Month: November 2024

  • Hikmət Hacıyev: “İlham Əliyev Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi”

    “Azərbaycan Respublikası Ermənistan-Azərbaycan münaqişəsinin başa çatması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam şəkildə təmin olunmasından sonra qlobal gündəlikdə duran məsələlərin və qlobal problemlərin həllinə öz töhfəsini vermək baxımından daha genişmiqyaslı və qlobal xarakterli xarici siyasət həyata keçirir. COP29 da bu xüsusda olan tədbirlərdən biridir”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29 çərçivəsində noyabrın 16-da Azərbaycan Televiziyasına açıqlamasında deyib.

    Hikmət Hacıyev bildirib ki, Azərbaycan Respublikası ilk növbədə, inklüziv, ədalətli və tam şəffaf şəkildə nəticəyönümlü danışıqlara və COP-un gündəliyində duran, COP29-un mahiyyətini təşkil edən iqlim maliyyələşməsi ilə əlaqədar mövzulara yaxından töhfə verəcəyini COP-un sədrliyini üzərinə götürdüyü andan etibarən açıq şəkildə bəyan edib:

    “Prezident İlham Əliyev bu prosesdə Azərbaycanın mövqeyini və bütövlükdə iqlim diplomatiyası ilə əlaqədar ölkəmizin baxışını çıxışında açıq şəkildə ifadə etdi. Dövlətimizin başçısının çıxışı dünya mediası, COP-da iştirak edən çoxsaylı ekspertlər və xarici ölkələrin nümayəndələri tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

    Prezident İlham Əliyev tərəfindən digər məsələlərdə olduğu kimi, bu məsələdə də beynəlxalq ictimaiyyətlə açıq və səmimi dialoq həyata keçirildi ki, biz yaşıl transformasiya barəsində yalnız ümumi sözlərlə danışmaqla iqlim problemini qlobal miqyasda həll etmiş olmuruq. Dünyada əsas çirkləndirici faktorlar, ölkələr var. COP-u keçirən ölkələrə münasibətdə aparılan feyk xəbər və propaqanda xarakterli çirkin kampaniyaları, tendensiyaları kənara qoyaraq, əsas çirkləndirici faktorların miqyası və ölkələrin tutduqları rol barədə açıq və səmimi danışmaq lazımdır. Ona görə də Azərbaycan Prezidentinin tezisləri aparılan müzakirələrdə ana xətti müəyyən edən istiqamətlərdən biridir və bu, dünyanın mütləq əksəriyyətinin fikirləri ilə üst-üstə düşməklə yanaşı, xüsusilə inkişaf etməkdə olan ölkələrin baxışlarını əks etdirir”.

    “Bir faktı nəzərə almaq lazımdır ki, Prezidentin tezisləri Paris Razılaşmalarının mahiyyətinə və fəlsəfəsinə tamamilə uyğundur. Paris Razılaşmaları əldə edilən zaman ana konsepsiya o qoyulmuşdu ki, burada dövlətlərin ümumi, lakin fərqləndirici məsuliyyətləri var. Bu o deməkdir ki, sənaye inqilabından başlayaraq, dünyada karbon emissiyalarının artmasında məhz inkişaf etmiş ölkələrin xüsusi məsuliyyəti var. Ona görə də dünyanın bugünkü maliyyə hədəflərinin müəyyən edilməsində və onun müqabilində töhfələrin verilməsində inkişaf etmiş ölkələrdən böyük gözləntiləri var”, – deyə Prezidentin köməkçisi xüsusi vurğulayıb.

  • Elmi direktor: “Norveç iqlim dəyişikliyi ilə mübarizədə o qədər də yaxşı deyil”

    “Norveç iqlim dəyişikliyinin yaratdığı fəlakətlərdən əziyyət çəkir”.

    Bu sözləri açıqlamasında Milli Okeanoqrafiya Mərkəzinin (REV Ocean) elmi direktoru Aleks Rocers deyib.

