Month: November 2024

  • В Азербайджане из кабинета директора школы совершена кража

    В Астаринском районе произошла кража.

    Как сообщает Unikal, 46-летний охранник одной из местных школ А.Микаилов вечером проник в кабинет директора и похитил его банковскую карту.

    Согласно информации, мужчина снял с нее 3 200 манатов.

    В результате проведенных сотрудниками полиции оперативных мероприятий преступник был задержан.

    По данному факту возбуждено уголовное дело, ведется расследование.

  • Məktəb direktorunun otağından oğurluq edildi

    Astara rayonunda oğurluq hadisəsi baş verib.

    “Unikal”ın məlumatına görə, rayon ərazisindəki məktəblərdən birində gözətçi işləyən 46 yaşlı A.Mikayılov axşam saatlarında direktorun otağından onun bank kartını oğurlayıb və içərisindəki 3 200 manatı nağdlaşdırıb.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə onun bu əməlinin üstü açılıb və A.Mikaylov saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

  • Tərtərdə yeni ailə quran gəlini sevgilisi ilə tutdular – Qətl hadisəsinin təfərrüatı

    Tərtər rayonunda 2000-ci il təvəllüdlü Saleh qısqanclıq zəminində həyat yoldaşı Nailəni (adlar şərti verilib – red.) qətlə yetirib.

    Teleqraf.com-un əldə etdiyi məlumata görə, Saleh qeyri-rəsmi nikahda olduğu arvadı Nailənin başqa şəxslə telefonla danışmasını əsas götürib və ona xəyanət etməsi qənaətinə gəlib. Münasibətləri sonlandırmaq məqsədi ilə onu atası Əzimin evinə göndərib.

    Ailə üzvlərinin yanında olan Nailənin keçmiş sevgilisi – Bərdə rayon sakini Həmzə Salehə zəng edib və Nailə ilə telefonla danışdığını etiraf edib. Nailənin xəyanət etdiyinə əmin olan Saleh onu öldürmək qərarına gəlib. Niyyətini həyata keçirmək məqsədilə 4 may 2023-cü ildə keçmiş arvadıyla telefonla əlaqə saxlayıb və övladını görmək arzusunu ona bildirib. Sonra Nailənin atası evinə gəlib. Nailə ilə həmsöhbət olduğu zaman ona hansı səbəbdən xəyanət etdiyini aydınlaşdırmaq istəyib.

    Həyətdə qızılgül kolunun yanında təkbətək bir qədər söhbət etdikdən sonra Saleh yaranmış mübahisədən qəzəblənib. Ətrafda heç kimin olmadığını görüb və gödəkcəsinin cibindən bıçağı çıxarıb, Nailəyə ümumilikdə 5 zərbə vurub. Qadın aldığı xəsarətlərdən ölüb.

    İstintaq orqanı tərəfindən Salehin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Saleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

    O, ifadəsində göstərib ki, 2020-ci ildə Nailə ilə ailə həyatı qurub: “Amma rəsmi nikah bağlamadıq. Birgə nikahdan bir uşağımız var. Hazırda uşaq babasının himayəsində yaşayır.

    Nailə ilə atama məxsus evdə yaşamışıq. Hadisədən təxminən 4-5 gün əvvəl axşam saat 22 radələrində işdən çıxdım və Nailənin evdə olmadığını, atası evinə getdiyini bildim. Evin pəncərəsinə yaxınlaşdıqda anamın atama baş verənlər barədə mənə heç nə deyilməməyi tapşırdığını eşitdim. Evə daxil olanda valideynlərimə hər şeyi eşitdiyimi dedim və valideynlərimdən soruşdum ki, Nailə telefonla kimləsə danışıb, yoxsa nə edib?

    Valideynlərim məni sakitləşdirməyə çalışdılar, and içdirdilər ki, arvadıma heç nə etməyim. Mən də and içdim ki, baş verənləri danışsınlar. Valideynlərim bildirdilər ki, Nailə azyaşlı bacım oğlunun mobil telefonu vasitəsi ilə tanımadığımız bir kişi ilə danışıbmış.

    Bunu necə öyrəndiklərini soruşdum, atam bildirdi ki, həmin gün bacım oğlunun mobil telefonuna zəng gəlib, uşaq telefonu açanda bir nəfər qadın bacım oğlundan Nailəni soruşub, onu təhqir etməyə başlayıb. Bacım oğlu dərhal telefonu bacısı Əminəyə verib.

