Month: November 2024

  • İspaniyada qocalar evində dəhşətli yanğın – 10 nəfər öldü

    İspaniyanın Saraqosa şəhərində qocalar evində baş verən yanğında 10 nəfər ölüb.

    Azxeber.com Qərb mediasına istinadən xəbər verir ki, yanğın Villafranka de Ebro rayonundakı “Jardines de Villafranca” adlı qocalar evində səhərə yaxın baş verib.

    İlkin məlumata görə, yanğın zamanı qocalar evində 82 nəfərin olub, 10 nəfər dünyasını dəyişib, 1 nəfər isə ağır yaralanıb.

    Hadisənin baş verdiyi əraziyə dərhal təcili yardım, yanğınsöndürmə briqadası, Mülki Yardım qrupları və psixoloqlar göndərilib, ətrafdakı xəstəxanalara xəbərdarlıq edilib.

  • Paşinyan psixoloji problem yaşayır? – AÇIQLAMA

    Rusiyalı tanınmış klinik psixoloq Stanislav Samburski Ermənistanın baş naziri Nikol Paşinyanın yeni imicini şərh edib.

    Mütəxəssisin fikrincə, uğurlu kişilərin xarici görünüşlərini dəyişdirməyə başlamasının bir neçə səbəbi ola bilər.

    “O, ehtimal ki, öz xarici görünüşünü bu qədər sürətlə dəyişən yeganə tanınmış dövlət xadimidir. Çox az tanınmış şəxs belə radikal dəyişikliklərə gedir”, – deyə psixoloq qeyd edib.

    Ekspert ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı misal göstərərək, onun tez-tez tənqidlərə məruz qaldığını, lakin qeyri-ideal saç düzümünü öz imicinin bir hissəsi olaraq qoruduğunu bildirib. Samburski əlvə edib ki, siyasətçilər adətən uzun illər boyunca eyni imicə sadiq qalır. Misal olaraq, Almaniyanın keçmiş kansleri Angela Merkeli göstərib və onun bütün siyasi karyerası boyunca dəyişməz bir görünüşə malik olmasını vurğulayıb.

    Paşinyanın yeni görünüşünün İsrailin baş naziri Benyamin Netanyahunun görünüşünə oxşadığını vurğulayan psixoloq, baş nazirin imicə münasibətinin arxa plana keçdiyini qeyd edib. Samburskiyə görə, xarici görünüş tanınmışlıq və dəstək gətirən bir aktiv kimi qəbul edildikdə, görünüşdə dəyişikliklər peşəkar fəaliyyətdəki uğursuzluqlara işarə ola bilər.

    “Psixoloji baxımdan, bir iş adamının və ya məmurun xarici görünüşündə dəyişikliklər, onun üzləşdiyi problemlərlə mübarizə apara bilmədiyinin siqnalı ola bilər. İmicdə dəyişiklik etmək isə həyatının ən azından bir aspektinə nəzarət etməyə çalışmaq kimi bir cəhddir”, – deyə ekspert bildirib.

    Xatırladaq ki, Nikol Paşinyan öz görünüşündəki dəyişiklikləri “Telegram” kanalında paylaşmışdı. Kadrlarda Ermənistanın baş naziri saqqalsız və bığsız görünüb. Sosial şəbəkələrdə çoxları onu İsrailin baş naziri Benyamin Netanyahu ilə müqayisə etməyə başlayıb.
    //Baku.ws

  • Türkiyə-Gürcüstan sərhədində zəlzələ baş verib

    Türkiyə-Gürcüstan sərhədində 5 maqnitudalı zəlzələ baş verib.

    Məlumatı Gürcüstanın Seysmik Monitorinq Milli Mərkəzi yayıb.

    Bildirilib ki, zəlzələnin episentri Gürcüstan sərhədindən 25 kilometr məsafədə, Türkiyənin Rize vilayəti ərazisində qeydə alınıb.

    Zəlzələ Tbilisi vaxtı ilə 13:02-də baş verib.

  • Владимир Путин позвонил Ильхаму Алиеву

    15 ноября президент Российской Федерации (РФ) Владимир Путин позвонил азербайджанскому коллеге Ильхаму Алиеву.

    Как передает АЗЕРТАДЖ, в контексте договоренностей, достигнутых в ходе государственного визита лидера РФ в Азербайджан в августе 2024 года, а также с учетом недавних контактов в Баку председателя правительства России Михаила Мишустина обсуждены вопросы практической реализации ряда взаимовыгодных проектов в сфере промышленности и транспорта.

    Стороны вновь подтвердили обоюдную заинтересованность в дальнейшем всестороннем развитии российско-азербайджанского стратегического партнерства и союзничества.

    Условлено о продолжении контактов на различных уровнях в целях реализации обсужденных вопросов.

  • Vladimir Putin İlham Əliyevə zəng etdi

    Noyabrın 15-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Telefon danışığı əsnasında dövlət başçıları Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin bu ilin avqustunda Azərbaycana dövlət səfəri zamanı əldə edilmiş razılaşmaları, həmçinin Rusiyanın Baş naziri Mixail Mişustinin bu günlərdə Bakıya səfəri zamanı təmaslarını nəzərə alaraq, sənaye və nəqliyyat sahələrində qarşılıqlı faydalı layihələrin praktiki olaraq həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

    Tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin hərtərəfli inkişafının davam etdirilməsinə dair qarşılıqlı maraqlarını bir daha ifadə ediblər.

