Month: November 2024

  • Diabet əleyhinə dərman xərçənglə mübarizədə faydalı olub

    “Roswell Park Comprehensive Cancer Center”in (ABŞ) tədqiqatçıları aşkar ediblər ki, II tip diabetin müalicəsində geniş istifadə olunan metformin preparatı piylənməsi olan xəstələrdə kiçikhüceyrəli olmayan ağciyər xərçənginə qarşı immunoterapiyanın effektini gücləndirə bilər.

    Elmi işin nəticələri “Journal of the National Cancer Institute” jurnalında dərc edilib.

    Məlum olub ki, metforminin xərçəng əleyhinə təsiri yalnız artıq çəkisi və ya piylənməsi olan xəstələrdə müşahidə olunur ki, bu da onların immun cavabının xüsusiyyətləri ilə bağlıdır. Metformin piylənmənin immun sistemə mənfi təsirini azaltdığı üçün faydalıdır və bu da immun nəzarət nöqtələri inhibitorlarından istifadə edən terapiyanı daha effektiv edir.

    Tədqiqat çərçivəsində bədən kütləsi indeksi (BKİ) 25 və daha yuxarı olan 511 xəstənin və BKİ 25-dən aşağı olan 232 xəstənin məlumatları təhlil edilib. Bütün iştirakçılarda kiçikhüceyrəli olmayan ağciyər xərçəngi olub və şişin çıxarılması əməliyyatından keçiblər. Əlavə olaraq, piylənməsi olan 284 xəstədə və piylənməsi olmayan 184 xəstədə immun nəzarət nöqtələri inhibitorları ilə terapiyanın effektivliyi öyrənilib.

    Təhlil göstərib ki, BKİ 25 və daha yuxarı olan metformin qəbul edən xəstələrdə əməliyyatdan sonra xəstəliyin residivi olmayan dövrün müddəti əhəmiyyətli dərəcədə artıb. Bundan əlavə, metforminin istifadəsi bu qrupda immunoterapiyanın effektivliyini artırıb, normal çəkisi olan xəstələrdə isə belə effektlər müşahidə olunmayıb.

    Heyvan modellərində alınan nəticələr təsdiq edib ki, metformin piylənmənin immunitetə zərərli təsirini kompensasiya edir. Bu, immun sistemə immunoterapevtik preparatlara daha effektiv reaksiyaya imkan verir və onların şiş əleyhinə təsirini gücləndirir.

  • Avstraliyada 16 yaşadək uşaqlara sosial şəbəkələrə daxil olmaq qadağan edilir

    Avstraliya hökuməti 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsini təsdiqləyib.

    Median.Az championat.com-a istinadən xəbər verir ki, sənəd bir ildən sonra – 2025-ci ilin sonunda qüvvəyə minəcək.

    Qanun 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdə qeydiyyatdan keçməsinə və istifadəsinə tam qadağa qoyulmasını nəzərdə tutur. Bu o deməkdir ki, onlar hətta valideyn icazəsi olsa belə, “TikTok”, “Reddit”, “X” və digər platformalardan istifadə edə bilməyəcəklər.

    Eyni zamanda, məhdudiyyətlər artıq sosial şəbəkələrdə qeydiyyatdan keçmiş uşaqlara təsir etməyəcək.

    Qanuna əməl olunmasına sosial şəbəkələr özləri nəzarət etməli olacaqlar. Qanun pozuntusuna görə şirkətləri 49.5 milyon Avstraliya dolları (təxminən 32 milyon ABŞ dolları) məbləğində cərimə gözləyir.

    Sorğulara görə, ölkə sakinlərinin əksəriyyəti (77%) hökumətin qərarını dəstəkləyib.

  • Путин извинился перед Меркель за инцидент с лабрадором – ФОТО / ВИДЕО

    Президент России Владимир Путин, общаясь с журналистами в казахстанской Астане, вновь извинился перед экс-канцлером Германии Ангелой Меркель за эпизод с лабрадором Конни в 2007 году.

    Об этом пишет РБК.

    Экс-канцлер в своих мемуарах писала, что во время встречи с российским президентом в Сочи его собака присутствовала в зале, когда они фотографировались, хотя Берлин предупреждал, что она боится этих животных.

    “Ангела, пожалуйста, извини меня, я не хотел причинить тебе никакой душевной боли, наоборот, хотел создать благоприятную атмосферу для нашего разговора”, – сказал Путин.

    Российский лидер также опроверг слова Меркель о том, что он специально “пугал” ее собакой во время визита в Сочи. Президент РФ пообещал в случае нового приезда экс-канцлера Германии в гости больше не подпускать к ней собак.

