Month: November 2024

  • Avropa çempionu 65 yaşında vəfat edib

    SSRİ yığmasının tərkibində yunan-Roma güləşi üzrə Avropa çempionu olmuş Minseit Tazetdinov 65 yaşında vəfat edib.

    Median.Az xəbər verir ki, bu barədə Rusiya Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

    Keçmiş güləşçi uzun sürən xəstəlikdən sonra ölüb.

    Qeyd edək ki, əməkdar idman ustası olan M.Tazetdinov 1984-cü ildə Avropa çempionu, 1985-ci ildə isə bu yarışın gümüş mükafatçısı olub. O, həmçinin 1985-ci ildə keçirilən dünya çempionatında gümüş medal qazanıb.

  • Министр энергетики Румынии: Молдова может стать участником проекта Black Sea Energy

    Коридор зеленой энергии Азербайджан-Грузия-Европа (Black Sea Energy) является энергетическим мостом, который обеспечит Европу безопасной, доступной и экологичной энергией, к этому проекту может присоединиться и Молдова.

    Как сообщает report, об этом заявил министр энергетики Румынии Себастьян-Иоан Бурдужа на министерской встрече по энергетическим инициативам СOP29 в Баку.

    Он отметил, что глобальные инвестиции в инфраструктуру зеленой энергии оцениваются в триллионы долларов США.

    “И нам нужно мобилизоваться больше, чем когда-либо, но у нас недостаточно времени. Нам также нужна готовность действовать и превращать эти прекрасные обещания в проекты, провода и новые мегаватты в наших системах для наших людей”, – сказал министр.

    Он признал сложность этого процесса, но заявил о готовности Румынии “ответить на этот призыв вместе с Азербайджаном, Грузией, Венгрией, а теперь и с Болгарией, а возможно, и Молдовой”.

    “Мы сформируем этот зеленый коридор, соединяющий Центральную Азию с Европой, который будет служить энергетическим мостом. Мы надеемся, что этот пример послужит другим континентам и другим странам, чтобы они становились все более и более связанными, потому что он действительно будет поставлять энергию, которая станет более безопасной, более доступной и более зеленой”,- сказал Бурдужа.

  • Rumıniyalı nazir: “Moldova “Black Sea Energy” layihəsinə qatıla bilər”

    Azərbaycan-Gürcüstan-Avropa yaşıl enerji dəhlizi (“Black Sea Energy”) Avropanı təhlükəsiz, əlçatan və ekoloji cəhətdən təmiz enerji ilə təmin edəcək enerji körpüsüdür və Moldova da bu layihəyə qoşula bilər.

    Report xəbər verir ki, bunu Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja Bakıda keçirilən COP29 enerji təşəbbüsləri üzrə nazirlər görüşündə bildirib.

    O qeyd edib ki, “yaşıl enerji” infrastrukturuna qlobal investisiyalar trilyonlarla ABŞ dolları məbləğində qiymətləndirilir.

    “Biz həmişəkindən daha çox səfərbər olmalıyıq, ancaq vaxtımız azdır. Biz həm də hərəkətə keçmək, bu gözəl vədləri insanlar üçün layihələrə və yeni meqavatlara çevirmək üçün hazır olmalıyıq”, – nazir deyib.

    O, bu prosesin mürəkkəbliyini etiraf edib, buna baxmayaraq qeyd edib ki, Rumıniya Azərbaycan, Gürcüstan, Macarıstan, Bolqarıstan və hətta Moldova ilə birlikdə bu çağırışa cavab verməyə hazırdır.

    “Biz Mərkəzi Asiyanı Avropa ilə birləşdirən və enerji körpüsü kimi xidmət edəcək bu “yaşıl dəhliz”i yaradacağıq. Ümid edirik ki, bu, digər qitə və ölkələrin bir-biri ilə daha çox əlaqəli olması üçün örnək olacaq. Çünki o, həqiqətən daha təhlükəsiz, daha əlçatan və “daha yaşıl enerji” tədarükünü təmin edəcək”, – S.Burduja əlavə edib.

  • Burundi Senatının vitse-spikeri Azərbaycanda səfərdədir

    Burundi Senatının vitse-spikeri Fabrise Nkurunziza Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycana səfərə gəlib.

    Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Bildirilib ki, vitse-spikerin Azərbaycana səfərinin əsas məqsədi Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə keçiriləcək parlament görüşündə iştirak etməkdir.

    Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclisin Burundi ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elşən Musayev və digər rəsmi şəxslər qarşılayıblar.

  • Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var

    Yevlax-Bərdə yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    “Report”un Qərb bürosunun məlumatına görə, “VAZ” və “Toyota” markalı avtomobilləri toqquşub.

