Month: November 2024

  • Dövlət sərhədinin pozulmasının və narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alındı – FOTO

    Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qeyri-qanuni miqrasiya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində son günlərdə 3 nəfər sərhəd pozucusu və narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd göstərən 2 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidməti məlumat yayıb.

    Noyabr ayının 23-də saat 19:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Xudat sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı – 2002-ci il təvəllüdlü Şueyb Bendema, noyabrın 25-də saat 00:05-də Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində İİR vətəndaşları-2004-cü il təvəllüdlü Rayenzadə Muhemmedrza Əli və 2008-ci il təvəllüdlü Yeganə Nehmətulla qızı Mikayıllı dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar.

    Noyabrın 27-də saat 02:20-də isə Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində 99-EA-559 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən və şübhəli hərəkətləri ilə diqqəti cəlb edən Abşeron rayon sakini 1975-ci il təvəllüdlü Faiq Şaiq oğlu Tahirzadə və Masallı rayon sakini 1992-ci il təvəllüdlü Dilqəm Qafil oğlu Muradlı saxlanılıblar.

    Saxlanılan şəxslərin idarə etdiyi avtomobilə baxış zamanı ümumi çəkisi 13 kiloqram 995 qram (11 kq 965 qram marixuana, 1 kq 525 qram tiryək, 505 qram metamfetamin) və 3980 ədəd narkotik tərkibli “Metadon M-40” həbi aşkar olunaraq götürülüb.

    Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


  • Сирийская армия начала масштабное контрнаступление на позиции террористов под Алеппо

    Части сирийской армии начали контрнаступление на позиции боевиков экстремистской группировки “Джебхат ан-Нусра”, которые захватили свыше 20 населенных пунктов к северу и западу от города Алеппо (360 км от Дамаска), являющегося административным центром одноименной провинции.

    Об этом сообщил ливанский телеканал Al Mayadeen.

    По его информации, правительственные силы в ходе проведенной операции освободили город Эль-Бакум. Ранее в Алеппо были переброшены воинские подкрепления из других районов Сирии. Было перекрыто движение по международной автотрассе M-5, соединяющей Дамаск и Алеппо, из-за угрозы вооруженных вылазок со стороны бандформирований.

    Террористы из “Джебхат ан-Нусры” и союзных с ней радикальных группировок в ходе вероломного нападения 27 ноября приблизились на опасное расстояние к Алеппо и заняли несколько выгодных позиций в 7-10 км от города. Потоки беженцев из предместий Джамиат-эз-Захра, Дждейда, Эз-Зарба и Эль-Мансура устремились в сирийскую северную столицу, которая была освобождена от незаконных вооруженных формирований в 2016 году.

    На нескольких участках фронта в окрестностях Алеппо правительственным силам удалось сдержать продвижение противника, он понес потери, ликвидированы несколько сотен боевиков. Банды террористов пытались прорваться к городу со стороны Анадана, Атариба, Хайяна и Харейтана, они атаковали международный аэропорт в Нейрабе.

  • Suriya ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

    Suriya ordusu Hələb əyalətində itirilmiş mövqeləri geri qaytarmaq məqsədilə genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb.

    Bu barədə Suriyanın “Al Mayadeen” telekanalı məlumat yayıb.

    Hökumət ordusu “Həyat Təhrir əş-Şam” (əvvəllər “Cəbhət ən-Nüsrə” adlandırılıb) qruplaşması tərəfindən tutulmuş 32 yaşayış məntəqəsi üzərində nəzarəti ələ keçirməyə cəhd edir.

    Qeyd olunub ki, Suriya ordusu apardığı şiddətli döyüşlər nəticəsində Əl-Bakum şəhərinə nəzarəti geri qayıdıb.

    Suriya ordusu həmçinin İdlibin cənub-şərqində silahlı qruplara qarşı hərbi əməliyyatlar aparır.

