Month: October 2024

  • Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun iclası keçirilib

    22-23 oktyabr 2024-cü il tarixində Astana şəhərində Xəzər Dənizi Məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun (YSİQ) doqquzuncu iclası keçirilib.

    Bu barədə apa-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, danışıqlarda Azərbaycan Respublikasının (rəhbər – S.Şərifov), İran İslam Respublikasının (rəhbər – Ə.Cahangiri), Qazaxıstan Respublikasının (rəhbər – Z.Amanjolova), Rusiya Federasiyasının (rəhbər – M.Petrakov) və Türkmənistanın (rəhbər – M.Atacanov) nümayəndə heyətləri iştirak ediblər.

    İclasa Qazaxıstan nümayəndə heyətinin rəhbəri Z.Amanjolova sədrlik edib.

    Tərəflər Xəzər dənizində düz çıxış xətlərinin çəkilməsi metodikasının müzakirəsini davam etdiriblər.
    İclas çərçivəsində tərəflər Xəzər dənizində əməkdaşlığın icmalını həyata keçiriblər, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Türkmənistanda növbəti görüşünə hazırlıq məsələlərini, habelə beştərəfli sənəd layihələri üzrə danışıqlar prosesinin gedişatını müzakirə ediblər.
    Nümayəndə heyətləri görüşün yüksək səviyyədə təşkilinə görə Qazaxıstan Respublikasına minnətdarlıqlarını bildiriblər.

    YSİQ-in növbəti iclası diplomatik kanallarla razılaşdırılacaq tarixlərdə Türkmənistanda keçiriləcək.

  • Türkiyədə terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb – YENİLƏNİB-2

    Ankarada terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

    Apa xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

    ***

    Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) hücumu həyata keçirən 3 terrorçudan ikisi zərərsizləşdirilib.

    Apa-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, digər terrorçunun zərərsizləşdirilməsi istiqamətində polis xüsusi təyinatlıları əməliyyatı davam etdirir.

    Türkiyə Respublikası Baş Prokurorluğu terror aktı ilə bağlı araşdırma başladıb.

  • Naxçıvanda partlamamış sursatlar aşkarlanıb

    Naxçıvan polisi tərəfindən Kəngərli rayonu ərazisində partlamamış sursatlar aşkar edilib.

    Report-un yerli bürosu xəbər verir ki, Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Kəngərli rayonunun Çalxanqala kənd ərazisində 2 ədəd tank əleyhinə mina, 1 ədəd əl qumbarası, 1 ədəd 120 mm-lik minaatan mərmi, 1 ədəd tank əleyhinə mərmi və 2 ədəd mina üçün döyüş başlığı aşkar edilib.

    Sadalanan sursatların təhlükəsiz şəkildə daşınması və məhv edilməsi üçün adiyyəti üzrə təhvil verilib

  • Azərbaycan XİN Türkiyədə törədilmiş terror aktını pislədi

    Qardaş Türkiyədə Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktını qətiyyətlə pisləyirik”.
     
    Median.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

    “Bu xain terror aktı nəticəsində şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik! Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!”, – XİN-dən bildirilib.

  • Leyla Əliyevanın təşəbbüsü ilə “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqəsi keçirilir

    IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Yer kürəsi uşaqların gözü ilə” adlı beynəlxalq fotomüsabiqə elan edilib. Fotomüsabiqə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) həsr olunur.

    Median.Az xəbər verir ki, Layihə dünyaşöhrətli fotoqraf, “Reza Visual Academy”nin təsisçisi Reza Deqatinin iştirakı ilə baş tutur.

    “Yer kürəsi uşaqların gözü ilə” təkcə fotomüsabiqə deyil, eyni zamanda, gələcək nəslin ətraf mühitə dair maarifləndirmədə və təbliğatda yol göstərməsi üçün fəaliyyət göstərməsinə çağırışdır. Müsabiqəyə dünyanın hər yerindən 18 yaşına qədər uşaq və yeniyetmələr təbiətin gözəllikləri, çirklənmə və iqlim dəyişikliyinin yaratdığı problemlər barədə fərqli baxışlarını fotolar vasitəsilə təqdim etməyə dəvət olunurlar.

