Month: November 2024

  • Vəzifəli şəxs qəzada ölmüşdü – Ailəsi 1 milyon tələb edir

    2020-ci ilin noyabrında Ucarda baş vermiş və Rəşad Həsənovun ölümü ilə nəticələnmiş ağır yol qəzası ilə bağlı istintaq başa çatıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iş üzrə Əmanətlərin Sığortalanması Fondunun sabiq şöbə müdiri, həmçinin fondun ləğv prosesində olan bank üzrə Restrukturizasiya İşçi Qrupunun keçmiş rəhbəri 1981-ci il təvəllüdlü Muxtar Muxtarov təqsirləndirilib.

    Məlum olub ki, M.Muxtarov çalışdığı quruma məxsus avtomobillə işlə bağlı Bakıdan Gəncəyə yola düşüb. Avtomobildə qurumun şöbələrindən birinin müdir müavini vəzifəsində çalışan Rəşad Həsənov və digər iki vəzifəli şəxs də olub. Onlar Bakı-Qazax yolunun 217-ci kilometrliyində – Ucarın Müsüslü kəndi ərazisində qəzaya düşüblər. Belə ki, Muxtar Muxtarovun idarə etdiyi “Nissan Sunny” markalı xidməti avtomobil “KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə avtomobildə sərnişin qismində olan şəxslərdən Rəşad Həsənov vəfat edib. Daha 2 nəfər isə xəsarət alıb.

    Uzun vaxt aparan ibtidai və məhkəmə istintaqından sonra Ucar Rayon Məhkəməsi faktla bağlı açılmış cinayət işi üzrə hökm çıxarıb. Məhkəmə prosesində bəlli olub ki, təqsirləndirilən şəxslə R.Həsənovun ailəsi arasında barışıq əldə edilməyib.

    Məhkəmədə bildirilib ki, Rəşad Həsənovun həyat sığortası olduğuna görə qəzadan sonra onun ailəsinə rəsmi olaraq cəmi 282 619 manat sığorta pulu ödənilib.

    O da məlum olub ki, Rəşad Həsənovun atası Müzəffər Həsənov Muxtar Muxtarovdan müxtəlif dövlət qurumlarına şikayət edib. O, M.Muxtarovla görüşü zamanı 200 min manat ödəməyəcəyi təqdirdə şikayətçi olacağını bildirib. Mərhumun atası təqsirləndirilən vəzifəli şəxsə məbləğin 80 min manatını nağd, qalan 120 min manatı isə ayda 700 manat olmaqla ödəməyi və bu məqsədlə müqavilə bağlamağı təklif edib: “Lakin mən ona bu qədər vəsaiti ödəmək imkanında olmadığımı bildirdim. Bundan sonra Rəşadın atası hədə və şantajlarını davam etdirərək məni və avtomobildə olmuş digər 2 nəfəri də tutduracağını dedi”.

    Məhkəmə prosesində müəyyənləşib ki, M.Həsənov M.Muxtarova qarşı dəymiş maddi-mənəvi zərərə görə 919 min manatlıq mülki iddia qaldırıb.

    Ucar Rayon Məhkəməsinin çıxardığı hökmlə Muxtar Muxtarov Cinayət Мəcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib. Ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Həmçinin sürücülük hüququ da 3 il müddətə məhdudlaşdırılıb. Cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.

    919 min manatlıq mülki iddia isə sənədlərin yetərsizliyi səbəbilə baxılmamış saxlanılıb.

  • EBRD prezidenti COP29-da bankın nümayəndə heyətinə rəhbərlik edəcək

    Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 iqlim konfransında ən yüksək səviyyədə təmsil olunacaq.

    Bankdan Reporta verilən məlumata görə, konfransda EBRD prezidenti Odil Reno-Basso, bankın birinci vitse-prezidenti Yürgen Riqterink, siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman və iqlim strategiyası və tətbiqi üzrə idarəedici direktor Harri Boyd-Karpenter iştirak edəcək.

    “Builki tədbir özəl sektorun səfərbər edilməsinə xüsusi diqqət yetirməklə, iqlim maliyyələşdirilməsi vasitəsilə iqlim fəaliyyətinin sürətləndirilməsinə yönəldiləcək”, – bankdan bildirilib.

    COP29 çərçivəsində EBRD digər beynəlxalq maliyyə institutları və təşkilatları ilə birgə iqlim dəyişikliyi ilə mübarizəyə, karbonsuzlaşdırmaya həsr olunmuş 11 müxtəlif tematik tədbir təşkil etməyi planlaşdırır.
    Bankdan qeyd edilib ki, EBRD davamlı olaraq “yaşıl” inkişafın, davamlılığın və innovasiyanın təşviqinə sadiqdir. Bu məqsədlə EBRD iqlim dəyişikliyi ilə mübarizə, özəl maliyyəni səfərbər etmək və fəaliyyət göstərdiyi bütün regionlarda sistemli dəyişikliklərə nail olmaq üçün beynəlxalq səylərdə fəaldır.

    “EBRD bankın biznesinin azı yarısının “yaşıl” olmasını təmin etməyə çalışır. Ötən il bankın “yaşıl” maliyyələşdirməsi 6,5 milyard avroya çatıb. Bank iqlimin maliyyələşdirilməsində liderdir”, – bankdan vurğulayıblar.