    Əminə ilə telefonda danışan qadın bildirib ki, Nailə əri Həmzə ilə telefonla danışaraq onun ailəsini dağıdır. Ona görə həmin qadın Nailənin nömrəsini tələb edib”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra bacısı həmin qadına atasının nömrəsini verərək onunla əlaqə saxlamasını xahiş edib: “Qadın atama zəng edərək Nailənin onun ərindən əl çəkmədiyini, “Whatsapp” mobil tətbiqi vasitəsi ilə ərinə görüntülü zəng etdiyini, telefonu açmadıqda ərinə mesaj yazdığını deyib.

    Mən atamdan qadının mobil nömrəsini götürdüm. Səhəri gün ona zəng etdim, Nailənin əri olduğunu dedim. Danışmağa başlayarkən qadının anası telefonu qızından alaraq məni təhqir etdi. Dedi ki, sən necə kişisən, mənim qızımdan kömək istəyirsən, kişisənsə get arvadının başını kəs, mənim yeznəmdən əl çəksin.

    Bu sözləri deyəndən sonra telefonu yenə qızına verdi. Qadın bildirdi ki, əri Həmzə ilə arvadım 2018-ci ildən sevgili olublar.

    Mən arvadımla görüşərək danışmaq üçün onun atası evinə getdim. Nailənin atası Əzim, anası Zibeydə də evdəydilər. Nailədən baş verənlər barədə soruşdum. Hər şeyi etiraf edərək o, həqiqətən də Həmzə ilə danışdığını bildirdi. Ağlasa da onun göz yaşlarına inanmadım, mənə xəyanət etdiyini bildirdim. Sonra yaşadığım evə getdim.

    Evdə yenidən qayınanama zəng edərək Nailə ilə danışmaq istədiyimi bildirdim. Danışıq zamanı o, Həmzə ilə çoxdan tanış olduğunu dedi. Nailədən bu səbəblə uşağımıza Həmzənin adını qoyduğumuzu soruşdum. Ardınca əsəbiləşərək telefonu söndürdüm”.

    Salehin sözlərinə görə, mayın 3-də atası ilə yenidən Nailənin valideynlərinin yaşadığı evə gedib: “Məqsədimiz o idi ki, Nailə başqa biri ilə evlənsə, oğlumu mənə versin. Mən Nailənin yazılı qaydada öhdəlik verməsini tələb etdim. Lakin o, tələbimi qəbul etmədi.

    Biz oradan çıxdıq, mən iş yerimə getdim. Qayınanam Zibeydə zəng edərək Nailənin cehizlərini aparmaq istədikərini bildirdi. Mən Zibeydə ilə razılaşdım və yaşadığım evə getdim.

    Qayınanam Zibeydə, arvadım Nailə, arvadımın bacısı Ləman və adlarını bilmədiyim mebel ustası yük maşını ilə yaşadığım ünvana gəldilər. Bütün cehiz əşyalarını yük maşınına yığaraq apardılar”.

    Təqsirləndirilən şəxs bildirib ki, mayın 4-də oğlunun qızdırması olduğuna görə qayınanasına zəng edib və oğlunun xəstəliyi ilə maraqlanmaq istəyib: “Telefona arvadım Nailə cavab verdi. Ondan uşağın halını soruşdum. Mənə oğlumun hələ də qızdırması olduğunu, bu səbəbdən sabah həkimə aparacağını bildirdi.

    Nailə məndən uşağa və özünə aid sənədləri, eləcə də cehizlik elektrik çaynikini istədi. Mən işdən çıxaraq həm oğlumu görmək, həm də elektrik çaynikini təhvil vermək üçün Nailənin yaşadığı evə getdim. Mən evə daxil olanda qayınanam Zibeydə evin həyətindəydi.

    Uşağı görmək üçün qayınanamdan onu gətirməsini istədim. Oğlumla bir az vaxt keçirdikdən sonra Nailəni çağırdım. Ondan nəyə görə mənə xəyanət etdiyini soruşdum. Artıq gec olduğunu və nəsə soruşmağa ixtiyarımın olmadığını, bundan sonra mini yubka geyinərək kafelərdə pozğunluq edəcəyini dedi.

    Mən əsəbləşərək ağzıma gələni ona dedim. O da mənə təhqiramiz ifadələr işlətdi”.

