Month: November 2024

  • BDU-nun dosenti VƏFAT ETDİ – FOTO

    Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin Tətbiqi riyaziyyat kafedrasının dosenti Feyruz Həsənov vəfat edib.

    Bu barədə BDU-nun Mətbuat Xidməti məlumat yayıb.

    Feyruz Həsənov 1946-cı il aprelin 10-da Şamaxıda anadan olub. 1964-1969-cu illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. 1969-cu ildən AMEA-nın Kibernetika İnstitutunda əmək fəaliyyətinə başlayan Feyruz Həsənov Riyaziyyat və Mexanika İnstitutunda, BDU-nun Hesablama mərkəzində, Universitetin nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda müxtəlif vəzifələrdə çalışıb. 1997-ci ildən Fizika fakültəsinin Riyaziyyat kafedrasında baş müəllim işləyib. 2006-cı ildən Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin Tətbiqi riyaziyyat kafedrasının dosenti idi.

    Feyruz Həsənovun əsas tədqiqat sahəsi təbiət elmlərinin riyazi modellərinin diferensial və inteqral tənlikləri olub. O, 18 elmi məqalənin və bir dərs vəsaitinin müəllifi idi.

  • Среднемесячная заработная плата в Азербайджане выросла на 8%

    Среднемесячная номинальная заработная плата наемных работников в экономике Азербайджана в январе-сентябре этого года увеличилась на 8% по сравнению с аналогичным периодом прошлого года и составила 993 маната.

    Как сообщает Median.Az со ссылкой на Госкомстат, самая высокая среднемесячная номинальная заработная плата зафиксирована в горнодобывающей промышленности, финансовой и страховой деятельности, профессиональной, научно-технической деятельности, информации и связи, а также в транспорте и складском хозяйстве.

    На 1 октября численность наемных работников в экономике страны составляла 1 768 300 человек, из них 880 300 работали в государственном секторе экономики, а 888 000 – в негосударственном.

  • Azərbaycanda orta aylıq əməkhaqqı artıb

    Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 8% artaraq 993 manat təşkil edib.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

    Oktyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 768.3 min nəfər olub, onlardan 880.3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 888 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Muzdla işləyənlərin 18.8 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18.2%-i təhsil, 12.8%-i sənaye, 8.5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.9%-i tikinti, 6.4%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.3%-i nəqliyyat və anbar təsərrüfatı, 3.8%-i peşə, elmi və texniki fəaliyyət, 3.3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.2%-i maliyyə və sığorta fəaliyyəti, 14.8%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

  • Ruslar Ermənistana getməkdən imtina edir

    Bu il Rusiyadan Ermənistana gələn turistlərin sayında azalma müşahidə edilib.

    Median.Az xəbər verir ki, bu barədə mətbuata müsahibəsində Ermənistan Turizm Komitəsinin rəhbəri Lusine Gevorkyan danışıb.

    O, azalmanın bir sıra obyektiv və subyektiv səbəblərini açıqlayıb. Belə ki, azalma daxili siyasi vəziyyət və turistlər üçün mənzil qiymətlərinin əsassız olaraq şişirdilməsi ilə bağlıdır.

    Bundan əvvəl Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan parlamentdə məlumat vermişdi ki, son 9 ayda rusiyalı turist axını 7% azalıb.

    Gevorkyan qeyd edib ki, azalmanın obyektiv səbəblərindən biri İrəvanda və digər şəhərlərdə itaətsizlik aktlarına səbəb olan daxili siyasi hadisələrdir.

  • Умер режиссёр Александр Панкратов

    Умер советский и российский кинорежиссер, сценарист Александр Панкратов.

    Как передает Median.Az, об этом сообщил Союз кинематографистов России на своем сайте.

    “На 79-ом году жизни не стало нашего друга и коллеги – члена Союза кинематографистов России, заслуженного деятеля искусств России, режиссера игрового кино, кинооператора Александра Андреевича Панкратова”, – говорится в информации.

    Причины смерти не раскрываются.

    Панкратов в 1968 году окончил операторский факультет ВГИКа (мастерская Леонида Косматова), до 1974 работал оператором документальных телефильмов. В 1979 стал режиссером “Мосфильма”. Среди его работ “Портрет жены художника”, “Проделки в старинном духе”, “Прощай, шпана замоскворецкая…”, “Путешествие автостопом”.