    “Mən təbiəti sevirəm, çirklənmədən qorxuram” devizi altında keçirilən müsabiqə gəncləri ətraf mühitə sevgilərini və planetimizin gələcəyi ilə bağlı narahatlıqlarını əks etdirən cəlbedici fotoşəkillər çəkməyə təşviq edir.

    Qalib gələn fotoşəkillər COP29 çərçivəsində noyabrın 11-dən etibarən Bakıda, Heydər Əliyev Mərkəzində sərgilənəcək.

    Xatırladaq ki, bundan əvvəlki “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqəsi gənc fotoqrafların bədii istedadlarını, ətraf mühitə dair məlumatlılığını nümayiş etdirərək qlobal diqqət toplayıb, fotoqrafiyanın maarifləndirmə və sənətin unikal və effektiv bir formada birləşdirici rolunu göstərib.

    Müsabiqə gənclərə ətraf mühitin mühafizəsində mövqe tutmaq və fotoqrafiyanın universal dili ilə dəyişikliklərə ilham vermək məqsədi daşıyır.

    Fotoqrafiyada təcrübə və bacarıq səviyyəsindən asılı olmayaraq, bütün ölkələrdən 18 yaşa qədər uşaq və yeniyetmələr müsabiqədə iştirak etmək üçün mövzuya uyğun gələn 1-dən 20-dək fotoşəkil (şəkillərin kontekstini və mövzu ilə əlaqəsini təsvir edən qısa izah qeyd etməklə) təqdim edə bilərlər.

    Oktyabrın 31-i müraciət üçün son tarixdir.

    Münsiflər heyəti fotoşəkilləri yaradıcılıq, mövzuya uyğunluq, düşüncə və emosiya oyatmaq bacarığı əsasında qiymətləndirəcək. Qaliblər qlobal səviyyədə tanınma fürsətindən əlavə, sənət nailiyyətlərinə görə SRL kameralar qazanacaqlar.

    Təqdimatlar müsabiqənin rəsmi internet səhifəsi vasitəsilə onlayn verilə bilər. Əlavə məlumat və təlimatlar saytda mövcuddur.

    Ətraflı məlumat üçün veb-sayt//childreneyes.earth
     
    Sosial media hesabları: “Instagram”: @childrenseyesonearth; “Facebook”: @childrenseyesonearth
     
    Əlaqəphotocontest@childreneyes.earth
     

  • Valideynlər bu özəl bağçalarda təhsilhaqqının yarısını ödəyəcək

    Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi”nin birinci mərhələsi yekunlaşıb. 
     
    Median.Az xəbər verir ki, müsabiqə çərçivəsində növbəti mərhələyə buraxılan bağçaların siyahısı və həmin bağçalarda boş yerlərin sayı müəyyənləşdirilib. 
     
    Seçilmiş özəl bağçalara uşaqların qeydiyyatı www.bq.edu.az portalında 24 oktyabr saat 11:00-dan etibarən aktiv olacaq və proses 1 noyabr saat 17:00-dək davam edəcək.
     
    Özəl məktəbəqədər təhsil müəssisəsinə yerləşdirilmiş uşaqların valideynləri və ya digər qanuni nümayəndələri tələb edilən sənədləri bağçaya təqdim etməli və özəl məktəbəqədər təhsil müəssisəsi ilə onlar arasında valideynin ödəyəcəyi aylıq təhsilhaqqı məbləği də qeyd olunmaqla məktəbəqədər təhsil xidmətinin göstərilməsi barədə müqavilə bağlanılmalıdır.
     
    Qeyd edək ki, qrant müsabiqəsinin əsas məqsədi 2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqların seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb edilməsi və onların təhsil haqlarının bir hissəsinin qrant vasitəsilə maliyyələşdirilməsindən ibarətdir. Bu qrant müsabiqəsi çərçivəsində seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində məktəbəqədər təhsilə cəlb olunmuş hər bir uşağın aylıq təhsilhaqqının 250 manat məbləğində olan hissəsinin qrant hesabına qarşılanması, qalan məbləğin isə valideyn tərəfindən ödənilməsi nəzərdə tutulub.
     
