Month: November 2024

  • Перед станцией метро “Хатаи” рухнул светофор – ВИДЕО (ОБНОВЛЕНО)

    Сильный порывистый ветер стал причиной падения светофорного столба перед станцией метро “Хатаи” в Баку.

    Об этом oxu.az сообщил ведущий специалист сектора по связям с общественностью Центра интеллектуального управления транспортом (ЦИУТ) Министерства внутренних дел Азербаджана Омар Хыдыров.

    По его словам, сотрудники ЦИУТ оперативно прибыли на место происшествия и демонтировала поврежденный светофор, на место которого уже устанавливается новый.

    * * * * *

    В Баку на проспекте Ходжалы, перед станцией метро “Хатаи”, рухнул светофор.

    Об этом сообщили местные жители.

    В связи с этим редакция сайта направила запрос в Центр интеллектуального управления транспортом Министерства внутренних дел.

  • Metronun “Xətai” stansiyasının qarşısında işıqfor aşıb – VİDEO (YENİLƏNİB)

    “Güclü külək səbəbindən sözügedən ərazidə işıqfor dirəyi aşıb”.

    Bunu oxu.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov deyib.

    O qeyd edib ki, qurum əməkdaşları tərəfindən aşan işıqfor ərazidən götürülüb və yerində yeni işıqforun quraşdırılması işləri aparılır.

    O qeyd edib ki, qurum əməkdaşları tərəfindən aşan işıqfor ərazidən götürülüb və yerində yeni işıqforun quraşdırılması işləri aparılır.

    * * * * *

    Bakı şəhəri, Xocalı prospektində, metronun “Xətai” stansiyasının qarşısındakı yolda işıqfor aşaraq yararsız hala düşüb.

    Bu barədə sakinlər məlumat veriblər.

    Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə sorğu ünvanlanıb.

  • Генсек ООН призвал религиозных лидеров к продвижению мер по борьбе с изменением климата

    Действия религиозных лидеров важны для продвижения мер по борьбе с изменением климата и достижения климатической справедливости.

    Как сообщает Report, об этом заявил генеральный секретарь ООН Антониу Гутерриш в видеообращении к участникам Бакинского глобального саммита религиозных лидеров, который начал свою работу во вторник.

    По его словам, экстремальные температуры, бушующие пожары, засухи и масштабные наводнения не щадят ни одну страну, и наиболее уязвимыми являются бедные слои населения.

    Генсек ООН подчеркнул важность действий, направленных на то, чтобы к следующему году страны разработали новые национальные планы (NDCs) в области климата, соответствующие цели ограничения глобального потепления до 1.5 градусов. Также важно обеспечить справедливость, чтобы у всех стран были ресурсы для адаптации к изменяющейся планете и перехода к устойчивому и возобновляемому будущему.

    “Это включает значительное увеличение финансовой поддержки для развивающихся стран и формирования хорошо финансируемого фонда для возмещения ущерба, чтобы помочь тем, кто больше всего пострадал от стихийных бедствий”, – сказал он.

  • BMT-nin Baş katibi dini liderləri iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini təşviq etməyə çağırıb

    “Dini liderlərin fəaliyyəti iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin təşviqi və iqlim ədalətinin əldə edilməsi üçün vacibdir”.

    “Report” xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş COP29 çərçivəsində bu gün Bakıda keçirilən “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında baş tutan Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına videomüraciətində bildirib.

    Onun sözlərinə görə, ekstremal temperaturlar, yanğınlar, quraqlıq və genişmiqyaslı daşqınlar heç bir ölkəyə aman vermir.

    BMT-nin baş katibi ölkələrin qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq məqsədinə uyğun Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin hazırlamasına yönəlmiş tədbirlərin vacibliyini vurğulayıb:

    “Bütün ölkələrin dəyişən planetə uyğunlaşmasına, dayanıqlı və bərpa olunan gələcəyə keçidə dair resurslara malik olmasını təmin etmək üçün ədalət vacibdir”.

    “Bura inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyinin əhəmiyyətli dərəcədə artırılması və təbii fəlakətlərdən ən çox zərər çəkən ölkələrə kömək etmək üçün yaxşı maliyyələşdirilən itki və zərərə cavab verən fondun yaradılması daxildir”, – o bildirib.

  • Sosial şəbəkədə qızının adına saxta profil açanı döyən şəxslə bağlı qərar ləğv edildi

    Ali Məhkəmədə qanunsuz azadlıqdan məhrum etmə və xuliqanlıqda təqsirləndirilən Gülağa Müslümovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, protest təmin edilib, Şəki Apellyasiya Məhkəməsinin çıxardığı qərar ləğv edilib, cinayət işi baxılması üçün aşağı instansiya məhkəməsinə yeni məhkəmə baxışına təyin olunub.

