Month: November 2024

  • Bu gün ABŞ-də prezident seçkisi başlayacaq

    ABŞ-də 60-cı prezident seçkisi başlayacaq.

    Əsas səsvermə günü noyabrın 5-nə təyin edilib.

    Bu barədə Median.Az Interfax.ru-ya istinadən xəbər verir.

    Prezident postu uğrunda Demokratlar Partiyasının namizədi və vitse-prezident Kamala Harris və Respublikaçılar Partiyasının nümayəndəsi, ABŞ-nin keçmiş prezidenti Donald Tramp mübarizə aparırlar.

    Prezidentlə birlikdə, həmçinin ABŞ-nin vitse-prezidenti də seçiləcək. Demokratlardan bu vəzifəyə Minnesota ştatının qubernatoru Tim Uolz, Respublikaçılar Partiyasından isə Ohayo ştatının senatoru Cey Di Vens namizəddir.

    Bundan başqa, ABŞ prezidentliyi uğrunda Libertarian Partiyasının namizədi Çeyz Oliver, Yaşıllar Partiyasının nümayəndəsi Cill Stayn, eləcə də daha az tanınan partiyaların nümayəndələri və müstəqil namizədlər də mübarizə aparırlar.

    Noyabrın 5-də, həmçinin prezident seçkisi ilə yanaşı, ABŞ Konqresinin Nümayəndələr Palatasının bütün üzvləri və ABŞ Senatı üzvlərinin üçdəbiri üçün seçkilər keçiriləcək.

  • İsrail ordusu Dəməşqin ətraf bölgələrini atəşə tutub

    İsrail Hərbi Hava Qüvvələrinin Dəməşq Beynəlxalq Hava Limanına gedən yolda yerləşən Seyid Zeynəb bölgəsinin cənub-şərqinə hücumu zamanı hava limanına ziyan dəyməyib.

    APA xəbər verir ki, “Əl Vatan” qəzetinin verdiyi məlumata görə, bunu Suriya Mülki Aviasiya İdarəsinin baş direktoru Basem Mansur bildirib.

    “Dəməşq hava limanı təcavüzkarın raket hücumlarına məruz qalmayıb, paytaxtın hava limanı zədələnməyib və normal şəkildə fəaliyyətini davam etdirir”, – deyə o bildirib.

    Məlumata görə İsrailin hücumu yerli vaxtla saat 17:18-də Dəməşq yaxınlığındakı Colan təpələrindən baş verib.

  • 2025-ci il bu 3 bürcə uğursuzluq gətirə bilər – sevdiyiniz şəxs…

    Astroloqların fikrincə gələn il bəzi bürclər üçün əsl sınaq olacaq. Belə ki, 2025-ci il 3 bürcün münasibətlərində problemlər yaranacaq. Astroloqlar 2025-ci ildə hansı bürclərin sevdiklərini itirə biləcəyini və bunun qarşısını necə ala biləcəyini açıqlayıblar.

    Median.Az baku.ws-ə istinadən sözügedən bürcləri təqdim edir:

    Qoç

    Astroloqlar deyirlər ki, 2025-ci ildə bu bürcün nümayəndələrinin münasibətlərində problemlər yarana bilər. Bunu düzəltmək üçün kompromisə getməli və yaxınlarınızla səmimi danışmalısınız. Dürüst olmaq nə qədər çətin olsa da, yalan danışmaqdan yaxşıdır.

    Bununla belə, astroloqlar emosiyalara təslim olmağı məsləhət görmür və onu düzəltməyə çalışmağı məsləhət görürlər.

    Əqrəb

    Yəqin ki, 2025-ci ilin əvvəlində bu bürcün altında olan insanlar tək qalmaq istəyəcəklər. Bunda səhv bir şey yoxdur, çünki hər kəs yenidən başlaya bilər. Bununla belə, sevdiyiniz insanı bu barədə xəbərdar etməyə dəyər ki, problem olmasın.

    Tərəzi

    Gələn il bu Bürcün nümayəndələri romantik münasibətlərdə problemlərlə üzləşə bilərlər. Buna görə də, sevgisiz qalmamaq üçün nələrisə etməyə başlamaq və dəyişmək daha yaxşıdır, əks halda 2025-ci ildə sevgilisiz qalacaqsız.

    Bu bürcün altında olan insanlar vaxtında özünə gəlsələr, problemlərdən qaça bilərlər.

