Month: October 2024

  • Bəraət aldıqdan 10 ay sonra həbs edildilər

    Qohumunun avtomobilini yandırmağı sifariş verməkdə və sifarişi icra etməkdə ittiham olunan, lakin məhkəmədə bəraət alan iki nəfər 10 ay sonra həbs edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi prokurorun protesti əsasında belə qərar qəbul edib.

    Hakimlər elə qənaətə gəliblər ki, Bakı Hərbi Məhkəməsinin hökmü işin faktiki halları və göz önündə olan əsaslı sübutlarla uyğun gəlmir.

    Məlumat üçün deyək ki, cinayət hadisəsi 7 il əvvəl – 2017-ci ildə baş verib.

    Həmin vaxt hüquq-mühafizə orqanlarından birində sürücü işləyən Fariz Yunisov tanışı Anar Qasımova qohumunun avtomobilini yandırmağı sifariş verib. Bunun qarşılığında isə ona min manat vəd verib. Anar razılaşmadan sonra zərərçəkmişin evinin qarajındakı “Mercedes-Benz” markalı avtomobilin üstünə 1 litr benzin tökərək yandırıb. Hadisə vaxtı zərərçəkmişin evinin də bir hissəsi yanıb.

    İlkin istintaq vaxtı Anar əməlini etiraf etsə də, məhkəmədə nə kimdənsə sifariş aldığını, nə də sözügedən cinayəti törətdiyini boynuna alıb. Sifarişçi kimi mühakimə edilən digər şəxs də özünü təqsirli bilməyib. Onlar avtomobilin elektrik naqillərindəki qısaqapanma nəticəsində alışdığını deyiblər.

    Birinci instansiya məhkəməsinin hakimləri təqsirləndirilən şəxslərin səmimiyyətinə inanıblar. “Cinayət hadisəsi yoxdur!” – elan edilərək hər iki müttəhimin bəraətinə hökm verilib.

    Bakı Apellyasiya Məhkəməsində Emin Mehdiyevin sədrlik etdiyi hakimlər isə prokurorun sübutlarını əsaslı hesab ediblər.

    Qərara əsasən, bəraətverici hökm tamamilə ləğv edilib. Fariz Yunisov 3 il, Anar Qasımov isə 4 il müddətinə azadlıqdan məhrum olunublar. Onlar məhkəmə zalında dərhal həbs ediliblər.

  • İlham Əliyev “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzinə gəlib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kazan şəhərində XVI BRİCS Sammitinin “Outreach” / “BRİCS+” formatında iştirak etmək üçün “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzinə gəlib.

  • “Qarabağ” bu gün “Ayaks”la qarşılaşacaq

    “Qarabağ” bu gün UEFA Avropa Liqasında Niderlandın “Ayaks” klubunu qəbul edəcək.

    Liqa mərhələsinin III turuna təsadüf edən qarşılaşma saat 20:45-də start götürəcək.

    Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq matçın baş hakimi şotlandiyalı FIFA referisi Nikolas Uolş olacaq.

    UEFA Avropa Liqası

    Liqa mərhələsi

    III tur

    24 oktyabr

    20:45. “Qarabağ” – “Ayaks” (Niderland)

    Baş hakim: Nikolas Uolş (Şotlandiya).

    Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

    Qeyd edək ki, Azərbaycan çempionu I turda İngiltərədə “Tottenhem”ə (0:3), növbəti görüşdə isə evdə İsveçin “Malmö” kollektivinə uduzub – 1:2. İlk oyunda Türkiyənin “Beşiktaş” klubunu 4 cavabsız qolla üstələyən “Ayaks” ikinci matçda Çexiyada “Slaviya” (Praqa) ilə heç-heçə edib – 1:1.

  • Sumqayıtın bəzi ərazilərində işıq olmayacaq

    Bu gün Sumqayıtda elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

    Bu barədə “Azərişıq” ASC-yə istinadən xəbər verir.

    Bildirilir ki, Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar bu gün elektrik xətləri sifarişə əsasən açılacaq.

    Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Sumqayıtda 9, 10, 12, 14-cü mikrorayonlarda, eləcə də bəzi məhəllələrdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

  • Valideynlərə MÜRACİƏT – Belə olanda uşaqlarınızı məktəbə göndərməyin

    Havalar soyuyur, bununla da, müxtəli xəstəliklər və viruslar yayılır. Xəstəliklər əsasən uşaqların cəmləşdiyi məktəb və bağçalarda daha çox yayılır.

    İsti havadan qəfil soyuq tempratura keçdikdə uşaqlarda imunitet sistemi düşür. Bu zaman orqanizm mövcud viruslarla mübarizə apara bilmir və məğlub olur. Eyni zamanda uşaqlar tez-tez xəstələnirlər.

    Türkiyənin tanınmış pediatrı, uzman doktor Ayşin Kılınç Toker bütün valideynlərə səslənib. Həkim uşaqlarla bağlı ana və atalara diqqətli olmağı məsləhət bilir.

    Havanın temperaturu birdən düşməyə başladı. Bu, virus faktorlarının yaratdığı soyuqdəymə, qrip infeksiyalarının sayını artırır.

    Bu dövr xüsusilə qapalı məkanlarda olan və çox təmasda olan məktəbəqədər və ibtidai sinif uşaqlarımız üçün risk yaradır.

    Uşaqlarımızın soyuq havaya uyğun geyinməmələri, qidalanmalarına fikir verməmələri, yuxu rejiminin dəqiq olmaması xəstəliklərə səbəb olur.

    Eyni zamanda, hər hansı bir sinifdə asqırmaq və ya dostlarının yaxın təması nəticəsində yaranan ifrazatlarla əllərinin və iş masalarının çirklənməsi nəticəsində bir-birinə yoluxurlar.

    Havaların soyuması, pəncərələrin açılması və günəşə məruz qalma imkanlarının azaldığı bu dövrdə uşaqlarımız risk altındadır”, – deyə həkim bildirib.

    Pediatr valideynlərə xəbərdarlıq edib: “Əgər uşaqlarınızda xəstəlik əlamətləri varsa, onları məktəbə və bağçaya aparmayın! Bu həm uşağın özü, həm də digər uşaqlar üçün təhlükə ola bilər”.

  • Uşağı ilə birgə itkin düşən qadın tapıldı

    İtkin düşən Qəbələ rayon sakini, 1982-ci il təvəllüdlü Nərgiz Eyvazova və onun azyaşlı övladı polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində tapılıb.
     
    Bu barədə sfera.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

    Qeyd edək ki, Nərgiz Eyvazova azyaşlı övladı ilə birlikdə avqustda itkin düşmüşdü.

  • Məşhur yazıçı bu qiymətli metalı almağı tövsiyə etdi – Bahalaşacaq…

    “Zəngin ata Kasıb ata” kitabının müəllifi Robert Kiyosaki gümüşün qiymətinin unsiya üçün 50 dolları keçməmiş bu metala investisiya etməyi tövsiyə edib.

    Median.Az xəbər verir ki, o, bu məsləhəti X sosial şəbəkəsindəki (keçmiş Tvitter) səhifəsində paylaşıb.
     
    Dekabr gümüş fyuçersləri 23 oktyabr çərşənbə günü 3%-dən çox ucuzlaşıb. Bakı vaxtı ilə saat 18:18-ə olan məlumata görə, qiymətli metalın bir unsiyasının qiyməti 33,892 dollar (-3,24%) təşkil edib. Bunu ticarət məlumatları sübut edir. 

    Son 12 ayda gümüş 49,7% bahalaşıb. Belə əhəmiyyətli artıma baxmayaraq, qiymətli metalın qiymətləri hələ də tarixi maksimumdan uzaqdır. Rekord 2011-ci ildə, qiymətlərin unsiya üçün 50 dollara qalxdığı vaxt qeydə alınıb.
     
