Sabah Biləsuvar rayonunda 7 500 abonentin qaz təchizatı dayandırılacaq.
Biləsuvar qaz paylayıcı stansiyadan qidalanan uzunluğu 11 000 metr polietilen qaz xətlərinin kipliyə sınaq olunması üçün Əliabad, Xırmandalı, Bəydili, Zəhmətabad kəndləri və şəhərin bir hissəsi olmaqla ümumilikdə 7 500 abonentin təbii qaz təchizatının sabah saat 10:00-dan işlər başa çatana qədər dayandırılması planlaşdırılır.
Month: October 2024
-
Biləsuvarda 7 500 abonentin qaz təchizatı dayandırılacaq
-
В Баку на улице Юсифа Сафарова организованы велосипедные полосы
Азербайджанское агентство наземного транспорта (AYNA) при Министерстве цифрового развития и транспорта организовало и предоставило в пользование велосипедные полосы на улице Юсифа Сафарова в Баку.
Об этом сообщает Median.Az со ссылкой на Агентство.“Расширение сети велосипедных дорожек будет продолжено и в дальнейшем”, – заявили в AYNA.
-
Bakının Yusif Səfərov küçəsində velosiped zolaqları təşkil edilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Yusif Səfərov küçəsində velosiped zolaqları təşkil edərək sakinlərin istifadəsinə verib.
Median.Az bu barədə agentliyə istinadən xəbər verir.
“Velosiped yolu şəbəkəsinin genişəndirilməsi bundan sonra da davam etdiriləcək. Hər kəsin təhlükəsizliyi və rahatlığı üçün velosiped yollarına daxil olmayaq! “, – deyə AYNA bəyan edib.
-
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar təkmilləşdirilir
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar təkmilləşdirilir.
Bu barədə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsində əks olunub.Qeyd olunub ki, layihə hərbi qulluqçuların təhsili ilə bağlı normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Nəzərə çatdırılıb ki, layihənin müxtəlif maddələrində “orta ixtisas təhsili” sözləri əlavə edilir. Bununla yanaşı, dəyişikliklərdə müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən kursantlarla yanaşı xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrindən xaric edilən kursantların da müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilməsi təklif edilir.
Sənəddə, habelə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsil sisteminin təkmilləşdirilməsi, tələbələrin həmin təhsil müəssisələrinə daxil olmaqda marağının artırılması məqsədilə gizirlərin və miçmanların tutmalı olduqları vəzifələrin həmçinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini bitirmiş hərbi qulluqçularla komplektləşdirilməsi təklif edilir.
Layihədə bir sıra digər dəyişikliklər də nəzərdə tutulur.
//report -
В Баку задержана гражданка Казахстана, помогавшая телефонным мошенникам обманывать пожилых людей – ВИДЕО
Правоохранительные органы задержали в Баку гражданку Казахстана, участвовавшую в качестве курьера в преступной схеме телефонных мошенников.
Как сообщили в МВД, задержанная Корлан Асан Бердимурат (2003 г.р.) причастна к хищению в общей сложности 6 тыс. манатов у двух жителей Баку.Бердимурат удалось задержать после того, как одна из жертв – жительница Баку 1936 года рождения обратилась в полицию. Телефонные мошенники позвонили пожилой женщине на стационарный телефон и заявили, что ее невестка попала в тяжелое ДТП. Они убедили ее, что невестке срочно необходима крупная сумма денег, и отправили Бердимурат в ее квартиру.
В итоге потерпевшая передала мошенникам через задержанную 4 тыс. манатов наличными.
В результате оперативных мероприятий, проведенных сотрудниками 24-го отдела полиции Низаминского РУП “курьер” был задержан. Она призналась, что приехала из Чехии и заранее знала, какая работа ее ждет в Баку.
По словам Бердимурат, она участвовала в двух таких махинациях, в общей сложности передала своим “работодателям” 6 тыс. манатов. Задержанная отметила, что адреса жертв ей сообщали через социальную сеть Telegram лица, личность которых ей неизвестна. Она переводила все деньги на банковские карты или на криптовалютные счета.
Расследование по факту продолжается.
-
Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən Qazaxıstan vətəndaşı saxlanılıb – VİDEO
Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən Qazaxıstan vətəndaşı saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.Bildirilib ki, paytaxt sakini olan 1936-cı il təvəllüdlü bir qadın tanımadığı şəxsin onunla ev telefonu vasitəsi ilə əlaqə saxladığını və gəlininin yol-nəqliyyat hadisəsi törətdiyini dediyini, daha sonra mənzilə gələn naməlum şəxsə 4 min manat verdiyi barədə polisə müraciət edib.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə kuryer qismində qeyd edilən qanunsuz əməllərə cəlb olunan Qazaxıstan vətəndaşı 2003-cü il təvəllüdlü Korlan Asan Berdimurat saxlanılıb.
Müəyyən edilib ki,saxlanılan şəxs məhz qeyd olunan qanunsuz əməlləri həyata keçirmək məqsədi ilə yaşadığı Çexiya Respublikasından Bakı şəhərinə gəlib. K.Berdimurat “Telegram” sosial şəbəkəsində əlaqə qurduğu naməlum şəxslərin göndərdiyi ünvanlara yollanaraq pulları zərərçəkənlərdən qəbul edib.
