Month: October 2024

  • 1-ci sinif şagirdi nadinc olduğu üçün dərsdən kənarlaşdırılır? – İddialara RƏSMİ CAVAB (VİDEO)

    Birinci sinif şagirdinin nadinc olduğu üçün məktəbdən kənarlaşdırıldığı iddia olunur.

    Şagirdin yaxını Xanım Əhmədli iddia edir ki, paytaxtın Nəsimi rayonunda yerləşən İlqar Əbilhəsənov adına 42 nömrəli məktəbin direktoru 1-ci sinfində təhsil alan şagirdi dərsdə həddindən çox hərəkət etdiyinə görə məktəbdən kənarlaşdırır.

    Onun sözlərinə görə, şagird daha əvvəl bağçaya və məktəbəqədər hazırlıq qruplarına gedib, lakin belə bir problemlə qarşılaşmayıb. O bildirir ki, direktorla yanaşı, şagirdə dərs deyən müəllim, həmçinin valideynlər də uşağın dərsə gəlməsindən narazıdırlar.

    Məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsindən (BŞTİ) “Xəzər Xəbər”ə bildirilib ki, sözügedən məktəbin 1c sinif şagirdi nizam-intizam qaydalarına tabe olmadığından onu tədris prosesinə cəlb etmək mümkün deyil. Sinifin digər valideynləri şagirdin tədris prosesini ciddi şəkildə pozduğundan şikayətlənir və bununla bağlı məktəb rəhbərliyinə rəsmi müraciət ünvanlayıblar.

    Şagirdin valideyni ilə bu haqda dəfələrlə söhbət aparılıb.

    İdarədən o da bildirilib ki, məktəbin psixoloqu şagirddə davranış pozuntusu olması ilə bağlı rəy verib. Məktəb rəhbərliyi tərəfindən şagirdlə bağlı müvafiq qərarın verilməsi üçün psixoloji-tibbi-pedaqoji komissiyaya müraciət ediləcək.

    Təhsil ekspertləri isə bildirirlər ki, psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi olmadan hər hansı bir şagirdin təhsildən kənarlaşdırılması özü də bir qanun pozuntusudur.

    Ekspert bildirib ki, psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi olsa belə, şagird alternativ təhsilə cəlb olunmalıdır.

    Ətraflı süjetdə:

  • Министр обороны Азербайджана Закир Гасанов отбыл в Турцию

    По приглашению министра национальной обороны Турецкой Республики (ТР) Яшара Гюлера министр обороны Азербайджанской Республики (АР) генерал-полковник Закир Гасанов отправился с рабочим визитом в ТР для участия в фестивале авиации, космонавтики и технологий TEKNOFEST 2024, проходящем в городе Адана.

    Об этом сообщает управление по связям со СМИ и общественностью Минобороны АР.

    В рамках визита запланирована встреча генерал-полковника З.Гасанова с его турецким коллегой.

  • Azərbaycanın müdafiə naziri Türkiyəyə işgüzar səfər edib

    Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerin dəvəti ilə Adana şəhərində keçirilən Aviasiya, Kosmonavtika və Texnologiya – “TEKNOFEST 2024” festivalında iştirak etmək üçün qardaş ölkəyə işgüzar səfər edib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun türkiyəli həmkarı ilə görüşü planlaşdırılıb.

  • Azərbaycanda iki məsciddə vacib sənədlər itdi

    Masallı rayonunda iki məscidin dini icmalarına verilmiş şəhadətnaməsi və nizamnaməsi itib.

    “Qaynarinfo” xəbər verir ki, həmin ibadət evləri 1-ci Yeddioymaq kənd məscidi və Təzəalvadı Cümə məscididir.

    Həmin məscidlərin dini icmalarına verilmiş dövlət qeydiyyatı haqqında şəhadətnamə və nizamnamə itib.

    Sənədlərin hansı şəraitdə itdiyi məlum deyil və buna görə də onlar etibarsız sayılır.

    Qeyd edək ki, hər iki sənəd 2010-cu ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən verilib.

  • Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.

    Bu barədə President.az xəbər verir.

  • Türkiyə İsrailin Quterreşi persona non qrata elan etmə qərarını pisləyib

    Türkiyənin Milli Təhlükəsizlik Şurası (MTŞ) İsrail iqtidarının BMT-nin Baş katibi Antoniu Quterreşi persona non qrata elan etmək qərarını pisləyib.

    Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilmiş MTŞ iclasının yekunlarına dair yazılı kommünikedə deyilir.
    “İsrailin BMT-nin Baş katibini persona non qrata elan etmək və ölkəyə girişini yasaqlamaq qərarı MTŞ tərəfindən İsrailin qanunsuzluğunun son örnəyi kimi pislənib”, – kommünikedə qeyd olunub.
    MTŞ həmçinin Fələstində atəşkəs rejiminin təxirəsalınmaz şəkildə qurulmasını təmin etmək üçün birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
    //Report

  • “Qarabağ” – “Malmö” matçında 3-cü qol vurulub

    UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun “Qarabağ” – “Malmö” (İsveç) matçında 3-cü qol vurulub.

    “Molde”nin futbolçusu Erik Botheym 2-ci qolu “Qarabağ”ın qapısından keçirib – 1:2.

    Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada hesabı “Qarabağ” açıb. 15-ci dəqiqədə Juniniyo fərqlənib. 19-cu dəqiqədə isə “Malmö”nün futbolçusu Erik Botheym bərabərlik qolunu vurub.

  • AEBA rəsmisi: İran apreldə on nüvə başlığı əldə edəcək

    İran 2025-ci ilin aprelində artıq öz arsenalında on nüvə başlığı əldə edə bilər.

    Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktor müavini Olli Heynonen “The Times”ə müsahibəsində bildirib.

    O həmçinin İranın oktyabrın 1-nə keçən gecə İsrailə atdığı raketlərin gələcəkdə nüvə başlıqlarının çatdırılması üçün istifadə oluna biləcəyini də iddia edib.

  • “Qarabağ” – “Malmö” matçında ilk hissə başa çatıb

    UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun “Qarabağ” – “Malmö” (İsveç) matçında ilk hissə başa çatıb.

    Komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollanıb.

    Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada hesabı “Qarabağ” açıb. 15-ci dəqiqədə Juniniyo fərqlənib. 19-cu dəqiqədə isə “Malmö”nün futbolçusu Erik Botheym bərabərlik qolunu vurub.

  • Bakıdan qayıdan Uspenskayanın oğurlanan qızı haqda yeni detallar

    Rusiyalı müğənni Lyubov Uspenskayanın qızı Tatyana Plaksina Bakıdan qayıtdıqdan sonra itkin düşüb. Bildirilmişdi ki, Tatyana qondarma Donetsk və Luqansk Xalq Respublikalarına (DXR və LPR) səfərlərdən sonra oğurlana bilər.

    Publika.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumatına görə, məsələ ilə bağlı yeni nüanslar ortaya çıxıb. Müğənninin vəkili qızın yoxa çıxmasında ukraynalı izinin olduğunu açıqlayıb. Vəkil Yelena Senina Plaksinanın narkomaniyaya meylli olduğunu bildirib və onun hazırda qapalı və yaxud bağlı vəziyyətdə ola biləcəyini deyib.

    “Lyubov Uspenskaya qastrol səfərində olarkən, Ukraynadan olan təxribatçılar Tatyanaya yaxınlaşaraq onu narkotikə aludə edib, başqa ölkəyə bilet alıb onu çıxarıblar”, – deyə vəkil bildirib.

    Onun sözlərinə görə, başqa ölkədə ukraynalılar narkotikdən istifadə edərək müğənninin qızını diktə ilə müsahibə verməyə məcbur ediblər. Senina qeyd edib ki, bu müsahibələr hələ yayımlanmayıb, lakin çox güman ki, tezliklə yayımlanacaq.

    Vəkil iddia edir ki, ukraynalı fırıldaqçıların əsas hədəfi müğənninin qızı deyil, onun anasıdır, “çünki o, Kiyevdə doğulub və Rusiyanın Ukrayna ilə bağlı siyasətini açıq şəkildə dəstəkləyir”.

    O əlavə edib ki, Tatyananın yeri məlumdur və onun itkin düşməsi ilə bağlı Federal Təhlükəsizlik Xidmətinə (FSB) şikayət edilib.

    Öz növbəsində Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin müğənninin qızı Lyubov Uspenskayanın itkin düşməsində Taisiya adlı keçmiş rəfiqəsinin əli ola biləcəyi ilə bağlı məqamı da açıqlayıb. Deyilənə görə, onun guya Plaksinanı narkotikə aludə edən və hətta müğənninin əmlakına yiyələnmək üçün Uspenskayaya qarşı repressiyalar təşkil etmək istəyən, Tatyananı “anasının kürəyindən bıçaqla vurmağa” inandırmaq istədiyi iddia edilir.

    Xatırladaq ki, 2020-ci ilin fevral ayının əvvəlində Plaksina NTV kanalına çıxıb və anasının ona narkotik verdiyini, həmçinin ona qarşı fiziki və ruhi zorakılıq tətbiq etdiyini, onu boğduğunu bildirmişdi. Daha sonra qız sözlərini geri götürüb.

    Uspenskayanın vəkili Plaksinanın hərəkətini onun psixi pozğunluğu ilə izah edib.