  • Anasını evdə başqa kişiylə tutduğuna görə öldürüb – Bakıdakı dəhşətli cinayətin TƏFƏRRÜATI – FOTO

    Bakının Xəzər rayonunda baş vermiş dəhşətli qətlin təfərrüatı məlum olub.

    Məlumata görə, 20 yaşlı Sadiq Eyyublu aralarında yaranan mübahisə zamanı anası 40 yaşlı Zəminə Eyyublunun əvvəlcə ayağına bıçaqla xəsarət yetirib, daha sonra isə qadının boynunu qıraraq onu qətlə yetirib.

    Qətlə yetirilən qadının qonşuları baş vermiş hadisə ilə bağlı Baku TV-yə danışıblar.

    “Böyük oğlu həbsdədir. Əsgərlikdən gələndən sonra həbsxanaya düşdü. Amma bu oğlanın pis bir işini görməmişdim. Elə yaxşı uşaq idi ki. Psixoloji problemi olduğunu deyə bilmərəm. Elə olsaydı, qonşularla davası olardı”, – deyə qonşulardan biri deyib.

  • Etibarnamə ilə bağlı problem həll olundu – DİN-dən açıqlama – VİDEO

    Etibarnamə ilə avtomobil idarə edənlərin üzləşdiyi ənənəvi problem öz həllini tapıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, indiyədək inzibati xətalarla bağlı cərimələr sonuncu etibarnamə verilən şəxsin adına gəlirdisə, bu, daha belə olmayacaq.

    Belə ki, Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqi vasitəsilə etibarnamə ilə avtomobili idarə edəcəyiniz tarixləri seçə və bununla bağlı müraciət ünvanlaya bilərsiniz.

    Bir gün sonra təsdiqlənən müraciətdə sürücü, etibarnamə ilə avtomobili idarə edəcəyi tarix aralığını seçir. Etibarnamə ilə avtomobili idarə edən şəxs qeyd olunan müddətdə inzibati xəta törətməyibsə, ondan sonrakı tarixlərin məsuliyyətini daşımamış olur.

    Bir sözlə, avtomobil sahibi kiməsə nəqliyyat vasitəsini etibarnamə ilə veribsə, artıq nəqliyyat vasitəsini idarə edən şəxs həmin müddəti özü təyin edə bilər. Bu zaman törədilən inzibati xətalar həmin avtomobil sahibinin yox, sürücünün adına rəsmiləşəcək.

  • Токаев: Мы поддерживаем стремление Азербайджана и Армении открыть новую страницу в отношениях

    Президент Казахстана Касым-Жомарт Токаев прокомментировал переговоры между Азербайджаном и Арменией.

    Как передает report, об этом К. Токаев написал в своей авторской статье во французской газете Le Figaro.

    “Предоставив площадку для проведения переговоров о мирном договоре между Азербайджаном и Арменией, мы всемерно поддерживаем стремление обеих стран открыть новую страницу в их отношениях”, – отметил казахстанский лидер.

  • Tokayev: Azərbaycan və Ermənistanın münasibətlərdə yeni səhifə açmaq istəyini dəstəkləyirik

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistan arasında danışıqları şərh edib.

    Report xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Fransanın “Le Figaro” qəzetindəki müəllif məqaləsində yazıb.

    “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqların aparılması üçün platforma təqdim etməklə hər iki ölkənin münasibətlərində yeni səhifə açmaq istəyini tam dəstəkləyirik”, – Tokayev qeyd edib.

  • Mədəniyyət Nazirliyində xalq artisti Yalçın Adıgözəlovla görüş olub

    Noyabrın 4-də tanınmış dirijor, xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Yalçın Adıgözəlovun 65 yaşı tamam olub. Bu münasibətlə Mədəniyyət Nazirliyində sənətkarla görüş keçirilib.

    APA xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli yubileyi münasibətilə musiqi xadimini nazirliyin kollektivi və mədəniyyət ictimaiyyəti adından təbrik edib, ona xoş arzularını çatdırıb.

    Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə mədəniyyətin digər sahələri kimi, musiqi sahəsinin də inkişafına davamlı diqqət və qayğı göstərilir. Musiqimizin inkişafında xidmətləri olan insanların əməyi yüksək qiymətləndirilir. Yalçın Adıgözəlov da bu sahədəki fəaliyyətinə görə “Xalq artisti” fəxri adına layiq görülüb, “Şöhrət” ordeni ilə təltif olunub.

