Month: October 2024

  • Житель Масаллинского района повесился под навесом для винограда

    В Масаллинском районе совершено самоубийство.

    Как сообщает Median.Az со ссылкой на lent.az, житель села Тезекенд Эльнур Сафаров повесился под навесом для винограда во дворе своего дома.

    Отмечается, что мужчина имел пристрастие к алкоголю и вел асоциальный образ жизни.

    По данному факту ведется расследование.

  • Masallıda kişi özünü üzüm çardağından ASDI

    Masallıda intihar hadisəsi olub.

    Lent.Az xəbər verir ki, rayonun Təzəkənd kənd sakini Elnur Səfərov yaşadığı evin həyətindəki üzüm çardağından özünü asıb.

    Mərhumun spirtli içki aludəçisi olduğu və tüfeyli həyat tərzi keçirdiyi bildirilir.

  • В Баку будет полностью перекрыта одна из улиц

    В связи с ремонтными работами на улице Кёвкаб Сафаралиевой Насиминского района Баку (от улицы 28 Мая до улицы Узеира Гаджибейли) с 00:00 5 октября будет полностью ограничен въезд/выезд автотранспорта.

    Об этом сообщает Median.Az со ссылкой на Государственное агентство автомобильных дорог Азербайджана.

    Водителей просят с пониманием отнестись к проводимым работам и использовать альтернативные дороги в соответствии с направлениями движения.

  • Bakının bir küçəsinə avtomobillə giriş-çıxış tam məhdudlaşdırılacaq

    Oktyabrın 5-də, saat 00:00-dan Bakının Nəsimi rayonunun Kövkəb Səfərəliyeva küçəsində (28 May küçəsindən Üzeyir Hacıbəyov küçəsinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin giriş-çıxışı tam məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.

  • AMEA prezidentinə yeni müşavirlər təyin olunub

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinə yeni müşavirlər təyin olunub.

    “Report” xəbər verir ki, bu barədə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli akademiyanın Fizika-riyaziyyat və texnika elmləri və Yer elmləri bölmələrinin “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-a həsr olunmuş “Yaşıl enerji və süni intellekt” mövzusunda keçirilən birgə iclası zamanı bildirib.

    Belə ki, akademik Telman Əliyev süni intellekt, rəqəmsal inkişaf və innovasiya məsələləri üzrə, akademik Adil Qəribov texnologiya, akademik Yaqub Mahmudov ictimai elmlər, akademik Möhsün Nağısoylu isə dilçilik və şərqşünaslıq məsələləri üzrə AMEA prezidentinin müşaviri vəzifələrinə təyin olunublar.

  • Nəsimi rayonunda 12 kq narkotik dövriyyədən çıxarılıb

    Nəsimi rayonunda 12 kiloqram narkotik vasitə aşkarlanıb.

    Bu barədə apa-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

    Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Ümid Hacıyev və Niyaməddin Rəsulov saxlanılıblar. Onlardan 7 kiloqramdan artıq heroin, tiryək, marixuana və metamfetamin aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından satışını həyata keçirmək məqsədi ilə əldə ediblər.

    Qeyd edilib ki, Nəsimi rayonunda son günlər keçirilən silsilə tədbirlər zamanı narkotiklərlə əlaqəli 29 fakt aşkarlanıb. Ümumilikdə 12 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

    Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

  • Nəsimi rayonunda 12 kq narkotik dövriyyədən çıxarılıb

    Nəsimi rayonunda 12 kiloqram narkotik vasitə aşkarlanıb.

    Bu barədə apa-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

    Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Ümid Hacıyev və Niyaməddin Rəsulov saxlanılıblar. Onlardan 7 kiloqramdan artıq heroin, tiryək, marixuana və metamfetamin aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından satışını həyata keçirmək məqsədi ilə əldə ediblər.

    Qeyd edilib ki, Nəsimi rayonunda son günlər keçirilən silsilə tədbirlər zamanı narkotiklərlə əlaqəli 29 fakt aşkarlanıb. Ümumilikdə 12 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

    Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

  • Bu gün ilin son Günəş tutulması baş verəcək

    Bu gün cari ilin son tutulma hadisəsi baş verəcək. Bu tutulma halqalı Günəş tutulması olacaq.

    Bu barədə apa-ya Nəsirəddin Tusi adına şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
    Bildirilib ki, halqalı tutulma Ay apogeydə (Yerdən maksimum uzaqlıqda) və yaxın nöqtələrdə olduğu zaman baş verir. Bu zaman Ay diskinin görünən ölçüsü kiçildiyi üçün Günəşi tam örtə bilmir və Ay diskinin kənarında nazik işıqlı halqa qalır.

    Tutulma hadisəsi əsasən Sakit okeana düşsə də, ümumilikdə Cənubi Amerika, Şimali Amerikanın cənubu, Atlantik okeanı və Antarktidanı əhatə edəcək. Halqalı tutulmanı isə Çili və Argentinadan müşahidə etmək mümkün olacaq, Bakı vaxtı ilə saat 19:42 başlayıb saat 01:47-də bitəcək tutulmanın maksimumu saat 22:45-ə uyğun gəlir. Maksimal tutulma 7 dəqiqə 24 saniyə davam edəcək.

    Məlumatda qeyd edilib ki, tutulma hadisəsi Azərbaycandan müşahidə olunmayacaq.

  • Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirilir

    Bu gün “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfrans keçirilir.

    Apa xəbər verir ki, konfransı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsi birgə keçirir.

    Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Konfrans iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti Dövlət Komissiyasının sədri Əli Nağıyev oxuyub.

    Tədbirdə dünyada itkin düşmüş şəxslərin probleminə dair qısa film nümayiş etdiriləcək.

  • Prokurorluq: Bakıda 20 yaşlı gənci qətlə yetirməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb – YENİLƏNİB

    Oktyabrın 2-də paytaxtın Sabunçu rayonu ərazisində 2004-cü il təvəllüdlü Xəyal Nağıyevin aldığı xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Sabunçu rayon prokurorluğundan apa-ya verilən məlumata görə, aparılmış istintaqla yetkinlik yaşına çatmayan A.D-nin (şərti) oktyabrın 1-də aralarında yaranmış mübahisə zamanı Xəyal Nağıyevə bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin istintaqı aparılır. Yetkinlik yaşına çatmayan A.D (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

    Hazırda ibtidai istintaq davam etdirilir.

    ***

    Oktyabrın 2-də səhər saatlarında paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində 2004-cü il təvəllüdlü Nağıyev Xəyal Əbülfət oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

    DİN Mətbuat Xidmətindən apa-ya bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Elçin Süleymanov müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.