Qeyd olunan hüquqazidd əməllər nəticəsində onun iki vətəndaşa ümumilikdə 6 min manata yaxın maddi ziyan vurduğu aşkar olunub. Saxlanılan şəxs pul vəsaitlərini zərərçəkənlərdən alandan sonra sifarişçilərinin bank kartı və ya kriptovalyuta hesablarına köçürüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
-
Zərərçəkənlər pul, ev tələb edirlər – Binəqədidə 10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məhkəmə
Bakının Binəqədi rayonunda bu il yanvarın 15-də “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirli bilinən Tağı İbrahimov və Toğrul Rzayevin məhkəmə prosesi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkən şəxslərin hüquqi varisləri ifadə verib.Prosesdə zərərçəkən şəxsin hüquqi varisi qismində tanınan Gülnaz Məmmədova ifadə verib.
O bildirib ki, həyat yoldaşı Elvin Məmmədov zavodda baş verən partlayış nəticəsində həlak olub:
“Yoldaşım 2015-ci ildən zavodda Babək Nəzərov adlı şəxsin sexində kəsim aparatını işlədirdi. Hadisədən sonra beş min manat ödəniş olunub. İki övladım var, Elvin öləndən sonra ortalıqda qalmışıq. İddiam odur ki, bizi evlə təmin etsinlər”.
Hadisə nəticəsində zavodda həlak olan Fərid Qubadovun həyat yoldaşı Elnarə Qubadova da deyib ki, yoldaşı sözügedən obyektdə icarə əsasında yer götürüb:
“Hadisədən sonra Tağı İbrahimovun qohumları mənə beş min manat ödəniş ediblər”.
Təqsirləndirilən Tağı İbrahimov bildirib ki, E.Qubadovanın həyat yoldaşı Fərid Qubadov zavodla yox, obyektdə fəaliyyət göstərən digər sexlə müqavilə bağlayaraq icarə haqqı ödəyib.
Zərərçəkən Fərrux Hüseynov isə hadisə nəticəsində ona maddi ziyanın dəydiyini deyib:
“Zavodda mebel sexim var idi. Həmin yeri Toğrul Rzayevdən icarəyə götürmüşdüm. Sexdə 10 il işçi kimi işləmişəm, daha sonra isə həmin sexi icarəyə götürüb özüm işlətmişəm. Qeyri-rəsmi işlədirdim, heç bir müqavilə yox idi. Hadisə nəticəsində kəsim aparatlarına, dəzgahlara ziyan dəyib, 113 min manatlıq zərərim var. Yeri Həmid İbrahimovdan əvvəlki müdirim icarəyə götürmüşdü.”
Hadisə nəticəsində həlak olan Solmaz Abbasovanın oğlu Tural Həsənov bildirib ki, anası tikiş sexində işləyib. Hadisə baş verəndən bir neçə saat sonra anasının həlak olduğunu öyrənib.
Zərərçəkən şəxsin hüquqi varisi Bəhram Atakişiyev də hadisə nəticəsində atasını itirdiyini bildirib. O deyib ki, atası 10 il partlayış baş verən zavodda işləyib.
Məhkəmənin növbəti iclası oktyabrın 22-nə təyin olunub.
Qeyd edək ki, istintaq materiallarında ASC-nin sahibi Tağı İbrahimov və inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulduğu halda bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına səbəb olduqları bildirilib.
İttihama görə, onlar ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurub, eləcə də Tağı İbrahimov külli miqdarda vergiləri ödəməkdən yayınıb.
Tağı İbrahimov Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə təqsirli bilinir.
-
Rusiyalı idmançı vətəndaşlığını dəyişəcəyi barədə xəbərə münasibət bildirib
Georgi Kunitsa ilə cütlükdə çıxış edən rusiyalı fiqurlu konkisürən Alyona Kostornaya beynəlxalq yarışlarda başqa ölkə adından yarışmaq üçün idman vətəndaşlığını dəyişəcəyi barədə xəbərə münasibət bildirib.
O, TASS-a açıqlamasında belə bir fikrinin olmadığını söyləyib.“Heç yerə köçməyəcəyik, niyyətimiz yoxdur, düşünmürük, planlaşdırmırıq. Əvvəla, biz Rusiyanın idmançılarıyıq və yalnız Rusiya üçün konki sürəcəyik. Bizim üçün nə qədər çətin, ağır olsa da, 40-cı pillələrdə yer alsaq da, burada çıxış edib, aşağıdan yuxarı qalxacağıq. Amma biz heç vaxt asan yola getməyəcəyik”.
O, hazırda müalicə olunduğunu deyib:
“İndi bizə vaxt lazımdır, çünki sağalmağa ehtiyacım var – ağır pnevmoniyadan əziyyət çəkdim. Tam bərpa olunana qədər bir neçə yarışı buraxmalı olacağıq. Bu, ən azı altı ay çəkəcək. Tələsmək üçün heç bir yerimiz də yoxdur. Biz beynəlxalq yarışlardan təcrid olunmuşuq. Ona görə də problem yoxdur”.
Qeyd edək ki, Bir müddət əvvəl amerikalı jurnalist Deyv Liz bildirmişdi ki, Kostornayanın idman vətəndaşlığını Azərbaycan vətəndaşlığına dəyişməsini təmin etmək üçün pul yığımı təşkil etməyə hazırdır.
Qeyd edək ki, Alyona Kostornayanın Azərbaycan millisində çıxış edə biləcəyini amerikalı jurnalist Nolan Karni iddia edib. 2003-cü il avqustun 24-də Moskvada anadan idmançı 2020-ci ildə Avstriyanın Qrats şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
//report






