Month: October 2024

  • Tikinti şirkəti ilə arxitektura arasında torpaq qalmaqalı

    Masazır qəsəbəsində yaşayış binaları inşa edən “Yeni Masazır” şirkəti ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında torpaq münasibətlərinə dair mübahisə yaranıb.

    Qaynarinfo-nun məlumatına görə, bu mübahisədən dolayı şirkət məhkəməyə müraciət edib.

    İddiaya Sumqayıt İnzibati Məhkəməsində baxılacaq. İş hakim Aynur Axundovanın icraatındadır.

    “Yeni Msazır” MMC 2014-cü ildən fəaliyyət göstərib. Şirkət 2024-cü ilədək Mənzil Tikinti Kooperativi (MTK) faəliyyət göstərib. Cari ildə təşkilati-hüquqi forması dəyişdirilib.

    Şirkətin qanuni təmsilçisi Dadaşov Şövqi Cabir oğludur. “Yeni Masazır” MMC-nin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Mərdanov qardaşları, ev 6, mənzil 8-də yerləşir. Bu ünvanda “Yeni Masazır-A” MTK da qeydiyyatdadır.

  • Millidən vaxtından əvvəl göndərilən italyan məşqçi 78 milyon avro təzminat alacaq

    Səudiyyə Ərəbistanı millisi ilə yollarını ayıran Roberto Mançini böyük məbləğdə təzminat alacaq.

    Milli ilə 2027-ci ilədək müqaviləsi olan italiyalı baş məşqçinin komandadan ayrılmasından sonra geri qalan üç il üçün 78 milyon avro təzminat ödənəcək.

    Qeyd edək ki, Səudiyyə Ərəbistanı millisini 18 oyunda meydana çıxaran Roberto Maçini yeddi qələbə, beş heç-heçə və altı məğlubiyyətlə yadda qalıb.

  • Швеция выделяет более 10 млн долларов на гуманитарную помощь Украине

    Правительство Швеции приняло решение о выделении нового пакета гуманитарной помощи Киеву в размере 110 млн крон (10,36 млн долларов).

    Как передает Median.Az со ссылкой на ТАСС, средства будут использованы “для удовлетворения возросших потребностей в преддверии зимы”, поясняет правительственная канцелярия.

    Из этих средств Украинский Красный Крест получит 50 млн крон (4,71 млн долларов), которые пойдут на “обеспечение доступа к теплу и электричеству, раздачу продуктов питания, средств гигиены, лекарств и воды”. В Управление верховного комиссара ООН по делам беженцев будет направлено 20 млн крон (1,88 млн долларов) “на оказание помощи внутренне перемещенным лицам в обеспечении готовности и защиты до и во время предстоящей зимы”.

    Программа развития ООН получит 30 млн крон (2,82 млн долларов) на работы по разминированию в Украине – на картографирование, определение приоритетов и обеспечение безопасности сельскохозяйственных земель. Все эти проекты планируется осуществлять в течение многих лет. В Фонд ООН в области народонаселения будет направлено 10 млн крон (1,04 млн долларов), в том числе на предотвращение сексуального и гендерного насилия и оказание поддержки тем, кто стал жертвой насилия.

  • İsveç Ukraynaya 10 milyon dollardan çox vəsait ayırır

    İsveç hökuməti Kiyevə 110 milyon kron (10,36 milyon dollar) məbləğində yeni humanitar yardım paketinin ayrılmasına dair qərar qəbul edib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu vəsait qış mövsümü ərəfəsində artan ehtiyacları ödəmək üçün istifadə olunacaq.

    Bu vəsaitdən 50 milyon kron (4,71 milyon dollar) Ukrayna Qırmızı Xaç Cəmiyyətinə, 20 milyon kron (1,88 milyon dollar) BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına, 30 milyon kron (2,82 milyon dollar) BMT-nin İnkişaf Proqramına, 10 milyon kron (1,04 milyon dollar) isə BMT-nin Əhali Fonduna ayrılacaq.

  • Çində yarım milyondan çox korrupsioner məmur cəzalandırılıb

    Çin hüquq-mühafizə orqanlarının əməkdaşları korrupsiyaya qarşı genişmiqyaslı tədbirlər həyata keçiriblər və bu tədbirlər zamanı 589 min insan məsuliyyətə cəlb edilib.

    Qaynarinfo xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının İntizam Təftişi üzrə Mərkəzi Komissiyasının rəsmi saytında məlumat verilib.

    “Ümumilikdə 2972 ​​iş əlavə araşdırmalar üçün prokurorluğa göndərilib”, deyə məlumatda qeyd edilir.

    Məlum olur ki, ümumilikdə, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində ölkə üzrə nəzarət orqanlarına vəzifəli şəxslərin qanunsuz fəaliyyəti ilə bağlı 2,703 milyon məktub və məlumat daxil olub. O cümlədən səlahiyyətli orqanlara 756 min şikayət edilib.

    Eyni zamanda, komissiyanın məlumatına görə, korrupsiyaya görə cəzalandırılan 589 min vətəndaşdan 74 min nəfəri kənd və rayon səviyyəsində vəzifəli şəxslərdir. Müxtəlif idarə və büroların 2,7 mindən çox əməkdaşı, o cümlədən əyalət və nazirlik səviyyələrində 53 vəzifəli şəxs məsuliyyətə cəlb edilib.