    Инцидент случился в 2007 году в Сочи во время визита Меркель в Россию. Во время переговоров российского и немецкого лидеров в помещение зашел лабрадор Путина по имени Конни. “Я старалась игнорировать собаку, хотя она находилась достаточно близко. По выражению лица Путина я считала так, что ему нравится эта ситуация. Он просто хотел посмотреть, как человек реагирует в беде? Была ли это некая демонстрация силы? Я просто подумала: сохраняй спокойствие, сосредоточься на фотографах, это пройдет”, – написала Меркель.

    В 2016 году Путин в интервью Bild говорил, что извинился за случай с Конни.

  • Putin Merkeldən üzr istədi – FOTO / VİDEO

    Rusiya Prezidenti Vladimir Putin Astanada jurnalistlərə açıqlamasında Almaniyanın keçmiş kansleri Angela Merkeldən 2007-ci ildə labrador Konni ilə bağlı insidentə görə üzr istəyib.

    Bu barədə RBC.ru məlumat yayıb.

    Keçmiş kansler xatirələrində qeyd edib ki, Soçidə Rusiya prezidenti ilə görüş zamanı fotoşəkil çəkdirərkən Putinin iti zalda olub. Halbuki Berlin Merkelin itlərdən qorxduğunu əvvəlcədən Moskvaya xəbərdar etmişdi. Hadisə 2007-ci ildə Merkelin Rusiyaya səfəri zamanı Soçidə baş verib.

    Putin, Merkelin Soçiyə səfəri zamanı onu itlə “qəsdən qorxutması” barədə iddiaları təkzib edib. O, Almaniyanın keçmiş kansleri yenidən ölkəyə səfər edərsə, itlərin ona yaxın buraxılmayacağına dair söz verib.

  • Binə qəsəbəsində qaz xətti var, lakin istilik yoxdur – VİDEO

    Binə qəsəbəsi “Sovxoz sahəsi” adlanan ərazidə yaşayan sakinlərin evlərinə istilik verilmir.

    Belə ki, onlara qaz xəttinin çəkiləcəyi vədi verilib və 1 ilə yaxındır ki ərazi qazlaşdırılıb, yenə də evlərdə elektrikli isitmə vasitələrindən istifadə edilir.

    Sakinlər bildiriblər ki, təxminən 10 evə sayğac qoyulub və qaz çəkilib. Lakin 120-dən çox ailənin müraciəti nəzərə alınmır.

    Məsələ ilə bağlı “Azəriqaz” İB-dən “Xəzər Xəbər”ə bildirilib ki, sözügedən ərazidə yerləşən yaşayış massivi 2022-2023-cü illərdə “Azəriqaz” tərəfindən küçə qaz xətləri çəkilərək istismara verilib.

    Ərazi üzrə vətəndaşlar fərdi qaydada müraciət edərək ünvanları qazlaşdırılıb.

    Qeyd edilən ərazidən qüvvədə olan qazlaşma qaydalarına uyğun hər hansı müraciət olunarsa, qazlaşdırılma həyata keçirilə bilər. Hazırda həmin ərazi üzrə təqribən 50-yə qədər yaşayış evi mövcuddur, həmin ünvanlardan 8 ədədi qazlaşdırılıb.

    Ətraflı süjetdə:

  • Xətai rayonunda istilik problemi nə vaxt həll ediləcək? – VİDEO

    Paytaxtın Xətai rayonu, Polad Həşimov küçəsindəki iki binanın sakinləri istiliksiz qalıb.

    Xezerxeber.az-ın məlumatına görə, istilik verilməsi prosesi noyabrın 15-də başlasa da, bu binalara istilik hələ də verilməyib. Sakinlər iddia edirlər ki, problemin qaynağı ərazidəki parkla əlaqəlidir.

    Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-dən “Xəzər Xəbər”ə bildirilib ki, ərazidə qəza baş verib və ən qısa müddət ərzində məsələ öz həllini tapacaq.

    Sakinlər ümid edir ki, işlər qısa vaxt ərzində yekunlaşacaq.

    Ətraflı süjetdə:

  • Tailanddan Rusiyaya gedən təyyarədə bomba həyəcanı: Mütəxəssislər cəlb edildi

    Tailanddan Rusiyanın Yekaterinburq şəhərinə uçuş həyata keçirən təyyarə içərisində partlayıcıya bənzər şübhəli qurğu olması ilə bağlı xəbərdarlıq səbəbindən eniş etdikdən sonra fövqəladə hallar mütəxəssisləri tərəfindən baxış keçirilib.

    Bu barədə “112” “Telegram” kanalı məlumat yayıb.

    Naməlum şəxs təcili yardım xidmətinə müraciət edərək təyyarənin salonunda bombaya oxşayan, peycerə qoşulmuş qəribə bir obyekt tapıldığını bildirib. Bu məlumatdan sonra təhlükəsizlik qüvvələri, həkimlər və yanğınsöndürənlər Yekaterinburqdakı Koltsovo hava limanının eniş zolağına cəlb olunublar.

    “Airbus A330” təyyarəsi təhlükəsiz şəkildə Koltsovo hava limanına enib. Təyyarədə 281 sərnişin və 10 ekipaj üzvü olub.

    Əməliyyat tədbirləri nəticəsində təyyarədə təhlükəli əşya aşkar edilməyib.

  • Sabunçu rayonunda çirkab suları evlərə dolur – VİDEO

    Sabunçu rayonunda çirkab suları küçəyə axır.

    Sakinlər deyirlər ki, 15 gündür axan su evlərə, evlərin zirzəmilərinə dolur.

    Onların sözlərinə görə, qəsəbənin Habil Balakişiyev və Əşrəf Yunusov küçələrinin kəsişməsində kanalizasiya borusunun partlaması ilə bağlı aidiyyəti quruma məlumat versələr də, nəticəsi yoxdur.

    Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xdimətindən “Xəzər Xəbər”ə bildirilib ki, hal-hazırda qəza xidməti qeydolunan ünvandadır, işlərə başlanılıb. Qısa müddətdə müvafiq tədbirlər görüləcək və problem ortadan qaldırılacaq.

    Ətraflı süjetdə:

  • Zəngəzur dəhlizi istiqamətində nəqliyyat qovşaqları konsepsiyaları hazırlanır

    “Zəngəzur dəhlizi istiqamətində nəqliyyat qovşaqlarının tikilməsi üçün müəyyən konsepsiyalar hazırlanır”.

    Bunu Trend-ə müsahibəsində Naxçıvan Muxtar Respublikasınının rəqəmsal inkişaf və nəqliyyat nazirinin səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Rahid Ələkbərov deyib.

    “Zəngəzur dəhlizi ilə bağlı dövlətimiz tərəfindən aparılan siyasət var. Bu istiqamətdə bir çox konsepsiyalar hazırlanıb. Bu konsepsiyalar çərçivəsində Zəngəzur dəhlizi boyunca tranzit infrastrukturunun, potensialının inkişaf etdirilməsi, qurulması, genişləndirilməsi üçün transformasiyaya ehtiyac var. Biz əvvəlki şəraiti saxlaya bilmərik. Çünki Zəngəzur dəhlizi açılanda daha çox yük daşınacaq. Bu istiqamətdə dəhlizin hər iki tərəfində nəqliyyat qovşaqlarının tikilməsi istiqamətində müəyyən konsepsiyalar hazırlanır.

    Naxçıvan üzərindən yüklərin daşınması, daşımaçılıq istiqamətində olan xidmətlər, sürücülər üçün yollarda şəraitin yaxşılaşdırılması elə aparılmalıdır ki, əhalinin rahatlığı pozulmadan tranzit infrastrukturu qurulsun.

    Naxçıvanda kənd təsərrüfatı və sənaye üçün yararsız olan torpaqlardan keçərək tranzit infrastrukturunun qurulması nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi elədir ki, qonşu ölkələrdən girişlər və çıxışlar var. Bu yerlərdə logistika xidmətlərinin göstərilməsi üçün infrastrukturun qurulması istiqamətində konsepsiyalar gündəmdə ola bilər”, – deyə o qeyd edib.

  • Предотвращены незаконное пересечение границы и контрабанда наркотиков в Азербайджан – ФОТО

    В Азербайджане за последние дни выявлены три нарушителя границы и два гражданина Азербайджана, пытавшихся провезти наркотические средства в страну.

    Об этом сообщили в Государственной пограничной службе (ГПС).

    По информации службы, 23 ноября в 19:00 на служебной территории погранзаставы “Худат” пограничных войск ГПС задержан гражданин Алжира (2002 г.р.), пытавшийся перейти из Азербайджана в Россию, 25 ноября в 00:05 на служебной территории погранзаставы “Лянкяран” задержаны граждане Ирана (2004 и 2008 г.р.) при попытке пересечь госграницу из Ирана в Азербайджан.

    27 ноября в 02:20 на служебной территории погранзаставы “Лянкяран” задержаны житель Абшеронского района Фаиг Шаиг оглу Тахирзаде (1975 г.р.) и житель Масаллинского района Дильгам Гафил оглу Мурадлы (1992 г.р), у которых обнаружено и изъято 13 кг 995 г наркотических средств (11 кг 965 г марихуаны, 1 кг 525 г опия, 505 г метамфетамина) и 3 980 таблеток метадона М-40.

    Оперативно-разыскные мероприятия продолжаются.