, həmçinin qeyd edib ki, sərhəd keçidi yaxınlığındakı əraziyə zərbədən sonra eni 4 metr olan çuxur yaranıb.
    İsrail nəzarət-buraxılış məntəqəsi yaxınlığındakı ərazinin atəşə tutulmasını “Hizbullah” təşkilatının Livana hərbi texnika daşımaq üçün sərhəd keçidindən istifadə etməsi ilə izah edir. İsrail ordusunun nümayəndəsi Aviçay Adrai “X” sosial şəbəkəsindəki hesabında İsrail ordusunun silah qaçaqmalçılığına icazə verməyəcəyini yazıb.

  • Пожар в частном доме в Низаминского районе Баку потушен

    Пожар в частном жилом доме, расположенном на улице Мамедали Шарифли Низаминского района Баку потушен в короткие сроки.

    Об этом Report сообщили в пресс-службе МЧС Азербайджана.

    Общественности будет предоставлена дополнительная информация.

  • Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb – YENİLƏNİB

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Q.Qarayev prospekti, Məmmədəli Şərifli küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Bu barədə report-a FHN-dən bildirilib.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının hər mərtəbəsi 170kv.m. olan mansard tipli ikimərtəbəli fərdi yaşayış evində baş verdiyi, yayılma riskinin yüksək olduğu müəyyən edilib.

    Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində fərdi yaşayış evinin mansardı və 40kv.m sahədə ikinci mərtəbənin bir otağı yanıb.
    Evin böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

    Xəsarət alan yoxdur.

  • Azərbaycan Bosniya və Herseqovinaya başsağlığı verib

    Azərbaycanın Xarici İşlər Nazirliyi Bosniya və Herseqovinada baş verən təbii fəlakət nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

    Apa xəbər verir ki, nazirlik bu barədə “X” hesabında paylaşım edib.

    “Bosniya və Herseqovinanın Yablanika şəhərində torpaq sürüşməsi və daşqınların törətdiyi və çoxlu sayda insanın ölümü, yaralanması və itkin düşməsinə səbəb olan dəhşətli dağıntılar xəbəri bizi dərindən kədərləndirir. Qurbanların yaxınlarına başsağlığı verir, yaralananların tezliklə sağalacağına ümid edir, Bosniya və Herseqovina ilə həmrəy olduğumuzu bildiririk”, – paylaşımda deyilir.

  • Praqada sinif yoldaşlarını güllələməklə hədələyən məktəbli saxlanılıb

    Praqa polisi sinif yoldaşlarını güllələməklə hədələyən 18 yaşlı məktəblini saxlayıb.

    Apa xəbər verir ki, bu barədə Çex Radiosu məlumat yayıb.

    “Praqada sinif yoldaşlarını güllələməklə hədələyən 18 yaşlı məktəbli polis tərəfindən saxlanılıb”, – məlumatda deyilir.

  • İmişlidə qanvermə aksiyası keçirilib

    İmişli rayonunda “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ-nin dəstəyi ilə qanvermə aksiyası keçirilib.

    Report-un Muğan bürosunun məlumatına görə, rayonun mərkəzi xəstəxanasının binasında təşkil edilən aksiyada İcra Hakimiyyətinin, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon sakinləri iştirak ediblər.

    Mərkəzi Qan Bankının həkim briqadası xəstəxananın tibb heyəti ilə birgə donorları müayinə etdikdən sonra onlardan qan götürüblər. Gün ərzində davam edən humanitar aksiyada 100-ə yaxın könüllü donordan qan götürülüb.

    Tədarük olunan qan nümunələri Mərkəzi Qan Bankının laboratoriyasında yoxlanıldıqdan sonra irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq. Aksiya iştirakçıları həssas insanlar qrupu üçün donor qanının həyati məsələ olduğunu vurğulayıb, bu nəcib təşəbbüsə qoşulan könüllü donorlara minnətdarlıqlarını bildiriblər.

  • “Mirvari sırğalı qız”ın sirri açıldı: İnsanlar niyə gözlərini ondan çəkə bilmirlər?

    Yohannes Vermeerin “Mirvari sırğalı qız” əsəri dünyanın ən məşhur rəsmlərindən biridir. Bəs niyə insanlar ona baxmağı bu qədər sevir?

    Median.Az bildirir ki, tədqiqatçılar rəsmin xüsusi nevroloji fenomenə görə bütün dünyada insanları valeh etdiyini müəyyən ediblər. Alimlər rəsmə baxarkən beynin reaksiyasını ölçüblər onun sirrini açdıqlarını düşünürlər.

