Month: October 2024

  • Хикмет Гаджиев ответил на необоснованные обвинения еврокомиссара Николаса Шмита

    Помощник президента Азербайджана – заведующий отделом по вопросам внешней политики Администрации президента Хикмет Гаджиев ответил на необоснованные обвинения и абсурдные призывы еврокомиссара по вопросам занятости и социальных прав Николаса Шмита, озвученные им во вторник в Европейском парламенте в Страсбурге.

    Как передает Report, об этом он заявил POLITICO.

    “Некоторые из обсуждений в Европейском парламенте напоминают нам театр абсурда или цирк. Мир увидел постыдную коррупционную практику в этом учреждении. Многие из тех, кто громко выступает против Азербайджана, проплачиваются армянским лобби и являются частью PR-кампании правительства Армении” – заявил Гаджиев.

    “Я бы также посоветовал еврокомиссару по правам человека серьезно заняться растущими проблемами с правами человека в Европейском союзе, вместо того чтобы читать нотации другим. Призывы к освобождению армянских военных преступников, убивших невинных азербайджанских мирных жителей, равносильны освобождению нацистских военных преступников”, – добавил он.

  • Hikmət Hacıyev Avropa komissarının əsassız ittihamlarına cavab verib

    Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa komissarı Nikolas Şmitin çərşənbə axşamı Strasburqda Avropa Parlamentində səsləndirdiyi əsassız ittihamlara və absurd çağırışlara cavab verib.

    Report xəbər verir ki, bu barədə o, “POLITICO”ya açıqlamasında danışıb.

    “Avropa Parlamentindəki bəzi müzakirələr bizə absurd teatrını və ya sirki xatırladır. Dünya bu qurumda biabırçı korrupsiya əməllərini gördü. Azərbaycana qarşı bu cür əsassız iddialar səsləndirənlərin çoxu erməni lobbisi tərəfindən maliyyələşdirilir və Ermənistan hakimiyyətinin piar kampaniyasının tərkib hissəsidir”, – H.Hacıyev deyib.
    O, həmçinin Avropa İttifaqının İnsan Hüquqları üzrə Komissarına məsləhət də görüb: “Başqalarına ağıl verməkdənsə, Avropa İttifaqında artan insan hüquqları problemlərinə ciddi yanaşsa daha yaxşı olar. Günahsız mülki azərbaycanlıları qətlə yetirmiş erməni hərbi cinayətkarların azadlığa buraxılması çağırışları nasist hərbi cinayətkarlarının azad edilməsinə bərabərdir”.

  • Vardanyanın şikayəti ilə bağlı qərar verildi

    Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” olmuş Ruben Vardanyanın həbsdə saxlama müddətinin uzadılması ilə bağlı qərardan verilmiş apellyasiya şikayətinə baxılıb.

    R.Vardanyan vəkili ilə birgə prosesdə iştirak edib. Onlar həbs qərarının ləğv edilməsini xahiş ediblər.

    Qədim Babayevin sədrlik etdiyi məhkəmə tərkibi R.Vardanyanın barəsində cinayət işinin materiallarını tədqiq edib, işin hallarını araşdıraraq yekun qərarını elan edib.

    Qərara görə, apellyasiya şikayəti əsassız olduğundan rədd edilib.

    Qeyd edək ki, Ruben Vardanyan 2023-cü ildə Ermənistan Silahlı Qüvvələrinin general-mayoru, 2020-2022-ci illərdə qondarma “Dağlıq Qarabağ respublikasının müdafiə ordusu” adlandırılan qanunsuz silahlı birləşmədə “komandanın birinci müavini” olmuş, çoxsaylı terror aktlarına, silahlı hücumlara rəhbərlik etməsinə və digər cinayət əməllərinə əsaslı şübhələr olan Manukyan David Azatinin şəxsən idarə etdiyi nəqliyyat vasitəsində Qarabağdan qaçarkən Laçın rayonu ərazisində tutulub Bakıya gətirilərək istintaqa cəlb edilib.

    Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə ona Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ilkin ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib.

    Məlum olduğu kimi, BBC və digər xarici media qurumları bir müddət əvvəl Ruben Vardanyanın müxtəlif ölkələrdə çirkli pulların yuyulması mexanizmləri ilə bağlı və digər əməllərini ifşa edən geniş araşdırma materialları ilə çıxış etmiş, beynəlxalq təşkilatların bu barədə hesabatlarını yaymışdılar.

  • Ərdoğan: TUSAŞ-ın obyektində baş verən terrorda 4 nəfər ölüb, 14 nəfər yaralanıb – YENİLƏNİB – 4

    Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 4 nəfərin öldüyünü, 14 nəfərin yaralandığını deyib.

