Month: October 2024

  • Zəminə Xınalı 32 ildir evində yaşayan ailənin çıxarılmasını tələb edir

    Ehtiyatda olan hərbi qulluqçu, Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin muzey müdiri Zəminə Bayramova (Xınalı) Yasamal Rayon Məhkəməsinə müraciət edib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Zəminə Xınalı Yasamal rayonu ərazisində yerləşən binadakı ev üzrə mənzil hüququnun tanınmasını və həmin evdə 32 ildir yaşayan keçmiş məcburi köçkünlərin çıxarılmasını tələb edib.

    O bildirib ki, 1992-ci ildə Yeni Yasamal küçəsi 1, bina 12-də yerləşən mənzilinə Şuşa rayonundan olan məcburi köçkünlər yerləşib. 32 il ərzində həmin evdə təmənnasız yaşayan Quliyevlər ailəsinin mənzilin sənədini qəsdən yoxa çıxardığını iddia edən şikayətçi Əmlak Məsələləri Dövlət Xidmətini və yerli icra hakimiyyətini məhkəməyə verərək mənzil üzərində mülkiyyət hüququnun tanınmasını və sənədlərin bərpa edilməsini tələb edib. O, həmçinin ailənin də mənzili təhvil verməsini istəyib.

    Müraciət üzrə məhkəmə iclası oktyabrın 31-nə təyin edilib.

    Qeyd edək ki, Zəminə Xınalı bir sıra dövlət qurumlarının marşlarının müəllifidir. Prezidentin Sərəncamı ilə 2015-ci ildə Əməkdar mədəniyyət işçisi adına layiq görülüb.

  • Şagirdlər arasında təhsildən yayınma halları niyə artıb?

    Bakıda orta məktəblərdə təhsili yarımçıq tərk edən şagirdlərin sayı çoxalmaqdadır. Onların böyük əksəriyyəti atestat almaq üçün adlarını müəyyən şərtlər altında rayon məktəblərinə yazdırır, özləri isə Bakıda seçdikləri ixtisas qrupu üzrə müvafiq hazırlıq kurslarına gedirlər. Nəticədə orta məktəblərdə tədris olunan bir çox fənnlərdən lazımı bilik və bacarıqları mənimsəyə bilmirlər.

    Təhsil eksperti Elçin Əfəndi Qaynarinfo-ya açıqlamasında bu məsələnin bir neçə ildir ki, aktual olaraq qaldığını bildirib:

    “Şagirdlər bu fürsətdən ali təhsil müəssisələrinə hazırlıq üçün maksimum yararlanmağa çalışırlar. Ali təhsil müəssisələrinə qəbul zamanı keçirilən imtahanların abituriyentlər üçün çətin, eyni zamanda ağır olmasını, fənn sayının çoxluğunu əsas gətirirlər. Düşünürlər ki, konkret məktəbə getməyib yalnız ali məktəblərin müfaiq ixtisas qrupları üzrə hazırlaşsalar daha uyğun ola bilərlər. Bu məsələdən irəli gələrək artıq bir tendensiya formalaşıb ki, övlardlarını rayon məktəblərində qeydiyyata yazdırırlar”.

    Elçin Əfəndi bu hallardan hazırda daha çox istifadə olunduğunu vurğulayıb:

    “Şagirdlərin adı rayon məktəbində gedir, özü isə faktiki olaraq ya paytaxtda, ya da şəhər mərkəzlərində hazırlıq keçirlər. Belə hallar xoşagələn deyil. Biz həmişə demişik və tərəfdarıyıq ki, təhsil yalnız təhsil müəssisəsində olmalıdır, kiminsə evində, ya da obyektində deyil”.

    Ekspert hesab edir ki, valideynlər ya anlamamaqdan, ya da prosesi bilməməkdən irəli gələrək uşaqlarını məktəb dərslərindən uzaqlaşdırırlar:

    “Halbuki atestat qiymətlərinin xüsusi bir rolu var. Eyni balı toplamış abituriyentlərdən ikisindən birinin müvafiq ixtisas üzrə yerləşdirilməsi zamanı məhz atestat qiymətlərinin rolu görünür. Burada kimdə daha yaxşı nəticə varsa həmin şəxs qeyd olunan ixtisasa yerləşdirilir. Dediyim kimi atestat qiymətləri burada mühüm rol oynayır. Bunu valideynlər mütləq nəzərə almalıdırlar. Bu o demək deyil ki, şagird 3-cü qurupa hazırlaşırsa, onun bilologiya, yaxud da kimya ilə bağlı hər hansı minimal bilikləri olmamlıdır. Düşünürəm ki, müəyyən qədər də olsa müəyyən bilikləri özündə formalaşdırmalıdır”.

    Elçin Əfəndi məktəbdən şagirdlərin yarımçıq çıxmamasının həlli yollarını imtahan prosesində fənnlərin sayının azalmasında görür:

    “Biz çalışmalıyıq ki, fənlərin sayı azaldılsın.Əgər fənn sayı azalarsa bu problemlərin heç biri olmaz. Şagirdlər də qeydiyyatda olduğu təhsil müəssisəsində təhsilini davam etdirərlər”.

  • Alimlər istənilən yadplanetli sivilizasiyaya son qoya biləcək amili açıqladı

    Eksponent olaraq böyüyən istənilən texnoloji sivilizasiya texnogen iqlimin çökməsi səbəbindən özünü və planetini qısa müddətdə məhv etməyə qadirdir.

    Qaynarinfo xəbər verir ki, bu qənaətə ABŞ-ın Florida Texnologiya İnstitutunun və Roma Tor Verqata Universitetinin astrofizikləri gəliblər. Tədqiqat “arXiv” qeyri-resenziyalı elmi materiallar portalında dərc edilib.

    Komandanın tapıntıları texnoloji tərəqqi və artan enerji istehlakı yaşayan yadplanetli cəmiyyətlərin inkişafının rəqəmsal modelləşdirilməsinə əsaslanır.

    Alimlərin işi XIX əsrdən bəri eksponent olaraq artan insan enerjisindən istifadə dinamikasından ilhamlanıb. 2023-cü ildə insanlar təxminən 180 min terawatt-saat sərf ediblər ki, bu da istənilən vaxt Günəşdən Yerə çatan enerjinin ümumi miqdarına bərabərdir.

    Yeni bir model göstərib ki, təkmilləşmiş yadplanetli sivilizasiyanın yalnız bərpa olunan enerji mənbələrinə arxalansa belə, iqlim dəyişikliyi səbəbindən öz planetini məhv etmək üçün 1000 ildən az vaxt lazım ola bilər.

    Hesablamalar termodinamikanın ikinci qanununa əsaslanır ki, enerjinin hər hansı istifadəsi ilə onun bir hissəsi xarici mühitə gedəcək. Sistemdən çıxan bu enerji zamanla planetin istiləşməsinə səbəb olacaq.

    Hər hansı bir mənbədən enerji sızıntısının yığılması nəticədə istənilən planeti həddindən artıq qızdıraraq, yaşayış üçün yararsız hala düşəcək. Alimlərin fikrincə, enerji səviyyələri məhdud olmasa, iqlim dəyişikliyinin bu fəlakətli səviyyəsi enerji istehsalının başlanmasından 100 əsrdən az vaxt keçə bilər.

    Tədqiqatçılar qeyd ediblər ki, planetdən kənarda enerji istehsal edəcək sistemdən istifadə etməklə və ya sadəcə olaraq sivilizasiyanın texnoloji inkişafını dayandırmaqla fəlakətin qarşısını almaq olar. Bu halda hipotetik yadplanetlilər milyard ilə qədər mövcud ola bilərlər.

  • Azyaşlılara əxlaqsızlıq edən azərbaycanlı saxlanıldı

    Rusiyada Azərbaycan vətəndaşı bir neçə azyaşlıya qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinir.

    Lent.az Rusiya mediasına istinadla bildirir ki, faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 135-ci maddəsi (on iki yaşına çatmış, lakin on dörd yaşına çatmamış şəxsə qarşı iki və ya daha çox şəxsə qarşı törədilən əxlaqsız hərəkətlər) ilə cinayət işi açılıb və araşdırma aparılır.

    Şübhəli şəxs saxlanılıb və nəzarətə götürülüb.

    Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin araşdırma barədə tapşırıq verib.

  • 40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

    Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər.

    Lent.az xarici mətbuata istinadən xəbər verir ki, parıltısız təbii tutqun çalarlara üstünlük verilməlidir. 40 yaşdan yuxarı qadınlar üçün ideal kölgələrin bej, yumşaq çəhrayı və ya tünd qəhvəyi çalarlarıdır.

    Əsas odur ki, rəng təbii görünür, parlaq çalarlardan qaçın. Qara kölgələrdən də qaçmaq daha yaxşıdır, çünki onlar üzə tutqun görünüş verə və yaş əlavə edə bilər.

    Qüsursuz dəri tonu, incə ənlik və yumşaq qaralma yaratmağa diqqət yetirin. Bu elementlər makiyaj və dəriyə qulluq rutininizin əsasını təşkil etməlidir.

    Yaşlandıqca daha çox gözəllik məhsulları istifadə etmək istəyirsiniz, lakin bu, sizi daha yaşlı göstərə bilər.

    Mütəxəssislər tonal kremin həddindən artıq istifadəsindən çəkinməyi, yalnız dərinin problemli sahələrinə tətbiq oluna bilən yüngül örtücüyə üstünlük verməyi məsləhət görürlər.

    Ənliyin neytral və ya şaftalı kölgəsi olmalıdır. Yüngül ənlik üzünüzə təravətli və havadar görünüş bəxş edəcək.

    Güləndə yanaqlarının almaları qalxır, sonra enir. Gülümsəyərkən ənlik tətbiq etmək tövsiyə edilmir, çünki o çox aşağı ola bilər.

    Gözlərinizin formasını bilmək sizə ən uyğun makiyajı seçməyə kömək edəcək.

    Bəzən yalnız tuşdan istifadə etmək kifayətdir.