    17-ci əsrin şah əsəri Haaqadakı Mauritshuis Muzeyində saxlanılır. Muzey rəsmiləri portretə və digər məşhur sənət əsərlərinə baxarkən beynin gücünü ölçmək üçün nevroloqlara tapşırıq verib. Tədqiqatçılar bir sıra eksperimentlər aparıblar. Müəyyən edilib ki, tamaşaçı əslində öz nevroloji fenomeninin əsirindədir. Belə ki, alimlər bunu “davamlı diqqət dövrəsi” adlandırırlar. Nevroloqlar bu fenomenin “Mirvari sırğalı qız” tablosuna xas olduğuna inanırlar.
     
    Təhlillər göstərir ki, müşahidəçinin ilk dəfə gözü əvvəlcə qızın gözünə düşür, sonra ağzına doğru hərəkət edir, sonra mirvari sırğaya, sonra yenidən gözə qayıdır. Bu, dairəvi şəkildə davam edir. “Neurensics” araşdırma şirkətinin eksperti Martin de Munnikin fikrincə, izləyicilərin şəkilə daha uzun baxmasına səbəb olan da məhz budur.
     
    Təhlil zamanı alimlər beyin dalğalarını da ölçüblər və aşkar ediblər ki, beynin şüuru və şəxsiyyəti idarə edən hissəsi olan prekuneus daha çox stimullaşdırılıb. Tədqiqatın müəllifləri qeyd edirlər ki, şəkil xüsusi və proqnozlaşdırıla biləndir, lakin bunun niyə belə olması onlar üçün əsl sürpriz olub.

    Alimlər qeyd edirlər ki, onların tədqiqat işi əslində beyni skan etmək və sənət əsərinə nevroloji reaksiyanı ölçmək üçün EEG və MRT cihazlarından istifadə edən ilk növdür. Tədqiqat zamanı alimlər orijinal rəsm və onun reproduksiyasına baxarkən beynin reaksiyasını da müqayisə ediblər. Nəticələr göstərib ki, orijinala baxanda emosional reaksiya reproduksiyaya baxanda 10 dəfə güclü olub.
     
    “Mirvari sırğalı qız” rəsm əsərində üç diqqət mərkəzi var.

    Tədqiqatda, komanda orijinal və reproduksiya nümayiş etdirilən onlarla insanın beyin dalğalarını izləmək üçün qapağa göz izləyicisi əlavə edib. “Mauritschei” Muzeyinin direktoru Martina Gosselinkin sözlərinə görə, əslində yeni tədqiqat orijinal sənət əsərləri üzərində düşünməyin nə qədər vacib olduğunun təsdiqidir.

    Qeyd edək ki, Vermeer öz əsərlərində tez-tez diqqəti bir yerə yönəldir, ətrafdakı detallar isə daha bulanıq görünür. Əslində, “Mirvari sırğalı qız” üç belə mərkəzə malikdir:

    göz;
    ağız;
    mirvari.
     
    Yeri gəlmişkən, ekspertlər qeyd edirlər ki, üç fokus obyektinin olması Vermeerin bu əsərini digərlərindən fərqləndirir. Gosselinkə görə, bu əsərdə kiminsə sizə həqiqətən necə baxdığını görə bilərsiniz, halbuki müəllifin digər əsərlərində biz insanların yazı yazdığını və ya iynə tikdiyini görürük.
     
    Tədqiqatın müəllifləri qeyd edirlər ki, digər məşhur rəsmlər üzərində də oxşar tədqiqatlar aparmaq maraqlı olardı. Ola bilsin ki, gələcəkdə alimlər da Vinçinin “Mona Liza” əsərinin sirrini aça bilsinlər.

  • Rusiyada uşaq sahibi olmayanlar vergi ödəyəcək?

    Rusiyada uşaq sahibi olmayanlar vergi ödəmək məcburiyyətində qala bilərlər.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu təşəbbüslə Rusiya Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulyov çıxış edib.

    O, Sovet İttifaqı dövründə mövcud olan uşaqsızlıq vergisinin qaytarılmasını istəyib. Deputatın fikrincə, bu təkcə ölkə büdcəsini doldurmağa imkan verməyəcək, həm də rusiyalıları ailə qurmağa və övlad sahibi olmağa həvəsləndirəcək.

    “Kişidən bu həyatda nə qalır? Sabah səni “ayaqlarını qabağa uzadıb” apardılar, səndən nə qalacaq? Birincisi – ad, ikincisi – uşaqlar. Qalan heç nə ümumiyyətlə heç kimi maraqlandırmır”, – deyə Qurulyov vurğulayıb.