    “Report”un məlumatına görə, Türkiyə lideri bunu Kazanda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

  • МИД России: Главная задача – найти решения, которые устроят и Баку, и Ереван

    Разблокирование экономических и транспортных коммуникаций на Южном Кавказе возможно только при участии России.

    Как передает Median.Az, об этом заявила официальный представитель МИД России Мария Захарова на брифинге, отвечая на вопрос News.ru.
    По ее словам, главная задача профильной рабочей комиссии на уровне вице-премьеров – найти решения, которые устроят и Баку, и Ереван.
    “Главная задача комиссии – найти взаимоприемлемые результаты и решения, которые устраивали бы и Баку, и Ереван. Мы активно работали все это время в этом направлении.

    Готовы и впредь оказывать партнерам всестороннее содействие. От разблокирования коммуникаций выиграет весь регион. При этом открытие экономических и транспортных коридоров на Южном Кавказе возможно только с участием России. Работаем в этом направлении”, – заключила Захарова.

    Так Захарова прокомментировала недавнее заявление вице-премьера Армении Мгера Григоряна о том, что трехсторонняя комиссия Азербайджана, Армении и РФ по разблокированию региональных коммуникаций не продолжает заседаний.

  • Rusiya XİN: Əsas vəzifə həm Bakı, həm də İrəvanı qane edəcək həllər tapmaqdır

    “Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası yalnız Rusiyanın iştirakı ilə mümkündür”.

    Median.Az-ın məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova News.ru-nun sualını cavablandırarkən brifinqdə bildirib.

    Onun sözlərinə görə, baş nazir müavinləri səviyyəsində profil işçi komissiyasının əsas vəzifəsi həm Bakı, həm də İrəvanı qane edəcək həllər tapmaqdır.

    “Komissiyanın əsas vəzifəsi həm Bakı, həm də İrəvanı qane edəcək qarşılıqlı məqbul nəticələr və həllər tapmaqdır. Biz bütün bu müddət ərzində bu istiqamətdə fəal işləmişik. Tərəfdaşlarımıza hərtərəfli dəstək verməyə hazırıq. Kommunikasiyaların bərpasından bütün region faydalanacaq. Eyni zamanda, Cənubi Qafqazda iqtisadi və nəqliyyat dəhlizlərinin açılması yalnız Rusiyanın iştirakı ilə mümkündür. Bu istiqamətdə işləyirik”, – deyə M.Zaxarova bildirib.

  • Gürcülər “Basqalı”nı erməni adına yozdular – ETİRAZ

    “Basqalı” Azərbaycan rəqsi və “Bu qala, daşlı qala” Azərbaycan xalq mahnısının hüquqları Gürcüstanın bəzi televiziya kanalları tərəfindən pozulub.
     
    Median.Az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.
     
    Qeyd olunub ki, ötən il noyabrın 3-də Gürcüstanın 1TV.GE telekanalında yayımlanmış “Natalia & Datuna” şou proqramında Azərbaycan Respublikasının xalq artisti Aftandil İsrafilovun müəllifi və ifaçısı olduğu məşhur “Basqalı” rəqsi ilə müşayiət olunan mahnı “Somxuri şalaxo”- “erməni şalaxosu” kompozisiyası kimi təqdim olunub.
     
    Bu il sentyabr ayının 14-də isə Gürcüstanın digər televiziya kanalı İMEDİ-də yayımlanan “Çveni şou” proqramında da “Basqalı” Azərbaycan rəqsinə (musiqisinə) yazılmış və Dodona Namoradzenin ifa etdiyi mahnı yenə “erməni şaloxosu” adı altında təqdim olunub.
     
    Qeyd edilib ki, bu faktlar Gürcüstanın müxtəlif televiziya kanalları vasitəsilə Azərbaycanın mədəni irs nümunələrinə, o cümlədən Azərbaycan musiqisinə münasibətdə növbəti erməni oğurluğunun nümayişi təsəvvürü yaradır və ciddi narahatlıq doğurur:
     
    “Bu ilin 24 may tarixində “Rustavi” telekanalında yayımlanan “Paatas da Nikas şou” proqramında isə “Bu qala, daşlı qala” adlı Azərbaycan xalq mahnısı “Sənə sevgi söz verirəm” adı altında gürcü dilində təqdim olunub. Amma mahnının Azərbaycan xalq mahnısı olduğu qeyd edilməyib. “Bayatı-Şiraz” muğamı əsasında yaradılmış bu mahnı bütün Yaxın Şərqdə məşhurdur və çox geniş yayılıb, hətta Türkiyədə əhalinin əksəriyyəti şənliklərdə bu mahnını çalıb-oxuyur və onu Azərbaycan xalq mahnısı kimi ifa edirlər”.
     
