Month: November 2024

  • İlham Əliyev kredit büroları ilə bağlı qanunda dəyişikliyi TƏSDİQLƏDİ

    Neqativ kredit tarixçəsi ilə bağlı ödənişsiz bildiriş almaq mümkün olacaq.

    APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Kredit büroları haqqında” Qanuna edilən dəyişiklikdə əksini tapıb.

    Qanuna əsasən, kredit bürosuna verilən neqativ məlumatlar (kredit tarixçəsi subyektinin borc öhdəliyinin yarandığı vaxtdan onun ödəmə qabiliyyətini və borc öhdəliyinin icra intizamını mənfi xarakterizə edən hər hansı məlumat) barədə bildirişlər kredit tarixçəsi subyektinə kredit bürosu tərəfindən ötürüləcək.

    Bu dəyişikliyə əsasən, kredit tarixçəsi subyekti onun barəsində kredit bürosuna daxil olan neqativ məlumatla bağlı ödənişsiz bildiriş almaq hüququna malik olacaq.

  • Чемпионат мира по армрестлингу пройдет в Азербайджане

    Чемпионат мира по армрестлингу пройдет в Азербайджане в 2025 году.

    Об этом Report сообщил вице-президент Федерации бодибилдинга и фитнеса Азербайджана Азер Магеррамов.

    Точная дата проведения соревнования пока не определена.

  • Qol güləşi üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək

    Qol güləşi üzrə dünya çempionatı 2025-ci ildə Azərbaycanda keçiriləcək.

    Bu barədə “Report”a Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının vitse-prezidenti Azər Məhərrəmov məlumat verib.

    Yarışın konkret hansı ayda təşkil olunacağı hələlik dəqiqləşməyib.

  • Tovuzdakı dəhşətli qəzada ölən hərbçilərə şəhid statusu veriləcək?

    Noyabrın 27-si Tovuzdakı dəhşətli qəzada həyatını itirən 6 nəfərdən 5-i hərbçi olub.

    İndi hər kəsi maraqlandıran məqam onlara şəhid statusunun verilib-verilməməsidir.

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Baku TV-yə bildirilib ki, bu, hərbi hissənin təqdim etdiyi arayış əsasında verilir. Əgər məsələ ilə bağlı arayış daxil olarsa, baxılacaq və onlara şəhidlik statusu təqdim ediləcək.

    Müdafiə Nazirliyinin qəza ilə bağlı yaydığı məlumatda bildirilir ki, hərbçilər xidmətdən kənar vaxtda şəxsi avtomobilin qəzaya uğraması nəticəsində həlak olublar.

    Onu da bildirək ki, şəhid Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölən hesab edilən şəxsdir. Həmçinin döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olan, itkin düşən və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslər də şəhid hesab edilir.

    Qeyd edək ki, dünən axşam saatlarında Tovuz rayonunun Ceyrançöl adlanan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. “Mercedes” və VAZ markalı avtomobillərin toqquşması nəticəsində altı nəfər həlak olub, bir nəfər xəsarət alıb.

    Ölənlərdən beşi hərbçidir. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, qəza nəticəsində Azərbaycan Ordusunun beş hərbi qulluqçusu – baş gizir Ruslan Əhliman oğlu Qurbanov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları: baş çavuş Qabil Qaybalı oğlu Alıyev, çavuş Bəhlul Aydın oğlu Əliyev, çavuş Qələndər Mail oğlu Əhmədov və kiçik çavuş Turan Cavad oğlu Mehdiyev həlak olublar.

    Qəzada ölən digər şəxs “Mercedes” markalı avtomobildə olan E.Həsənovdur. Onun oğlu, 13 yaşlı Z.Həsənov isə ağır bədən xəsarəti alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, ixtisaslı tibbi xidmət üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub.