  • Rusiyanın məşhur rejissoru vəfat etdi

    Məşhur rusiyalı kinorejissor, ssenarist Aleksandr Pankratov vəfat edib.

    Median.Az-ın xəbərinə görə, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqı öz saytında məlumat verib.

    “Dostumuz və həmkarımız, Rusiya Kinematoqrafçılar İttifaqının üzvü, Rusiyanın Əməkdar artisti, bədii film rejissoru, kino operatoru Aleksandr Andreyeviç Pankratov 79 yaşında dünyasını dəyişib”, – deyə məlumatda bildirilib.

    Ölümün səbəbləri açıqlanmayıb.

    Qeyd edək ki, Pankratov 1968-ci ildə S.A.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin Operatorluq fakültəsini bitirib. 1974-cü ilə qədər sənədli televiziya filmlərində operator işləyib. 1979-cu ildə “Mosfilm”in rejissoru olub. Onun işləri arasında “Rəssamın arvadının portreti”, “Köhnə ruhda hiylələr”, “Avtostopla səyahət” və s. yer alır.

  • Azərbaycan etibarlı tərəfdaş kimi dünyanın diqqət mərkəzində

    Dünyanın gözü Bakıdadır. Bu gün Azərbaycan etibarlı tərəfdaş kimi tanınır. Dünyanın 196 ölkəsindən 72 min iştirakçının qatıldığı konfransda dövlət başçıları, o cümlədən 80 prezident, vitse-prezident və baş nazirin iştirakı bunu deməyə əsas verir. Beynəlxalq tədbirlər arasında əhəmiyyətli bir yer tutan COP29-un (BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının 29-cu Konfransı) paytaxtımızda keçirilməsi ölkəmizin dünyadakı nüfuzunu daha da yüksəldir. Bu tədbir ölkəmizin beynəlxalq əlaqələrini gücləndirməklə yanaşı, Bakının qlobal iqlim diplomatiyasının əsas mərkəzlərindən birinə çevrilməsinə yol açır.

    COP29 Azərbaycanın təkcə beynəlxalq nüfuzunu artırmadı, həm də dayanıqlı iqtisadi inkişaf üçün yeni imkanlar açdı. Ölkəmiz iqlim siyasətinin əsas oyunçularından biri kimi qəbul edilir. Azərbaycanın qlobal səviyyədəki uğurlarını kölgədə qoymağa çalışan bəzi dairələr tərəfindən tənqidlər səslənməsinə baxmayaraq bu tənqidlər beynəlxalq ictimaiyyət tərəfindən rədd edilərək Azərbaycanın iqlim siyasətindəki əhəmiyyətli rolunu təsdiqlədi. Diplomatik səylər və beynəlxalq əlaqələr vasitəsilə Azərbaycanın tədbir zamanı mövqeyi gücləndirilib.

    COP29 zamanı iqlim maliyyəsi üzrə əldə edilən razılaşmalar qlobal səviyyədə dayanıqlı inkişaf üçün yeni üfüqlər açıb. Dünya Bankı 170 milyard dollarlıq maliyyə öhdəliyini elan edərkən, Avropa İttifaqı və digər beynəlxalq maliyyə qurumları da inkişaf etməkdə olan ölkələr üçün iqlim fondlarına əlavə vəsait ayırmağı öhdələrinə götürüblər. Bu fondlar təmiz enerji texnologiyalarının tətbiqi, karbon emissiyalarının azaldılması və ekoloji layihələrin həyata keçirilməsində əhəmiyyətli rol oynayacaq. Azərbaycan da bu tədbir çərçivəsində beynəlxalq maliyyə qurumları ilə əlaqələrini gücləndirərək, qlobal iqlim siyasətində önəmli bir lider mövqeyə yüksəlib.

    COP29 Azərbaycanın daxili inkişaf strategiyasına da əhəmiyyətli təsir göstərib. Azərbaycanın dayanıqlı enerji siyasəti həm daxili tələbatı ödəmək, həm də qlobal miqyasda nümunəvi bir ölkə kimi çıxış etmək üçün yeni imkanlar yaradır. Təmiz enerji layihələrinin genişləndirilməsi, yaşıl texnologiyaların tətbiqi və karbon emissiyalarının azaldılması üzrə yeni təşəbbüslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artıracaq.

    COP29 həmçinin Azərbaycanın beynəlxalq siyasətdə liderlik ambisiyalarını həyata keçirdiyi mühüm bir platformaya çevrilib. Tədbir zamanı əldə edilən razılaşmalar, iqlim maliyyəsi üzrə yeni təşəbbüslər və dünya liderlərinin Bakıya yönələn diqqəti ölkəmizin qlobal səhnədəki mövqeyini daha da möhkəmləndirib. Beləliklə, Bakı təkcə regional deyil, qlobal səviyyədə də əhəmiyyətli diplomatik və ekoloji qərarların qəbul olunduğu bir mərkəz kimi tanınıb. Bu proses Azərbaycanın beynəlxalq arenadakı strateji əhəmiyyətini artıraraq, davamlı liderlik mövqeyini gücləndirəcək.

    COP29 Azərbaycan üçün təkcə qlobal nüfuz baxımından deyil, həm də daxili inkişaf üçün strateji əhəmiyyətə malikdir. Təmiz enerji sahəsində yeni layihələr, ekoloji baxımdan dayanıqlı iqtisadiyyatın qurulması və beynəlxalq tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi ölkəmizin inkişaf strategiyasının əsas prioritetləri olaraq önə çıxır. Bu təşəbbüslər Azərbaycanın daxili inkişafını sürətləndirməklə yanaşı, dayanıqlı gələcək üçün yeni perspektivlər də açır.

    COP29 zamanı Azərbaycanın göstərdiyi yüksək səviyyəli təşkilatçılıq dünya liderləri tərəfindən təqdir edilib. Tədbirin təhlükəsizlik tədbirləri və qonaqların rahatlığı üçün yaradılmış şərait, Bakı şəhərinin müasir infrastrukturunun təqdimatı, iştirakçılar arasında böyük rəğbət doğurub. Konfrans çərçivəsində Azərbaycanın ekoloji layihələri, dayanıqlı enerji siyasəti və yaşıl texnologiyalara verdiyi önəm geniş müzakirə olunub və yüksək qiymətləndirilib.

  • SSRİ-nin “ilk gözəli” vəfat etdi – FOTO

    Məşhur rusiyalı aktrisa Svetlana Svetliçnaya vəfat edib.

    Median.Az xəbər verir ki, bu barədə kino tənqidçisi Susanna Alperina özünün sosial şəbəkə hesabında məlumat yayıb.

    “Svetlana Svetliçnaya həyatdan getdi. Mənə Slava Şmırov (kino tənqidçisi – red.) yazdı. SSRİ-nin ilk gözəli. “Mən günahkar deyiləml! O, özü gəldi!” frazası onu bütün həyatı boyu təqib etdi. İndi deyərdilər ki, memə çevrildi”, – deyə o, paylaşımında yazıb.


    Qeyd edək ki, Svetliçnayanın filmoqrafiyasına onlarla film daxildir ki, onlardan ən məşhur olanlar “Brilyant əl”, “Baharın on yeddi anı”, “Görüş yerini dəyişmək olmaz”, “İlahə: Mən necə sevdim” və s.-dir.

  • Umayra Tağıyeva: İqlim məlumatları ilə bağlı erkən xəbərdarlıq sistemləri inkişaf etdirilməlidir

    İqlim məlumatının və təhlükəli erkən xəbərdarlıq sistemlərinin uğurlu yaradılması təkcə hökumətlərdən asılı deyil.

    “Report”un məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29 çərçivəsində keçirilən “Dayanıqlılığın artırılması üçün iqlim məlumatının və Təhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsi” üzrə yüksəksəviyyəli tədbirdə çıxışı zamanı deyib.

    O qeyd edib ki, bu məsələ həm də yerli icmalar, milli, regional, çoxtərəfli və beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlar daxil olmaqla, maraqlı tərəflərin, vətəndaş cəmiyyəti və digər müvafiq aktorların fəal və davamlı cəlb edilməsindən, habelə biliyin səmərəli idarə edilməsindən asılıdır.

    Nazir müavini bildirib ki, dünya artıq orta temperaturun, fəsillərin dəyişməsini, ekstremal hava hadisələrinin artan tezliyini və yavaş başlayan hadisələri yaşayır:

    “Ölkələr və icmalar uyğunlaşma həlləri kimi erkən xəbərdarlıq sistemlərini inkişaf etdirməli və iqlim dəyişikliyinin cari və gələcək təsirlərinə cavab vermək üçün tədbirlər həyata keçirməlidir. Erkən xəbərdarlıq sistemləri prosesləri ən yaxşı mövcud elm və texnologiyalara əsaslanmalı və onları rəhbər tutmalıdır. Paris Sazişinə əsasən, Adaptasiya üzrə Qlobal Məqsəd müəyyən edilib”.

    U.Tağıyeva vurğulayıb ki, ikiillik iş proqramının başa çatmasından sonra, COP28-də tərəflər BƏƏ Konsensusunun bir hissəsi olaraq Qlobal İqlim Dayanıqlığı üzrə BƏƏ Çərçivəsini qəbul etdilər:

    “Həmin çərçivə iqlimə uyğunlaşma və dayanıqlıq üçün bir sıra hədəfləri ehtiva edir və erkən xəbərdarlıq sistemləri kimi uyğunlaşma tədbirlərinin daha çox həyata keçirilməsi üçün platforma təmin edir”.

  • BMT eksperti: “Buzlaqların əriməsi səbəbindən qlobal fəlakətə yaxınlaşırıq”

    “Bütün dünyada dağlıq ölkələr yüksək dağlıq ərazilərdə buzlaqların və qarın qorunmasına böyük ehtiyac duyurlar. Bu, dağlardan başlayan çayların aşağı axarında yaşayan əhalinin su ehtiyatlarının və yaşayış vasitələrinin qorunması üçün vacibdir”.

    Bu barədə oxu.az-a şərhində BMT-nin Buzlaqların Qorunması Beynəlxalq İli üzrə Məsləhət Qrupunun həmsədri, Saskaçevan Universitetinin (Kanada) professoru Con Pomeroy bildirib.

    Ekspert vurğulayıb ki, buzlaqların xilas edilməsi üçün qlobal istiləşmə 1.5°C-dən çox olmamalıdır.

    “Biz artıq bunun içindən keçirik, ona görə də indi çox tələsməliyik”, – deyə alim bildirib.

    Onun sözlərinə görə, dünya buzlaqların əriməsi və qar örtüyünün azalması ilə bağlı qlobal fəlakətə yaxınlaşır.

    Professor Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) bu problemin daha geniş işıqlandırılacağını və BMT-də gələcək daha səmərəli müzakirələr üçün zəmin yaradacağına ümidini ifadə edib.

    “Kanada da Azərbaycan kimi qlobal istiləşmənin ciddi nəticələri ilə üzləşir. Buzlaqlar əriyir, qar örtüyü azalır, daimi donuşluq yox olur, çay və göl buzları həmişəkindən tez əriyir. Bu, quraqlığa, su ehtiyatlarının azalmasına, hidroelektrik enerjisi istehsalının azalmasına və xüsusilə daimi donun əriməsinin landşaftın dağılmasına səbəb olduğu Kanadanın şimal bölgələrində ekosistemlərin məhvinə gətirib çıxarır”, – deyə o bildirib.

    Professor Kanadanın karbon vergisinin tətbiqi və emissiya həcmlərinə məhdudiyyətlər qoyulması da daxil olmaqla istixana qazı emissiyalarının azaldılması üçün fəal tədbirlər gördüyünü vurğulayıb.

    “Lakin Kanada nəinki hidroenerji, həm də neft və qaz hasilatı sahəsində enerji supergücü olduğu üçün bu çox çətin bir tapşırıqdır. Ölkə iqlim dəyişikliyi ilə səmərəli mübarizə aparmaq üçün bu qazıntı yanacaqların hasilatını azaltmalıdır”, – deyə ekspert sözlərini yekunlaşdırıb.