Month: October 2024

  • Prezident: “Azad edilmiş torpaqlarda aparılan işlər miqyasına görə xüsusi xarakter daşıyır”

    “Azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır”.

    AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl sakinləri ilə görüşdə deyib.

    “Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmayıblar”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür.

    Cəbrayıl şəhərinin Horovlu kəndində görülən işlərə toxunan Prezident İlham Əliyev deyib:

    “Bildiyiniz kimi, Horovlu da Cəbrayıl şəhəri kimi, eyni gündə azad edilib və bir neçə aydan sonra, yəqin ki, gələn ilin birinci yarısında Horovluya da vətəndaşlar qayıdacaqlar”.

  • Ильхам Алиев: Джебраильская операция имела особое значение

    Освобождение Джебраила имело очень большое значение, потому что это был первый город, освобожденный от оккупантов во время Второй Карабахской войны.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев 4 октября на встрече с жителями Джебраила.

    “К тому времени война шла уже неделю, и было освобождено около 20 сел, в том числе села Джебраильского района. Однако первым освобожденным городом был Джебраил, и джебраильская операция имела особое значение”, – отметил глава государства, подчеркнув, что Вооруженные силы Азербайджана проявили в Отечественной войне настоящий героизм, самоотверженность, доблесть.

    “Мы будем вечно гордиться нашими шехидами”, – добавил Президент.

  • Prezident İlham Əliyev: “Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi”

    “Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti var. Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl sakinləri ilə görüşdə söyləyib.

    “O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd azad edilmişdi, o cümlədən Cəbrayıl rayonunun kəndləri. Ancaq şəhər olaraq birinci şəhər Cəbrayıl oldu və Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi”, – deyən dövlətimizin başçısı Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərdiyini bildirib, şəhidlərimizlə əbədi fəxr edəcəyimizi vurğulayıb.

  • Qatar yoluna düşən sərnişinin son vəziyyəti AÇIQLANDI

    Metronun “Ulduz” stansiyasında qatar yoluna düşən şəxsin (kişi cinsli) hər iki ayağı amputasiya olunub”.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

    “Oktyabrın 3-də saat 19:00-da metronun “Ulduz” stansiyasında qatar yoluna düşən şəxs (kişi cinsli) Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib. Onun hər iki ayağı amputasiya olunub, vəziyyəti ağır stabildir”.

    Xatırladaq ki, oktyabrın 3-də sərnişin metronun “Ulduz” stansiyasında qatar yoluna düşüb. TƏBİB-dən verilən ilkin məlumatda şəxsin sağ aşağı ətrafının amputasiya olunduğu bildirilib. Hadisə nəticəsində qatarların hərəkətində 24 dəqiqə yubanma olub.

    Qeyd edək ki, bu, eyni gündə təkrarlanan ikinci hadisə olub. Həmin tarixdə saat 16:00-da başqa bir sərnişin metronun “28 May” stansiyasında qatar yoluna düşüb, bundan sonra o, qatarın altında qalaraq vəfat edib.

  • Tələbənin maşınla vuraraq öldürdüyü piyada nazirliyin yüksəkvəzifəli şəxsinin atası imiş

    Sumqayıt Şəhər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elvin Ağazadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Pravda.az xəbər verir ki, hakim Samir İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Elvin Ağazadə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, hadisə 29 dekabr 2023-cü il tarixdə, saat 19 radələrində Sumqayıt şəhəri, Koroğlu küçəsində qeydə alınıb.

    Belə ki, 2000-ci il təvəllüdlü Elvin Ağazadə etibarnamə əsasında idarə etdiyi və anasına məxsus olan “KIA Rio” markalı avtomobillə hərəkətdə olarkən piyada, 1953-cü il təvəllüdlü Hacıalı Məcid oğlu Hacıyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, göstərilən müdaxilələrə baxmayaraq, 4 gün sonra həyatını itirib.

    Məhkəmədə Elvin Ağazadə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində deyib ki, Azərbaycan Texniki Universitetində nəqliyyat mühəndisliyi və logistika ixtisası üzrə ali təhsil alır.

    Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən mərhumun övladı bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qurumlarının birində direktor vəzifəsində çalışır. O, məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, onlara dəymiş maddi və mənəvi zərərin tam ödənildiyini, bu səbəbdən də Elvin Ağazadəyə qarşı heç bir şikayətin və tələbinin olmadığını qeyd edib.

  • Sürücülərin DİQQƏTİNƏ: Bakı-Şamaxı-Yevlax yolunda avtomobillə hərəkət məhdudlaşdırılacaq

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması ilə əlaqədar yolda hərəkətin məhdudlaşdırılması barədə hərəkət iştirakçılarına (sürücülərə) müraciət edib.

    Bu barədə AAYDA-dan məlumat verilib.