    Sentyabrın sonunda gümüşün qiyməti Federal Ehtiyat Sisteminin faiz qərarı ərəfəsində bir unsiya üçün 32,71 dollara yüksələrək, son 10 ilin ən yüksək səviyyəsinə çatıb.

  • В Казани начался торжественный прием по случаю проведения XVI саммита БРИКС

    Торжественный прием от имени президента России Владимира Путина в честь XVI саммита БРИКС проходит на площадке “Казань-экспо”.

    Как сообщает корреспондент report из Казани, в мероприятии принимает участие президент Азербайджана Ильхам Алиев.

    Путин в качестве хозяина саммита лично поприветствовал гостей. Он произнес тост за процветание народов и укрепление взаимодействия.

    “Дорогие друзья! Я благодарю вас за то, что вы здесь сегодня, и предлагаю тост за процветание наших народов, за укрепление нашего взаимодействия, за здоровье всех присутствующих… Сегодня успешно прошло заседание саммита БРИКС в узком и широком составе, которое было посвящено актуальным вопросам глобальной повестки дня”, – сказал российский лидер.

    По его словам, на повестке дня были вопросы урегулирования конфликтов, борьбы с терроризмом и трансграничной преступностью, адаптация к изменениям климата, стабильность цепочек поставок, обмен технологиями. Глава РФ отметил, что Россия выступает за построение равноправного и взаимовыгодного партнерства со своими единомышленниками.

    “То есть темы, которые напрямую влияют на жизнь граждан наших стран, а значит требуют коллективных действий. Мы стремимся подключать наших единомышленников к существующим в рамках объединения рабочим форматам взаимодействия. Именно в таком духе, под девизом “Укрепление многосторонности для справедливого глобального развития и безопасности” российское председательство работало в текущем году”, – заявил Путин.

    Отметим, что саммит БРИКС проходит в Казани с 22 по 24 октября.

  • Prezident İlham Əliyev XVI BRICS Sammitinin keçirilməsi münasibətilə rəsmi ziyafətdə iştirak edib – YENİLƏNİB

    Kazanda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından XVI BRICS Sammitinin keçirilməsi münasibətilə rəsmi ziyafət verilib.
    Report xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
    Qeyd edək ki, BRICS sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçirilir.
    ***
    Bu dəqiqələrdə Kazanda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından XVI BRICS Sammitinin keçirilməsi münasibətilə rəsmi ziyafət verilir.
    Report xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
    Dövlət başçısı “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzinə gəlib.
    Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi salamlayıb.
    Qeyd edək ki, BRICS sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçirilir.

  • Türkiyədə terakta Ermənistandan gözlənilməz reaksiya

    Ermənistan Xarici İşlər Nazirliyi Türkiyədə törədilən terror aktını pisləyən bəyanat yayıb.
     
    Median.Az xəbər verir ki, bəyanat Ermənistan XİN-in X sosial şəbəkəsində yerləşdirilib.
     
    “Bu gün Ankarada baş verən hücum onu göstərir ki, terrora və günahsız insanlara zərər verməyə heç bir bəraət yoxdur. Ermənistan, dəfələrlə qeyd edildiyi kimi, terrorizmin bütün formalarına və buna bənzər zorakı hərəkətlərə qarşıdır”, – bəyanatda qeyd olunub.

    Xatırladaq ki, Ermənistan uzun illər Azərbaycana qarşı terror aktları həyata keçirib. Eyni zamanda ermənilər türk diplomatlara sui-qəsdləri ilə tanınırlar. Bu ölkənin bu və ya digər formada dəstək verdiyi onlarla erməni terror təşkilatı var.

    Qeyd edək ki, Ankaranın Qəhrəmanqazan rayonunda dövlət aerokosmik şirkəti – TUSAŞ-ın binasının qarşısında iki partlayış baş verib, 3 terrorçu silahlı hücum edib. Nəticədə 4 nəfər ölüb, 14 nəfər yaralanıb. Terrorçulardan ikisi məhv edilib.