Month: October 2024

  • 2025-ci ildə iki Günəş və iki Ay tutulması baş verəcək

    Gələn il iki Günəş və iki Ay tutulması baş verəcək.

    Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Oxu.Az-a bildirilib.

    Vurğulanıb ki, 2025-ci ilin 1-ci Günəş tutulması martın 29-da olacaq. Bu tutulma qismən Günəş tutulmasıdır.

    Tutulma martın 29-da saat 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək. Tutulma hadisəsi Azərbaycan ərazisində müşahidə olunmayacaq.

    2025-ci ilin 2-ci qismən Günəş tutulması sentyabrın 21-də baş verəcək. Tutulma hadisəsi sentyabrın 21-də saat 21:29:32-də başlayıb, sentyabrın 22-də saat 01:53:33-də sona çatacaq. Tutulma hadisəsi 4 saat 22 dəqiqə davam edəcək. Tutulmanın maksimumu sentyabrın 21-də saat 23:43:04-də olacaq. Tutulma hadisəsi Sakit okean, Yeni Zelandiya və Antarktidada görünəcək. Tutulma Azərbaycan ərazisindən müşahidə olunmayacaq.

    2025-ci ilin ilk Ay tutulması martın 14-də baş verəcək. Bu, tam Ay tutulmasıdır. Tutulma hadisəsi saat 09:09:33-də başlayıb, 12:47:48-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 38 dəqiqə çəkəcək. Tutulmanın maksimumu saat 10:59:56-da baş verəcək. Tam tutulma hadisəsi Sakit okean, Amerika, Qərbi Avropa, Qərbi Afrikada müşahidə olunacaq. Bu tutulma zamanı Ay üfüqdən aşağıda olduğu üçün Azərbaycandan müşahidə olunmayacaq.

    2025-ci ilin 2-ci tam Ay tutulması sentyabrın 7-də baş verəcək. Tutulma sentyabrın 7-də saat 20:27:02-də başlayıb, 23:56:26-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 29 dəqiqə 24 saniyə çəkəcək. Tutulmanın maksimumu saat 22:12:58-də baş verəcək. 2025-ci ilin 2-ci tam Ay tutulması Avropa, Afrika, Asiya və Avstraliyada görünəcək.

    Azərbaycan ərazisindən axşam saatlarından başlayaraq gecə yarısına kimi tam Ay tutulmasını müşahidə etmək mümkün olacaq.

  • Azərbaycan Prezidenti Tatarıstanın “Dostluq” ordeni ilə təltif edildi

    Azərbaycan Prezidenti İlham Əliyev Tatarıstan Respublikasının “Dostluq” ordeni ilə təltif olunub.

    “Report”un məlumatına görə, bu barədə Fərmanı Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyevlə Kazanda görüşündə oxuyub.

    İlham Əliyev bu ordenlə Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfəsinə görə təltif edilib.

  • Kriştianu Ronaldu yenidən “Mançester Yunayted”ə qayıdacaq?

    “Mançester Yunayted”in sabiq futbolçusu Mikael Silvestr həmkarı Kriştianu Ronaldu ilə bağlı maraqlı açıqlama verib.

    Median.Az “Goal”a istinadən xəbər verir ki, mütəxəssis bunları söyləyib:

    “Kriştianu Ronaldunun “Mançester Yunayted” azarkeşləri ilə yenidən görüşməsi an məsələsidir. Lakin bu, yaxın zamanda baş verməyəcək. O, klubun əfsanəsidir. Onun yenidən “Old Trafford”da görünməsi fantastik olardı. Lakin bu barədə düşünmək hələ tezdir”

    Qeyd edək ki, portuqaliyalı ulduz futbolçu 2003-2009 və 2021-2022-ci illərdə “qırmızı şeytanlar”ın uğurları üçün çalışıb.

  • СМИ: Армянское правительство намерено бороться с бардаком в армии

    Минувшим днем под руководством вице-премьера Республики Армения Мгера Григоряна в правительстве состоялось обсуждение острого дефицита офицерских кадров.

    Как передает Median.Az со ссылкой на газету “Грапарак”, зампред комиссии по вопросам обороны и безопасности Армен Хачатрян предложил дать возможность отставным офицерам вернуться на службу с сохранением пенсии.

    По его словам, это надо сделать, чтобы воинскими частями руководили не 18-20-летние офицеры, печальным следствием чего является угрожающе растущая статистика смертей в армии.

    Участники дискуссии пришли к общему знаменателю и, возможно, будет разработан пакет поправок в соответствующие законы, пишет издание.

  • Ermənistan ordusunda kadr çatışmazlığı: Təqaüddə olan hərbçilər xidmətə çağırılacaqlar

    Ötən gün Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərliyi ilə keçirilən iclasda Ermənistan ordusunda kəskin kadr çatışmazlığı müzakirə edilib.