    Vurğulanıb ki, “Rustavi” telekanalında “Bu qala, daşlı qala” adlı Azərbaycan xalq mahnısı “Sənə sevgi söz verirəm” adı altında gürcü dilində təqdim olunarkən Azərbaycanın və Gürcüstanın üzv olduqları ÜƏMT-nin “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının 15-ci maddəsinin 4-cü hissəsinin tələbləri nəzərə alınmayıb:
     
    “Yuxarıda göstərilən faktlar eyni zamanda ÜƏMT-nın Müəlliflik hüququna dair Müqaviləsinin, habelə “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında əqli mülkiyyətin qorunması sahəsində əməkdaşlıq haqqında Saziş”in tələblərinin də pozulması deməkdir”.
     
    Əqli Mülkiyyət Agentliyi yuxarıda göstərilənlərlə əlaqədar Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzi SAKPATENTİ-nin rəhbərliyinə məktub göndərib.
     
    “Məktubda Gürcüstanın 1TV.CE, İMEDİ və “Rustavi” telekanallarında Azərbaycana məxsus olan “Basqalı” rəqsinin “Somxuri şalaxo” – “erməni şalaxosu” kimi təqdim edilməsinin və “Bu qala, daşlı qala” adlı Azərbaycan xalq mahnısından istifadə olunarkən onun mənbəyinin və mənsub olduğu xalqın adının göstərilməməsinin səbəblərinin araşdırılaraq müvafiq tədbirlərin görülməsi, bu barədə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə məlumat verilməsi və bir daha belə halların təkrarlanmaması üçün məsələnin daim nəzarətdə saxlanılması xahiş edilib. Həmçinin bildiririk ki, hüquq pozuntularını təsdiq edən müvafiq materiallar da SAKPATENTİ-yə təqdim edilib”, – deyə məlumatda qeyd edilib.//sfera.az

  • Müdafiə Nazirliyi işə qəbulla bağlı məlumat yaydı

    Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə sürücü vəzifələrində xidmət etmək (işləmək) üçün C, D və E kateqoriyalı sürücülər tələb olunur.
     
    Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, 50 yaşınadək olan mülki şəxslər, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (uyğunsuzluqla ehtiyata buraxılanlar istisna omaqla), həmçinin ehtiyatda olan hərbi vəzifəlilər Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə müraciət edə bilərlər.
     
    Tələb olunan sənədlər:
     
    – C, D və ya E kateqoriyalı sürücülük vəsiqəsi;
    – şəxsiyyət vəsiqəsinin surəti;
    – hərbi biletin surəti;
    – tərcümeyi-hal;
    – rəngli fotoşəkil (2 ədəd 3×4 və 2 ədəd 4.5×6 sm ölçüdə);
    – qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji xəstəliklərin olmaması barədə) arayış.
     
    Sənəd qəbulunun həyata keçiriləcəyi ünvan: Biləcəri qəsəbəsi, X.Natəvani küçəsi 1. (Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsi)
    Müraciət etmə vaxtı: həftəiçi (bazar və bayram günlərindən başqa) saat 09:00-dan 18:00-dək, şənbə günləri saat 09:00-dan 13:00-dəkdir.

  • Lukaşenko prezidentliyə namizədliyini açıqladı

    Belarus Prezidenti Aleksandr Lukaşenko 2025-ci il yanvarın 26-da keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb.

    Median.Az xəbər verir ki, bunu Kazanda Aleksandr Lukaşenkodan müsahibə götürən rusiyalı jurnalist Olqa Skabayeva deyib.

    “Lukaşenko yeni müddətə namizəd olmaq qərarına gəlib”, – Skabayeva bildirib.

    Skabayeva deyib ki, Lukaşenkodan yanvarda keçirilən prezident seçkilərində namizəd olub-olmayacağını soruşub.

    “Bəli Olya, prezident seçkisinə gedəcəyəm”, – Lukaşenko bildirib.

  • Azərbaycanda il ərzində uşaqlara ən çox qoyulan adlar (SİYAHI)

    Bu ilin ötən dövrü ərzində (yanvarın 1-dən indiyədək) Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası müəyyənləşib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, bu il doğulan oğlan uşaqlarına ən çox Uğur, qızlara isə Zəhra adı verilib.

    Belə ki, bu adlar sözügedən müddətdə müvafiq olaraq 1 488 oğlana və 1 044 qıza qoyulub.

    Bundan başqa, 1 160 uşağa Əli, 1004-nə Yusif, 1 146 uşağa Hüseyn, 1 033 uşağa Zeynəb, 1 031 uşağa Məryəm, 951-nə Aylin, 777-nə Fatimə, 731-nə isə Mələk adı qoyulub.