Month: October 2024

  • Ayın 27-də bu yollar üç saatlıq bağlanacaq (SİYAHI)

    COP29 konfransı ərəfəsində tədbir tarixləri ərzində nəqliyyat proseslərinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər davam etdiriləcək.

    Qaynarinfo xəbər verir ki, oktyabrın 26-dan 27-nə keçən gecə saat 02:30-dan 05:30-dək davam edəcək yol nəqliyyatının monitorinq tədbirləri bütövlükdə tədbirin nəqliyyat planı və marşrutuna uyğun simulyasiya edilərək icra olunacaq.

    Monitorinq tədbirləri zamanı Heydər Əliyev, İstiqlaliyyət, Nərimanov, Xətai, Tbilisi, Azadlıq və Neftçilər prospektləri, eləcə də Lermontov, Teymur Elçin, Niyazi, Nizami, Yusif Səfərov, Mikayıl Hüseynov, Rəşid Beyhbudov, Xəqani Rüstəmov, Puşkin, Abdulla Şaiq, Nizami, İzmir, Bakıxanov küçələri, həmçinin Mərdəkan, Zığ və Aeroport şosselərində nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək. Qeyd edilən saatlarda sürücülərdən alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.

    COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən aparılacaq simulyasiya prosesinə COP29-un avtomobil və avtobusları ilə yanaşı, təcili tibbi yardım və yanğınsöndürmə maşınları da cəlb ediləcək. Bu zaman paytaxtın mərkəzi hotelləri, hava limanı, tədbir məkanı olan Bakı Stadionu və qonaqların hərəkət edəcəyi digər əsas istiqamətlərdə nəqliyyat hərəkətinin simulyasiyası baş tutacaq.

    Bundan əlavə, 27 oktyabr tarixində saat 10:00-dan 14:00-dək əhaliyə narahatlıq yaratmamaq məqsədilə yol hərəkətinə məhdudiyyətlər tətbiq edilmədən paytaxtın bəzi küçə və prospektlərində COP29-a məxsus avtobusların da monitorinqi baş tutacaq.

  • В Грузии произошло землетрясение

    В Грузии произошло землетрясение магнитудой 4.0.

    Землетрясение произошло в 11 км к северо-западу от города Дманиси сегодня в 18:13 по местному времени (время совпадает с бакинским – ред.) на глубине 10 км.

    Подземные толчки ощущались и в Армении.

  • Gürcüstanda zəlzələ olub

    Gürcüstanda zəlzələ baş verib.

    Median.Az 1tv.ge-yə istinadən xəbər verir ki, zəlzələ Dmanisi şəhərindən 11 km şimal-qərbdə qeydə alınıb.

    Bu gün yerli vaxtla saat 18.13-də qeydə alınan yeraltı təkanın episentrdə dərinliyi 10 km, gücü 4 bal olub.

    Zəlzələ Ermənistanda da hiss olunub.

  • Məşhur şirkət cərimələnə bilər

    Azərbaycanın tanınmış VMF şirkəti cərimələnə bilər.

    “Qaynarinfo”nun məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 422-ci (Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, mərkəzi depozitar, səhmdar investisiya fondu, investisiya fondunun idarəçisi və emitent tərəfindən qiymətli kağızlar bazarı haqqında qanunvericiliyə görə açıqlanmalı və ya dərc edilməli olan məlumatların açıqlanmasından və ya dərc edilməsindən imtina etməyə və ya yayınmağa, yaxud açıqlanması və ya dərc edilməsi üçün müəyyən edilmiş müddətin və qaydanın pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

    İşə Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə baxılacaq. 422-ci maddəyə əsasən, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar 500 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə cərimə edilir.

  • İranda silahlı qarşıdurma: bir SEPAH zabiti öldürüldü, ikisi yaralandı

    İranda Kürdüstan əyalətinin Sərvabad bölgəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitləri ilə silahlı toqquşma baş verib. Nəticədə bir SEPAH üzvü ölüb, daha iki nəfər isə yaralanıb.

    “Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə İranda İnsan Haqları Təşkilatı (HENGAW) xəbər verib.

    Bildirilir ki, toqquşma “Kürdüstan Azad Həyat Partiyasının” (PJAK) üzvləri ilə baş verib.

