Month: November 2024

  • Xaçmazda ər-arvadı öldürüb evlərini yandırmaqda təqsirləndirilən şəxslə bağlı qərar verilib

    Məhkəmə Xaçmaz rayonunun Yalama kəndində ər-arvadı öldürüb evlərini yandırmaqda təqsirləndirilən Ramin Ağaxanovla bağlı qərar verib.

    Report xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində təqsirləndirilən şəxsin müdafiəçilərinin verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

    Vəkillər apellyasiya şikayətində Ramin Ağaxanovun Cinayət Məcəlləsinin 187.2 və 122.2-ci (güclü ruhi həyəcan vəziyyətində iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddələri ilə məhkum edilməsi barədə qərar qəbul edilməsini xahiş ediblər.

    Qərara əsasən, şikayət təmin olunmayıb.

    Qeyd edək ki, hadisə ötən il aprelin 10-da sözügedən rayonda baş verib. İttihama görə, 1996-cı il təvəllüdlü Ramin Ağaxanov zərərçəkmiş şəxslərə olan pul borcunu ödəməkdən yayınmaq üçün onların yaşadığı evə gələrək bıçaqla xəsarətlər yetirib.

    Onları qətlə yetirdikdən sonra cinayət əməlini gizlətmək və cinayətin izlərini məhv etmək məqsədilə evi yandırmaqda təqsirli bilinib.

    O, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

    Ramin Ağaxanov Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5, 120.2.6, 120.2.7, 120.2.11 (başqa cinayətin törədilməsini yüngülləşdirmək və quldurluqla əlaqədar, tamah məqsədi və ümumi təhlükəli üsulla iki şəxsi öldürmə) maddələri ilə təqsirli bilinib.

  • Глава МИД Азербайджана в рамках COP29 провел переговоры с генсеком CARICOM

    Министр иностранных дел Азербайджана Джейхун Байрамов на полях саммита COP29 в Баку обсудил с генсеком Карибского сообщества (CARICOM) Карлой Натали Барнетт.

    Как передает report, об этом говорится в сообщении МИД Азербайджана в соцсети “Х”.

    “Министр иностранных дел Азербайджана Джейхун Байрамов провел встречу с генсеком Карибского сообщества (CARICOM) Карлой Натали Барнетт для обсуждения перспектив будущего сотрудничества с CARICOM, а также приоритетов председательства на COP29 и инициатив Азербайджана по поддержке усилий малых островных развивающихся государств в области климата. Была подчеркнута необходимость продолжения такого взаимодействия для дальнейшей активизации диалога”, – сказано в сообщении.

  • Azərbaycan XİN başçısı COP29 çərçivəsində CARICOM-un baş katibi ilə danışıqlar aparıb

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Karib Hövzəsi Ölkələri Birliyinin (CARICOM) baş katibi Karla Natali Barnett ilə müzakirələr aparıb.

    Report xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

    “Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Karib Hövzəsi Ölkələri Birliyinin (CARICOM) baş katibi Karla Natali Barnett ilə görüş keçirib. Görüş zamanı CARICOM-la gələcək əməkdaşlıq perspektivləri, həmçinin COP29-a sədrlik prioritetləri və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim səylərini dəstəkləməyə dair Azərbaycanın təşəbbüsləri müzakirə olunub. Dialoqun daha da aktivləşdirilməsi üçün bu cür qarşılıqlı əlaqələrin davam etdirilməsinin zəruriliyi vurğulanıb”, – paylaşımda qeyd edilib.

  • “Azərpoçt” elektrikli və yaxud hibrid nəqliyyat vasitələrindən istifadə etmək istəyir

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC əməliyyatlar zamanı elektrikli və yaxud hibrid nəqliyyat vasitələrindən istifadə etməyi planlaşdırır.

    Median.Az xəbər verir ki, bunu şirkətin İdarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev COP29 çərçivəsində təşkil olunmuş “Qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadə” adlı tədbirdə bildirib.