    İstintaq orqanının mövqeyinə əsasən, təqsirləndirilən şəxs 2022-ci il tarixdə zərərçəkmiş Nağı Nağıyevə onun qızının adına sosial şəbəkədə saxta istifadəçi profilləri yaradaraq nalayiq ifadələr işlətməsini əsas gətirib. Gülağa Müslümov həmin şəxsdən qisas almaq məqsədilə zərərçəkmişin Yevlax rayonunun Xanabad kəndi ərazisindəki örüş-otlaq sahəsində olmasını əvvəlcədən bilib, VAZ-2107 avtomobili ilə həmin ərazisindəki otlaq sahəsində xırdabuynuzlu heyvanlarını otaran Nağının yanına gedib. Təqsirləndirilən şəxs zərərçəkmişə nə üçün qızının adına sosial şəbəkədə saxta istifadəçi profilləri yaradaraq nalayiq ifadələr işlətməsini deyərək onunla mübahisə edib. Sonra o, Nağının həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib, onu adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmək məqsədilə əlindəki ağacla bir neçə dəfə zərərçəkmiş şəxsin bədənin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı zərbə vurub. Daha sonra Gülağa Müslümov xəsarət alaraq yerə yıxılan zərərçəkmişin əllərini arxadan bir-birinə iplə bağlayaraq, onu məcburi formada zorla avtomobilinin ön sağ oturacağına otuzdurub. Gülağa zərərçəkmiş şəxsin faktiki olaraq azadlığını məhdudlaşdırdıqdan sonra onun əynində olan şalvarını çıxardaraq, özü avtomobilin sükanı arxasına əyləşib, nəqliyyat vasitəsini idarə edib, təxminən 15 dəqiqə ərzində Nağını qanunsuz olaraq azadlıqdan məhrum edib. Sonra o, avtomobili ilə Nağını Xanabad kəndinin mərkəzində yerləşən çayxananın qarşısına gətirib. Orada özü avtomobildən düşdükdən sonra zərərçəkmiş şəxsi qolları bağlı halda insanların gözü qarşısında maşından düşürdüb. Daha sonra Gülağa Nağını təpiklə vurub zor tətbiq etməklə ona kömək edəcək şəxslərin ünvanına ucadan nalayiq ifadələr işlədib.

    Hadisədən sonra Gülağa Müslümov cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib. Yevlax Rayon Məhkəməsinin hökmü ilə ona Cinayət Məcəlləsinin (CM) 145.2.5-ci (qanunsuz azadlıqdan məhrumetmə) maddəsi ilə bəraət verilib, CM-in 221.1-ci (xuliqanlıq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və Gülağa Müslümova 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şəki Apellyasiya Məhkəməsi protesti təmin etməyib. Daha sonra dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.

  • Şəkidə oğurluq edən maskalı şəxslər tutulublar – FOTO

    Şəki Şəhər Rayon Polis Şöbəsinə rayonun Şorsu kənd sakininə məxsus xırdabuynuzlu heyvanların oğurlanması barədə məlumat daxil olub.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib.

    Vurğulanıb ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər də məhkum olunmuşlar – Saleh Əliyev, Şahid Ballıyev və Elton Paşayev müəyyən olunaraq saxlanılıblar.

    Onlar maska geyinərək zərərçəkənin həyətyanı sahəsinə daxil olaraq heyvanları oğurladıqlarını və müxtəlif şəxslərə sataraq əldə etdikləri qazancı aralarında böldüklərini bildiriblər.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

  • В Баку проходит Глобальный саммит религиозных лидеров

    В Баку проходит Глобальный саммит религиозных лидеров.

    Как сообщает Report, мероприятие проходит в преддверии 29-й сессии Конференции сторон Рамочной конвенции ООН по изменению климата (COP29).

    Саммит проводится под эгидой Президента Азербайджана Ильхама Алиева. Партнерами мероприятия являются Министерство экологии и природных ресурсов, Государственный комитет по работе с религиозными организациями, Управление мусульман Кавказа, Мусульманский совет старейшин и Программа ООН по окружающей среде.

    В мероприятии принимают участие более 220 гостей из 55 стран и 30 международных организаций, а также представители ведущих СМИ. Среди участников всемирно известные религиозные и общественные деятели, представляющие различные конфессии.

    Саммит продлится два дня, его участники также посетят освобожденные от оккупации территории Азербайджана.

  • Dünya dini liderləri Bakıda toplaşdılar

    Bakıda Dini Liderlərin Qlobal Sammiti keçirilir.

    “Report” xəbər verir ki, tədbir Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası ərəfəsində reallaşır.

    Dini Liderlərinin Qlobal Sammiti Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunur. “Dünya Dinləri Yaşıl Planet Uğrunda” şüarı altında keçirilən tədbirin tərəfdaşları qismində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Beynəlxalq Müsəlman Ağsaqqalları Şurası və BMT-nin Ətraf Mühit Proqramı çıxış edir.

    Dünya və ənənəvi dinlərin liderlərinin, müxtəlif konfessiyaları təmsil edən və dünya miqyasında tanınan din və ictimaiyyət nümayəndələrinin qatıldığı Qlobal Sammitdə 55 ölkəni, 30 beynəlxalq təşkilatı, aparıcı KİV-ləri təmsil edən 220-dən çox qonaq iştirak edir.

    Tədbir iki gün davam edəcək.

  • Когда повысится зарплата учителей, прошедших сертификацию? – ОФИЦИАЛЬНО

    Информацию о результатах этапа собеседования в процессе аттестации преподавателей можно узнать в личных кабинетах учителей.

    Возникает вопрос: когда будут начислены надбавки к зарплате учителей, успешно сдавших сертификационный экзамен?

    В связи с этим образовательный портал azedu.az направил запрос в Министерство науки и образования Азербайджана.

    В ответ в ведомстве сообщили, что надбавки будут исчисляться с 01.09.2024.

    “Надбавки будут выплачены вместе с ноябрьской зарплатой”, – отметили в ведомстве.

  • Sertifikasiyadan keçən müəllimlərin maaşı nə vaxt artacaq?

    Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

    Bəs sertifikasiya imtahanında uğur qazanan müəllimlərin əməkhaqqısına nə zaman əlavələr tətbiq olunacaq?

    Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.

    Nazirlikdən bildirilib ki, əlavələr 01.09.2024-cü il tarixindən tətbiq ediləcək:

    “Əlavələr noyabr ayının əməkhaqqısı ilə birgə ödəniləcək”, – deyə qeyd edilib.