  • 109-летняя женщина найдена мертвой в запертой квартире в Баку

    На проспекте Азадлыг в Бинагадинском районе Баку гражданка оказалась в беспомощном состоянии за закрытой дверью квартиры.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана, в связи с информацией на место происшествия были немедленно направлены спасатели Бакинского регионального центра ведомства.

    Сотрудники МЧС с помощью специальных средств вскрыли дверь квартиры, расположенной на третьем этаже девятиэтажного жилого дома, где обнаружили тело Нубар Ахмедовой (1915 г.р.).

  • Bakıda mənzildən 109 yaşlı qadının meyiti tapılıb

    Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində vətəndaş mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

    Xilasedicilər tərəfindən doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısı müvafiq vasitələrlə açılıb və 1915-ci il təvəllüdlü Nübar Mayıl qızı Əhmədovanın meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

  • Sumqayıtda 68 yaşlı kişinin meyiti aşkarlanıb

    Sumqayıtda 68 yaşlı kişinin meyiti aşkarlanıb.

    Hadisə 47-ci məhəllədə qeydə alınıb.

    1956-cı il təvəllüdlü Mobil Cəlil oğlu Hüseynovun meyiti yaşadığı evdə aşkarlanıb.

    Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Qəzzada ölən fələstinlilərin sayı 44,3 min nəfərə çatıb

    Ötən ilin oktyabrında İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından bu günədək 44,3 mindən çox fələstinli ölüb, 105 minə yaxın insan yaralanıb.

    Bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyinin teleqram kanalında bildirilib.

    “2023-cü ilin oktyabr ayından etibarən İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 44 330 nəfərə çatıb, daha 104 933 nəfər isə yaralanıb”, – qurumun icmalında deyilir.
    Həmçinin qeyd edilir ki, son gün ərzində anklavda İsrailin bombardmanları və top atəşləri nəticəsində 48 nəfər ölüb, 53 nəfər yaralanıb.
    Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS radikal hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından və sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi, 240-dan çox insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və girov götürülənlərin hamısını azad etmək məqsədi ilə anklavda hərbi əməliyyata başlayıb. Qəzza zolağında döyüşlər bu gün də davam edir.

  • Əfqan Sadıqov Azərbaycana ekstradisiya ediləcək

    Azərbaycanlı jurnalist Əfqan Sadıqov Bakıya ekstradisiya ediləcək. 

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Tblisi şəhər məhkəməsi qərar qəbul edib.

    Ə.Sadıqov hədə-qorxu ilə tələb etməkdə ittiham olunur.

    O, bir müddət əvvəl Gürcüstanda saxlanılıb. Bu gün isə ekstradisiya edilməsinə qərar verilib.

    Qeyd edək ki, Sadıqov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

    O, ölkədə olmadığından beynəlxalq axtarışa verilib. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən qarşılıqlı əməkdaşlıq müqaviləsinə uyğun olaraq Əfqan Sadıqovun ölkəyə ekstradisiya edilməsi istənilib.
    Xatırladaq ki, “Azel Tv”nin rəhbəri olmuş Ə.Sadıqov 2020-ci ildə hazırda həbs edildiyi maddə ilə 6 il müddətinə məhkum edilmişdi. O, iki il əvvəl əfv edilmişdi.

  • “Qarabağ” – “Lion” oyununda hesab açıldı

    UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun “Qarabağ” – “Lion” (Fransa) oyununda hesab açılıb.

    Median.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabda irəli çıxıb.

    15-ci dəqiqədə Jorj Mikautadze fərqlənib.

    Matçı serbiyalı baş hakim Nenad Minakoviç idarə edir.

  • Dörd vəkilə töhmət verildi

    Bu gün Vəkillər Kollegiyasının növbəti iclası keçirilib.

    İclasda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 5 vəkilə xəbərdarlıq edilib, 4 vəkilə töhmət verilib, 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, habelə 1 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar çıxarılıb.

    Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.