Month: November 2024

  • COP29 çərçivəsində KOB-ların yaşıl keçidinin təşviqinə dair sənədlər imzalanıb

    Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində KOB-ların yaşıl keçidin təşviqinə və bu sahədə əməkdaşlığına dair sənədlər imzalanıb.

    AZƏRTAC xəbər verir ki, KOB-lar əksər iqtisadiyyatların onurğa sütununu və qlobal təchizat zəncirinin əsas hissəsini təşkil edir. Buna görə də iqlim dəyişikliyi ilə mübarizə məsələlərində KOB-ların fəaliyyəti də önəmlidir. KOB-ların yaşıl keçidi onların rəqabət qabiliyyətini və yeni bazarlara çıxış imkanlarını artırmaqla, dayanıqlı inkişafı təşviq edir.

    Mavi Zonada təşkil olunmuş imzalanma mərasimində “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi” imzalanması üçün beynəlxalq qurum və təşkilatlara açıq elan edilib. İlk olaraq, bəyannaməni Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Beynəlxalq Ticarət Mərkəzi (ITC) və Braziliyanın Mikro və Kiçik Müəssisələrə Dəstək Xidməti (SEBRAE) imzalayıblar.

    Qeyd edək ki, KOBİA-nın təşəbbüsü ilə hazırlanmış “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi” qlobal səviyyədə KOB-ların yaşıl iqtisadiyyata keçidi üzrə birgə səylərin birləşdirilməsi və bu sahədə əməkdaşlığın qurulması məqsədini daşıyır. Bəyannamə kiçik bizneslərə təcrübələri mənimsəməkdə kömək etmək üçün məlumatlılığın və potensialın artırılması, yaşıl maliyyəyə çıxışın yaxşılaşdırılması və innovasiyaların təşviqi öhdəliyini götürür.

    Həmçinin KOBİA, ITC və SEBRAE arasında “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”ndən irəli gələn məsələlərə, KOB-ların yaşıl keçidinin asanlaşdırılması üzrə birgə əməkdaşlığa dair sənədlər də imzalanacaq.

  • Украина планирует масштабный призыв: 160 000 новобранцев до 2025 года

    Украина планирует призвать дополнительно число новобранцев.

    Об этом сообщила газета Financial Times.

    По информации британского издания в военной сфере и данным аналитиков, самой большой проблемой для Украины остается нехватка людей, особенно в пехоте. В связи с этим Киев планирует призвать дополнительно 160 000 военнослужащих до февраля 2025 года. Совет национальной безопасности и обороны Украины считает, что это сможет пополнить воинские части лишь только на 85% от необходимого количества, отмечает FT.

    Однако иностранные военные эксперты и неназванный высокопоставленный киевский чиновник сомневаются в том, что эта цель будет достигнута, пишет газета. Они считают, что реалистично призвать до 100 000 человек. Это может восполнить дефицит личного состава наполовину, сказали они. Газета отмечает, что в данный момент некоторые подразделения укомплектованы примерно на треть от необходимого количества.

  • Ukraynada səfərbərlik: 160 min hərbçi ilə bağlı plan hazırlanır

    Ukrayna 2025-ci ilin fevralına qədər əlavə 160 min hərbçini cəlb etməyi planlaşdırır.

    Bu barədə “Financial Times” nəşri məlumat verib.

    Nəşrin məlumatına görə, insan qüvvəsi, xüsusən də piyada qoşunlarının çatışmazlığı Ukrayna üçün ən böyük problem olaraq qalır. Kiyevin əlavə 160 min hərbçinin çağırmasının səbəbi də budur. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası hesab edir ki, bu addım hərbi hissələrin tələb olunan sayının yalnız 85%-ni doldura biləcək.

    Lakin xarici hərbi ekspertlər və adı çəkilməyən yüksəkvəzifəli Kiyev rəsmisi bu məqsədə nail olunacağına şübhə ilə yanaşırlar. Onlar hesab edirlər ki, 100 minə nəfərə qədər insanın hərbi xidmətə çağırılması realdır və bu, kadr çatışmazlığını yarıya qədər doldura bilər.

    Nəşr qeyd edib ki, hazırda bəzi bölmələr tələb olunan sayın təxminən üçdəbiri ilə təmin olunub.

    Xatırladaq ki, 2022-ci ilin fevralından Ukraynada ümumi səfərbərlik elan edilib və dəfələrlə uzadılıb, hakimiyyət hərbi yaşda olan kişilərin xidmətdən yayınmasının qarşısını almaq üçün əlindən gələni edir. Bununla belə, hərbi xidmətdən yayınanlar istənilən yolla qaçmağa və ölkəni tərk etməyə çalışırlar – saxta sertifikatlardan istifadə edərək və ya qeyri-qanuni olaraq, çox vaxt həyatlarını riskə ataraq buna nail olmağa cəhd edirlər.