    O bildirib ki, danışıqlar prosesində okeanlarla bağlı mövzular da müzakirə edilməlidir:

    “COP29-da yeni iştirak edirəm. Təşkilatçılıq çox yaxşıdır. Biz BMT-nin danışıqlar prosesində okeanlarla bağlı mövzuların da müzakirə predmeti olmasını istəyirik”.

    Aleks Rocers qeyd edib ki, Norveç iqlim dəyişikliyinin yaratdığı fəlakətlərlə mübarizədə o qədər də yaxşı deyil:

    “Norveç iqlim dəyişikliyi səbəbindən daşqınlar, dəniz səviyyəsinin qalxması, qeyri-sabit hava şəraitinin olması və s. bir çox problemlərdən əziyyət çəkir. Bu problemlərin yaratdığı fəlakətlərlə özümüz məşğul oluruq. Ölkə bu fəlakətlərlə mübarizədə o qədər də yaxşı deyil. Karbon emissiyalarının azaldılması, bərpa olunan enerjinin daha da təkmilləşdirilməsi yolunda işlərin görülməsi yaxşı olar. Məhz bundan sonra iqlim dəyişikliyinə rəvac verən səbəbləri aradan götürmək mümkün olacaq”.

  • Dubayda başlayıb Bakıda bitən yarımmilyonluq dələduzluq

    Azərbaycanda orta məktəblərdən birinin xanım psixoloqu Küveyt vətəndaşına qarşı dələduzluq edib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 36 yaşlı Aytəkin Səmədova (ad və soyad şərti) “Snapchat”da tanış olduğu küveytli Abdullah Almatroukanın etibarından sui-istifadə edib.

    Əcnəbi vətəndaş dostu ilə birgə yeni biznes qurmaq məqsədilə Bakıya gəlib. Bu müddətdə Aytəkinlə münasibəti yaranan Abdullah onunla paytaxtın fərqli məkanlarında bir neçə dəfə görüşüb. O, ölkəsinə qayıtdıqdan sonra da qadınla əlaqəni kəsməyib. Hətta onu Dubaya dəvət edib, cütlük şəhərin bahalı məkanlarında istirahət edib. Elə cinayətin təməli də bu istirahət ərəfəsində qoyulub.


    Əcnəbi söhbət əsnasında Azərbaycanda gəlir gətirəcək bir iş görmək istədiyini deyib. Aytəkin onu inandırıb ki, Bakıda gəlir qazanmağın ən yaxşı yollarından biri mənzil alıb əcnəbi qonaqlara kirayə verməkdir. Əcnəbi vətəndaşların Azərbaycanda mənzil ala bilməməsini yalandan əsas gətirib. Təklif edib ki, mənzil onun adına alınsın, Abdullah bununla razılaşıb. Aytəkin Bakıya qayıtdıqdan sonra işə başlaması üçün ona 497 min 478 manat pul göndərilib. Qadın həmin pulun 382 min manatına mənzil alıb, qalanını isə şəxsi mənafeyinə sərf edib.

    Abdullah məhkəmədə deyib ki, Aytəkin mənzilə sahibləndikdən sonra onunla münasibətləri soyudub. Bu hal da onda şübhələr yaradıb. Bundan sonra ilk işi Bakıda vəkil bürolarından biri ilə əlaqə yaratmaq olub. Hüquqşünasdan əcnəbilərin Azərbaycanda mənzil alması üçün hər hansı ciddi qadağa olmadığını öyrəndikdən sonra aldadıldığını dərk edib. Onun şikayəti əsasında Aytəkin cinayət məsuliyyətinə cəlb edilib. İbtidai və məhkəmə istintaqı gedişində onun həbsinə zərurət görülməyib, proseslərə evindən gəlib-gedib.

    Xanım müttəhim məhkəmədə özünü təqsirli bilməyib. Deyib ki, Abdullahla evlənmək məqsədilə münasibət yaradıb. Sözügedən mənzil də məhz birlikdə yaşamaları üçün alınıb. Münasibətləri pozulduqdan sonra mənzili satıb. O, son olaraq mənzilin ona dəymiş maddi və mənəvi ziyanın əvəzi olduğunu deyərək məhkəmədən bəraət istəyib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə verilmiş ittihamın əsaslı olduğu sübut edilib. Şəlalə Həsənovanın sədrlik etdiyi hakimlər xanım müttəhimin həqiqətən də əcnəbi vətəndaşa qarşı dələduzluq etdiyi qənaətinə gəliblər.