    Saleh qeyd edib ki, bu vaxt əsəblərini cilovlaya bilməyib, üzərində gəzdirdiyi cib bıçağını çıxarıb və Nailənin qarın nahiyəsindən xəsarət yetirib: “Arxası üstə yerə yıxıldıqdan sonra onun uzanıqlı vəziyyətdə sinə nahiyəsinə iki və üçüncü dəfə xəsarət yetirdim. Ardınca bir neçə bıçaq zərbəsi də vurdum.

    Nailənin anası və atası evdən qışqıraraq çıxdılar. Atası üstümə gələrək məni vurmaq istədi. Mən bıçağı qaynatama tərəf tutaraq dedim ki, üstümə gəlmə. Sonra darvazadan çıxaraq qaçdım.

    Küçənin başına çatanda atama zəng etdim və Nailəni bıçaqla vurduğumu, təslim olmaq üçün polis şöbəsinə gedəcəyimi dedim. Bıçağı cibimə qoydum və tanımadığım taksi ilə könüllü təslim olmaq üçün Tərtər Rayon Polis Şöbəsinə getdim”.

    İş üzrə şahid qismində ifadə verən Həmzənin sözlərinə görə, 2020-ci ilin yanvar ayında hərbi xidməti başa vurub və həmin ilin yayında “İnstagram” sosial şəbəkəsində Nailə adlı xanım ona mesaj yazıb: “Beləcə biz tanış olduq. Biz bir-iki ay əlaqə saxladıq. Sonra Nailə mənə ailə qurmaq istədiyini və daha əlaqə saxlamaq istəmədiyini, ona yazmamağımı xahiş etdi. Mən də razılaşdım və Nailə ilə əlaqəmi kəsdim.

    2023-cü il aprelin sonlarında evdə arvadımla birlikdə olan zaman “Whatsapp” mobil tətbiqində mənə tanımadığım nömrədən bir neçə dəfə görüntülü zəng gəldi. Öncə zəngi açmaq istəməsəm də, arvadım bildirdi ki, telefonu aç, gör kimdi səni ard-arda yığır. Zəngi açdım və onun qadın olduğunu gördüm. “Mən Nailyəm” deyərək gülümsədi.

    Bu zaman zəngi sonlandırdım. Nailə mənə mesaj yazmağa başladı. Mən də ona mesaj yazaraq ailəli olduğumu bildirdim və məni narahat etməməsini xahiş etdim. Lakin o, sözlərimə məhəl qoymayaraq mesaj yazmağa davam etdi”.

    Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Saleh 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

  • В Астаре 18-летняя девушка совершила суицид

    В Астаринском районе произошло самоубийство.

    Как сообщает Qafqazinfo, жительница села Пенсяр Афсана Ибадова (2006 г.р.) покончила с собой, повесившись в собственном доме.

    Тело девушки в повешенном состоянии обнаружили ее родные.

    Причины суицида пока не установлены.

    По данному факту в районной прокуратуре ведется расследование.

  • Astarada 18 yaşlı qız canına QƏSD ETDİ

    Astara rayonunda intihar hadisəsi baş verib.

    “Qafqazinfo” xəbər verir ki, rayonun Pensər kənd sakini, 2006-cı il təvəllüdlü Əfsanə Yalçın qızı İbadova özünü asaraq həyatına son qoyub.

    Onun meyitini yaxınları evdə asılı vəziyyətdə aşkar ediblər.

    Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

  • В Газахском районе грузовик насмерть сбил женщину

    В селе Чайлы Газахского района произошло дорожно-транспортное происшествие со смертельным исходом.

    Как сообщает Report, грузовик HOWO, за рулем которого находился Эльнур Самедов, сбил пешехода Хумай Мамедову (1957 г.р.).

    Пострадавшая была госпитализирована. Несмотря на усилия врачей она скончалась.

    По данному факту в Газахском районном отделе полиции проводится расследование.

  • Qazaxda yük avtomobili qadını vuraraq öldürdü

    Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    “Report” xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

    Elnur Mirzəli oğlu Səmədov idarə etdiyi HOWO markalı yük avtomobili ilə piyada 1957-ci il təvəllüdlü Humayə Ocaxverdi qızı Məmmədovanı avtomobili vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

    Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • İlham Əliyev Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

    Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciət ünvanlayıb.

    AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir:

    “Hörmətli Sammit iştirakçıları!

    Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

    Bu gün dünyamızın üzləşdiyi iqlim dəyişmələri, atmosferin və ətraf mühitin çirklənməsi, quraqlıq və səhralaşma, biomüxtəlifliyin itirilməsi, su qıtlığı, ərzaq çatışmazlığı və bu kimi digər qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır. İqlim böhranı və ekoloji təhlükəsizlik məsələləri dünya dövlətlərinin birgə əməkdaşlığını, beynəlxalq ictimaiyyətin bütün səviyyələrdə səylərinin birləşdirilməsini zəruri edir. COP tədbirlərində inklüzivlik prinsiplərinə uyğun olaraq nüfuzlu dini liderlərin bir araya gəlməsini, planetimizin taleyi naminə onların narahatlığını və ümumi işə töhfə vermək əzmini yüksək qiymətləndirirəm.

    Müxtəlif etiqad və inancların zəngin mənəvi potensialı iqlim dəyişmələrinin yaratdığı ekzistensial problemlərin həllinə təkan vermək imkanına malikdir. Dünya din xadimləri bu çağırışlarla mübarizədə böyük rol oynaya bilərlər.

    COP29-un Azərbaycanda keçirilməsinə yekdilliklə qərar verilməsi ölkəmizin beynəlxalq nüfuzuna yüksək etimadın göstəricisidir və bu, heç də təsadüfi deyildir. Azərbaycan ekoloji problemlərlə bağlı bir çox konvensiya və sazişlərə qoşulmuş, müxtəlif ölkələrlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmış, bu sahədə çoxşaxəli fəaliyyət proqramları qəbul etmişdir. Ölkəmizdə ətraf mühitin qorunmasını nəzərdə tutan zəruri qanunvericilik sistemi formalaşdırılaraq səmərəli institusional mexanizmlər və investisiya mühiti yaradılmışdır. Hazırda “yaşıl enerji” layihələrinin həyata keçirilməsi, alternativ və bərpaolunan enerji mənbələrindən istifadə, ətraf mühitə mənfi təsirlərin qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində mühüm addımlar atılmaqdadır. Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur.

    İqlim dəyişmələri və ekoloji problemlər ilə hamılıqla mübarizə aparmaq üçün dünyada beynəlxalq təhlükəsizliyin, sülh və əmin-amanlığın təmin edilməsi vacib amillərdən biridir. Ölkəmiz yaxın tarixi keçmişində əsassız ərazi iddialarına məruz qalaraq ədalətsiz müharibəyə cəlb edilmiş, bu qanlı savaşın ağır fəsadlarını yaşamalı olmuşdur. Siz Azərbaycanın əzəli torpağı olan Qarabağa səfəriniz zamanı Ermənistan tərəfindən 30 illik işğal dövründə törədilmiş ekosid, kultursid və urbisid kimi cinayətkar əməllərin acı nəticələrini əyani şəkildə görmək imkanı qazanacaq, ölkəmizin bölgədə ekoloji tarazlığı bərpa etmək istiqamətində yaşıl iqtisadiyyata, bərpaolunan enerjiyə əsaslanan genişmiqyaslı yenidənqurma işləri ilə bilavasitə tanış ola biləcəksiniz.

    Bəşəri problemlərin müzakirə olunduğu Dini Liderlərin Qlobal Sammiti kimi nüfuzlu tədbirlərin Azərbaycanda keçirilməsi artıq ənənə halını almışdır. İnanıram ki, bu Sammit səmərəli fəaliyyəti ilə ölkəmizin sivilizasiyalararası dialoq məkanı statusunu daha da möhkəmləndirəcək, mədəniyyətlərarası əməkdaşlığa dair “Bakı Prosesi”nə sanballı töhfə verəcək, yaşıl dünya naminə həmrəyliyiniz, müdrik təklif və tövsiyələriniz ümumi hədəflərə çatmağımıza dəstək olacaqdır.

    Hörmətli dini liderlər!

    Əminəm ki, taleyüklü problemlərə həsr olunmuş Sammit konstruktiv fikir mübadilələri şəraitində keçəcək, COP çərçivəsində dinlərarası əməkdaşlıq platformasının təsisatlandırılması imkanı müzakirə ediləcəkdir. Bunun üçün tolerantlıq və multikulturalizm diyarı Azərbaycan ən uyğun məkandır.

    Bir daha sizə ən xoş arzularımı yetirir, bəşəriyyətin gələcəyi naminə xeyirxah fəaliyyətinizdə hər birinizə uğurlar diləyirəm”.