    Yaşla yuxarı göz qapağının dərisi elastikliyini itirir və sallanmağa başlayır. Ona görə də həcmləndirici effektli tuş seçin və lazım gələrsə bir neçə qat tətbiq edin. Bununla belə, tuşun yüksək keyfiyyətli olması və gün ərzində axmaması vacibdir.

    Bu sadə tövsiyələrə əməl etməklə siz həm gündəlik, həm də toy makiyajını əhəmiyyətli dərəcədə yaxşılaşdıra, üzünüzü təravətləndirə və yaşınızdan daha gənc görünə bilərsiniz.

  • Çaya bir dilim limon atmaq belə təhlükəli ola bilər – İDDİA

    Tibb elmləri namizədi, ümumi praktikant və qastroenteroloq Konstantin Spaxov bildirib ki, meyvələrin emalı üçün ən çox pestisid olan tiabendazol adlı maddə istifadə olunur.

    Ticarət məqsədilə yetişdirilən sitrus meyvələrinin pestisid kimi istifadə olunan tiabendazol kimi kimyəvi maddələrlə emal olunduğunu nəzərə almağa dəyər.

    Tiabendazolun qalıqları meyvənin səthində qala bilər, ona görə də sitrus meyvələrinin istehlakdan əvvəl yaxşıca yuyulması tövsiyə olunur.

    Tiabendazolun uzunmüddətli təsiri qaraciyərin, qalxanabənzər vəzin və böyrəklərin işinə mənfi təsir göstərə bilər.

    Hərtərəfli təmizləndikdən sonra belə, tiabendazol qalıqları sitrus meyvələrinin qabığında qala və bədənə daxil ola bilər. Həkim Konstantin Spaxov yeməkdən əvvəl sitrus meyvələrini, xüsusən də limonları yaxşıca yaxalamağı tövsiyə edir, çünki onların qabığında daha çox kimyəvi maddə var.

    Tiabendazolun uzunmüddətli təsiri qaraciyərin, qalxanabənzər vəzin və böyrəklərin işinə mənfi təsir göstərə bilər. Buna görə də, sitrus meyvələrini istehlak etməzdən əvvəl onları seçərkən və emal edərkən diqqətli olmaq, sağlamlıq üçün zərərli maddələrin təsirini minimuma endirmək üçün vacibdir.
    //lent.az

  • Sumqayıtda marketdən 3 minlik energetik və spirtli içki oğurlandı

    Suqmayıtda marketdən oğurluq edilib.

    Şəhər ərazisindəki marketlərin birindən 3000 manatlıq energetik və spirtli içkilər oğurlanıb.

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Kamal Əliyev saxlanılıb.

  • Lukaşenko inəyə abidə ucaltmaq istəyir

    Belarus Prezidenti Aleksandr Lukaşenko inəyə abidə ucaltmağa çağırıb.

    “Qafqazinfo” BELTA-ya istinadən xəbər verir ki, Lukaşenko bu haqda “Paroxonskoye” sovxozunda olarkən danışıb.

    Belarus liderinin sözlərinə görə, Böyük Vətən Müharibəsi və müharibədən sonrakı dövrdə heyvanın tarixi rolu əbədiləşdirilməlidir.

    “Biz inəyə abidə ucaltmalıyıq. İnək sayəsində partizanlar və uşaqlar sağ qalıb. Müharibədən sonra inəyin sayəsində sağ qaldıq. İndi də o, bizi yedizdirir”, – Lukaşenko əlavə edib.

    Prezidentin sözlərinə görə, onun şəxsi təsərrüfatında inəyi də var.

  • ЦАХАЛ заявил о ликвидации в Ливане 250 боевиков “Хезболлах” за четыре дня

    За четыре дня наземных операций на юге Ливана ликвидированы 250 вооруженных радикалов движения “Хезболлах”.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом говорится в сообщении Армии обороны Израиля (ЦАХАЛ).

    “За четыре дня точных наземных операций уничтожены 250 террористов “Хезболлах”, в том числе 21 командир”, – сказано в заявлении.

    Отметм, что в результате одного из израильских ударов 27 сентября в Бейруте был ликвидирован генеральный секретарь “Хезболлах” Хасан Насрулла. В ночь на 1 октября израильская армия объявила о проведении наземной операции в приграничных районах на юге Ливана.

  • İsrail ordusu Livanda 250 “Hizbullah” yaraqlısını öldürüb

    Livanın cənubunda quru əməliyyatlarının keçirildiyi dörd gün ərzində “Hizbullah” hərəkatının 250 yaraqlısı öldürülüb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) məlumatında deyilir.

    “Dörd gün ərzində quru əməliyyatları zamanı 250 terrorçu, o cümlədən 21 komandir öldürülüb”, – məlumatda bildirilib.

    Qeyd edək ki, İsrailin sentyabrın 27-də Beyruta endirdiyi zərbələr nəticəsində “Hizbullah”ın baş katibi Həsən Nəsrullah öldürülüb. Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhəd ərazilərdə quru əməliyyatına başladığını elan edib.