  • Azərbaycanda sahibkarları şantaj edən sayt rəhbərləri həbs edildilər

    Bakı və respublikanın ayrı-ayrı rayonlarında kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədəsi ilə onların pul vəsaitlərini hədə-qorxu ilə ələ keçirən bir neçə sayt rəhbəri polis əməkdaşları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

    Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) daxil olan çoxsaylı şikayətlər əsasında “Aztvnews.az” saytının baş direktoru Seymur Məmmədov, “Qaynar-xett.az” saytının baş direktoru Zaur Əhmədov, “Postbaku.net” xəbər saytının baş direktoru Eldəniz Mejdunov, “Aja.az” saytının baş direktoru Elvin Qurbanov müəyyən olunaraq saxlanılıblar.

    Araşdırmalarla müəyyən edilib ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslərin barələrində işgüzar nüfuzlarına təsir göstərən videoreportaj hazırlayıb mediada yaymaqla hədələyib müxtəlif məbləğlərdə pul vəsaitləri tələb ediblər.

    Faktla bağlı BMCMİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işi üzrə əvvəllər məhkum olunan S.Məmmədova 32, Z.Əhmədova 24. E.Mejdunova 7, əvvəllər məhkum olunan E.Qurbanova 10 fakt üzrə ittiham elan edilməklə barələrində həbs qətimkan tədbiri seçilib. İstintaqı tamamlanan cinayət işi aidiyyəti üzrə məhkəməyə göndərilib.

    Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqləyiblər.

  • Ərəb qızı “Miss Planet-2024″ün qalibi oldu – BƏƏ tarixində ilk (FOTO / VİDEO)

    Çərşənbə günü, noyabrın 27-də Kambocada “Miss Planet-2024” beynəlxalq gözəllik müsabiqəsinin finalı baş tutub.

    Qaynarinfo xəbər verir ki, qalib Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Mahra Lütfri olub. Bu ölkə tarixdə ilk dəfə bu şounun qalibi adını qazanıb.

    59 rəqibinə qalib gələn plastik cərrah Mahra Lütfri ən yaxşı model kimi tanınıb. O, birinci yer uğrunda finalda İndoneziya təmsilçisi ilə də mübarizə aparıb.

    Bununla belə, sonuncu ekologiya sahəsində əldə etdiyi nailiyyətlərə və BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərini dəstəklədiyinə görə “Miss Planet Angel” adına layiq görülüb. Bildiyiniz kimi, müsabiqənin məqsədlərindən biri təkcə ən gözəl qızı deyil, həm də mühüm ekoloji və sosial dəyişiklikləri təbliğ edən modeli seçməkdir.

    Mahara Lütfri “Instagram”da qələbəsini şərh edib O, bunun BƏƏ-nin yarış tarixində ilk qələbəsi olduğunu xatırladıb, həmçinin dəstək olan hər kəsə təşəkkür edib:

    “Beynəlxalq gözəllik müsabiqəsində qalib gələn ilk BƏƏ vətəndaşı! Mənə inandığınız üçün təşəkkür edirəm. Kambocaya və mənə səs verən hər kəsə təşəkkür edirəm”.

    ​O, həmçinin qeyd edib ki, o, müsabiqədən diqqəti dayanıqlı inkişaf məqsədlərinə və öz elmi tədqiqatlarına cəlb etmək üçün istifadə edib. Onu da qeyd edək ki, model əsas titulla yanaşı, “Miss Planet Social Networks” adına da layiq görülüb. Onun “Instagram”da 10 milyona yaxın izləyicisi var.

    “Lütfi “Miss Planet” müsabiqəsindən BMT-nin davamlı inkişafını müdafiə etmək üçün istifadə etdi. O, bitki kök hüceyrələrinin tədqiqatı sahəsindəki qabaqcıl işlərindən danışdı. O, fəaliyyəti dövründə ekoloji dayanıqlığı və ərzaq təhlükəsizliyini təşviq etmək üçün regenerasiya və kənd təsərrüfatında innovasiyalara diqqət yetirdi. Bu, zəfər təkcə BƏƏ-yə qürur gətirmədi, həm də Lütfinin elmə olan həvəsini nümayiş etdirdi”, deyə yarışın rəsmi səhifəsi yazıb.

  • Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” – Hakim qarşısında

    Quru Qoşunların tabeliyindəki N saylı hərbi hissənin Maliyyə xidmət bölməsində mühasib işləmiş Alı Əliyevin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Dayı” ləqəbi ilə tanınan eks-mühasib 4 min manata yaxın rüşvət almaqda, 30 min manatı isə rüşvət kimi tələb etməkdə təqsirləndirilir.

    A.Əliyev 4 minə yaxın pulu hərbçilərdən birinin xidmət yerinin dəyişdirilməsini təşkil etdiyi üçün alıb. Bundan əlavə o, rüşvətlə əlaqəli digər cinayət əməllərini törətməkdə ittiham olunur.

    Ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsinin müxtəlif bəndləri ilə yekun ittiham elan edilib.

    “Dayı”nın vəkili Orxan Zeynalov saytımıza bildirib ki, müdafiə tərəfi olaraq verilmiş ittihamlarla razı deyillər. Topladıqları sübutları məhkəmə istintaqında təqdim edəcəklər. Vəkil onu da qeyd edib ki, istintaqın sonunda etiraz etsə də, müvəkkilinin işi əvvəl Gəncə Hərbi Məhkəməsinə göndərilib.

    O, həmin etirazını məhkəmənin ilk iclasında elan edib. Hakim bununla razılaşıb. Vəsatət əsasında aidiyyət pozulduğundan iş materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın günlərdə ilk iclas keçiriləcək.

    Qeyd edək ki, “Dayı” bu ilin martından həbsdədir.

  • Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda abadlıq, əsaslı yenidənqurma, tikinti və genişləndirmə işlərindən sonra Mərkəzi Nəbatat Bağının açılışında iştirak ediblər.

    AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Mərkəzi Nəbatat Bağında yaradılan şəraitlə bağlı ətraflı məlumat verdi.

    Qeyd edək ki, dövlətimizin başçısı Mərkəzi Nəbatat Bağında görülən işləri daim diqqət mərkəzində saxlayıb. Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə – 2023-cü ilin iyul və bu ilin iyun ayında Mərkəzi Nəbatat Bağında görülən işlərlə tanış olmaları bunu bir daha təsdiq edir.

    Bildirildi ki, əsaslı yenidənqurma və bərpa işləri nəticəsində Mərkəzi Nəbatat Bağının ərazisi 39 hektardan 45 hektara çatdırılıb. Bağda giriş kompleksi yaradılıb, müasir tələblərə, tikinti normalarına cavab verən yeni oranjereyalar, fəvvarə inşa edilib, mövcud oranjereyalar əsaslı təmir edilib. Burada xarici ölkələrdən gətirilmiş xüsusi şəraitdə bəslənən müxtəlif növdə nadir dekorativ ağaclar, kol və güllər əkilib.

    Bağın ərazisində bitkilərin yetişdirilməsi məqsədilə 3 bloklu istixana, göl kompleksi və baxış meydançası inşa edilib.

    Məlumat verildi ki, bağın ərazisində dördmərtəbəli yeni inzibati bina inşa edilib, aypara formalı ikimərtəbəli qədim inzibati binada isə əsaslı təmir-bərpa işləri aparılıb. Nəbatat Bağında piyadalar üçün 650 metr uzunluğunda müasir körpü tikilib və lift quraşdırılıb. Bağın ərazisində iki restoran fəaliyyət göstərəcək. Həmçinin bağda labirint formalı yaşıllıq zonası ilə yanaşı, uşaq-əyləncə meydançası, avtomobillər üçün parklanma yeri də yaradılıb. Köhnə giriş zonası öz tarixi üslubunda təmir edilib. Yeraltı su anbarları, nasosxanalar və qazanxanalar inşa edilib. Ərazi boyu hasar yenidən qurulub, piyada yolları salınıb, müasir oturacaqlar, işıqlandırma, yanğından mühafizə və videomüşahidə sistemləri quraşdırılıb, ümumi sahəsi 26 hektar olan yaşıllıqların suvarma sistemləri yenilənib.

    Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları əsasında Mərkəzi Nəbatat Bağında həyata keçirilən abadlıq və yenidənqurma tədbirləri ölkəmizdə bitki biomüxtəlifliyinin qorunmasına və səmərəli istifadəsinə göstərilən xüsusi diqqətin bariz nümunəsidir.

    Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun mühafizəsi məqsədilə 1934-cü ildə yaradılan Mərkəzi Nəbatat Bağı ekoloji təmizliyin qorunması, elmi araşdırma, tədris və maarifləndirmə baxımından mühüm əhəmiyyətə malikdir. Burada dünyanın müxtəlif iqlim zonalarından toplanan bitki kolleksiyaları yalnız onların mühafizəsi məqsədilə deyil, həm də ölkədə bu sahədə elmi tədqiqatların davamlı inkişafına xidmət edir.

    Son illər Azərbaycanın bütün regionlarında, o cümlədən Bakı şəhərində abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Əhalinin rahatlığının və istirahətinin yüksək səviyyədə təşkili məqsədilə yeni parklar və çoxsaylı yaşıllıq zolaqları salınıb, mövcud park və xiyabanlar isə əsaslı şəkildə yenidən qurulub. Həyata keçirilən bu layihələr Bakının və regionların simasını dəyişməklə yanaşı, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında da mühüm rol oynayır.







































  • Приговоренный к пожизненному заключению за убийство жены и младенца подал апелляционную жалобу

    В Сумгайытском апелляционном суде началось судебное заседание по апелляционной жалобе на приговор в отношении Фарида Гусейнли, обвиняемого в убийстве супруги и восьмимесячного ребенка.

    Как сообщает рravda.az, на процессе под председательством судьи Рухии Аскеровой были уточнены анкетные данные обвиняемого.

    Следующее заседание суда назначено на 11 декабря.

    Сумгайытский суд по тяжким преступлениям приговорил Фарида Гусейнли к пожизненному заключению.

    Отметим, что трагический инцидент произошел в июне 2023 года в поселке Гобу Абшеронского района. Местный житель Фарид Гусейнли (1993 г.р.) на почве семейного конфликта убил жену Лейлу Гусейнли (2003 г.р.) и их восьмимесячную дочь, нанеся им множественные ножевые ранения.

    В его отношении было возбуждено уголовное дело по статьям 120.2.4, 120.2.7 и 120.2.9 (умышленное убийство двух или более лиц, заведомо для виновного находящихся в беспомощном состоянии, совершенное с особой жестокостью или общеопасным способом) Уголовного кодекса Азербайджанской Республики.

    Напомним, Л.Гусейнли была студенткой III курса биологического факультета Бакинского государственного университета.

  • Tələbə arvadını və körpəsini öldürən ömürlük məhkum apellyasiya şikayəti verdi

    Sumqayıt Apellyasiya Məhkəməsində həyat yoldaşı və 8 aylıq körpəsini öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

    Pravda.az xəbər verir ki, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmənin növbəti iclası dekabrın 11-nə təyin edilib.

    Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Hüseynli ömürlük azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə ötən ilin iyununda Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb.

    Belə ki, 1993-cü il təvəllüdlü Fərid Firdovsi oğlu Hüseynli 2003-cü il təvəllüdlü həyat yoldaşı Leyla Əlişan qızı İbadovaya və 8 aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürməkdə ittiham olunur. Daha sonra o, özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.

    Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

    L.Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub.