Month: November 2024

  • Paşinyan: İrəvan və Bakı kommunikasiyalar üzrə razılaşmaya yaxındır

    Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması ilə bağlı qarşılıqlı məqbul həll yoluna yaxındırlar.

    Bunu baş nazir Nikol Paşinyan parlamentdə “hökumət saatı” zamanı deyib.

    O bildirib ki, Ermənistan kommunikasiyaların açılması ilə bağlı Azərbaycana yazılı təklif göndərib: “Regional kommunikasiyaların açılması məsələsinin hər iki tərəf üçün məqbul sayıla bilən həllini tapa bilərik”.

    N.Paşinyan, həmçinin bildirib ki, İrəvan bu yaxınlarda Bakının sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflər paketinə cavab verib. Söhbət hələ razılaşdırılmamış qalan iki bənd üzrə təkliflərdən gedir.

    ///Report

  • Президент Ильхам Алиев встретился с заместителем премьер-министра Китая

    13 ноября Президент Азербайджанской Республики Ильхам Алиев встретился с заместителем премьер-министра Китайской Народной Республики Дин Сюэсяном.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev Çinin Baş nazirinin müavini ilə görüşüb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Çin Xalq Respublikasının Baş nazirinin müavini Din Süesən ilə görüşüb.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • Prezidentin nəvəsi Ronaldinyo ilə bir araya gəlib – FOTO

    Prezident İlham Əliyevin nəvəsi Əli Ağalarov Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) qonaq qismində iştirak edən braziliyalı məşhur futbolçu Ronaldinyo Qauço ilə bir araya gəlib.

    O, bu barədə “Instagram” hesabında paylaşım edib.

    Əli Ağalarov, futbolçu ilə birgə çəkdirdikləri fotonu paylaşaraq “Bakıya xoş gəldiniz” sözlərini yazıb.

  • Эрдоган: Турция разорвала все связи с Израилем

    Президент Турции Реджеп Тайип Эрдоган заявил, что Анкара, разорвавшая отношения с Израилем, не планирует шагов для их восстановления.

    Высказывания турецкого лидера приводит телеканал TRT Haber.

    “Мы как государство и правительство Турецкой Республики (ТР) разорвали отношения с Израилем. На данный момент у нас нет никаких отношений с Израилем. Мы не планируем шагов для улучшения этих отношений в предстоящий период. Сохраним эту решимость, и правительство ТР, пока ее возглавляет Тайип Эрдоган, не будет развивать отношения с Израилем”, – сказал он журналистам своего пула.

    “Мы прекратили торговлю и связи с Израилем, и точка”, – подчеркнул Эрдоган.

  • Rəcəb Tayyib Ərdoğan: “İsraillə ticarəti də, əlaqələri də kəsdik”

    “Hazırda Türkiyə Cümhuriyyəti dövləti və hökuməti olaraq İsraillə əlaqələrimizi kəsmişik”.

    Median.Az-ın “TRT Haber”ə istinadən xəbərinə görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Azərbaycan səfərlərindən qayıdışı zamanı təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

    “Hazırda İsraillə heç bir münasibətimiz yoxdur. Bundan sonrakı dövrdə də münasibətlərin yaxşılaşdırılması istiqamətində hər hansı addım atmağı düşünmürük.

    Hazırda Xalq Alyansı İsraillə əlaqələri kəsməkdə qəti qərarlıdır. Biz bu qətiyyətimizi gələcəkdə də davam etdirəcəyik. Tayyib Ərdoğanın rəhbərlik etdiyi Türkiyə Cümhuriyyəti hökuməti İsraillə münasibətləri davam və inkişaf etdirməyəcək. Belə bir niyyətimiz də yoxdur.

    İsraillə ticarəti də, əlaqələri də kəsdik, nöqtə”, – deyə Ərdoğan bildirib.

  • Ronaldinyo Bakı Olimpiya Stadionunda – FOTO

    BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə əfsanəvi futbolçu Ronaldinyo Qauço Bakıda səfərdədir.

    Futbolçu bu gün COP29-un keçirildiyi məkanda olub. O, Braziliya, Azərbaycan və digər ölkələrin pavilyonları ilə tanış olub.

    “Qafqazinfo”nun fotoqrafı Xəyal Vəlizadənin tədbirdən çəkdiyi fotoları təqdim edirik:






  • Ильхам Алиев встретился с Михаилом Мишустиным

    13 ноября Президент Азербайджанской Республики Ильхам Алиев встретился с председателем правительства Российской Федерации Михаилом Мишустиным.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Hökumətinin sədri ilə görüşüb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustin ilə görüşüb.

    Bu barədə AZƏRTAC xəbər verir.

  • Azərbaycan Prezidenti İlham Əliyev İranın vitse-prezidenti ilə görüşüb – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də İran İslam Respublikasının vitse-prezidenti, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Şina Ənsari ilə görüşüb.

    Bu barədə AZƏRTAC xəbər verir.