    Qeyd olunub ki, Yalçın Adıgözəlov klassik repertuara malik çoxsaylı Bakı premyeralarının təşkilini və Azərbaycan bəstəkarlarının əsərlərinin dünyada aktiv təbliğatını həyata keçirərək, ölkəmizdə və xaricdə simfonik orkestrlərlə geniş konsert fəaliyyəti göstərib.

    Görüşdə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə yubilyara nazirliyin Fəxri diplomu təqdim edilib.

    Yalçın Adıgözəlov yaradıcılığına verilən qiymətə və təbrikə görə təşəkkürünü bildirib. Söhbət zamanı musiqi sahəsinin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

    Qeyd edək ki, professor Yalçın Adıgözəlov 30 ilə yaxındır ki, Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə də məşğuldur. Onun tələbələri hazırda respublikanın aparıcı dirijorlarıdır. Xalq artisti 2023-cü ildən Heydər Əliyev Sarayının nəzdində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri-baş dirijorudur.

  • Zaqatalada ağır qəza: xəsarət alan 4 nəfərin vəziyyəti AÇIQLANDI

    Zaqatalada baş verən yol qəzası zamanı xəsarət alanların vəziyyəti məlum olub.

    TƏBİB-dən bildirilib ki, 04.11.2024-cü il tarixində saat 12.30 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (3-ü qadın cinsli, 2-si kişi cinsli olmaqla) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

    “Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1992-ci il təvəllüdlü şəxsin (qadın cinsli) müalicəsi Cərrahiyə şöbəsində davam etdirilir. Digər xəsarət alanlara isə tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar”,- qurumdan əlavə edilib.

    ***

    Zaqatalada minik avtomobilləri toqquşub.

    Median.Az apa-ya istinadən xəbər verir ki, hadisə Zaqatala şəhəri ərazisində baş verib.

    İki VAZ-2107 markalı minik avtomobilinin toqquşması nəticəsində biri azyaşlı olmaqla, dörd nəfərin xəsarət aldığı bildirilir.

    Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

    Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Yollarda təhlükə yaradan velosipedçilər cərimələnəcək – RƏSMİ AÇIQLAMA

    Bildiyimiz kimi, Bakıda bir sıra yollarda velosiped zolaqları çəkilib və çəkilməkdə davam edir. Lakin əfsuslar olsun ki, bir sıra hallarda velosipedçilərin zolaq olduğu halda zolaqdan istifadə etmədiyinin, ya avtomobil yolu, ya da piyadaların hərəkət etdiyi yoldan istifadə edərək, təhlükə yaratdığının şahidi oluruq.

    Median.Az xəbər verir ki, bu barədə trend-ə açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə rəisi Toğrul Nəsirli bildirib ki, velosipedçilərin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi, onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısının alınması istiqamətində mütəmadi profilaktik tədbirlər həyata keçirilir.

    “Buna baxmayaraq, bəzi velosiped sürücüləri qaydaları kobud şəkildə pozaraq, həm özlərinin, həm də digər nəqliyyat vasitəsi sürücülərinin həyatlarını təhlükə altına atırlar. Xüsusilə də velosiped zolağı olduğu tədqirdə, bəzən bu zolaqdan istifadə etmirlər ki, nəticədə xoşagəlməz hallar baş verir.

    “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən, velosiped yolu olduğu halda velosipedçinin başqa zolaqla hərəkət etməsi qadağandır.

    Belə hallar aşkar ediləndə İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən, həmin sürücü üçün 40 manat məbləğində cərimə nəzərdə tutulub. Bütün bunları nəzərə alaraq, bu tip nəqliyyat vasitələrini idarə edən sürücülərdən yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etmələrini xahiş edirik”, – deyə T.Nəsirli əlavə edib.

    Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov da Trend-ə bildirib ki, İnzibati Xətalar Məcəlləsində velosiped idarə edən şəxslər üçün cərimə nəzərdə tutulur.

    “Əgər onlar piyadalara mane olarlarsa, 40 manat cərimə olunurlar. Əgər velosiped zolağı varsa, velosipedlər həmin zolaqla hərəkət etməlidirlər, zolaqdan kənarda digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə mane olmamalıdırlar.

    Bu qaydaları pozanlar üçün qanunvericilikdə cərimələr nəzərdə tutulur. Velosiped sürücüləri də qaydalara riayət etməlidirlər”, – deyə o əlavə edib.