Month: November 2024

  • Bakıda bir sıra marşrut xətlərinin fəaliyyəti bərpa edilir

    Sabahdan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bir sıra marşrut xətlərinin fəaliyyətini bərpa edəcək.

    Bu barədə AYNA məlumat yayıb.

    Məlumata görə, hərəkət sxemləri bərpa edilənlər 3, 5, 17, 18, 21, 30, 32, 36, 39, 49, 61, 88, 65, 77, 120, 125, 140, 149, 150, 160 və 141E nömrəli marşrutlardır.

    Hərəkət sxemləri metronun “Ulduz” stansiyasına müvəqqəti təyin edilən 118A, 118B, 148, 173A və 173B nömrəli marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil ediləcək.

    Mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin olunacaq.

  • Azərbaycan Prezidenti İlham Əliyev Konqo Prezidenti ilə görüşüb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə görüşüb.

    Bu barədə AZƏRTAC xəbər verir.

  • Azərbaycan Prezidenti İlham Əliyev Toqo Prezidenti ilə görüşüb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Toqo Respublikasının Prezidenti For Essozimna Qna ilə görüşüb.

    Bu barədə AZƏRTAC xəbər verir.

  • Gəncədə hündürlükdən çaya düşən kişi öldü

    Gəncədə kişi hündürlükdən çaya düşərək ölüb.

    “Unikal”ın məlumatına görə, hadisə Gəncə çayının şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

    Orta yaşlı kişi ehtiyatsızlıqdan hündürlük ərazidən çaya düşüb.

    Xəsarət alan şəxs hadisə yerinə ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

    Ölən şəxsin kimliyi dəqiqləşdirilir.

  • Komitə sədrindən Bakının Baş planı ilə bağlı AÇIQLAMA

    “Bildiyiniz kimi, Bakı şəhərinin Baş Planı ötən il təsdiqlənib. 2040-cı ilə qədər şəhərin inkişaf planıdır. Artıq ilin əvvəlindən baş planda nəzərdə tutulan transformasiya layihələri icra edilir”.

    Bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
    “Bunu şəhərin küçələrində də hiss edirik. İctimai nəqliyyatın təşkili, piyadalar üçün daha rahat mühitin yaradılması və başqa məsələlər nəzərdə tutulub. Bunların hər biri ardıcıl həyata keçiriləcək. Aidiyyəti qurumlarla sıx əməkdaşlıq təşkil edirik”, – deyə komitə sədri bildirib.

  • İspaniya yeni sel təhlükəsinə hazırlaşır – Xalq hökumətin istefasını tələb edir

    Məlum olduğu kimi, İspaniyaya təsir edən güclü yağışlar 1973-cü ildən bəri ən ölümcül daşqınlara səbəb olub.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, ölkəni fəlakətə sürükləyən yağışlar ən azı 222 nəfərin həyatına son qoyub, infrastrukturu məhv edib.

    Ölkə hələ yaralarını sağaltmamış halda, yağış xəbərdarlığı ilə yenidən sarsılıb.

    Hələ də itkin düşənləri axtaran və hökumətin istefasını tələb edən xalq yenidən fəlakətə hazırlaşmağa başlayıb.

    İspaniyanın Meteorologiya Agentliyi Aemet, Valensiya, Kataloniya və Əndəlus və Balear adalarının bəzi bölgələrində narıncı xəbərdarlıq elan edib.

    Agentlik çox güclüdən şiddətli yağış və tufanlar barədə xəbərdarlıq edib.

    Narıncı siqnal ikinci ən yüksək xəbərdarlıqdır və əhəmiyyətli meteoroloji hadisəni göstərir.

    Hökumətin gördüyü tədbirləri qeyri-kafi hesab edən xalq yerli hökumətin istefasını istəyir.

    Təxminən 100 nəfərlik qrup İspaniya kralının üzərinə palçıq və kürək ataraq onu təhqir edib, qatillər deyə qışqırıblar.

    Ötən həftə sonu 100 mindən çox etirazçı küçələrə çıxaraq xəbərdarlıqlara məhəl qoymayan və tədbir görməyən yerli hökumət rəhbərlərinin istefası tələbi ilə nümayişlər keçirib.
    //azxeber.com

  • Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin üçtərəfli görüşü olub

    Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin üçtərəfli görüşü olub.

    AZƏRTAC xəbər verir ki, sonra Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçıları “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i imzalayıblar.

    Daha sonra prezidentlər çıxış ediblər.