    Bu ilin sentyabrında Çində 52 yaşlı məmur Zonq Yanq mühakimə olunub. O, Quizhou Muxtar Prefekturasının qubernatoru vəzifəsində çalışıb. “South China Morning Post” qəzetinin yazdığına görə, qadın rəsmi mövqeyindən istifadə edərək 58 nəfəri özünə tabe edib. Üstəlik, Zonq Yanq siyasi karyerası ərzində ümumilikdə 8,5 milyon dollar rüşvət alıb, nəticədə o, 13 il müddətinə azadlıqdan məhrum edilib.

  • Oktay Kaynarca Azərbaycan himnini bilməyən iştirakçıya əsəbiləşdi – VİDEO

    Türkiyənin ATV telekanalında yayımlanan “Kim milyonçu olmaq istəyir” şousunda iştirakçıya Azərbaycan himni ilə bağlı sual verilib.

    Sualda “Sən olasan gülüstan” ifadələrinin hansı ölkənin himnində yer aldığı soruşulub.

    Variantlarda isə ABŞ, Fransa, Azərbaycan və Meksika yer alıb.

    İştirakçı sualın cavabının böyük ehtimalla, Azərbaycan olacağını desə də, əmin olmaq üçün tamaşaçıların köməyindən istifadə edib.

    Daha sonra isə aparıcı, məşhur aktyor Oktay Kaynarca iştirakçıya əsəbiləşib:

    “Həmzə, “sən olasan gülüstan” sözləri Meksikada, Fransada deyilə bilərmi? Hansı amerikalı “sən olasan gülüstan” deyər?”- o söyləyib.

    İştirakçı isə aktyora “Oktay abi, əsəbləşmə” deyib.//olke.az

  • Sirkədən zəhərlənən 54 yaşlı qadın ölüb

    Ordubadda sirkədən zəhərlənən 54 yaşlı qadın ölüb.

    APA xəbər verir ki, hadisə rayonun Aşağı Əndəmic kəndində qeydə alınıb.

    Kənd sakini 1970-ci il təvəllüdlü Hacıyeva Bəyim Ələkbər qızı sirkə içib. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.

  • 15-19 yaş arasında 2596 abort… – Dəhşətli statistika

    2023-cü ildə Azərbaycanda 15-19 yaş qrupları arasında 2596 abort qeydə alınıb.

    Median.Az Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2023-cü ildə ümumilikdə 73,816 abort qeydə alınıb.

    Abort etdirənlərdən 68-i 15-17 yaş aralığında, 2528-i isə 18-19 yaş aralığında olub.

    Qeyd edək ki, 2022-ci ildə abortların sayı ümumilikdə 57.999 olub. Onlardan 2080-i 15-19 yaş aralığında olub. Bu da onu göstərir ki, sözügedən yaş kateqoriyası üzrə abortların sayında kəskin artım var. Xüsusilə də azyaşlılar, yetkinlik yaşına çatmayanlar arasında abortun çoxaldığı müşahidə edilir.

  • Yatdıqları otaqda sobanın borusunda quşlar yuva qurubmuş… – İki qardaşın ölüm səbəbi (VİDEO)

    Xəbər verdiyimiz kimi, Tovuzda iki qardaş dəm qazından boğularaq vəfat edib.

    Xəzər TV hadisənin baş verdiyi yerdən sujet hazırlayıb.

    Belə ki, Sumqayıt sakinləri olan Ramiz və Rafiq Bayramov qardaşları yas mərasimi üçün Tovuza gedərək ata evində gecələyiblər.

    Yaxınlarının verdikləri məlumata görə, qardaşların yatdığı otaqdakı qaz sobasının borusunda quşlar yuva qurubmuş. Onlar sobanı yandıraraq yuxuya gediblər. Səhər isə cansız bədənlərini bacıları aşkarlayıb.

    Daha ətraflı videomaterialda:

  • Qapını açmadı, əlil sərnişini döydü – Bakıda avtobus sürücüsü cəzalandırıldı

    Bakıda əlil sərnişini döyən 162 saylı avtobusun sürücüsünə cəza verilib. 

    Qaynarinfo-nun məlumatına görə, hadisə 16 avqust 2024-cü il tarixdə, saat 15.00 radələrində baş verib. 

    Belə ki, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Mərkəzi küçəsində V.D. əlil və xəstə olması ilə əlaqədar arxa qapıdan avtobusa minmək istəsəyib. Zərərçəkmiş şəxs qapının şüşəsini əli ilə döysə də, avtobusun 1990-cı il təvəllüdlü sürücüsü B.H. onu açmayıb. Bu səbəbdən əlil sərnişin çətinliklə ön qapıya gələrək sürücüyə “İnsafın olsun, niyə arxa qapını açmırsan”, deyib.

    Sürücü əsəbi halda avtobusdan enərək, onu ağız nahiyyəsindən vurub. Nəticədə zərəçəkmiş şəxs yerə yıxılıb, sərnişinlər onu ayağa qaldırıblar. Sərnişinin şikayəti əsasında sürücü saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi açılıb, baxılması üçün məhkəməyə göndərilib. Məhkəmədə sürücü günahını boynuna almayıb. V.D. hakimdən bağışlamağı xaiş edib. 

    Məhkəmənin qərarı ilə B.H.-ya 10 ay 28 gün müddətinə islah işləri cəzası təyin edilib.