    “Biz ətraf mühitə təsirimizi minimuma endirmək üçün fəal şəkildə iqlimə nəzarət təşəbbüsləri həyata keçiririk. “Azərpoçt” yanacaq sərfiyyatını, karbon emissiyalarını minimuma endirmək üçün çatdırılma marşrutlarını optimallaşdırır. Həmçinin elektrikli və yaxud hibrid nəqliyyat vasitələrindən istifadə etməyi planlaşdırırıq. Şirkət həmçinin kağız istehlakını azaldır və rəqəmsallaşmanı təşviq edir. Bundan əlavə, kağız istehlakını minimuma endirmək üçün çap prosesimizi optimallaşdırırıq. Enerji səmərəliliyi, davamlı logistika, kağız istehlakının azaldılması, beynəlxalq əməkdaşlıq Azərbaycanda poçt sənayesinin “yaşıl gələcəyi”nin qurulması üçün əsas inkişaf sahələridir”.

  • В нескольких городах Турции произошло землетрясение


    В турецкой провинции Ризе произошло землетрясение магнитудой 4.7.

    Как передает Median.Аz, об этом сообщили в Агентстве по управлению чрезвычайными ситуациями при правительстве Турции (AFAD).

    Очаг землетрясения, зарегистрированного в районе Хемшин, находился на глубине 12 км.

    До этого в Доганшехире были зарегистрированы подземные толчки магнитудой 4.9. Установлено, что землетрясение произошло на глубине 7 км. Подземные точки также ощущались в Адыямане, Кахраманмараше, Газиантепе и Шанлыурфе.

    Пострадавших нет, разрушений не зафиксировано.

  • Türkiyənin bir sıra şəhərlərində yer titrədi

    Türkiyənin Rize vilayətində 4,7 maqnitudalı zəlzələ baş verib.

    Median.Az-ın məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbər yayıb.

    Hemşin rayonunda qeydə alınan zəlzələnin ocağı təxminən 12 km dərinlikdə yerləşib.

    Bundan əvvəl isə Doğanşehirdə 4,9 maqnitudalı təkanlar qeydə alınıb.

    Zəlzələnin yeddi kilometr dərinlikdə baş verdiyi müəyyən edilib. Zəlzələ Adıyaman, Kahramanmaraş, Qaziantep və Şanlıurfada da hiss edilib.

    Xəsarət alan yoxdur, dağıntı qeydə alınmayıb.

  • SOCAR выпустит “зеленые” облигации для финансирования экологических проектов

    Государственная нефтяная компания Азербайджана (SOCAR) планирует эмиссию “зеленых” облигаций на местном финансовом рынке для финансирования экологически чистых проектов.

    Об этом сообщает oxu.az со ссылкой на SOCAR.

    Отмечается, что средства, привлеченные через эмиссию “зеленых” облигаций, будут направлены на финансирование проектов, входящих в “зеленую” повестку компании. SOCAR завершила все приготовления к этому, в том числе получила рейтинг Экологического, социального и корпоративного управления (ESG) и улучшила кредитный рейтинг, заявили в компании.

    “Таким образом, SOCAR учитывает компонент использования процесса применения стандартов ESG в правильном управлении своими обязательствами в рамках международных стандартов и отдает предпочтение возможностям “зеленого” финансирования. Это включает эффективное управление стратегическими проектами возобновляемой энергии SOCAR, расширение возможностей сотрудничества с международными партнерами в указанной области, а также поддержку процессов декарбонизации в нефтегазовых операциях”, – говорится в заявлении компании.

  • SOCAR “yaşıl istiqraz” buraxmağa qərar verib

    Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “yaşıl layihə”lərin maliyyələşdirilməsi məqsədilə standartların tətbiqinin əhəmiyyətini nəzərə alaraq, yerli maliyyə bazarında “yaşıl istiqraz”ların emissiya edilməsinə başlayıb.

    Oxu.az bu barədə SOCAR-a istinadən xəbər verir.

    Məlumata görə, son illər Ətraf mühit, Sosial məsuliyyət və Korporativ İdarəetmə (ESG) sahəsində yeni çağırışlar və bu sahədə artan uyğunluq tələbləri çərçivəsində dünya maliyyə bazarlarına maliyyə alətlərinin cəlb edilməsi proseslərində beynəlxalq standartların tətbiqini labüd edir. Bu xüsusda, şirkətlərin ESG standartlarının tətbiqinə diqqəti artmaqdadır. SOCAR sözügedən tələblərin icrasının təmin edilməsi məqsədilə son illərdə ESG tətbiqi prosesində dərəcələndirmənin həyata keçirilməsini təmin edib və qiymətləndirmə miqyasında bir sıra oxşar şirkətlərlə müqayisədə üstün yer alıb.