    Qəza nəticəsində “VAZ”ın sürücüsü, 1978-ci il təvəllüdlü Zamin Rzayev ölüb. 1980-ci il təvəllüdlü Ş.Namazova isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • AYNA: “COP29-un 4-cü günündə 52 mindən çox sərnişin daşınıb”

    BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) 4-cü günündə təşkil edilmiş 18 Nəqliyyat Mübadilə Mərkəzindən etibarlı nəqliyyat əlaqəsi təmin edilib və 52 367 sərnişin daşınıb.

    Median.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

    Bildirilib ki, COP29-da iştirak edən qonaqların rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə AYNA gücləndirilmiş rejimdə çalışır. Nəqliyyat əməliyyatlarını təmin etmək üçün AYNA tərəfindən “BakuBus”, Bakı Taksi Xidməti, “Azparking” əməkdaşları daxil olmaqla ümumilikdə 1 600 nəfərdən çox heyət üzvü cəlb edilib.

    Xatırladaq ki, COP29-un ilk günü 35 min, ikinci günü 45 minə yaxın, üçüncü günü 43 min sərnişin şatllarla daşınıb. Bu günədək ümumilikdə 175 mindən çox sərnişinə xidmət göstərilib.

  • Rusiyanın baş prokuroru COP29-da iştirak etmək üçün Bakıya gəlib

    Rusiya baş prokuroru İqor Krasnov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin 29-cu Konfransı (COP29) çərçivəsində yüksəksəviyyəli plenar iclasda iştirak etmək üçün Azərbaycana işgüzar səfərə gəlib.

    Bu barədə Median.Az TASS-a istinadən məlumat verir.

    Səfər çərçivəsində Krasnov xarici həmkarları ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.

    Qurumdan bildirilib ki, bu il iqlim sammitində hüquq-mühafizə ictimaiyyətinin iştirakı Azərbaycan Baş Prokurorluğu və BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə üzrə İdarəsi tərəfindən BƏƏ Daxili İşlər Nazirliyinin həmsədrliyi ilə təşkil edilib.

    Hüquq-mühafizə ictimaiyyəti nümayəndələrinin COP29-da iştirakının məqsədi ətraf mühitə təsir göstərən cinayətlərlə mübarizədə hüquq-mühafizə orqanlarının potensialının artırılmasının vacibliyini vurğulamaqdır.

  • İranda mədən çökdü: Ölən və yaralananlar var

    İranın Gülüstan əyalətinin Azadşəhr şəhərində kömür mədəni çöküb.

    Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

    Bildirilib ki, hadisə nəticəsində bir işçi dağıntılar altında qalaraq həlak olub, daha üçü isə ağır yaralanıb.

  • Джейхун Байрамов: Со стороны Франции было неверным шагом остаться в стороне от климатической темы

    Считаем, что Франция, позиционирующая себя одной из ведущих стран в сфере борьбы с изменением климата и являющаяся одним из лидеров Евросоюза, совершила неверный шаг, оставшись в стороне от климатической темы.

    Как сообщает Median.Az, об этом заявил журналистам министр иностранных дел Азербайджана Джейхун Байрамов.

    Глава МИД отметил, что АР не использовал напряженные отношения и разногласия с Францией как предлог в климатической теме.

    “Мы проводили мероприятия и перед COP29. Были неформальные встречи, представители Франции приглашались и участвовали в каждой из них. Наша команда конструктивно работала с ними, вела переговоры. Однако принимать какое-либо решение или нет – это их выбор,” – сказал министр.

  • Ceyhun Bayramov: “Fransanın bəhanə ilə iqlim mövzusundan kənar qalması yalnış addımdır”

    “Özünü iqlim sahəsində lider dövlətlərdən biri hesab edən, Avropa İttifaqının aparıcı ölkələrindən biri olan Fransanın istənilən bəhanə ilə iqlim mövzusundan kənar qalması hesab edirik ki, yanlış addımdır”.

    Median.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

    O qeyd edib ki, Azərbaycan iqlim mövzusunda Fransa ilə arasında olan gərgin münasibətləri, fikir ayrılıqlarını bəhanə gətirməyib:

    “COP-dan öncə də tədbirlərimiz olub. Qeyri-rəsmi toplanışlar olub, onların hər birində Fransa nümayəndələri dəvət olunub, iştirak ediblər. Komandamız da konstruktiv olaraq onlarla işləyib, danışıqlar aparıblar. Lakin hansısa qərar qəbul edib-etməmək onların öz seçimidir”.