    Müzakirə olunan məsələlərin icrası məqsədilə müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.

  • Трамп назначил своего адвоката заместителем генпрокурора США

    Избранный президент США Дональд Трамп назначил личного адвоката по уголовным делам Тодда Бланша заместителем генерального прокурора.

    Об этом сообщает Fox News.

    “Я рад объявить, что Тодд Бланш будет занимать должность заместителя генерального прокурора в моей администрации”, – заявил Трамп.

    Избранный американский лидер выделил профессионализм Бланша и заверил, что он “проделает отличную работу” на своем посту. По словам Трампа, новому заместителю генпрокурора предстоит “исправлять то, что слишком долго было сломанной системой правосудия”.

    Бланш был адвокатом Трампа во время судебных процессов против избранного кандидата в президенты США. В апреле 2023 года он утверждал, что уголовные обвинения в адрес Трампа являются преследованием по политическим мотивам.

  • Tramp öz vəkilini ABŞ baş prokurorunun müavini təyin etdi

    ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp cinayət işləri üzrə şəxsi vəkili Todd Blanşı baş prokurorun müavini təyin edib.

    Bu barədə “Fox News” məlumat verib.

    “Mən Todd Blanşın öz administrasiyamda baş prokurorun müavini vəzifəsində çalışacağını elan etməkdən məmnunluq duyuram”, – deyə Tramp bildirib.

    O, Blanşın peşəkarlığını vurğulayıb və onun vəzifəsində əla iş görəcəyinə əminliyini ifadə edib. Trampın sözlərinə görə, baş prokurorun yeni müavininin qarşısında çox uzun müddətdir pozulmuş ədalət sistemini bərpa etmək dayanır.

    Qeyd edək ki, Todd Blanş Trampa qarşı məhkəmə prosesləri zamanı onun vəkili olub. 2023-cü ilin aprelində o, Trampa qarşı cinayət ittihamlarının siyasi motivli təqib olduğunu iddia edib.

    Donald Tramp
    Amerika Birləşmiş Ştatları (ABŞ)

  • “Kartdan-karta” üsulu ilə işləyən daha 170 sahibkara maliyyə sanksiyası tətbiq edilib

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan daha 170 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.

    Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.

    Bildirilib ki, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının aradan qaldırılması məqsədilə nəzarət tədbirləri davam etdirilir. Son günlər Bakıda keçirilmiş nəzarət tədbirləri zamanı 170-ə qədər belə obyektdə qanun pozuntularına yol verildiyi müəyyənləşdirilib. Qanun pozuntuları protokollaşdırılıb və müvafiq maliyyə sanksiyaları tətbiq olunub.

    Dövlət Vergi Xidməti bir daha bildirir ki, nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır. Mövcud qanunvericiliyə əsasən, istehlakçılara elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər.

    Qeyd edək ki, noyabrın 7-də də “kartdan-karta” üsulu ilə işləyən daha 150 sahibkar cəzalandırılıb.

  • İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinat həyata keçirilib.

    Median.Az “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, Arif Ağayev ADY sədrinin müavini vəzifəsinə təyin edilib.

    Arif Ramiz oğlu Ağayev 1980-ci ildə anadan olub. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bakalavr, 2002-ci ildə isə magistratura proqramını fərqlənmə ilə bitirib. 2011-2012-ci illərdə Böyük Britaniyanın Kembric Universitetində Biznesin idarə edilməsi üzrə magistr dərəcəsi alıb.

    Arif Ağayev müxtəlif illərdə fərqli beynəlxalq məsləhətçi şirkətlərdə çalışıb, biznesin inkişafı, regional layihələr üçün maliyyə təhlilləri, sahibkarlığın inkişafı və kommersiya təhlili kimi istiqamətlərdə böyük təcrübə əldə edib.

    2023-cü ilin iyun ayından ADY sədrinin müşaviri vəzifəsində çalışan Arif Ağayev sərmayələrin idarə olunması, beynəlxalq maliyyə qurumları ilə əlaqələr və strateji hədəflərin icrasına nəzarətə məsul olub. ADY-də çalışdığı müddətdə Arif Ağayev əməliyyat səmərəliliyi və sərmayələr proqramlarına rəhbərlik edib.

  • Lionel Messi Paraqvaya məğlub olduqları görüşdə baş hakimi təhqir edib

    “İnter Mayami” klubunun və Argentina millisinin ulduz hücumçusu Lionel Messi DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində qarşılaşdıqları Paraqvay ilə matçın baş hakimini təhqir edib.

    Median.Az “Goal”a istinadən xəbər verir ki, 37 yaşlı hücumçu qayda pozuntusundan sonra rəqib futbolçunun cəzalandırılmasını tələb etsə də, hakim fərqli qərar verib.

    Buna qəzəblənən Messi hakimə özünü biabır etdiyini və ondan xoşu gəlmədiyini deyib.

    Qeyd edək ki, görüş Paraqvay yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. 11 turdan sonra Argentina 22 xalla turnir cədvəlində ilk pillədədir. Paraqvay yığması isə 16 xalla altıncıdır.