    Bununla da SOCAR beynəlxalq standartlar çərçivəsində öz borclarının düzgün idarəedilməsində ESG standartlarının tətbiqi prosesindən faydalanma komponentini nəzərə alır və “yaşıl” maliyyələşmə imkanlarına da üstünlük verir. Bu isə SOCAR-ın strateji bərpaolunan enerji layihələrinin səmərəli idarə edilməsindən, bu sahədə beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıq imkanlarının genişləndirilməsindən, habelə neft-qaz əməliyyatlarında dekarbonizasiya proseslərinə dəstək göstərməkdən ibarətdir.

    Emissiya vasitəsilə cəlb ediləcək vəsait şirkətin “yaşıl” gündəliyinə daxil olan layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Bununla bağlı SOCAR bütün hazırlığı başa çatdırıb, o cümlədən ESG reytinqi alıb, kredit reytinqini yaxşılaşdırıb.

    SOCAR gələcəkdə də ESG standartlarının artan tələblərinin, beynəlxalq müstəvidə korporativ idarəetmənin əsas şərtlərindən olan şəffaflığın ardıcıl və davamlı təmin edilməsi üçün yaşıl maliyyə alətlərindən istifadə edilməsinin həyata keçirilməsinə üstünlük verir və borc portfelində bu tipli maliyyələşdirmələrin xüsusi çəkilərinin mümkün həddə artırılmasını hədəfləyir.

  • Мухсин Шентюрк: Изменение климата уже представляет угрозу соблюдению прав человека

    COP29 не только укрепляет имидж Азербайджана на международной арене, но и привлекает внимание к важнейшей задаче – поиску решений для устранения ущерба, который человечество наносит окружающей среде.

    Как передает report, об этом заявил генеральный прокурор Верховного суда Турции Мухсин Шентюрк в комментарии журналистам в рамках COP29.

    Он подчеркнул, что всего лишь 80 лет назад проблем такого масштаба не существовало: “Сегодня изменение климата – одна из крупнейших угроз для мира и человечества. Мы стали свидетелями трагедий, таких как гибель 300 человек во время наводнения в Испании. Засухи и интенсивные дожди создают серьезные вызовы”.

    Он также подчеркнул, что изменение климата уже представляет угрозу соблюдению прав человека.

  • Muhsin Şentürk: İqlim dəyişikliyi artıq insan hüquqları sahəsində problemlərə səbəb olub

    Azərbaycanın COP29-a yüksək səviyyədə ev sahibliyi etməsi bizim üçün çox böyük qürur və sevinc qaynağı oldu.

    Report xəbər verir ki, bunu Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, bu tədbir həm Azərbaycanı dünyaya tanıtdırır, həm də insanların öz-özünə verdiyi zərəri və davam edən ziyanı necə həll edəcəyi işini də diqqət mərkəzinə gətirir.

    O qeyd edib ki, bundan təxminən 80 il öncə bu kimi problemlər yox idi:

    Türkiyə Baş prokurorunun fikrincə, iqlim dəyişikliyinə qarşı mübarizədə ən mühüm faktorlardan biri xalqın maarifləndirilməsidir:

    “Amma bu gün baş verən iqlim dəyişikliyi dünyanın, insanlığın ən böyük problemlərindən biridir. Misal olaraq, İspaniyada sel fəlakətində 300 insanın həlak olduğunu gördük. Quraqlıq və yağan yağışlar çox şiddətlidir. İqlim dəyişikliyi artıq insan hüquqları sahəsində problemlərə səbəb olub”.

    “Baş verən hadisələri hüquq müstəvisində də həll edə bilərik. Yəni burada hüquq bir vasitəsi rolunu oynaya bilər. Ancaq hüquq bütövlükdə nəticəyə baxar. Mühüm olan qabaqlayıcı fəaliyyətdir. Bu işdə də güc qüvvətlərinin əməyi və fəaliyyəti mütləqdir. İqlimi qorumaq və normallaşdırmaq üçün güc strukturlarının iqlimə yönəlik istiqamətlənməsi lazımdır.

    Ən önəmli faktorlardan biri də xalqın maarifləndirilməsidir. İqlimi qorumaq üçün beynəlxalq əməkdaşlıq da vacibdir. Az sayda ölkənin bu sahədə ehtiyat tədbiri görməsi yetərli deyil. Lazım olan tədbirləri hamı görməlidir”.

    Bizim Telegram kanalımıza abunə olun