    Qeyd edək ki, bu il mayın 18-də ölkədə səfərbərliyin sərtləşdirilməsi ilə bağlı qanun qüvvəyə minib ki, bu da daha yüz minlərlə ukraynalının hərbi xidmətə çağırılmasını mümkün edib.

  • İlham Əliyev Ruanda prezidenti ilə görüşüb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə görüşüb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Президент Азербайджана встретился с премьер-министром Пакистана – ФОТО

    13 ноября Президент Азербайджанской Республики Ильхам Алиев встретился с премьер-министром Исламской Республики Пакистан Мухаммадом Шахбазом Шарифом.

    Об этом сообщает АЗЕРТАДЖ.


  • Azərbaycan Prezidenti Pakistanın baş naziri ilə görüşüb – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşüb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.


  • В Азербайджане студентка скончалась от отравления

    В Азербайджане скончалась студентка.

    Об этом сообщает Median.Az со ссылкой на Азербайджанский государственный экономический университет.

    По информации, студентка V курса Загатальского филиала вуза Балабаджи Манафова, обучавшаяся по специальности “организация туристического дела”, умерла от отравления угарным газом.

  • Azərbaycanda tələbə zəhərlənərək öldü

    Azərbaycanda tələbə vəfat edib.

    Bu barədə Azərbaycan Dövlət Iqtisad Universiteti məlumat yayıb.

    Bildirilib ki, universitetin Zaqatala filialının Turizm işinin təşkili ixtisası üzrə 5-ci kurs tələbəsi Balabacı Manafova dəm qazından zəhərlənərək vəfat edib.

  • СМИ: Команда Трампа готовит “чистку генералов”

    Переходная команда избранного президента США Дональда Трампа рассматривает проект указа о создании “военного совета” из числа отставных военных, которые будут полномочны изучать дела генералов и рекомендовать отстранение тех, кто не соответствует занимаемой должности.

    Об этом сообщила газета The Wall Street Journal (WSJ), которая ознакомилась с проектом распоряжения.

    По ее данным, если Трамп утвердит указ, то он сможет ускорить процесс увольнения генералов и адмиралов, признанных “не обладающими необходимыми лидерскими качествами”. Газета отмечает, что Трамп, как главнокомандующий, сможет уволить любого офицера по собственному желанию, однако внешний совет, членов которого он назначит, будет способен осуществлять чистки вне традиционных процедур.

    В проекте приказа говорится, что его цель – организовать проверку, которая будет сосредоточена “на лидерских способностях, стратегической готовности и приверженности военному мастерству”, указывает WSJ. Согласно ее информации, в проекте не уточняется, какие действия должны совершить офицеры, чтобы показать, что они соответствуют этим стандартам. Отмечается, что те, кто будут признаны непригодными, будут отправлены в отставку в текущем звании в течение 30 дней.

  • Trampdan “təmizləmə siyasəti”: Generalların işdən çıxarılmasına hazırlıq gedir

    ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın keçid komandası istefada olan hərbçilərdən ibarət “hərbi şura”nın yaradılması haqqında sərəncam layihəsini nəzərdən keçirir.

    Bu barədə sərəncam layihəsi ilə tanış olan “The Wall Street Journal” (WSJ) nəşri məlumat verib.

    Məlumata görə, yeni “hərbi şura”ya generalların işlərini araşdırmaq və tutduqları vəzifələrə uyğun olmayanların vəzifələrindən uzaqlaşdırılmasını tövsiyə etmək səlahiyyəti veriləcək.

    Bildirilib ki, Tramp sərəncamı təsdiqləsə, o, “lazımi liderlik keyfiyyətlərinə malik olmayan”lar kimi qəbul edilən general və admiralların işdən çıxarılması prosesini sürətləndirə biləcək.

    Nəşr qeyd edib ki, Tramp baş komandan kimi istədiyi zabiti işdən çıxara biləcək, lakin onun üzvlərini təyin edəcəyi xarici şura ənənəvi prosedurlardan kənar təmizləmələr apara biləcək.

    Sərəncam layihəsində qeyd edilib ki, məqsəd “liderlik qabiliyyətləri, strateji hazırlıq və hərbi məharətlərə sadiqlik” istiqamətində köklənəcək araşdırmanın təşkilindən ibarətdir.

    Layihədə məmurların bu standartlara uyğun olduqlarını göstərmək üçün hansı hərəkətləri etməli olduqları isə göstərilməyib.

    Həmçinin vurğulanıb ki, yararsız hesab edilənlər 30 gün ərzində hazırkı rütbəsi ilə təqaüdə çıxarılacaqlar.