    Özəl bağçaların siyahısı və həmin bağçalarda boş yerlərin sayı ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

  • İlon Mask seçicilərə rüşvət verdiyinə görə həbs oluna bilər

    ABŞ prezident seçkiləri ərəfəsində hər iki tərəf namizədlər arasında mübarizədən kənarda qala biləcək seçiciləri fəal şəkildə motivasiya etməyə çalışır.

    Median.Az xəbər verir ki, bu barədə “Slate” yazıb.

    Bu stimullaşdırıcı səylərdən bəziləri artıq federal səs satın alma qadağaları xəttinə yaxınlaşıb və görünür, Donald Trampın tərəfdarı İlon Mask bu qanunu poza bilər.

    Federal qanun, təşviqin müəyyən bir namizədə səs vermə ehtimalı olanlarla məhdud olub-olmamasından asılı olmayaraq, səsverməyə təşviq etmək üçün ödənişləri və ya xərcləri qadağan edir. Mask öz çıxışlarına pulsuz giriş təklif edib, ancaq Pensilvaniyada səs verənlərə bu qanun pozuntusu sayıla bilərdi.

    Mask daha əvvəl Birinci və İkinci Düzəlişləri dəstəkləyən petisiyanı imzalamaq üçün 47 dollar ödəmə təklif etmişdi, bu, heç kimə səs vermək üçün pul verilmədiyi üçün qanuni idi.

    İnsanlığa Qarşı Kartlar proqramı 2020-ci ildə səs verməyənlərə 100 dollar ödəmə təklif edib və səsvermədə iştirak etmədikləri üçün üzrxahlıq yazıb səs vermə planı hazırlayıb. Bununla belə, “səsvermə planı”nın tərtib edilməsi tələbi insanların pulu almaq üçün səs vermək üçün qeydiyyatdan keçməli olduqlarını düşünməyə vadar edə bilər.

    Maskın çıxışlarına yalnız Pensilvaniyada səs verənlərə pulsuz giriş təklif etməklə nəhayət sərhədi keçdiyi görünür. Bu, federal qanunun pozulması hesab edilə bilər, çünki onunla görüş üçün bilet qiymətli bir əşyadır. Qanunun pozulması bir il və ya daha çox həbs və ya digər cəzalarla nəticələnə bilər.

  • Audiovizual Şura “Xəzər TV”yə xəbərdarlıq etdi

    “23 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının növbədənkənar onlayn iclası keçirilib və “Xəzər TV” kanalının efirində 22 oktyabr 2024-cü il tarixdə, saat 22:00-23:10 arası yayımlanan serialda personajlardan birinin səsləndirdiyi qeyri-etik ifadənin efirə verilməsi məsələsi müzakirə olunub”.

    Bu barədə şura məlumat yayıb.

    Bildirilib ki, müzakirə zamanı serialın yayımı zamanı (saat 22:32-də) personajın ifadə etdiyi qeyri-etik ifadənin efirə verilməsinin qarşısı yayımçı tərəfindən texniki üsullarla alındığı qeyd olunub və bununla da, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.6-cı maddəsinin tələbi (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulub.

    “Xəzər TV” efirində belə halın ilk dəfə baş verməsi nəzərə alınıb və Audiovizual Şuranın üzvləri bu dəfə yayımçıya belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiyanın tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq ediblər.

  • Ильхама Алиев встретился с Дилмой Руссефф

    23 октября в Казани состоялась встреча Президента Азербайджанской Республики Ильхама Алиева с главой Нового банка развития, учрежденного государствами-членами БРИКС, Дилмой Руссефф.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyevin Kazanda Yeni İnkişaf Bankının prezidenti ilə görüşü olub

    Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kazanda BRICS-ə üzv dövlətlər tərəfindən təsis olunmuş Yeni İnkişaf Bankının prezidenti Dilma Russeff ilə görüşü olub.

    Bu barədə AZƏRTAC xəbər verir.