    Silahlı atışma zamanı öldürülən SEPAH zabitinin Məhəmməd Əhmədpur olduğu bildirilib. Yaralanan iki şəxsin kimliyi ilə hələlik bəlli deyil.

  • Bəzi bölgələrə leysan yağıb – FAKTİKİ HAVA

    Oktyabrın 25-i saat 18:00-a olan məlumata görə, əksər bölgələrdə əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, Quba-Qusar bölgəsinin bəzi yerlərində, Şabran və Siyəzəndə qısamüddətli leysan xarakterli yağış yağıb.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 19, Naxçıvan MR-da 16, Aran rayonlarında 20, dağlıq rayonlarda 13 dərəcəyədək isti olub.

  • Вниманию водителей: движение по дороге Бильгя – Новханы – Сумгайыт будет ограничено

    Завтра с 08:00 движение транспортных средств будет полностью ограничено на 500-метровом участке новой автомобильной дороги Бильгя – Новханы – Сумгайыт.

    Как сообщает Median.Az со ссылкой на Государственное агентство автомобильных дорог Азербайджана, это связано с проведением ремонтно-восстановительных работ на пересечении с улицей Аждара Меликова.

    В агентстве призвали водителей с пониманием отнестись к проводимым работам и пользоваться альтернативными маршрутами в соответствии с направлениями движения.

  • Sürücülərin NƏZƏRİNƏ: Bir yolda hərəkət məhdudlaşdırılacaq

    Sabah saat 08:00-dan Bilgəh-Novxanı-Sumqayıt yeni avtomobil yolunun Əjdər Məlikov küçəsi ilə kəsişməsində aparılan təmir-bərpa işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti 500 metr məsafədə tam olaraq məhdudlaşdırılacaq.

    Median.Az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

    “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.

  • В Сиязане мужчина истязал жену и дочерей – СУД

    В Сумгайытском апелляционном суде рассмотрена апелляционная жалоба на приговор Дж.Сулейманову, обвиняемому в истязании.

    Как сообщает pravda.az, решение было объявлено на заседании под председательством судьи Эльмана Рагимова.

    Суд не удовлетворил апелляцию.

    Согласно обвинительному заключению, инцидент произошел 1 октября 2023 года около 21:00 в одном из домов, расположенных на улице Хатаи в Сиязане.

    Дж.Сулейманову не понравилась еда, приготовленная женой, из-за чего он набросился с кулаками на женщину, стал бить ее по голове и нанес ей травмы различной степени тяжести. Несколько дней спустя он избил несовершеннолетних дочерей, придравшись к тому, что они не принесли ему рубашку. В результате девочки получили травмы от ударов кулаками по головам и различным частям тела. После этого Дж.Сулейманов швырнул стеклянную пепельницу в жену.

    Тем самым он, систематически избивая или совершая другие насильственные действия, причинял членам своей семьи сильную физическую боль и психические страдания.

    Сиязанский районный суд приговорил Дж.Сулейманова к 2 годам лишения свободы.

  • Məhkəmə arvadı və qızlarına əzab verən şəxslə bağlı qərar çıxardı

    Sumqayıt Apellyasiya Məhkəməsində əzab vermədə təqsirləndirilən C.Süleymanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, şikayət təmin edilməyib.

    İttihama görə, hadisə 1 oktyabr 2023-cü il tarixində saat 21 radələrində Siyəzən şəhərinin Xətai küçəsində yerləşən evlərin birində qeydə alınıb.

    Belə ki, C.Süleymanov yedikləri yeməyin yaxşı olmamasını bəhanə edərək yumruqla arvadının baş nahiyəsinə vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. O, bir neçə gün sonra yetkinlik yaşına çatmayan qızlarına köynəyini gətirməməsi səbəbindən yumruqla onların başına və bədəninin müxtəlif nahiyələrinə vurmaqla xəsarət yetirib. Daha sonra C.Süleymanov şüşə külqabını həyat yoldaşına atıb.

    Beləliklə o, ailə üzvlərinə mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə əzab verib.

    Siyəzən Rayon Məhkəməsinin hökmü ilə C.Süleymanov 2 il müddətinə azadlıqdan məhrum edilib.