    Hökmə əsasən, Aytəkin 6 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib.

  • Завтра в Азербайджане будут работать банки и отделения “Азерпочт”

    Завтра в Азербайджане будут работать банки, отделения ООО “Азерпочт”, а также пункты обмена валюты.

    Об этом сообщает Median.Az со ссылкой на Центральный банк Азербайджана.

    Согласно информации, в целях обеспечения постоянного доступа к финансовым услугам участников COP29 в центре Баку и ряде регионов будут работать 84 пункта обслуживания 18 банков (включая 9 пунктов обслуживания пяти банков в круглосуточном режиме), а также 68 отделений ООО “Азерпочт”, а также пункты обмена валюты, имеющие соответствующие лицензии.

    Информация о графике работы финансовых учреждений, которые будут работать 17 ноября, доступна по следующим ссылкам:


    https://uploads.cbar.az/press-releases/c00847ed221cddde6a2b250ff.pdf

    https://uploads.cbar.az/press-releases/d23208f97a7d7c11ceb58f765.pdf
    https://uploads.cbar.az/press-releases/829297ac8cc83359878574d4e.pdf

  • Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək

    COP29 konfransının gündəliyinə əsasən 17 noyabr istirahət günündə tədbir iştirakçılarının zəruri maliyyə xidmətlərinə çıxışının təmin edilməsi məqsədilə Bakının mərkəzində və bir sıra regionlarda 18 bankın 84 xidmət nöqtəsi (o cümlədən, 5 bank üzrə 9 xidmət nöqtəsi 24 saat rejimində olmaqla), eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin 68 şöbəsi, eləcə də valyuta mübadiləsinə lisenziya almış valyuta mübadiləsi məntəqələri müştərilərə xidmət göstərəcək.

    Median.Az
    xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

    Həmçinin qeyd olunan tarixdə AMB-nin Mərkəzi Bankın 966 Qaynar xətti vətəndaşlara 09:00 – 17:00 saatları (13:00 – 14:00 fasilə) ərzində xidmət göstərməyə davam edəcək.

    17 noyabr tarixində xidmət göstərəcək maliyyə institutlarının iş qrafiki ilə bağlı məlumatı aşağıdakı keçidlərdən əldə etmək mümkündür:

    https://uploads.cbar.az/press-releases/c00847ed221cddde6a2b250ff.pdf
    https://uploads.cbar.az/press-releases/d23208f97a7d7c11ceb58f765.pdf
    https://uploads.cbar.az/press-releases/829297ac8cc83359878574d4e.pdf

  • İşa Xeyriyyə Fondunun təsisçisi Sadhquru Prezident İlham Əliyevə məktub ünvanlayıb

    İşa Xeyriyyə Fondunun təsisçisi Sadhquru Prezident İlham Əliyevə məktub ünvanlayıb.

    APA xəbər verir ki, məktubda qeyd edilib:

    “Möhtərəm cənab Prezident İlham Əliyev.

    Yenidən gözəl Azərbaycana və gözəl Bakı şəhərinə gəlmək mənim üçün böyük şərəfdir. İkinci səfərim zamanı mənə göstərdiyiniz sevgi və səmimiyyətə görə minnətdaram.

    Azərbaycan COP-un ən mühüm sammitlərindən birinə ev sahibliyi edir. Planetimizin torpaqlarının qlobal səviyyədə dəhşətli çirklənməsinə səbəb olan böhranla üz-üzə olduğu bir dövrdə yaşıl dünya naminə həmrəylik böyük əhəmiyyət daşıyır və aktualdır. Torpaqların sağlamlaşdırılmasının təcili diqqətə ehtiyacı olduğuna dair dünya dövlətləri arasında geniş konsensusu nəzərə alaraq Azərbaycanın bu gün torpağın sağlamlaşdırılması və münbitliyinin bərpası istiqamətində regionda liderlik etmək, torpağın qida, su təhlükəsizliyinə və biomüxtəlifliyə, iqtisadiyyata və ekologiyaya təsirini nümayiş etdirmək imkanı var.