  • Ailə həyatı quracağı adı ilə qadınlardan 70 min manatdan çox pul alıb – HÖKM

    Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Misir Kərimovun (şərti) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

    Qərara əsasən, şikayət təmin edilməyib.

    İttihama görə, Misir Kərimov dostu zərərçəkmiş Malik Əsədovun (şərti) adına kreditə mobil telefon götürərək özü istifadə edib bir ay ərzində krediti tam şəkildə ödəyəcəyini, əks halda telefonu ona qaytaracağı barədə yalan vəd verib.

    O, dostunun adına 6 ay krediti ödəmək şərti ilə 3805 manat dəyərində “iPhone 13 Pro Max” markalı mobil telefonu alaraq verdiyi vədə əməl etməyib. Sonra Misir telefonu Malikdən xəbərsiz başqa mağazaya satıb.

    Bundan başqa, Misir Kərimov zərərçəkmiş İlahə Səfərova (şərti) ilə ailə həyatı quracağına dair yalan vəd verib, onu inandırmaqla özünü hüquq-mühafizə orqanlarında işləyən şəxs kimi təqdim edib. O, xidməti işində yaranmış problemlərin aradan qaldırılması üçün pul və yaxud digər əmlak verməsini qadından xahiş edib, qısa zamanda qaytaracağına söz verərək aldadıb. Misir bu adla qadından 2022-ci illərdə Nərimanov rayonu ərazilərində ümumilikdə 16 539 manat pulu alıb.

    Bundan başqa, Misir Kərimov digər qadın, zərərçəkmiş Gözəl Hacıyevanı (şərti) da aldadıb. Belə ki, o, zərərçəkmişə ailə həyatı quracağına inandırıb və özünü uğurlu iş adamı kimi təqdim etməklə avtomobillərin alınaraq icarəyə verilməsi sahəsində birgə iş qurmalarına dair yalan vəd verib. Misir bu adla Gözəldən 2022-ci illərdə Nizami rayonu ərazilərində ümumilikdə 53 600 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə Misirin cəzasını 6 ilə endirib.

  • В США проходят выборы президента

    В США во вторник проходят 60-е президентские выборы.

    Как передает Median.Az со ссылкой на interfax.ru, основной день голосования назначен на 5 ноября. Первые избирательные участки откроются в штате Вермонт в 05:00 утра по местному времени (12:00 по Баку – ред.). Последние участки закроются на Гавайях и Аляске в среду в 00:00 (08:00 по Баку – ред.) и 01:00 (10:00 по Баку – ред.) соответственно.

    За пост президента США борются кандидат от Демократической партии и вице-президент Камала Харрис и представитель республиканцев, экс-президент США Дональд Трамп. Вместе с президентом будет избран и вице-президент США. Кандидатом от демократов на эту должность выступает губернатор штата Миннесота Тим Уолз, от республиканцев – сенатор от штата Огайо Джей Ди Вэнс.

    Кроме того, на пост президента США претендуют кандидат от Либертарианской партии Чейз Оливер, представитель Партии зеленых Джилл Стайн, а также представители менее известных партий и независимые кандидаты.

    Также во вторник, помимо президентских выборов, пройдут выборы всех членов Палаты представителей Конгресса США и трети членов американского Сената.

    Основными темами предвыборных кампаний кандидатов в президенты стали проблемы абортов, изменения климата, демократии, экономики, образования, внешней политики, здравоохранения и миграции. В ходе различных опросов респонденты в основном называли экономику важнейшим фактором, которым они будут руководствоваться при голосовании на президентских выборах.

    Выборы проходят по двухступенчатой системе: после всенародного голосования проходит голосование коллегии выборщиков от каждого из 50 штатов и округа Колумбия, которые отдают голоса в соответствии с тем, как проголосовало большинство избирателей в их штате. Число выборщиков от каждого штата равно числу его представителей в конгрессе.

    Всего в США насчитывается 244 млн избирателей. Ряд штатов предоставил избирателям возможность проголосовать досрочно. По данным Флоридского университета, к началу ноября более 75 млн граждан США досрочно приняли участие в голосовании. По состоянию на вечер понедельника более 78 млн американских избирателей досрочно поучаствовали в выборах.

    Для победы на выборах одному из кандидатов необходимо набрать минимум 270 голосов выборщиков.