Month: October 2024

  • На Камчатке произошло землетрясение магнитудой 4,6

    Землетрясение магнитудой 4,6 зафиксировано на Камчатке.

    Как передает Median.Az, об этом сообщает ТАСС со ссылкой на Камчатский филиал Геофизической службы РАН.

    “Землетрясение произошло на глубине 26 км. Магнитуда сейсмособытия составила 4,6. Эпицентр землетрясения находился в 116 км от Петропавловска-Камчатского”, – говорится в сообщении.

    Ощущаемость землетрясения составила 1-2 балла.

  • Kamçatkada zəlzələ olub

    Rusiyanın Kamçatka diyarının sahilində 4,6 maqnitudalı zəlzələ olub.

    Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının saytında bildirilib.

    Xidmətin verilənlərinə görə, zəlzələnin ocağı Petropavlovsk-Kamçatski şəhərindən 116 km aralıda, 5 km dərinlikdə yerləşib.

    Zəlzələ 1-2 bal arası hiss edilib.

  • Tanınmış aparıcıya vəzifə verildi – FOTO

    Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanın nümayəndə heyətinin rəhbəri dəyişib.

    Bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətindən məlumat verilib.

    Qeyd olunub ki, nümayəndə heyətinin yeni rəhbəri vəzifəsinə tanınmış aparıcı, hazırda “Avroviziya”da Azərbaycan nümayəndə heyətinin mətbuat xidmətinin rəhbəri Nurlana Cəfərova təyin olunub.

    Məlumat üçün qeyd edək ki, Nurlana Cəfərova 2006-cı ildən televiziya və radio sahəsində fəaliyyət göstərir. Əvvəllər o, 2014-2016-cı illərdə 106 FM radiosunun direktoru, 2017-2020-ci illər ərzində Azərbaycan Televiziyasının Musiqi və Əyləncəli proqramlar redaksiyasının baş redaktoru vəzifələrində, daha sonra İctimai Televizyada aparıcı vəzifəsində çalışıb.

    Digər dəyişikliyə əsasən, İctimai TV-nin Beynəlxalq Əlaqələr Departamentinin direktoru Maksim Tsurkova yeni səlahiyyət verilib. Belə ki o, həm də Avroviziya layihəsi üzrə Şirkətin Baş Direktorunun müşaviri vəzifəsini icra edəcək.

  • Azərbaycan NATO-nun keçmiş baş katibinə təşəkkür edib

    Bakı NATO-nun keçmiş baş katibi Yens Stoltenberqə Alyans ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfəyə görə minnətdardır.

    Bu barədə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

    “Bu gün NATO Yens Stoltenberqlə vidalaşır. Azərbaycan-NATO tərəfdaşlığına verdiyiniz töhfəyə və bu vəzifədə olduğunuz müddətdə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyiniz dəyişməz dəstəyə görə səmimi təşəkkürümüzü bildiririk. Sizin 2024-cü ilin martında Bakıya səfərinizi və Azərbaycan Prezidenti İlham Əliyevlə Azərbaycan-NATO tərəfdaşlığının 30-cu ildönümünə həsr olunmuş görüşünüzü səmimiyyətlə xatırlayırıq. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq” , – deyə paylaşımda qeyd olunub.

  • В Баку на 29 улицах и проспектах созданы специальные автобусные полосы

    Агентство наземного транспорта Азербайджана создало специальные автобусные полосы протяженностью более 85 км на 29 улицах и проспектах Баку.

    Как сообщили в Агентстве, ежедневно по выделенным полосам курсируют 70 тыс. автобусов, перевозящих 900 тыс. пассажиров.

    В ведомстве отметили, что на следующем этапе планируется создание более 100 км автобусных полос для формирования связанной сети, охватывающей жилые районы и важные транспортные коридоры.

    “Выделенные полосы обеспечивают регулярность движения, соблюдение интервалов, повышают привлекательность и доверие к общественному транспорту”, – заявили в Агентстве.

  • Bakının 29 küçə və prospektində xüsusi hərəkət zolağı təşkil edilib

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının 29 küçə və prospektində uzunluğu 85 km-dən çox olan xüsusi hərəkət zolağı təşkil edib.

    Median.Az bu barədə agentliyə istinadən xəbər verir.

    Məlumata görə, avtobuslar üçün yeni zolaq şəbəkəsi mobilliyin transformasiyası proqramı çərçivəsində tətbiqi olunur. Bu zolaqlardan gün ərzində 70 000 dəfəyə qədər avtobus hərəkət edir, 900 minə yaxın sərnişinin rahat və maneəsiz daşınır. Avtobus üstünlüyünün təmin edilməsi daha çox sərnişinin daşınmasına imkan yaradır. Növbəti mərhələdə davamlılığın təmin edilməsi, yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə 100 km-dən çox avtobus zolağının təşkili nəzərdə tutulub. Avtobus zolaqları müntəzəmliyi, intervalların qorunmasını, ictimai nəqliyyatın cəlbediciliyinin və ona inamın artmasını təmin edir. Əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün hazırlanan yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq edilir.

  • İran yaxın saatlarda İsrailə zərbə endirə bilər

    İran yaxın 12 saat ərzində, havanın qaranlıq saatlarında İsrailə zərbə endirəcək.

    Bu barədə “The New York Times” yazıb.

    Məlumata görə, ABŞ Tel-Əvivdəki səfirlik əməkdaşlarına yüksək səviyyəli xəbərdarlıq edərək, onlara evlərinə qayıtmaq və bomba sığınacaqlarına getməyə hazır olmaq əmri verib.

    Bu, aprel ayında İranın İsrailə hava hücumundan sonra ilk belə əmrdir.

    Öz növbəsində İsrail Müdafiə Nazirliyi bildirib ki, İranın İsrailə mümkün hücumunun “nəticələri olacaq”.

  • Vətəndaşların NƏZƏRİNƏ: Bakının üç rayonunda su kəsiləcək

    Oktyabrın 3-ü saat 10:00-dan 00:00-a qədər Bakının Xətai, Səbail və Nəsimi rayonlarının bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.

    Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

    Məlumata görə, 00:00-dan etibarən suyun mərhələli şəkildə verilməsi həyata keçiriləcək.

  • Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb

    Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 5 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidməti məlumat yayıb.

    Bildirilib ki, məhkum Elnur Vahid oğlu Salahovla görüşə gəlmiş anasının gətirdiyi sovqata baxış keçirilən zaman şirniyyat qutularının arasında xüsusi üsulla gizlədilmiş 1 ədəd işlək vəziyyətdə olan “X-inova T210” markalı mobil telefon aparatı aşkar olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Bəzi rayonlarda şimşək çaxır, leysan yağır – FAKTİKİ HAVA

    Oktyabrın 1-i saat 18:00-a olan faktiki hava açıqlanıb.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, oktyabrın 1-i saat 18:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, Daşkəsən, Gədəbəy, Naftalan, Goranboy, Şəki, Ağdam, Göygöl, Bərdə, Tərtər, Qazax, Ağstafa, Tovuz, Gəncə və Şəmkirdə şimşək çaxır, arabir leysan xarakterli intensiv yağış yağır.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 29, Aran rayonlarında 26, dağlıq rayonlarda isə 16 dərəcəyədək isti qeydə alınıb.