    Azərbaycan Prezidenti İlham Əliyev deyib:

    “Hörmətli Kasım-Jomart Kemeleviç.

    Hörmətli Şavkat Miromonoviç.

    Əziz dostlar.

    Bu gün Azərbaycan, Qazaxıstan və Özbəkistan münasibətlərinin tarixində əlamətdar hadisədir. Üç qardaş ölkə bu gün öz əməkdaşlığını yeni səviyyəyə qaldırır. Sazişin imzalanması, deyərdim ki, tarixi hadisədir. Biz ölkələrimiz arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndiririk və yaşıl enerji sahəsində fəal əməkdaşlıq edəcəyik. Həmçinin deyərdim ki, imzaladığımız bugünkü Saziş Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında yeni imkanlar açır. Mahiyyət etibarilə, Mərkəzi Asiya və Qafqaz regionlarında inteqrasiya prosesləri, nəqliyyat, energetika, ticarətlə bağlı proseslər bu gün deməyə imkan verir ki, bu iki region bir çox məsələlərdə, o cümlədən yaşıl enerjinin inkişafı sahəsində sinxron fəaliyyət göstərir.

    Biz Özbəkistanda, Qazaxıstanda və Azərbaycanda bərpaolunan enerji mənbələrinin yaradılması üzrə artıq əldə edilmiş böyük planlar və nəticələr haqqında bilirik. Yəni, biz, belə demək mümkünsə, paralel kursla gedirik və Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi təkcə üç ölkəmiz arasında deyil, həm də daha geniş miqyasda əməkdaşlıqdır.

    Dünən konfransdakı çıxışımda Azərbaycandan Qara dənizin dibi ilə Avropaya kabel xətti çəkməsi ilə bağlı ölkəmizin artıq həyata keçirilməkdə olan planlarından danışdım. Bu layihənin texniki-iqtisadi əsaslandırılması tamamlanmaq üzrədir və bununla da biz Mərkəzi Asiyanı, Qafqazı, Avropanı, Xəzər və Qara dənizləri vahid enerji dəhlizi ilə birləşdirəcəyik. Xüsusilə sevindirici haldır ki, bu Saziş hər zaman bir-birinə yaxın olan üç qardaş ölkə arasında imzalanır. Özbəkistanla münasibətlərimiz bu il müttəfiqlik münasibətləri səviyyəsinə çatıb, müvafiq saziş imzalanıb. Qazaxıstanla artıq uzun müddətdir ki, strateji tərəfdaş kimi əməkdaşlıq edirik. Qarabağın bərpasında bizə ilk yardım edən ölkələr Özbəkistan və Qazaxıstandır. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına yaradıcılıq mərkəzi bu gün qardaşlığımızın bariz sübutudur. Əminəm ki, biz gələcəkdə də həmişə bir yerdə olacağıq və bir-birimizi dəstəkləyəcəyik. Əziz dostlarım, qardaşlarım Şavkat Miromonoviçə, Kasım-Jomart Kemeleviçə COP29-da iştirak etdiklərinə və öz iştirakları və dəyərli fikirləri, mesajları ilə tədbirimizi zənginləşdirdiklərinə görə minnətdaram.

    Əziz dostlarıma bir daha təşəkkür etmək istəyirəm. Həmçinin bu gün burada iştirak edən əziz dostumuz, Səudiyyə Ərəbistanının nazirinə və Səudiyyə Ərəbistanından olan bütün dostlarımıza minnətdarlığımı ifadə edirəm. Dünən haqqında danışdığım “ACWA Power” şirkəti bizim yaxşı tərəfdaşımız, investorumuzdur və həm Azərbaycanda, həm də Mərkəzi Asiyada fəaliyyət göstərir. Ona görə də bu gün bu mərasimdən sonra əməkdaşlığımızı genişləndirən daha bir mərasim olacaq. Bu, Yaxın Şərqi, Mərkəzi Asiyanı, Xəzər regionunu, Qafqazı, Qara dənizi və Avropanı əhatə edir.

    Beləliklə, mən bizim hamımızı təbrik edirəm və arzum budur ki, bu layihənin tezliklə həyata keçirilməsinin şahidi olaq. Sağ olun”.

    Sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış ediblər.

    Daha sonra Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin iştirakı ilə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Səudiyyə Ərəbistanı Krallığı arasında “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq üzrə Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının, Özbəkistan Respublikasının və Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirlikləri arasında İcra Proqramı”nın imzalanması mərasimi olub.

    İmzalanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun görüşü keçirilib.

    11:27

    Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin üçtərəfli görüşü olub.

    AZƏRTAC xəbər verir ki, sonra Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçıları “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i imzalayıblar.

    Daha sonra prezidentlər çıxış ediblər.

    Sonra Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin iştirakı ilə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Səudiyyə Ərəbistanı Krallığı arasında “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq üzrə Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının, Özbəkistan Respublikasının və Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirlikləri arasında İcra Proqramı”nın imzalanması mərasimi olub.

    İmzalanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun görüşü keçirilib.

  • COP29-un Yaşıl Zonasında “Yuxarıda necədirsə, aşağıda da elədir” adlı tədbir keçirilib

    Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) üçüncü günündə Yaşıl Zonada “Yuxarıda necədirsə, aşağıda da elədir” adlı tədbir keçirilib.

    Median.Az xəbər verir ki, tədbirdə Elizabet Jikova, Elnarə Nəsirli, Ersin han Ersin, Han Hans Georq Paçner, Ken Kostel çıxış ediblər.

    Çıxışlar zamanı mövzu ətrafında geniş müzakirələr olub.

    “Yuxarıda” quruda meşələrin bərpası səylərinə, “aşağıda” isə həm quruda, həm də suda ekosistemlərin birliyini vurğulayaraq okeanların mühafizəsindən danışılıb. Daha sonra aktual ekoloji problemlər müzakirə olunub.

    Qeyd edək ki, “Yuxarıda necədirsə, aşağıda da elədir” ifadəsi makrokosmos (kainat) və mikrokosmos (yer və insanlar) arasında dərin qarşılıqlı əlaqəni təklif edən qədim Hermetik fəlsəfədən ilhamlanıb.

  • Antonio Quterreş: Kiçik ada dövlətləri ədalətsizliyin önündədir

    Kiçik ada dövlətləri dəniz səviyyəsinin qalxması səbəbindən gələcəklərini təhlükə altına alan böyük ədalətsizliyin önündədirlər.

    Bunu BMT-nin Baş katibi Antonio Quterreş İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı bildirib.

    “İqtisadiyyatlarınız dağılıb. İnkişaf sahəsində nailiyyətlər xarabalığa çevrilib, bu ədalətsizliyə son qoyulmalıdır. G20 ölkələrinin payına qlobal emissiyaların təxminən səksən faizi düşür. Ölkələriniz – inkişaf etməkdə olan kiçik ada dövlətləri – iqlim ambisiyalarının necə olmalı olduğunu nümayiş etdirir. Siz ilk reaksiya verənlərsiniz”, – A.Quterreş bildirib.

    Onun sözlərinə görə, dünya bu kiçik ölkələri dəstəkləməlidir: “Birincisi, 1,5 dərəcə hədəfini qorumaq üçün səylərini əsirgəməmək lazımdır. Bu, 2030-cu ilə qədər qlobal emissiyaların ildə 9 faiz azaldılması və qalıq yanacaqlardan mərhələli şəkildə imtina deməkdir.

    Bu o deməkdir ki, hər bir ölkə COP30-a 1,5 dərəcə hədəfinə uyğun olan yeni ümumi iqtisadi milli iqlim fəaliyyət planları təqdim etməlidir”.

    Onun fikrincə, ən böyük emissiya mənbələri olan G20 ölkələri bu prosesə rəhbərlik etməlidir: “BMT öz ‘İqlim Vədi’ təşəbbüsü vasitəsilə ölkələri bu hədəflərə çatmaqda dəstəkləyir”.

  • Prezident İlham Əliyev: Bu gün Fransanın və Niderlandın dənizaşırı əraziləri çox ciddi çətinliklərlə üzləşir

    Neokolonializm və iqlim dəyişmələri. Bu gün Fransanın və Niderlandın dənizaşırı əraziləri, xüsusilə də Sakit Okean və Karib adalarında olan ərazilər çox böyük, ciddi çətinliklərlə üzləşirlər.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı deyib.

    Onların iqlim dəyişmələrinin ən ağır təsirinə məruz qaldıqlarını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Artan dəniz səviyyəsi, təbii fəlakətlər, biomüxtəlifliyin itirilməsi bu regionlar üçün böyük təhdid yaradır. Həmin dövlətlərin səsləri Metropoliten hakimiyyət orqanları tərəfindən kobud şəkildə təqib edilir”.