    Müraciətdə deyilir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 264-cü kilometrində (Yevlax rayonu, Xaldan kəndi) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar bu gündən başlayaraq təqribən 1.5 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.

  • Aeroport yolunda avtomobil kişini vurub öldürdü

    Gəncədə avtomobil kişini vurub.

    Lent.az xəbər verir ki, hadisə hava limanı yolunda baş verib.

    43 yaşlı Ruslan Ramiz oğlu Babayev idarə etdiyi VAZ-2115 avtomobili ilə yol kənarında olan piyada 66 yaşlı Cəmşid Mədət oğlu Qarayevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən ölüb.

    Faktla bağlı cinayət işi başlanıb.

  • Армения начала процесс закупки еще 84 индийских артустановок ATAGS

    Вооруженные силы Армении завершили испытания шести единиц ATAGS, которые были поставлены Индией.

    Об этом сообщает специализированный сайт Indian Defence Research Wing (IDRW).

    “Армянская армия завершила испытания шести единиц усовершенствованной буксируемой артиллерийской системы (Advanced Towed Artiller Gun System, ATAGS) калибра 155 мм/52, поставленных Индией в 2023 году. По данным источников в армянской армии, орудия прошли все эксплуатационные испытания, проведенные в различных местах по всей стране.

    Первоначальная партия из шести орудий ATAGS была запрограммирована на армянском языке в модуле расчета траектории (TCM) по просьбе покупателя. Кроме того, было внесено несколько других изменений, чтобы адаптировать орудия к конкретным требованиям армянских военных.

    Хотя орудия изначально были испытаны в Индии до того, как Армения одобрила их покупку, они не испытывались в армянских условиях в течение длительного времени. Успешное завершение этих испытаний проложило путь для Армении к закупке еще 84 орудий ATAGS у индийского производителя Kalyanı Groups.

    Приобретение артиллерийских систем ATAGS значительно усилит возможности армянской армии и обеспечит столь необходимое усиление ее артиллерийской огневой мощи. Эти современные орудия станут ценным активом в защите границ страны и обеспечении ее национальной безопасности”, – говорится на сайте.

  • Ermənistan Hindistandan yeni silahlar alır

    Ermənistan Silahlı Qüvvələri Hindistan tərəfindən təchiz edilmiş altı ATAGS qurğusunun sınaqlarını başa çatdırıb.

    Bu barədə “Indian Defence Research Wing” ixtisaslaşmış saytı məlumat yayıb.

    Məlumata görə, silahlar ölkənin müxtəlif yerlərində keçirilən bütün əməliyyat sınaqlarından keçib. Altı ədəd ATAGS silahının ilkin partiyasının trayektoriya hesablama modulu erməni tərəfinin tələbi ilə erməni dilində proqramlaşdırılıb.

    Bundan əlavə, silahların Ermənistan hərbçilərinin xüsusi tələblərinə uyğunlaşdırılması üçün bir neçə başqa dəyişiklik edilib. Bu sınaqların uğurla başa çatması Ermənistanın Hindistan istehsalçısı “Kalyanı Groups”dan daha 84 ədəd ATAGS silahı almasına yol açıb. Hazırda silahların yeni partiyasının tədarükü gözlənilir.

  • В Баку непоседливого первоклассника отстранили от занятий? – ОФИЦИАЛЬНАЯ РЕАКЦИЯ (ВИДЕО)

    Утверждается, что первоклассник бакинской школы отстранен от занятий из-за плохого поведения.

    Родственница учащегося, Ханым Ахмедли, сообщила, что директор школы №42 имени Ильгара Абильгасанова, расположенной в Насиминском районе столицы, отстранила ученика первого класса от занятий из-за чрезмерной активности мальчика на уроках.

    По ее словам, ребенок ранее посещал детский сад и подготовительные группы, но такой проблемы не наблюдалось. Женщина заявила, что преподаватель и родители других первоклассников тоже не хотят, чтобы он посещал уроки.

    Как заявили Xəzər Xəbər в Управлении образования города Баку, ученика 1″С” класса вышеупомянутого учебного заведения невозможно привлечь к учебному процессу из-за его недисциплинированности. Родители его одноклассников жалуются на то, что мальчик серьезно нарушает учебный процесс, и в связи с этим они обратились к руководству школы. С родителем школьника были неоднократно проведены беседы по этому вопросу.

    В структуре также отметили, что школьный психолог дал заключение о наличии у первоклассника поведенческих расстройств. Руководство школы обратится в психолого-медико-педагогическую комиссию для принятия соответствующего решения в отношении ученика.

    Эксперты в области образования утверждают, что отстранение любого учащегося от обучения без заключения психолого-медико-педагогической комиссии является нарушением закона. Подчеркивается, что даже при наличии этого заключения ученик должен быть привлечен к альтернативному образованию.

    Подробнее – в сюжете: