Month: October 2024

  • БРИКС выразил поддержку проведению COP29 в Азербайджане

    Участники саммита БРИКС ожидают содержательных итогов конференции COP29 в Баку.

    Об этом говорится в Казанской декларации, принятой по итогам саммита стран-участниц 23 октября.

    “Мы выражаем приверженность успешному проведению COP29 в Азербайджане и ожидаем содержательных итогов в области климатического финансирования для развивающихся стран как ключевого инструмента для осуществления текущих и будущих определяемых на национальном уровне действий и целей в области смягчения последствий, адаптации, возмещения потерь и ущерба”, – говорится в декларации.

    Страны БРИКС также выразили поддержку ведущей роли Бразилии в организации COP30 в 2025 году, а также приветствовали выдвижение Индией своей кандидатуры на проведение COP33 в 2028 году.

  • BRICS ölkələri COP29-un Azərbaycanda keçirilməsini dəstəkləyib

    BRICS sammitinin iştirakçıları Bakıda keçiriləcək COP29 konfransından tutarlı nəticələr gözləyirlər.

    Bu barədə iştirakçı ölkələrin oktyabrın 23-də keçirilmiş sammitinin yekunları üzrə qəbul edilmiş Kazan bəyannaməsində deyilir.

    “Biz Azərbaycanın COP29-u uğurla keçirəcəyi fikrinə sadiqik və təsirlərin yumşaldılması, uyğunlaşma, itki və zərərin qarşılanması sahələrində cari və gələcək milli fəaliyyət planlarına və məqsədlərə nail olmaqda əsas vasitə kimi inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşdirilməsi sahəsində tutarlı nəticələr gözləyirik”, – bəyannamədə qeyd olunub.

    BRICS ölkələri həmçinin 2025-ci ildə COP30-a ev sahibliyi edəcək Braziliyanın bu tədbirin təşkilatçılığındakı aparıcı rolunu dəstəklədiklərini bildiriblər, eləcə də Hindistanın 2028-ci ildə COP33-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürməsini alqışlayıblar.

  • Vasif Məhərrəmli psixoloq qəbuluna verdiyi qonorardan ŞİKAYƏTÇİDİR

    Əməkdar artist Vasif Məhərrəmli psixoloq qəbulunda olan zaman verdiyi qonorarın çoxluğundan gileylənib.

    Müğənni bildirib ki, bir dəfə klinikalardan birində müayinəyə gedib və ondan çox pul istəyiblər:

    “Ürəyimi yoxlatdırırdım. Məsləhət gördülər ki, psixoloqa get. Getdim psixoloqun qəbuluna. Bir kişi idi. Soruşdu “necəsən?”, cavab verdim ki, yaxşı. Deyir, “hər şey qaydasındadır?”, dedim “hə”. Çıxdım, çek göstərdilər ki, ödəniş edin – yoxlanış 70, psixoloq 100 manat. Dedim, bu nə edib ki? Ancaq hal-əhval tutdu, heç bir psixoloji yardım etmədi”.

    Psixoloq Elnur Rüstəmov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu gün psixoloqların qiyməti hər kəsə bəllidir:

    “Salam-sağola görə psixoloqlar 100 manat almır. Biz bilmirik, orada proses necə olub? Bilmirik ki, Vasif müəllim psixoloq qəbuluna düşüb, yoxsa psixiatr. Həmin xəstəxana özəldir, ya yox. Orada qiymətlər necədir? Bu haqda məlumatsızam”.

  • Türkiyədə sosial şəbəkələrə də məhdudiyyət qoyuldu

    Türkiyədə sosial şəbəkə platformalarında problem yaşanır.
     
    Bu barədə istifadəçilər məlumat paylaşıblar. Onlar “X”, “Instagram”, “Facebook”, və digər sosial şəbəkələrə girişdə problem yaşadıqlarını bildiriblər.
     
    Bunun Türk Aerokosmik Sənayesinə (TUSAŞ) terror hücumu ilə bağlı qoyulan məhdudiyyətlərlə əlaqəli olduğu hesab edilir.
     
    Qeyd edək ki, daha öncə Radio və Televiziya Ali Şurasının (RTÜK) sədri Əbubəkir Şahin baş verən terrorla bağlı mediaya yayım qadağası tətbiq edildiyini açıqlayıb.

  • Ağadadaş Ağayev məhkəməyə gəlmədi

    Xalq artisti Ağadadaş Ağayevlə “MedEra Hospital” arasındakı insidentlə bağlı mülki iddia üzrə ilk məhkəmə baxış iclası keçirilib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Etibar Mustafayevin sədrliyi ilə keçirilən prosesdə “MedEra Hospital”ın qanuni nümayəndəsi Sənan Şirinov iştirak etsə də, qarşı tərəf Xalq artisti Ağadadaş Ağayev məhkəməyə gəlməyib. Buna görə Xalq artistinin müdafiəçisi tərəfindən elektron məhkəmə sisteminə prosesin təxirə salınması ilə bağlı yerləşdirdiyi vəsatəti iclasda elan olundu. Ağadadaş Ağayev üzrlü səbəbdən prosesdə iştirak edə bilmədiyini vurğulayaraq prosesin növbəti günlərə təyin olunmasını xahiş edib.

    Məhkəmə vəsatəti qəbul edərək növbəti prosesi noyabrın 14-nə təyin edib.

    Qeyd edək ki, bu ilin iyul ayında Xalq artisti Ağadadaş Ağayevlə “MedEra Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N.Paşayevaya dəyərək xəsarət yetirib.

    Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb.

    Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham edilir. Qeyd edək ki, bu maddə üzrə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

  • Türkiyədə sosial şəbəkələrdə problem yarandı

    Türkiyədə sosial şəbəkə platformalarına girişdə problem yaranıb.

    Türk Aerokosmik Sənayesinə (TUSAŞ) hücumdan sonra “X”, “Instagram” və “Facebook” və digər sosial şəbəkə platformalarında məhdudiyyətlər yaranıb.

    Qeyd edək ki, Ankaranın Kahramankazan rayonunda Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) terror aktı törədilib.

    Partlayışdan sonra silahlı qarşıdurma başlayıb. Türror zamanı 4 nəfər ölüb, 14 nəfər yaralanıb.

  • Azərbaycan ​”Basqalı” rəqsinin gürcü kanalında “erməni şalaxosu” kimi təqdimatına etiraz edib

    “Basqalı” Azərbaycan rəqsi və “Bu qala, daşlı qala” Azərbaycan xalq mahnısının hüquqları Gürcüstanın bəzi televiziya kanalları tərəfindən pozulub.

    Bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, ötən il l noyabrın 3-də Gürcüstanın “1TV.GE” telekanalında yayımlanmış “Natalia & Datuna” şou proqramında Azərbaycan Respublikasının xalq artisti Aftandil İsrafilovun müəllifi və ifaçısı olduğu məşhur “Basqalı” rəqsi ilə müşayiət olunan mahnı “Somxuri şalaxo”- “erməni şalaxosu” kompozisiyası kimi təqdim olunub.

    Bu il sentyabr ayının 14-də isə Gürcüstanın digər televiziya kanalı “İMEDİ”də yayımlanan “Çveni şou” proqramında da “Basqalı” Azərbaycan rəqsinə (musiqisinə) yazılmış və Dodona Namoradzenin ifa etdiyi mahnı yenə “erməni şaloxosu” adı altında təqdim olunub.

    Qeyd edilib ki, bu faktlar Gürcüstanın müxtəlifteleviziya kanalları vasitəsilə Azərbaycanın mədəni irs nümunələrinə, o cümlədən Azərbaycan musiqisinə münasibətdə növbəti erməni oğurluğunun nümayişi təsəvvürü yaradır və ciddi narahatlıq doğurur:

    “Bu ilin 24 may tarixində “Rustavi” telekanalında yayımlanan “Paatas da Nikas şou” proqramında isə “Bu qala, daşlı qala” adlı Azərbaycan xalq mahnısı “Sənə sevgi söz verirəm” adı altında gürcü dilində təqdim olunub. Amma mahnının Azərbaycan xalq mahnısı olduğu qeyd edilməyib. “Bayatı-Şiraz” muğamı əsasında yaradılmış bu mahnı bütün Yaxın Şərqdə məşhurdur və çox geniş yayılıb, hətta Türkiyədə əhalinin əksəriyyəti şənliklərdə bu mahnını çalıb-oxuyur və onu Azərbaycan xalq mahnısı kimi ifa edirlər”.

    Vurğulanıb ki, “Rustavi” telekanalında “Bu qala daşlı qala” adlı Azərbaycan xalq mahnısı “Sənə sevgi söz verirəm” adı altında gürcü dilində təqdim olunarkən Azərbaycanın və Gürcüstanın üzv olduqları ÜƏMT-nin “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının 15-ci maddəsinin 4-cü hissəsinin tələbləri nəzərə alınmayıb:

    “Yuxarıda göstərilən faktlar eyni zamandaÜƏMT-nın Müəlliflik hüququna dair Müqaviləsinin, habelə”Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında əqli mülkiyyətin qorunması sahəsində əməkdaşlıq haqqında Saziş”in tələblərinin də pozulması deməkdir”.

    Əqli Mülkiyyət Agentliyi yuxarıda göstərilənlərlə əlaqədar Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzi “SAKPATENTİ”nin rəhbərliyinə məktub göndərib.

    “Məktubda Gürcüstanın 1TV.CE, “İMEDİ” və “Rustavi” telekanallarında Azərbaycana məxsus olan “Basqalı” rəqsinin “Somxuri şalaxo” – erməni şalaxosu” kimi təqdim edilməsinin və “Bu qala, daşlı qala” adlı Azərbaycan xalq mahnısından istifadə olunarkən onun mənbəyinin və mənsub olduğu xalqın adının göstərilməməsinin səbəblərinin araşdırılaraq müvafiq tədbirlərin görülməsi, bu barədə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə məlumat verilməsi və bir daha belə halların təkrarlanmaması üçün məsələnin daim nəzarətdə saxlanılması xahiş edilib. Həmçinin bildiririk ki, hüquq pozuntularını təsdiq edən müvafiq materiallar da “SAKPATENTİ”-yə təqdim edilib”, – deyə məlumatda qeyd edilib.

  • İlham Əliyev terror aktı ilə əlaqədar Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ankarada törədilmiş terror aktı ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı başsağlığı məktubunda bildirib: “Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktı nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi olduqca sarsıtdı.

    Biz bu xain terror aktını şiddətlə qınayır, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

  • Həbsdəki keçmiş generalın pensiya DAVASI – Mövlam Şixəliyev nə istəyir?

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin həbsdə olan sabiq rəisi Mövlam Şixəliyev pensiyasından narazıdır.

    Lent.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı keçmiş general əvvəlcə Bakı İnzibati Məhkəməsinə üz tutub. O, iddiasında təqaüdünün az olmasından şikayətlənib və artırılmasını istəyib. Lakin birinci instansiya məhkəməsi onun bu tələbini təmin etməyib.

    Qərarla razılaşmayan Mövlam Şixəliyev bu dəfə Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. Onun şikayətinə hakim Şərafət Məmmədova baxacaq.

    İş üzrə cavabdeh şəxs isə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialıdır.

    Qeyd edək ki, Mövlam Şixəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunub. M.Şixəliyev mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə almaqda təqsirli bilinib.

    Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şixəliyev 12 il, Vüsal Ələkbərov 12 il 6 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il müddətə azadlıqdan məhrum ediliblər.

    M.Şixəliyev general rütbəsindən məhrum edilib, əmlakları dövlət nəfinə alınıb.

  • Səfərbərlik Xidmətinin zabiti HƏBS EDİLDİ

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Nizami Rayon İdarəsinin Çağırış şöbəsinin baş zabiti vəzifəsində işləmiş Hümbət Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    “Report” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrlik etdiyi prosesdə hökm oxunub.

    Hökmə əsasən, H.Nəbiyev səkkiz il müddətə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, Hümbət Nəbiyevi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi saxlayıb.

    İttihama görə, o, qeyd olunan vəzifədə işləyərkən vətəndaşdan müvəqqəti olaraq möhlət hüququnun verilməsi, həmçinin dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmasına dair hərbi biletin təqdim edilməsi müqabilində rüşvət tələb edib.

    Hümbət Nəbiyev Cinayət Məcəlləsinin 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvətalma) maddəsi ilə ittiham edilib.