Month: November 2024

  • Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü

    Qubadlı rayonunda fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

    “Report”un məlumatına görə, Qubadlıda təmir-tikinti şirkətlərindən birində çalışan 48 yaşlı Sabir Kərimov hündürlükdən yıxılaraq dünyasını dəyişib.

    Onun meyiti sakini olduğu Biləsuvar rayonuna gətirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • В Баку возобновится движение еще по двум регулярным маршрутным линиям

    С 18 ноября возобновится движение еще по двум регулярным маршрутным линиям.

    Об этом сообщает Median.Az со ссылкой на Агентство наземного транспорта Азербайджана (AYNA).

    Согласно информации, с 18 ноября будет восстановлена схема движения автобусов, курсирующих по маршрутам №4 и 10.

    Функционирование других регулярных маршрутных линий будет восстановлено поэтапно.

    Напомним, ранее AYNA сообщило о возобновлении с 18 ноября движения по регулярным маршрутным линиям №2, 6, 24 и 46.

  • Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ

    Noyabrın 18-dən daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti bərpa ediləcək.

    Median.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Qeyd olunub ki, noyabrın 18-dən başlayaraq 4 və 10 nömrəli xətt üzrə hərəkət edən marşrutların hərəkət sxemləri bərpa ediləcək.

    Mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcək.

    Xatırladaq ki, noyabrın 18-dən həm də 2, 6, 24 və 46 nömrəli müntəzəm şəhərdaxili marşrutların hərəkət sxemlərinin bərpa ediləcəyi ilə bağlı qurum açıqlama vermişdi.

  • В Масаллинском районе повесился 37-летний мужчина

    В селе Хишкедере Масаллинского района произошло самоубийство.

    Как сообщает lent.az, 37-летний местный житель Ясер Асадов повесился в недостроенном помещении во дворе своего дома.

    По данному факту ведется расследование.

  • Masallıda 37 yaşlı kişi özünü asıb

    Masallıda intihar baş verib.

    Lent.az-ın xəbərinə görə, hadisə Hişkədərə kəndində qeydə alınıb.

    Kənd sakini 37 yaşlı Yasər Hafiz oğlu Əsədov özünü yaşadığı evin həyətindəki yarımtikilidə asıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Mikayıl Cabbarov Hezer Evans ilə görüşüb

    Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində ABŞ-nin Beynəlxalq Ticarət Administrasiyasının istehsal üzrə katib köməkçisinin müavini Hezer Evans ilə görüşüb.

    Median.Az xəbər verir ki, Mikayıl Cabbarov bu barədə özünün “X” hesabında bildirib.

    “COP29 çərçivəsində ABŞ-nin Beynəlxalq Ticarət Administrasiyasının istehsal üzrə katib köməkçisinin müavini Hezer Evansla görüşdə Birləşmiş Ştatlarla Azərbaycan arasında genişlənməkdə olan energetika, ticarət və işgüzar əlaqələrin əhəmiyyətini vurğuladıq. “Təmiz enerji” sahəsində irəliləyişlər və dayanıqlı inkişafı dəstəkləyən sənaye strategiyalarının iqlim fəaliyyətinə müsbət təsirləri barədə fikir mübadiləsi apardıq”, – deyə iqtisadiyyat naziri paylaşımında qeyd edib.

  • Fatih Terim: Qurban Qurbanova xüsusi hörmətim var – FOTO

    “Qarabağ” klubuna dəvətə görə təşəkkür edirəm.

    APA-nın xəbərinə görə, bunu COP29 çərçivəsində Futbol Klublarının İqlim naminə Alyansının açılışı tədbirində tanınmış türkiyəli mütəxəssis Fatih Terim bildirib.

    Fatih Terim deyib ki, klubun baş məşqçisi Qurban Qurbanovla söhbət etmək imkanı olub. O, “Qarabağ”ın baş məşqçisinə xüsusi hörməti olduğunu vurğulayıb: “Futbol Klublarının İqlim naminə Alyansına daha çox klubun qatılacağına inanıram. COP29 Bakıda yüksək səviyyədə təşkil olunub. Can Azərbaycana həmişə qardaşcasına gəlmişəm, çox böyük hörmət görmüşəm. Diqqətə görə Can Azərbaycana və xalqına çox təşəkkür edirəm”.

  • Президент Азербайджана выразил соболезнования шейху Аль-Азхара

    Президент Ильхам Алиев выразил соболезнования шейху Аль-Азхара, председателю Мусульманского совета старейшин Ахмаду Аль-Тайибу в связи с кончиной его сестры Самихи Мухаммед Аль Тайиб.

    Об этом АПА передает со ссылкой на пресс-службу Президента.

  • Prezident İlham Əliyev Əl-Əzhər Şeyxinə başsağlığı verib

    Prezident İlham Əliyev Əl-Əzhərin Şeyxi, Müsəlman Ağsaqqalları Şurasının sədri Əhməd Əl-Tayyibə başsağlığı verib.

    APA xəbər verir ki, başsağlığında deyilir:

    “Zati-həzrətləri,

    Ailənizə üz vermiş ağır itki – bacınız Samiha Məhəmməd Əl-Tayyibin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

    Bu üzüntülü anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.

    Allah rəhmət eləsin!”

  • Скончался доцент БГУ – ФОТО

    Скончался доцент кафедры прикладной математики факультета прикладной математики и кибернетики Бакинского государственного университета (БГУ) Фейруз Гасанов.

    Об этом сообщили в пресс-службе БГУ.

    Фейруз Гасанов родился 10 апреля 1946 года в Шамахы. В 1964-1969 годах учился на механико-математическом факультете БГУ. С 1969 года начал трудовую деятельность в Институте кибернетики НАНА, работал на различных должностях в Институте математики и механики, в вычислительном центре БГУ, в Научно-исследовательском институте прикладной математики при университете. С 1997 года работал старшим преподавателем на кафедре математики физического факультета. С 2006 года являлся доцентом кафедры прикладной математики факультета прикладной математики и кибернетики.

    Основной областью исследований Фейруза Гасанова были дифференциальные и интегральные уравнения математических моделей естественных наук. Он является автором 18 научных статей и одного учебного пособия.