  • Azərbaycan Ordusunun əsgəri intihar etdi

    Azərbaycan Ordusunun əsgəri intihar edib.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Anar Yolçu oğlu Hüseynov özünü öldürüb.

    Məsələ ilə bağlı Hərbi Prokurorluğa sorğu ünvanladıq. Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, daxil olmuş məlumat əsasında Ağdam hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib:

    “Fakt üzrə Ağdam hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq, şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilib.

    Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır”.

  • Sabah Bakının 3 rayonunda qaz olmayacaq

    Sabah Bakı şəhərinin 3 rayonunun qaz təchizatında fasilə yaranacaq.

    Bu barədə Median.Az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

    Məlumata görə, noyabrın 7-də saat 10:00-dan etibarən paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində, Qaradağ rayonu, Lökbatan qəsəbəsində və Nərimanov rayonunda təmir-quraşdırma işləri aparılacaq.

    Təmir işləri görülən müddətdə Sulutəpə qəsəbəsinin Hərbi yol ərazisinin, Lökbatan qəsəbəsinin 28 May küçəsinin, Nərimanov rayonunun isə R.Muxtarov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • KİV: Trampın andiçmə mərasimi yanvarın 20-də olacaq

    ABŞ-nin prezidenti vəzifəsinə növbəti dəfə seçilən Donald Trampın andiçmə mərasiminin tarixi məlum olub.

    Bu barədə “USA Today” Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

    Bildirilib ki, 78 yaşlı D. Tramp 2025-ci il, yanvarın 20-də and içərək vəzifəsinin icrasına başlayacaq.
     
    ///apa

  • Лянкяран объявлен “Молодежной столицей тюркского мира”

    Город Лянкяран объявлен “Молодежной столицей тюркского мира в 2024 году”.

    Как сообщает Median.Az cо ссылкой на Бишкекскую декларацию, данное решение было принято сегодня по итогам 11-го заседания Совета глав государств ОТГ в столице Кыргызстана.

    По итогам саммита ОТГ в Бишкеке председательство в организации перешло от Казахстана Кыргызстану.

    Отметим, что лидеры стран-членов утвердили проведение в 2025 году саммита в Азербайджане и неформального саммита ОТГ в Венгрии.

  • Lənkəran “Türk dünyasının gənclər paytaxtı” elan edilib

    Lənkəran şəhəri “2024-cü ildə Türk dünyasının gənclər paytaxtı” elan edilib.

    Median.Az Bişkek Bəyannaməsinə istinadən xəbər verir ki, bu barədə qərar bu gün Qırğızıstanın paytaxtında keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 11-ci iclasının yekunları üzrə qəbul edilib.
    Bişkek sammitinin yekunlarına əsasən, təşkilata sədrlik Qazaxıstandan Qırğızıstana keçib.

    Qeyd edək ki, təşkilata üzv ölkələrin liderləri sammitin 2025-ci ildə Azərbaycanda keçirilməsini təsdiqləyiblər.

  • Rusiya ordusu Ukraynanın Donetsk vilayətində daha iki yaşayış məntəqəsini ələ keçirib

    Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Antonovka və Maksimovka yaşayış məntəqələrini nəzarətə götürüb.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Rusiya qoşunları “Donetsk Xalq Respublikası”nın (Ukraynanın Donetsk vilayəti-red) Antonovka və Maksimovka yaşayış məntəqələrini azad edib.

    Bundan əlavə, qeyd olunub ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynanın MiQ-29 təyyarəsini, səkkiz Hammer aviasiya bombasını, dörd HIMARS raketini və 23 PUA-sını vurub.
     
    ///apa

  • Səudiyyə Ərəbistanı klubu Neymarla vidalaşa bilər

    Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu futbolçusu Neymarla yollarını ayıra bilər.

    Median.Az “UOL” portalına istinadən xəbər verir ki, buna səbəb braziliyalı hücumçunun tez-tez zədələnməsidir.

    2023-cü ilin oktyabrında Braziliya millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsinin Uruqvayla görüşündə zədə alan və 1 il yaşıl meydanlardan kənar qalan Neymar yarım ay əvvəl formasını bərpa edib.

    Asiya Çempionlar Liqasının III turunda BƏƏ-nin “Əl-Əyn” kollektivi ilə matçda 77-ci dəqiqədə oyuna daxil olan 32 yaşlı “sambaçı” ayağında ağrılar hiss etdiyi üçün əvəzlənib.

    “Əl-Hilal” rəhbərliyi Neymarın müqaviləsinə qarşılıqlı şəkildə xitam verməyi düşünür.
    Qeyd edək ki, futbolçu ötən il “Əl-Hilal”a Fransanın PSJ kollektivindən transfer olunub.

  • Завершился визит президента Ильхама Алиева в Кыргызстан

    Завершился визит президента Азербайджанской Республики Ильхама Алиева в Кыргызскую Республику.

    В Международном аэропорту “Манас 2” города Бишкек был выстроен почетный караул в честь главы государства.

    Президента Ильхама Алиева провожали председатель Кабинета министров Кыргызстана – руководитель Администрации президента Акылбек Жапаров и другие официальные лица.