    Median.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın sədr müavini Armen Xaçatryan təqaüddə olan zabitləri xidmətə geri qaytarmaq barədə təklif verib.

    Onun sözlərinə görə, məhz 18-20 yaşlı zabitlərin orduya rəhbərlik etməsi nəticəsində hərbi hissələrdə ölüm hadisələrinin sayı artıb.

    Qeyd olunur ki, müzakirələrdə razılıq əldə olunub və müvafiq təkliflərlə hökumətə müraciət ediləcək.

  • Azarkeşlərə kənar əşya atan iki futbolçu cəzalandırıldı

    I Liqada çıxış edən “İmişli” klubunun iki futbolçusu azarkeşlərə kənar əşya atdığı üçün ikioyunluq cəzalanıb.

    Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

    İdris İnqilablı və Bahadur Həziyev V turda “Karvan”la matçda fanatlara kənar əşya atıblar.

    “İmişli” onların bu hərəkətinə görə 400 manat (hərəsi 200) cərimə olunub.

    Qeyd edək ki, qarşılaşma “Karvan”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

  • Шалва Папуашвили: В Грузии готовится госпереворот

    В Грузии стоит ожидать попытки государственного переворота, который сейчас активно готовится.

    Как передает Median.Az со ссылкой на vestikavkaza.ru, с таким заявлением выступил спикер парламента Шалва Папуашвили.

    По его словам, Грузию продолжают готовить к государственному перевороту.

    “Многие вещи указывают на то, что продолжается подготовка к неконституционной смене правительства. Вы можете назвать это переворотом или чем-то еще. Это повторение попытки 2020 года”, – отметил Ш.Папуашвили

    Отметим, что правящая партия “Грузинская мечта” считает, что оппозиция готовится не к самим выборам, а дню после них, чтобы устроить беспорядки по всей стране.

    Напомним, парламентские выборы пройдут 26 октября 2024 года.

  • Şalva Papuaşvili: “Gürcüstanda dövlət çevrilişi hazırlanır”

    “Gürcüstanda qeyri-konstitusion hökumət dəyişikliyi üçün aktiv hazırlıq gedir”.

    Median.Az-ın vestikavkaza.ru-ya istinadən verdiyi məlumata görə, parlament sədri Şalva Papuaşvili belə bir bəyanatla çıxış edib.

    Onun sözlərinə görə, bir çox faktlar 2020-ci il ssenarisini təkrarlamağı planlaşdırdığını göstərir.

    “Bir çox şey hökumətin qeyri-konstitusion dəyişdirilməsinə hazırlığın davam etdiyini göstərir. Siz bunu çevriliş və ya başqa bir şey adlandıra bilərsiniz. Bu, 2020-ci il cəhdinin təkrarıdır”, – deyə Ş.Papuaşvili qeyd edib.

    Hakim Gürcü Arzusu Partiyasının fikrincə, müxalifət seçkinin özünə deyil, ondan sonrakı günə hazırlaşır ki, bütün ölkədə iğtişaşlar törətsin.

    Xatırladaq ki, Gürcüstanda parlament seçkisi oktyabrın 26-da keçiriləcək.

  • На бакинском перекрестке предотвращены задержки транспорта

    Продолжаются работы по устранению аварийных ситуаций и задержек транспортного потока на дорогах Баку.

    Об этом сообщает Median.Az со ссылкой на Центр интеллектуального управления транспортом (ЦИУТ) Министерства внутренних дел.

    С этой целью сотрудники ЦИУТ изменили режим работы светофора на пересечении проспекта Азадлыг с улицей Джафара Хандана в Бинагадинском районе столицы. То есть, для транспортных средств, движущихся прямо и влево от улицы Джафара Хандана, продолжительность зеленого света на повторителе сигнала светофора увеличена на 10 секунд.

    Благодаря этому водители, выезжающие на перекресток со стороны улицы Джафара Хандана, не будут терять здесь дополнительное время. Внесенное изменение дало положительный результат, обеспечено свободное передвижение транспортных средств.

  • Paytaxtda prospektlə küçənin kəsişməsində nəqliyyatın ləngiməsinin qarşısı alındı

    Bakı yollarında nəqliyyat vasitələri ilə bağlı yaranan qəza şəraiti və ləngimənin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, bu məqsədlə əməkdaşlar tərəfindən Binəqədi rayonu, Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsində olan işıqforun iş rejimi dəyişdirilib. Yəni Cəfər Xəndan küçəsindən düzünə və sola hərəkət edən nəqliyyat vasitələri üçün işıqforun təkrarlayıcısında yaşıl işığın müddəti 10 saniyə artırılıb.

    Bununla da Cəfər Xəndan küçəsindən kəsişməyə daxil olan sürücülərin burada əlavə vaxt itirməsinin qarşısı alınıb. Edilən dəyişiklik müsbət nəticə verib və nəqliyyat vasitələrinin sərbəst hərəkəti təmin olunub.