    “Save Soil” hərəkatı inkişaf edən və zəngin nemətlərə malik planetin bərpasına dərindən sadiqliyini bildirir. Biz daha yaşıl və daha sağlam planetə kollektiv baxışımızı nümayiş etdirmək məqsədilə ölkənizin torpağın yenidən sağlamlaşdırılmasında bütün Mərkəzi Asiya regionunda lider rolunu oynaması üçün hər cür lazımi dəstəyi təklif edəcəyik.

    Bu möhtəşəm tədbirə ev sahibliyi etdiyinizə, o cümlədən səmimi və yüksək səviyyəli qonaqpərvərliyə görə Sizi və Azərbaycan xalqını təbrik edir, minnətdarlığımızı bildiririk”.

  • Президент “Барселоны”: Рад быть в Азербайджане

    Рад быть в Азербайджане.

    Как сообщает Report, об этом журналистам в аэропорту заявил президент испанского клуба “Барселона” Жоан Лапорта, прибывший в Баку для участия в 29-й сессии Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP29).

    Он поблагодарил за приглашение.

    “Я приехал в Баку на саммит. Рад быть в вашей стране. Благодарю Азербайджан”, – сказал Лапорта.

  • “Barselona”nın prezidenti: “Azərbaycanda olmaqdan məmnunam”

    “Ölkənizdə olmaqdan məmnunam”.

    “Report” xəbər verir ki, bunu hava limanında jurnalistlərə açıqlamasında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə Bakıya gələn İspaniyanın “Barselona” klubunun prezidenti Xuan Laporta deyib.

    O, dəvətə görə Azərbaycana təşəkkür edib:

    “Mən Bakıya sammitə görə gəlmişəm. Ölkənizdə olmaqdan məmnunam. Azərbaycana təşəkkür edirəm”.

  • Замминистра: Утверждена правовая деятельность “Группы друзей”

    По итогам состоявшейся 15 ноября в рамках COP29 второй встречи высокого уровня министров культуры по климатической деятельности, основанной на культуре, было принято решение о создании инициативы “Культура для изменения климата”.

    Об этом oxu.az заявил заместитель министра культуры Фарид Джафаров.

    Он сообщил, что по итогам встречи были приняты два решения.

    “Одно из них – запуск инициативы “Группа друзей”, другое – создание платформы “Культура для изменения климата”. На предыдущей COP не было правовой деятельности “Группы друзей”. Теперь правовые рамки для широкой деятельности этой инициативной группы утверждены. Свою поддержку “Группе друзей” также выразили авторитетные международные организации”, – отметил Ф.Джафаров.

  • Nazir müavini: “Dostlar Qrupu”nun hüquqi fəaliyyəti TƏSDİQLƏNDİ

    “COP29 çərçivəsində noyabrın 15-də keçirilən mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə mədəniyyət nazirlərinin 2-ci yüksəksəviyyəli görüşünün yekunlarına əsasən, “İqlim dəyişikliyi üçün mədəniyyət” təşəbbüsünün təsis olunması barədə qərar qəbul edilib”.

    Bu fikirləri oxu.az-a açıqlamasında mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.

    O bildirib ki, COP29 çərçivəsində noyabrın 15-də keçirilən mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə mədəniyyət nazirlərinin 2-ci yüksəksəviyyəli görüşünün yekunlarına uyğun olaraq, iki qərar qəbul edilib:

    “Bunlardan biri “Dostlar Qrupu” təşəbbüsünə başlanılması, digəri isə “İqlim dəyişikliyi üçün mədəniyyət” platformasının yaradılmasıdır. Əvvəlki COP-da “Dostlar Qrupu”nun hüquqi fəaliyyəti yox idi. Artıq bu təşəbbüs qrupunun geniş fəaliyyəti üçün hüquqi çərçivə təsdiq olunub. Nüfuzlu beynəlxalq təşkilatlar da “Dostar Qrupu”na öz dəstəklərini ifadə etdilər”.